Məhkəmə qərarları › İş №2-2(102)-526/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-526/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-526/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, x2, x3, x4nın ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" QSC KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, x2, x3, x4nın ləğv prosesində olan "xxxx" QSC KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-114/2025 nömrəli qətnaməsindən x3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, x2, x3 və x4 (bundan sonra ayrıayrılıqda müvafiq olaraq – “P.Cəlilov”, “A.Cəlilov”, “Ç.Cəlilov”, “N.Cəlilova”) iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: Ç.Cəlilov və N.Cəlilovaya məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 nömrəli mənzillərə dair bağlanmış 2005-ci il 15 dekabr tarixli 221bi/3130b/5 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; Ç.Cəlilov və N.Cəlilovaya məxsus Bakı şəhəri, Bülbül prospekti, 63 saylı evin 47/48/49 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 5 dekabr tarixli 221bi/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 nö mrəli mənzilə dair bağlanmış 2008-ci il 19 may tarixli 136p1/8-1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi; P.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 45 nömrəli mənzilinin 1 otağına dair bağlanmış 2008-ci il 19 may tarixli 136p1/8-2 nömrəli alqısatqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv olunması; A.Cəlilova məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44/45 nömrəli mənzillərə dair bağlanmış 2003-cü il 18 dekabr tarixli 221bi2/3 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli e-2-2(113)2848/2023 nömrəli qətnaməsi il ə iddiaçının “protokolun imzalanmış hesab olunması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh tərəfindən ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab olunması; - ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş; - müstəqil tələb irəli sürən üçüncü şəxslərin “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizələri təmin olunmamış; - iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxslərin özlərinə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova). Müstəqil tələb irəli sürən üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbini rədd edilməsi, onların tələblərinin isə təmin olunmasını xahiş etm işlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 may tarixli 2-2(103)-75/2024 nömrəli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçının iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları təmin olunmuş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi və müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən ödənilmiş cəmi 150 manat dövlət rüsumunun iddiaçıdan tutularaq üçüncü şəxslərə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova). İddiaçı tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində onun ləğv, ilkin iddia tələbinin təmin ol unması və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 sentyabr tarixli 2-2(102)-506/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – Ə.Nurməmmədov və A.Abbasov). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-114/2025 nömrəli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, x2, x3, x4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır (sədrlik edən – T.Mahmudova, L.Əliyeva, E.Həsənov). Həmin qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs x3 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd, müstəqil tələb irəli sürən şəxs kimi onun tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-114/2025 saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs x3 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 16 iyul tarixli 2-2(102)-526/2025 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 28 avqust tarixli məktubunda hazırki iş üzrə apellyasiya instansiy ası məhkəməsinin 2025-ci il 2 aprel tarixli 2-2(103)-114/2025 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmaq barədə müstəqil tələb irəli sürən üçüncü şəxs x4 tərəfindən verilmiş ərizəyə baxılması üçün işin baxışdan çıxarılaraq həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasə n məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-114/2025 saylı saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs x3 tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 16 iyul tarixli, 2(102)-526/2025 saylı qərardadı ləğv edilməli, qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs x4nın kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə münasibət bildirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırki iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 2 aprel tarixli 2-2(103)-114/2025 saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs x3 tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2025-ci il 16 iyul tarixli 2-2(102)-526/2025 saylı qərardadı ləğv edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs x4nın kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə münasibət bildirilməsi üçün hazırkı iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar