Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-539/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 aprel tarixli 2-2(107)69/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh İddiaçı MMC-nin Yevlax Filialına ünvanlanmış 2021-ci il 14 oktyabr tarixli ərizəsində 2022-ci təsərrüfat ilində ona məxsus olan 34,6 ha pay torpağında pambıq əkmək üçün (icarə əsasında götürdüyü) bütün aqrotexniki tədbirləri və müqavilə öhdəlikləri yerinə yetirməklə, xam pambığın yalnız İddiaçı MMC-nin Yevlax Filialına təhvil verməklə aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunması, yığım mövsümü başa çatanadək əkin sahələrinin qorunub saxlanması, pambıq əkini üçün nəzərdə tutulan tələblərin optimal müddətdə və keyfiyyətdə aparılması və xam pambığın təhvil verilməsini həyata keçirmək məqsədilə onunla müqavilə bağlanmasını xahiş etmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış x am pambığın alqı-satqısına dair 2021-ci il 23 noyabr tarixli 18/21-022 nömrəli müqaviləyə əsasən alıcı satıcıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Yevlax rayonu, Salahlı kəndində yerləşən 30 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsini və alıcı satıcının borcları çıxılmaq şərtilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin: -2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətl ərin dəyərini (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada 2022-ci il 30 noyabr tarixədək alıcıya təhvil verir; -2.2.3-cü bəndinə əsasən, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir; -7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. 3. 2023-cü il 17 yanvar tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, 2023-cü il 17 yanvar tarixinə Cavabdeh İddiaçı MMC-yə 19.278,72 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 19.278.72 manat məbləğində borc, 3.800 manat cərimə və 159.24 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23.237,96 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanm ış müqaviləyə əsasən, alıcı satıcıya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Yevlax rayonu, Salahlı kəndində yerləşən 30 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsini və alıcı satıcının borcları çıxılmaq şərtilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 55.889,94 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, ödənilmiş 47.213.26 kq, 36.611.22 manat məbləğində xam -pambıq təhvil verilmiş və nəticədə 19.278,72 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır. 6. 2025-ci il 14 yanvar tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddiaçı şirkətin Yevlax filialının əvvəlki müdiri ilə qohumdur. O, coğrafiya müəllimi işləmiş, heç vaxt əkin-biçin işləri ilə məşğul olmamışdır. Onu birgə pambıq əkib gəlir götürəcəkləri ilə bağlı inandırmış, o da razı olmuşdur. Ona əvvəl 30 ha torpaq sahəsində pambıq əkiləcəyi deyilsə də, sonradan 70 ha torpaq sahəsinə pambıq əkilmişdir. Sonra pambığa şirkətin verdiyi qurda qarşı dərman istifadə edilmiş, dərman təsir etməmiş, əksinə pambıq qozaları tökülmüşdür. Bununla bağlı şirkətin nümayəndələrinə, DAİM-in nümayəndələrinə müraciət etmişd ir. Məhsul batdığı üçün qazanc əldə edə bilməmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli e-2-2(117)-54/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 19.278.72 manat borc, 200 manat cərimə borcu və 134.40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim M.Hüseynov).
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında olan müqavilə mahiyyət etibarı ilə podrat, xidmət və aluı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. 9. 19278,72 manat məbləğində borc “İş və xidmətlərin yerinə yetirilməsi” haqqında aktla öz təsdiqini tapır. Cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatının mahiyyətindən göründüyü kimi, tələb edilən əsas borcun məbləğinə etiraz bildirilməmiş, bununla bağlı hər hansı bir sübut və ya arqument irəli sürülməmişdir. Sadəcə olaraq məhsul batdığı üçün qazanc əldə edə bilmədiyini qeyd edərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir.
10. Bu baxımdan məhkəmə iddia tələbinin həqiqiliyini iddiaçının təqdim etdiyi sübutlar əsasında yoxlamış və cavabdehin tələb edilən məbləğlə bağlı hər hansı bir etirazı olmadığından, həmçinin işdəki sübutların həqiqiliyi şübhə doğurmadığından və iddia tələbini tamamladığından əlavə olaraq ekspertiza təyin edilmə, sorğu verilməsi və sair prosessul hərəkətlər icra edilməmişdir.
11. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cava bdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.
12. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi 19.278.72 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı və qanuni olduğu üçün o hissədə təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayə tində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 29 aprel tarixli 2-2(107)-69/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim E.Hüseynov, hakimlər Z.Sadiqov və T.Həsənov).
16. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir. Prosessual qənaət baxımından da iş üzrə ekspertizanın keçirilməsinə lüzum yoxdur. Eyni zama nda, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və apellyasiya şikayətində göstərdiyi dəlilləri müdafiə etməmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında tələb olunan borcunun olduğunu qəbul etmiş, məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Belə olan halda cavabdehin birinci instansiya məhkəməsində göstərdikləri ilə apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edir.
18. Kollegiya qurda qarşı “Plemax” preparatından istifadə edilməsi və həmin dərman preparatının keyfiyyətsiz olması barədə dəlili ilə bağlı göstərmişdir ki, cavabdeh pambıq qozaları tökülməsini bildirərək, Yevlax X1 Mərkəzi tərəfindən verilmiş 2022-ci il 12 sentyabr tarixli məktubuna istinad edir. Həmin mə ktubun məzmununda isə pambıq qozalarının tökülməsi və pambıq sahəsinə ziyan dəyməsi məhz “Plemax” preparatının keyfiyyətsiz olması nəticəsində baş verməsi barədə heç nə göstərilməmişdir.
19. Apellyasiya məhkəməsi cavabdehin coğrafiya müəllimi işləməsi və heç vaxt əkin-biçin işlərilə məşğul olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi 2018-ci ildən vergi orqanında qeydiyyata alınmaqla VÖEN-nin olması və əsas fəaliyyət növünün qarğıdalının becərilməsi olması öz təsdiqini tapır. Digər tərəfdən isə tərəflər müqaviləni öz iradələrinə uyğun olaraq sərbəst şəkildə bağlamış və müqavilənin şərtləri barədə razılığa gələrək öz üzərinə öhdəlik götürmüşlər.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1 və 752.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı şirkətin Yevlax filialının əvvəlki müdiri ilə qohumdur. O, coğrafiya müəllimi işləmiş, heç vaxt əkin-biçin işlərilə məşğul olmamışdır. Onu birgə pambıq əkib gəlir götürəcəkləri ilə bağlı inandırmış, o da razı olmuşdur. Ona əvvəl 30 ha torpaq sahəsində pambıq əkiləcəyi deyilsə də, sonradan 70 ha torpaq sahəsinə p ambıq əkilmişdir. Sonra pambığa şirkətin verdiyi qurda qarşı dərman istifadə edilmiş, dərman təsir etməmiş, əksinə pambıq qozaları tökülmüşdür. Bununla bağlı şirkətin və DAİM-in nümayəndələrinə müraciət etmişdir. Məhsul batdığı üçün qazanc əldə edə bilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X1 Mərkəzi tərəfindən verilmiş 2022-ci il 12 sentyabr tarixli məktubunda göstərilir ki, onların mütəxəssisləri tərəfindən sahəyə baxış keçirilmiş və fakt öz təsdiqini taparaq sahəyə ziyan dəyilməsi təsdiq edilmişdir. Məlum olmuşdur ki, “Plemax” preparatının istifadə müddəti bitməyib, preparatın keyfiyyətsiz olduğu barədə laboratoriya analizinin nəticəsindən sonra fikir yürütmək olar. Belə bir laboratoriya isə nəinki rayonda, heç regionda yoxdur. Ona görə də preparatın keyfi yyətini təyin etmək mümkün deyildir. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, pambıq qəbulu aktlarının heç birində onun imzası yoxdur, özləri tərəfindən birtərəfli qaydada tərtib olunmuşdur. Bundan əlavə torpağı şumlamaq, disk çəkmə, mala çəkmə, kanal çəkmə, çiyid səpimi, kultivasiya, dərman səpini, gübrə səpimi və digər xidmətlər, işlər aparılmış və buna təqribən 22.452,80 manat onun tərəfindən vəsait qoyulmuş və bu barədə akt da tərtib olunmuşdur.
23. MPM-in 77.1, 418-ci maddələri üzrə - məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sənədləri sübut kimi qəbul edərək ətraflı araşdırma aparmamış, mütəxəssis cəlb etməmiş, ekspertiza təyin etməyərək qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşd irə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ümumi ifadələrdən ibarət olmaqla, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən maddi hüquq normalarının pozuntusunun nədə ifadə olunma sına dair konkret dəlillərə istinad olunmamışdır.
31. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.
32. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
33. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2025-ci il 29 aprel tarixli 2-2(107)-69/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.