Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-531/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin “Şıx” Sanatoriyasının Cavabdeh MMC-yə qarşı “icarə obyektinin boşaldılması, tikilmiş əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı eyni tələbə dair iddia ərizələri üzrə QƏRAR 2-2(102)-531/2024 Açar sözlər: icarəyə verilmiş daşınmaz əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Ş amayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 22(103)-419/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 1984-cü il 2 iyul tarixli 4/212 nömrəli aktla 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1,67 ha sahə təriqi ilə ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuş dur.
2. Bakı şəhər X7 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə 1985-ci il 22 mart tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir.
3. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş memarlıq planlaşdırma idarəsi tərəfindən 1985-ci il tarixində təsdiq olunmuş 6041 nömrəli inşaat pasportuna görə 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifa qının idarə edilməsi üzrə şurasına torpaq sahəsi ayrılmışdır. 4. “Kurortlar” Səhmdar Cəmiyyəti Azərbaycan Respublika Şurası Rəyasət Heyətinin 1992-ci il 20 oktyabr tarixli 20 nömrəli qərarı əsasında Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının müəssisələrinin bazasında yaradılmışdır. 5. "xxxx" QSC 1992-ci il 3 noyabr tarixində dövlət qeydiyyatına alınmış və "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmaqla, onun hüquqi varisidir. 6. “Şıx” sanatoriyası "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq müstəqil struktur bölməsidir, onun tabeliyində fəaliyyət göstərən hüquqi şəxs statuslu tərkib hissəsidir. “Şıx” sanatoriyası 1998-ci il 22 may tarixində dövlət qeydiyyatına alınmışdır.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçək mə Komitəsinin 2008-ci il 14 may tarixli ekspert rəyinə görə "xxxx" Səhmdar Cəmiyyətinin “Şıx” sanatoriyasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.
8. İcarəyə verən Bibi-Heybət Bələdiyyəsi və icarəçi X3 arasında bağlanmış 2007ci il 8 fevral tarixli 37 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarəsi müqavilə ilə, icarəyə verən torpaq sahəsi eskiz cizgisinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində yerləşən sahəsi 360 kv.m olan sahəni 10 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 9. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 17 sentyabr tarixli 2-(81)1436/2009 nömrəli qətnaməsi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "x xxx" Səhmdar Cəmiyyəti “Şıx” sanatoriyasının Bibi-Heybət Bələdiyyəsi və sahibkar X6 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa olunmuş tikililərin sökülməsi və sahənin boşaldılması tələbinə dair iddiası təmin edilmiş, Bibi--Heybət bələdiyyəsi ilə X8 arasında bağlanmış 2007-ci il 8 fevral tarixli müqaviləsinin etibarsız hesab olunması, X8 tərəfindən inşa olunmuş tikilinin sökülməsi və sahənin boşaldılması qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 8 dekabr tarixli, 2-1(102)-529/2010 nömrəli qərarından görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 31 avqust tarixli, 2-(81)-1436/2009 nömrəli qərardadı ilə Qanuni nümayəndə X4 hüquqi varisi kimi tanınmış və Qanuni nümayəndə iddiaçılar Azərbayca n Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti, “Şıx” sanatoriyasının, Bibi-Heybət Bələdiyyəsinə və sahibkar X6 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa olunmuş tikililərin sökülməsi və sahənin boşaldılması haqqında tələbi barədə mülki iş üzrə iddiaçılarla barışdığı üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 21 oktyabr tarixli 2-1(103)-689/2010 nömrəli qərardadından verdiyi kassasiya şikayətini geri götürmüş və kassasiya şikayəti üzrə icraata xitam verilmişdir.
11. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 24 yanvar tarixli, 8-(81)-726/2011 nömrəli qərardadı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, "xxxx" SC-nin və Şıx sanatoriyasının Bibiheybət Bələdiyyəsi və sahibkar X6 qarşı ica rə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa olunmuş tikilinin sökülməsi və sahənin boşaldılması tələbi barədə iddia ərizəsi üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2009-cu il 17 sentyabr tarixli 2(81)-1436/2009 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi tam icra olunduğundan, Bakı şəhəri Səbail rayon Məhkəmə İcraçıları Şöbəsinin (Səbail rayon icra şöbəsi) təqdimatı təmin edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2009-cu il 17 sentyabr tarixli 2-(81)-1436/2009 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat xitam verilmişdir.
12. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 29 mart tarixli 2iqt(81)-1436/2011 nömrəli qərardadı ilə həmin məhkəmənin 2009-cu il 17 sentyabr tarixli qətnaməsi üzrə icra icraatına xitam verilmiş və tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və “Şıx” sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur: - Bibi-Heybət Bələdiyyəsi ilə X8 arasında bağlanmış 2007-ci il 8 fevral tarixli icarə müqaviləsi etibarsız hesab edilir. - X1-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də X8 tərəfindən inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən “Şıx” sanatoriyasının balansına verilməsini öhdəsinə götürür. - “Şıx” sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürür. - Tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahis ə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina edirlər.
13. İcarəyə verən "xxxx" SC-nin Şıx sanatoriyası ilə icarəçi Qanuni nümayəndə arasında bağlanmış 2012-ci il 1 iyun tarixli 2 nömrəli icarə müqaviləsi ilə icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev 57-də yerləşən ümumi sahəsi 279 m2 +16 m2 olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 14. 2012-ci il 1 iyun tarixli akta əsasən Qanuni nümayəndə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisadi Məhkəməsinin 2iqt(81)-1436/2011 nömrəli qərardadının nəticə hissəsinin 2 və 3-cü bəndinə əsasən Şıx sanatoriyasının ərazisində inşa edilən 279 m2-lik sahəsi və 139.500 manat ("xxxx" MMC-nin verdiy i 2008-ci il 4 mart tarixli qiymətləndirmə rəyinə əsasən) dəyərində olan iaşə obyektini əvəzsiz olaraq “Şıx” sanatoriyasının balansına vermiş, obyektin amortizasiya (köhnəlmə) məbləğinin 3.906 manat təşkil etdiyi müəyyən edilmişdir. 15. "xxxx" QSC-nin Müşahidə Şurasının 2012-ci il 18 iyun tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "xxxx" QSC) tərəfindən 1985-ci il 8 yanvar tarixli 04-50/11 nömrəli “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvaristirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi “Şıx” sanatoriyasının istifadəsinə verilmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfin dən 2012-ci il 23 noyabr tarixində tərtib olunmuş 11/7992 inventar nömrəli əmlak kompleksi kimi müəssisəyə dair texniki pasportdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin hüquqi subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-dır.
17. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234,3 m2 olan əmlak kompleksi kimi müəssisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSCnin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2012-ci il 24 noyabr tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2013-cü il 23 oktyabr tar ixində tərtib olunmuş 11/3428 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqi subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-dır.
19. Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,03258 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 265,6 m2 olan qeyri-yaşayış binası (qeyri-yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğuların) tikinti altı sahəsi ümumilikdə 736,2 m2-dir) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSCnin xüsusi mülkiyyətindədir.
20. İcarəyə verən "xxxx" SC-nin Şıx sanatoriyası və icarəçi Qanuni nümayəndə arasında bağlanmış 2014-cü il 7 yanvar tari xli 1 nömrəli icarə müqaviləsi ilə icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev 57-də yerləşən ümumi sahəsi qış ayları 384,59 m2, yay ayları 546,49 m2 olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
21. Cavabdeh MMC 2020-ci il 15 sentyabr tarixində dövlət qeydiyyatına alınmış, yeganə təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı 1 pay olmaqla MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədır. 22. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) və Cavabdeh MMC (təsisçi Qanuni nümayəndə şəxsində) (icarəçi) arasında bağlanmış 2021-ci il 1 yanvar tarixli 2 nömrəli icarə müqaviləsi ilə icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Qu liyev, 62F ünvanında yerləşən ümumi sahəsi 736,2 m2 olan, o cümlədən qeyriyaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 23. “Şıx” sanatoriyası tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubları ilə MMC-dən icarə obyektinin təxirə salınmadan boşaldılması, qanunsuz tikililərin sökülməsini, daşınar əşyalarının öz hesabına icarə sahəsindən çıxarılması, icarə obyekti və sahəsinin sanatoriyaya təhvil verilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
24. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin “Şıx” Sanatoriyası Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, restoran kimi fəaliyyət göstərən cavabdehin rəhbərlik və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış binası və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSCnin mülkiyyətində olan ünvan 3 ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən iddiaçıya istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması; cavabdehin icarə obyekti və iddiaçının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyekti və qeyd edilən 1,67 ha torpaqda inşa olunmuş və qurulmuş qanunsuz tikililər və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq isti fadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il 1 yanvar tarixində cavabdehlə iddiaçı arasında 2 nömrəli icarə müqaviləsi 1 il müddətinə bağlanmış və ümumi sahəsi qış aylarında 384,59 m2, yay aylarında 546,49 m2 olan qeyri-yaşayış sahəsi cavabdehə 2022ci il 1 yanvar tarixinə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq, tərəflərindən icarə obyekti boşaldılmamışdır. Belə ki, 2022-ci il 10 fevral tarixli 16/2 nömrəli, 2022-ci il 27 aprel tarixli 35/2 nömrəli və 2021-ci il 21 ok tyabr tarixli 98/2 nömrəli məktublarla yazılı qaydada cavabdehə müraciətlər edilsə də, onlar cavabsız qalmışdır. Halbuki, müraciətlərdə məcburi köçkünlərin sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidənqurma işlərinə başlanılmalı olması, lakin iaşə obyektlərinə gələnlərin maşın səsi, səs-küyləri sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olması, eləcə də müqavilə müddətinin bitməsi nəzərə alınaraq, icarə münasibətlərinə xitam verilməsi xahiş etmişlər. Cavabdehə müqaviləyə xitam vermək barədə müqavilə müddəti bitdikdən 1 ay əvvəl və sonradan yazılı qaydada da bildirilmişdir. Daha sonra, mediasiya prosesi gedişində mülkiyyətlərində olan icarə obyektinin, eləcə də icarəyə verdikləri icarə torpağının boşaldılması, cavabdehlərin əlavə tikdikləri tikili lərin öz hesablarına sökülməsi, habelə dəymiş ziyan məbləği olaraq 2022-ci il 1 yanvar tarixindən məhkəmə qətnaməsi icra olunanadək hər ay icarə obyektindən qanunsuz istifadə nəticəsində dəymiş ziyan məbləğinin ödənilməsi tələb edilmişdir.
26. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, restoran kimi fəaliyyət göstərən cavabdehin rəhbərlik və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi “üçüncü şəxsin mülkiyyətində olan ünvan 3 ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ə razidən, habelə "xxxx" SC tərəfindən iddiaçıya istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması; cavabdehin icarə obyektini və iddiaçının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyekti və qeyd edilən 1,67 ha torpaqda inşa olunmuş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və istifadələrində olan torpaqlarına köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Üçüncü şəxsin iddiaçı onunla əsaslandırılmışdır ki, 2021-ci il 1 yanvar tarixində cavabdehlə iddiaçı arasında 2 nömrəli icarə müqaviləsi 1 il müddətinə bağlanmış və mülkiyyətlərində olan ümumi sahəsi qış aylarında 384,59 m2, yay ayla rında 546,49 m2 olan qeyri-yaşayış sahəsi cavabdehə 2022-ci il 1 yanvar tarixinə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Halbuki, müraciətlərində məcburi köçkünlərin sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidənqurma işlərinə başlanılmalı olması, lakin iaşə obyektlərinə gələnlərin maşın səsi, səs-küyləri sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olması, eləcə də müqavilə müddətinin bitməsi nəzərə alınaraq icarə münasibətlərinə xitam verilməsi xahiş edilmişdir. Üçüncü şəxsin müşahidə şurasının qərarı ilə icarə obyekti iddiaçıya ida rəçiliyə verilmişdir. Həmçinin, iddiaçı tərəfindən mübahisə predmeti olan icarə sahəsi üzrə 2021-ci il 1 yanvar tarixli 2 nömrəli icarə müqaviləsi bağlanarkən, mülkiyyətçi üçüncü şəxs razılıq vermişdir. Cavabdeh mülkiyyətlərində olan icarə sahəsində yeni tikililərin onun tərəfindən inşa olunduğunu iddia etmişdir. Lakin bununla bağlı olaraq hazırda qüvvədə olma müddəti bitmiş icarə müqaviləsinin digər tərəfi olan “iddiaçıya və mülkiyyətçi kimi onlara hər hansı məlumat verilməmiş və razılıq alınmamışdır.
28. Cavabdeh MMC iddiaya etiraz təqdim edərək göstərmişdir ki, 2022-ci ilə kimi iddiaçı ilə cavabdeh arasında hər hansı problem yaşanmamış, aralarında bağlanılmış icarə müqaviləsi hər il yenilənmiş və tərəflərindən icarə müqaviləsinin şərtlərinə əməl edilmişdir. İddiaçı ilə cavabdeh arasın da sonuncu müqavilə 2021-ci il 1 yanvar tarixində bağlanmışdır. Müqavilənin müddəti əvvəlki illərdə olduğu kimi bir illik göstərilməklə, icarə haqqı isə ilin yanvar, fevral, mart, oktyabr, noyabr, dekabr ayları üçün 400 manat, ilin qalan ayları üçün isə 900 manat müəyyən olunmuşdur. 2022-ci il 6 sentyabr tarixində üçüncü şəxs tərəfindən onlara məktub ünvanlanmış və məktubda fəaliyyət göstərdikləri sahənin boşaldılması göstərilmişdir. İddiaçının icarə müqaviləsinin davam etdirilməsindən imtina edilməsi üçün göstərdiyi əsaslar tam əsassız olmuşdur. İddiaçı onun köməksiz vəziyyətindən istifadə edərək, bir milyon manatdan çox vəsait qoyaraq yaratdığı, on ildən çoxdur ki, sahibliyində, istifadəndə olan iaşə obyektini əlindən almaq istəmiş və icarə müqaviləsi bağlamamışdır. İddiaçı eyni tələblər lə bağlı 2009-cu ildə onlara qarşı iddia qaldırmış və razılaşdıqları müəyyən şərtlər daxilində aralarında barışıq sazişi bağlanılmış, həmin barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq olunmuş, tərəflər bu mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina etmişlər, hazırda yenidən iddiaçı iddia tələbinə qismən əlavələr etməklə eyni tələblərlə, eyni əsaslar üzrə məhkəmədə iddia qaldırmışdır.
29. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 may tarixli rəyində göstərilmişdir ki: - cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə o lunmuş cizgi və akt əsasən üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin şərq tərəfində yerləşdiyi müəyyən edilmişdir. - cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və torpaq sahəsi ilə ünvan 5 ünvanda (əvvəlki adı Namiq Quliyev 45) yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən (Reyestr nömrəsi **********56-12301) 2012-ci il 24 dekabr tarixli çıxarışa və çıxarışa əlavə olunmuş texniki pasporta əsasən üçüncü şəxsin mülkiyyətində qeyriyaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi texniki pasportda qeyd olunan 1348,1 m2 torpaq sahəsinin tam şəkildə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yəni reyestr nömrəsi **********56-12301 olan çıxarışda və texni ki pasportda qeyd olunan qeyri-yaşayış sahəsi və torpaq sahəsi bütövlüklə cavabdehin faktiki istifadəsindədir. Eyni zamanda **********56-12301 reyestr nömrəli texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində texniki pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisi inşa edilmişdir. - əlavə olaraq **********56-12301 reyestr nömrəli texniki pasportda qeyd olunan 1.348,1 m2 sahənin cənub tərəfində (dənizə tərəf) texniki pasportdan öz əksini tapmayan ümumilikdə 1.650 m2 torpaq sahəsi və həmin sahədə yerləşən 5 ədəd taxtadan inşa olunmuş otaqlar, bir ədəd talvar tikilisi (mövsümi xidmət sahəsi) cavabdehin faktiki istifadəsindədir. Beləliklə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 2.998,1 m2 (1.348,1 m2 texniki pasportun daxilində, 1.650 m2 texniki pasportun xaricind ə) olduğu müəyyən edilmişdir. “Google Earth” internet xəritə proqramında mövcud olan illər üzrə görüntülərdən görünür ki, cavabdehin faktiki istifadəsində olan texniki pasportda qeyd olunmayan əlavə 1.650 m2 sahə 2013-cü ildən sonra dənizin doldurulması nəticəsində yaranmışdır.
30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə göndərdiyi 2023-cü il 25 avqust tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: - şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 1.67 ha təşkil edir. Şərti olaraq göstərilən sahə iddiaçının qarşısında, Xəzər dənizinin kənarında yerləşir. Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin 0.3556 ha (0.35 56 ha sahənin 0.0926 ha hissəsi Xəzər dənizinin mühafizə zolağında və 0.0185 ha hissəsi isə göstərilən 1.67 ha torpaq sahəsinin hüdudları xaricində yerləşir) və 0.7580 ha hissələri **********5612301 və **********28-06301 reyestr nömrələri ilə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının və əmlak kompleksinin istifadəsində olan torpaq sahələridir. Torpaq sahəsinin 0.2956 ha hissəsi Azər Əsgərovun adına qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının istifadəsində olan, 0.1705 ha hissəsi isə X5 adına qeydiyyatdan keçmiş əmlak kompleksinin mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin boş qalan hissəsi 0.4291 ha təşkil edir və həmin hissə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla bağlı izahlı ortofoto əlavə olund u. - vahid elektron kadastr baza məlumatlarına əsasən cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və torpaq sahəsi ilə (Reyestr nömrəsi **********5612301) 2012-ci il 24 noyabr tarixli çıxarışa (və çıxarışa əlavə edilmiş texniki pasporta) əsasən üçüncü şəxsin mülkiyyətində qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə aid torpaq sahəsi tam üst-üstə düşür. Sözügedən ərazidə qeydiyyatdan keçmiş tikililərdən əlavə mövsümü tikililər mövcuddur.
31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə göndərdiyi 2023-cü il 4 oktyabr tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: - cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri üçüncü şəxsin adına dövlət reyestrində qeydiy yatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. - cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985 -ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).
32. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi X10 tərəfindən 2023-cü il 4 oktyabr tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: - cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əm lak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. - cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümi tikililəri) daxil olmaqla Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qə rara əlavə edilmiş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). - Qeyd: İlkin ekspertizanın nəticələri ilə hazırkı ekspertizanın nəticəsi arasında yaranmış fərqin səbəbi, hazırkı ekspertiza zamanı tədqiqatın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş müvafiq mütəxəssis rəylərinin əsasında aparılmasıdır.
33. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli, e-2-2(113)169/2023 nömrəli qətnaməsi ilə (hakim L.R.Əliyeva) iddiaçının və üçüncü şəxsin iddiaları təmin edilmiş, Cavabdeh MMC-nin "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahələri və həmin sahələrə aid olan torpaq sahəsindən, habelə 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən “Şıx” sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olan hissəsindən çıxarılması; cavabdeh tərəfindən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahələri və həmin sahələrə aid torpaq sahəsi, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyi və istifadəsində olan hissəsinin boşaldılması, Cavabdeh MMC tərəfindən sözügedən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahələrinə aid olan torpaq sahəsində, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyi və istifadəsində olan hissəsində inşa olunmuş və qurulmuş qanunsuz tikililər və qurğuların cavabdehin hesabına sökülməsi, iddiaçı və üçüncü şəxsin cavabdeh tərəfindən zəbt edilmiş qeyriyaşayış sahələri və torpaq sahələrinə köçürülmələri qət edilmişdir.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm iddiaçının, həm də üçüncü şəxsin irəli sürdükləri iddia tələbləri iki hissədən ibarət olmuşdur.
35. Birinci hissə - iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 yanvar tarixli 2 nömrəli icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş icarə obyektindən (qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsindən), eləcə də üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsindən cavabdehin çıxarılması, sahənin boşaldılması və həmin sahəyə köçürülmə ilə bağlı olmuşdur.
36. Sözügedən tələblərlə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh hazırda mübahisəli ərazidə yerləşən qeyri-yaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin üçüncü şəxsin mülkiyyətin də olan və iddiaçıdan icarəyə götürdüyü əmlak kompleksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələndirmişdir. Göstərilən hal, eləcə də üçüncü şəxsin mülkiyyətində olan əmlak kompleksinin ünvanı ilə (Namiq Quliyev 62 F) icarə obyektinin ünvanının (Namiq Quliyev 45) fərqli olması nəzərə alınaraq, mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq tərtib edilmiş 2023-cü il 25 oktyabr tarixli ekspert rəyi ilə cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsinin üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksi (texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla) ilə üst-üstə düşməsi, eləcə də Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə olunmuş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsi olması müəyyən edilmişdir. Hazırkı halda məhkəmənin təkrar ekspertiza üzrə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmamış, həmin rəy iş üzrə sübut qismində qəbul edilmişdir.
37. Cavabdehin istinad etdiyi “təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci ildə üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin ol ması” barədə dəlillərə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb olunmamış, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq, məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmişdir. Odur ki, ilkin ekspertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilməmişdir.
38. İkincisi, mübahisəli əmlak kompleksinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 yanvar tarixli 2 nömrəli icarə m üqaviləsinin müddəti 2022-ci il 1 yanvar tarixində bitmiş və iddiaçı tərəfindən cavabdehə icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə cavabdehin mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən, cavabdeh faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
39. Bununla bağlı “Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 29 mart tarixli 2iqt(81)-14 36/2011 nömrəli qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və “Şıx” sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin qeyri-müəyyən müddətə Qanuni nümayəndə icarəsinə verilməli olması” barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd etmişdir ki, birincisi, hazırkı işdə cavabdeh qismində Qanuni nümayəndə deyil, mülki hüququn müstəqil subyekti olan Cavabdeh MMC çıxış edir. İkincisi, sözügedən barışıq sazişinin məzmunundan görünür ki, həmin sazişə tərəflərin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının balansına verildikdən sonra Qanuni nümayəndə icarəsinə və ya istifadəsinə verilməli olması barədə razılığa gəlmələrinə d əlalət edən hər hansı şərt daxil edilməmişdir.
40. Beləliklə, icarə müqaviləsi üzrə icarə verən olan iddiaçı icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, üçüncü şəxs isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində cavabdehin qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyriyaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı üçüncü şəxs 1985-ci ildə üçüncü şəxsə ayrılmış və QSC tərəfindən iddiaçının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlı olmuşlar.
41. Odur ki, məhkəmə əmlak kompleksindən (qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsindən), eləcə də 1985-ci ildə üçüncü şəxsə ayrılmış və iddiaçının istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılması, həmin əmlak kompleksi və torpaq sahəsinə köçürülmə hissəsində hər iki iddianın əsaslı olması qənaətinə gəlmişdir.
42. İddiaların ikinci tələbi mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa olunmuş tikililərin sökülməsi ilə bağlı olmuş və həmin tələblə bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 12 may tarixli 10/1373 nömrəli ekspert rəyi ilə üçüncü şəxsin adına verilmiş texniki pasportla əhatə olunan ərazidə (yəni icarədə olmuş obyektin daxilində) həmin pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisinin inşa edilməsi, e yni zamanda pasportla əhatə olunmayan ərazidə 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisinin (mövsümi xidmət sahəsi) inşa olunması, Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli ekspert rəyi ilə isə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin tam şəkildə üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsində daxilində yerləşməsi müəyyən edilmişdir.
43. Beləliklə, yuxarıda göstərilənlər ilə öz təsdiqini tapmışdır ki, cavabdehin inşa etdiyi, texniki pasportda əks olunmayan sanitar qovşağı, 5 ədəd taxtadan inşa olunmuş otaqlar, bir ədəd talvar tikilisi üçüncü şəxsin mülkiyyətində olan, icarə obyekti olmuş əmlak kompleksinin və üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən tikililərin cavabdeh tərəfindən inşa edilib-edilməməsi məsələsinə gəldikdə qeyd olunmuşdur ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə, cavabdeh mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq olunan tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən iddiaçının razılığı alınmaqla aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin mülkiyyətində olan əmlak kompleksinin və üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, cavabdeh tərəfindən inşa olunmuş və üçüncü şəxsin adına verilmiş texniki pasportda öz əksini tapmayan tikililərin şəhərsalma və tikinti qaydalarının pozulmaqla inşa edilmiş özbaşına tikililər olması və maraqlı şəxsl ərin (hazırkı halda müvafiq torpaq sahəsinin qanuni sahiblərinin) iddiasına əsasən cavabdehin vəsaiti hesabına sökülməsi qənaətinə gəlmişdir.
44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8, 180.4 və 697.1-ci maddələrinə, “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1 və 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
45. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 2-2(103)-419/2024 nömrəli qətnaməsi ilə (hakim Z,A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovun ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli, e2-2(113)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
47. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, Cavabdeh MMC hazırda mübahisəli ərazidə yerləşən qeyriyaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin "xxxx" QSC-nin mülkiyyətində olan və “Şıx” sanatoriyasından icarəyə götürdüyü əmlak kompleksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələnd irmişdir. Göstərilən hal, eləcə də "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompleksinin ünvanı ilə (Namiq Quliyev 62 F) icarə obyektinin ünvanının (Namiq Quliyev 45) fərqli olması nəzərə alınaraq mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə “Bül-bül MMC-nin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksi (texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla) ilə üst-üstə düşməsi, eləcə də Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsi olması müəyyən edilmişdir.
48. Cavabdeh şikayətdə “ekspert rəyləri arasında olan ziddiyyətləri məhkəmə əsaslı və qanuni formada aydınlaşdırmadan, rəyləri vermiş ekspertləri məhkəməyə dəvət etmədən, onların izahatı dinlənilmədən şəxsi yanaşmasına əsasən bu və ya digər rəyə üstünlük vermişdir. Bu isə ədalətli məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmamışdır” dəlilini qeyd etsə də, məhkəmə qətnaməsində göstərmişdir ki, cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci il də "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb edilməmiş, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə "xxxx" QSC-yə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etmişdir. Qeyd edilən əsasla məhkəmə hesab etmişdir ki, ilkin ekspertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə ikinc i ekspert rəyinə üstünlük verməsini qanunun tələbinə uyğun olaraq əsaslandırmışdır.
49. Daha sonra, apellyasiya məhkəməsi göstərmişdir ki, mübahisəli əmlak kompleksinə dair “Şıx” Sanatoriyası ilə Cavabdeh MMC arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinin müddəti 01 yanvar 2022-ci ildə bitmiş və “Şıx” Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə MMC-nin mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən cavabdehin faktiki istifadəsində olan daşınmaz əmlak (qeyriyaşayış sahələri və torpaq sahəsi) üzərində qanun la qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
50. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2012-ci il tarixli qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və “Şıx” sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin qeyri-müəyyən müddətə Qanuni nümayəndə icarəsinə verilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birincisi, hazırkı işdə cavabdeh qismində Qanuni nümayəndə deyil, mülki hüququn müstəqil suby ekti olan Cavabdeh MMC çıxış edir. İkincisi, sözügedən barışıq sazişinin məzmunundan görünür ki, həmin sazişə tərəflərin mübahisəli qeyri-yaşayış sahəsinin “Şıx” sanatoriyasının balansına verildikdən sonra Qanuni nümayəndə icarəsinə və ya istifadəsinə verilməli olması barədə razılığa gəlmələrinə dəlalət edən hər hansı şərt daxil edilməmişdir.
51. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapmışdır ki, icarə müqaviləsi üzrə icarə verən olan “Şıx” sanatoriyası Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC isə həmin qeyri-yaşayış s ahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində Mülki Məcəllənin 157.2-ci və 157.8-ci maddələrinə əsaslanaraq Cavabdeh MMC-nin qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyri-yaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən “Şıx“ sanatoriyasının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində Mülki Məcəllənin 157.2-ci ə 157.8-ci maddələrinə əsaslanaraq həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlıdırlar.
52. İddiaların ikinci tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 202 3-cü il tarixli ekspert rəyi ilə "xxxx" QSC-nin adına verilmiş texniki pasportla əhatə edilən ərazidə (yəni icarədə olmuş obyektin daxilində) həmin pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisinin inşa edilməsi, eyni zamanda pasportla əhatə edilməyən ərazidə 5 ədəd taxtadan inşa edilmiş otaqların, bir ədəd talvar tikilisinin (mövsümi xidmət sahəsi) inşa edilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə isə Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin tam şəkildə "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsində daxilində yerləşməsi müəyyən edilmişdir.
53. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapmışdır ki, cavabdeh MMC-nin inşa etdiyi, texniki pasportda əks olunmayan sanitar qovşağı, 5 əd əd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisi "xxxx" QSC-nin mülkiyyətində olan, icarə obyekti olmuş əmlak kompleksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən tikililərin cavabdeh tərəfindən inşa edilib-edilməməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh MMC mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq edilən tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən “Şıx” Sanatoriyasının razılığı alınmaqla aparılması təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
54. Qeyd edilənlərə əsasən apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompleksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, Cavabdeh MMC tərəfindən inşa edilmiş və "xxxx" QSC-nin adına verilmiş texniki pasportda öz əksini tapmayan tikililər Mülki Məcəllənin 180ci maddəsinin tələbləri baxımından şəhərsalma və tikinti qaydalarını pozmaqla inşa edilmiş özbaşına tikililər olduğundan maraqlı şəxslərin (hazırkı halda müvafiq torpaq sahəsinin qanuni sahiblərinin) iddiasına əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməlidir.
55. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə eyni zamanda qeyd etmişdir ki, mübahisələndirilən qətnamə ilə ilk iddia üzrə cavabdehin iddiaçının ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çı xarılması və yalnız həmin sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsi qət edildiyindən, iddiaçının qanuni istifadəsinə ayrılmış sahədən kənarda yerləşən torpaq sahəsi və üzərindəki tikililər məhkəmə baxışının predmeti deyil. Buna görə də, ayrıc aktından kənarda yerləşən, hazırda ilk iddia üzrə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi barədə ilk iddia üzrə cavabdehin vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir.
56. Cavabdeh apellyasiya şikayətində hüquqi əsas kimi İcarə haqqında qanunun 9cu maddəsinin 3-cü hissəsinə istinad edərək icarəyə verilmiş torpaqda aparılması mümkün olmayan binalar və qurğuların icarəçiyə məxsus olmasını bildirmişdir. Həmin maddədə qey d edilmişdir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir.
57. Apellyasiya instansiyası məhkəməsi bu dəlili ona görə əsassız hesab etmişdir ki, iddiaçı razılığının verilməsini qəbul etməmiş, cavabdeh isə razılığın verilməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə, cavabdehin binaların və qurğuların bazar dəyərini ödənilməsinə dair iddia tələbi yoxdur. Bu səbəbdən İcarə haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz.
58. Cavabdeh apellyasiya şi kayətində həmçinin qeyd etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “Şıx” Sanatoriyası dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı heç bir qaydaya əməl etməmiş, lazımi icazə və rəylər alınmadan öz istəklərinə uyğun olaraq torpaq sahəsini icarəyə vermişlər, Torpaq icarəsi haqqında qanunun 10 və 12-ci maddələrinin tələblərinə riayət etməmişlər.
59. Lakin, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********28-06301) əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,03258 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 265,6 m2 olan qeyri-yaşayış binası (qeyri-yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğuların) tikinti altı sah əsi ümumilikdə 736,2 m2-dir) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********56-12301) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234,3 m2 olan əmlak kompleksi kimi müəssisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC -nin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
60. Cavabdehin istinad etdiyi torpaq icarəsi haqqında qanunun müvafiq maddələri hazırkı işə tətbiq edilə bilməz. Belə ki, həmin maddələr torpağın icarəsi ilə bağlı münasibətləri tənzimləyir, halbuki tərəflər arasında müqavilənin predmeti torpaq sahəsi deyil, qeyri-yaşayış sahəsi olan əmlak kompleksidir.
61. Apellyasiya kollegiyası həmçinin göstərmişdir ki, apellyasiya icraatı zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsində ekspertlərin, mütəxəssislərin və tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və iş materiallarına əlavə edilmiş rəylərdə qeyd edilən hallar yerində araşdırılmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ayrıc aktında iddiaçının qanuni istifadəsində və balansında olan torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmadığından mütəxəssislər və ekspertlər tərəfindən sahənin hüdudları və yeri miqyas, döngə nöqtələri, yoldan olan məsafə və digər texniki göstəricilər əsasında dəqiq koordinatlar müəyyənləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin “Şıx” sanatoriyasının ayrıc aktının sərhədlərindən kənarda olan hissəsində icarəçi tərəfindən müvafiq icazələr alınmadan inşa edilmiş və hazırda restoran kimi fəaliyyət göstərən tikililər mövcuddur.
62. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2012-ci il tarixli 2iqt(81)-1436/2011 saylı qərardadı ilə tələbkarlar Azərbaycan Həm karlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və “Şıx” sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur:
1. Bibi-Heybət Bələdiyyəsi ilə X8 arasında bağlanmış 08 fevral 2007-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilir.
2. X1-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də X8 tərəfindən inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən “Şıx” sanatoriyasının balansına verilməsini öhdəsinə götürür. 3. “Şıx” sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürür.
4. Tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina edirlər.
63. Məhkəmə, iş ma teriallarında olan sənədlərə əsasən barışıq sazişi bağlanmış iddianın predmeti Bibi-Heybət Bələdiyyəsi ilə X8 arasında bağlanmış 08 fevral 2007-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməsi olmuşdur. Hazırkı iddiaların predmeti isə icarə obyektinin qanuni sahibliyə qaytarılması, tikililərin sökülməsi və sair tələblərdir. Bu tələblərin hüquqi əsası müddəti bitmiş fərqli tarixdə bağlanmış müqavilədir. Predmet və əsaslar fərqli olduğuna görə şikayətin müvafiq dəlili əsassızdır. Bu məsələ mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilə bilməz. 64. "xxxx" SC-nin “Şıx” sanatoriyası (icarəyə verən) ilə Cavabdeh MMC (təsisçi Qanuni nümayəndə şəxsində) (icarəçi) arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında yerləşən ümumi sahəsi 736,2 kv.m olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.6-cı maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq icarəçinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 1 il müddətinə imzalanır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin 6.2ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və d əyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər.
65. Barışıq sazişinə əsasən bir mərtəbəli iaşə obyekti dəyəri ödənilmədən “Şıx” sanatoriyasının balansına verilmişdir. Barışıq sazişində icarə müqaviləsinin daimi bağlanması nəzərdə tutulmamışdır. İcarə müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən icarəçi müqavilənin müddəti bitdikdən sonra icarə obyektini qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmaq vəzifəsini üzərinə götürmüşdür. Qeyd edilənlər göstərir ki, məhkəmə əsaslı və qanuni olaraq iddia tələblərini təmin etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
66. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olu nmasını xahiş etmişdir.
67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 67.1. Azərbaycan Respublikası Konstitusiyasının 13, 15 və 29-cu maddələri üzrə həmin ərazidə 2003-cü ildən X8 ticarət xidmətləri göstərmiş, Bibiheybət bələdiyyəsi 2007ci il 8 fevral tarixli müqavilə ilə 10 il müddətində torpaq sahəsini Muqdat Heydərovun icarəsinə vermiş, sonuncu öz vəsaiti hesabına həmin ərazidə abadlıq işləri aparmış və tikililər inşa etmişdir. Sonradan tərəflər arasında məhkəmə mübahisələri yaranmış və 2010-cu il 20 dekabr tarixdə barışıq sazişi bağlanılmaqla, tərəflər ərazidə inşa olunan tikililərin sökülməsi ilə bağlı bir-birinə qarşı iddia verməyəcəklərini öhdəliklərinə götürmüşlər. Lakin iddiaçı həmin barışıq sazişinin şərtlərini pozmaqla, hazırkı iddianı vermişdir. 67.2. “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsi üzrə - həm X8 və onun varisi Qanuni nümayəndə tərəfindən, həm də cavabdeh təsis edildikdən sonra həmin ərazidə quruculuq və abadlaşdırma işləri aparılmışdır. Peyk şəkillərindən də göründüyü kimi, ərazidə bir çox tikili və yaşıllıq mövcuddur. Həmin tikililər yuxarıda sadalanan şəxslərin zəhməti və maddi vəsaiti hesabına tikilərək ərsəyə gəlmişdir. İndi isə üçüncü şəxs və iddiaçı heç bir əvəzi ödənilmədən həmin tikililərin onun tikənlərin vəsaiti hesabına sökülməsini tələb edir. Üçüncü şəxs və iddiaçının bu tikililərdən məlumatı olmuş və tikildiyi müddətdə də müşahidə etmişlər, lakin həmin vaxt onlar tərəfindən etiraz daxil olmamışdır. 67.3. “Torpaq icar əsi haqqında” Qanunun 10 və 12-ci maddələri üzrə - üçüncü şəxs və iddiaçı dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı heç bir qaydaya əməl etməmiş, lazımi icazə və rəylər alınmadan torpaq sahəsini icarəyə vermişlər. 67.4. Mülki Məcəllənin 139.1-ci maddəsi üzrə - mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı və həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi üstüstə düşmür. Bu fakt məhkəmə çəkişməsi zamanı keçirilmiş ekspertizalar zamanı da öz təsdiqini tapmışdır. İddiaçının 1,67 ha torpaq sahəsinə dair heç bir mülkiyyət sənədi yoxdur. Həmin torpaq sahəsinə dair hər hansı iddia ilə çıxış etmək ü çün subyektiv hüquqları mövcud deyil. 67.5. Mülki Məcəllənin 881.1 və 881.2-ci maddələri üzrə - Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir. Barışıq razılaşması mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. 67.6. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi üzrə - iddiaçı subyektiv hüququ, yəni mübahisəli torpaq sahəsindən istifadəsinə dair hər hansı hüquq müəyyənedici sənədi olmadığı halda, həmin sahədən cavabdehin çıxarılmağı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 67.7. Mülki Prosessual Məcəllənin 88, 103-cü maddələri üzrə - Qətnamədə iş üçün əhəmiyyətli olan sübutlara tam və ətraflı qiymət verilməmiş, iş üzrə ekspert və mütəxəssis rəyləri alınmış, müvafiq sənədlər işə əlavə edilmişdir. Fərqli ekspert rəyləri olmasına baxmayaraq, məhkəmə iddiaçı tərəfin xeyrinə olan rəyi əsas götürmüş və mötəbər sübut olaraq qiymətləndirmişdir. Halbuki, 2023-cü il 12 may tarixli ekspert rəyinə əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı, həmin qərara əlavə olunmuş cizgi və akta əsasən üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, cavabdehin faktiki istifadəsində olan torpaq s ahəsinin üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin şərq tərəfində yerləşdiyi müəyyən edilmişdir. 67.8. Mülki Prosessual Məcəllənin 153.2.2, 261.0.1 və 261.0.2-ci maddələri üzrə Tərəflər arasındakı barışıq sazişinə əsasən, Bibi-Heybət Bələdiyyəsi ilə X8 arasında bağlanmış 2007-ci il 8 fevral tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, X8 tərəfindən Bibi-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də inşa olunmuş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən iddiaçının balansına verilməsini öhdəsinə götürmüş, iddiaçı isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürmüş və tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina etmişlər. Göründüyü kimi, bu barışıq saziş i ilə bütün məsələlərə yekun qoyulmuşdur. Barışıq sazişini X4 varisi Qanuni nümayəndə imzalamış, hər iki iş üzrə nə tərəflər, nə də ki mübahisə predmeti dəyişməmişdir. Sözügedən obyektlə bağlı ilk icarə müqaviləsi 2012-ci il 1 iyun tarixində bağlanılmış və həmin icarə müqaviləsinin subyektləri Qanuni nümayəndə və iddiaçı olmuşdur. Həmin icarə müqaviləsinə əsasən ödəniş müəyyən olunmuş və aylıq olaraq icarə haqqı ödənilmişdir. Bu proses tam olaraq 10 il - iddiaçının rəhbərliyinin Qanuni nümayəndə həmin ərazidən çıxartmaq istəməsinə qədər davam etmişdir. X4 varisi Qanuni nümayəndə elə mərhum yoldaşı ilə birlikdə 30 ilə yaxındır həmin ərazidə abad şərait yaratmışlar.
68. Kassator məhkəməyə vəsatət verərək, işin əhəmiyyəti və mübahisə ilə bağlı məhkəmə tərkibinə əlavə məlumatların bildirilməsi üçün işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
69. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
70. Eyni zamanda, kassator vəsatət verərək 2012-ci il 24 noyabr tarixli və 2013-cü il 25 oktyabr tarixli dövlət reyestrdən çıxarışların və 2023-cü il 24 avqust tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsini əsas gətirməklə, hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
71. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
72. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının proses sual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
73. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq s ahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (2007-ci il 9 oktyabr tarixli 428-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 180.4-cü maddə əlavə edilmişdir). 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən s onra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 75. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 9 -cu maddəsinin 3-cü hissəsinə əsasən icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti üzrə araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən və iddiaçının mübahisəli daşınmaz əmlaklardan istifadə üçün başqa qanuni əsas mövcud olmadığından, iddiaçı və üçüncü şəxs həmin əmlakların qaytarılmasını və mübahisəli ərazidə inşa olunan özbaşına tikililərinin sökülməsini tələb etməklə haqlı olmuşlar.
79. Cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun olduğundan və həmin dəlillərə müfəssəl hüquqi qiymət verildiyindən (bax bənd 47-65), kassasiya kollegiyası şikayətin dəlilləri üzrə təkrar əsaslandırma aparılmasını zəruri bilmir.
80. İş üzrə icraata dayandırılması barədə kassatorun vəsatəti həmçinin əsassızdır. Belə ki, müəyyən olunur ki, hazırkı iddia 2022-ci il 22 sentyabr tarixində birinci instansiya məhkəməsinə verilmiş və ilkin araşdırma zamanı mübahisəli daşınmaz əmlakın 2012-ci il 24 noyabr tarixli və 2013-cü il 25 oktyabr tarixli hüquq müəyyənedici sənədlərlə üçüncü şəxs "xxxx" QSC-nin mülkiyyətində olması məlum olmuşdur. Cavabdeh isə həmin sənədləri hazırda məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vəsatəti işin süni uzadılmasına xidmət edir və təmin oluna bilməz.
81. Xüsusən qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan iba rət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəl illəri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 2-2(103)-419/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.