Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-544/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-544/2024 Bakı şəhəri Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisə, subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 22(103)-193/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC tərəfindən verilərək 2020-ci il 5 fevral tarixində qüvvəyə minmiş BB 079683 nömrəli sığorta şəhadətnaməsinə əsasən X8 məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən daşınmaz əmlak (ticarət obyekti) sığortalanmışdır. 2. 2020-ci il 13 iyul tarixində sığorta hadisəsi (yanğın) baş vermiş, sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X8 49.850 manat sığorta məbləği ödənilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 23 oktyabr tarixli 10/2116 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş leyten antı Şahid imzası ilə təsdiq edilmiş, 2020-ci il 11 sentyabr tarixli 06136 nömrəli məktubla, təqdim etdiyi smetanın göstəricilərinə əsasən, ünvan 1ində X8 məxsus ticarət obyektində yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin 106.380,5 manat təşkil edir və smetada göstərilmiş həcmlərin tədqiq olunan obyekt üzrə dəymiş ziyanın həcminə uyğundur.
4. Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli ekspert rəyinə əsasən, Balakən rayonu Meşəşambul kəndində X8 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq parıltı s əsi ilə həmin elektrik xətlərində aşkar olunduğu, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını həmçinin müəyyən edildiyi kimi qeyd olunan fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.18 və 5.7.19-cu bəndlərinin tələbləri pozulmuşdur. Balakən ra yonu Meşəşambul kəndində X8 məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xətlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19-cu bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur.
5. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 19 may tarixli ekspert rəyində qeyd edilmişdir ki, X7 izahatında göstərdiklərini və 7 sentyabr hadisə yerinə baxış keçirilər kən ticarət obyektinin qab-qaçaq (məişət) malları satılan mağazanın damının dəmir fermaların, digər sahələrdən fərqli olaraq deformasiyaya uğrayaraq əyildiklərini əsas götürüldükdə, yanğının mənbəyi həmin qab-qacaq (məişət) malları satılan mağazada yerləşə bilər. Ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını, ekspertizaya təqdim olunmuş materiallarda hadisə baş vermiş ticarət obyektinin yanar materialların və tikinti konstruksiyalarının üzərində yanğın mənbəyi və yanğının yayılma yollarını əks etdirən əlamət və izlərinin aydın göstərilmədiyini, ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanmanın, artıq yüklənmənin təsirində n əmələ gələ bilən izlərin müəyyən edilmədiyini, yanğın mənbəyi kimi güman olan yerdə (qab-qacaq, məişət malları satılan mağazanın) istilik ixrac edə bilən qurğuların (elektrik xətlərin, cihazların, kürə sobasının və s.) üzərində yanğına gətirə bilən qəza nümunələr isə ekspertizaya təqdim olunmadığına görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün deyildir. Hazırkı təkrar ekspertizanın keçirildiyi zaman hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına görə, 2020-ci il 13 iyul tarixində saat 12:30 radələrində ******* nömrəli transformatordan elektrik enerjisi ilə qidalanan Cənnətey Dadaşovanın və İlkin Hetayevin fərdi yaşayış evində baş vermiş elektrik qəzalarının səbəbini müəyyən etmək mümkün deyildir. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsind ən elektrik sayğacın sıradan çıxması, həmin gərginliyin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsindən) qidalanan elektrik qurğuları və məişət avadanlıqları, gərginliyin artma dərəcəsindən (ölçüdən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətdən və istehlakçı tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik “SİP” kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyin dərəcəsindən (ölçüdən) və müddətd ən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli formator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanın (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilərlər. Yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş v ermiş hissədə təmir-bərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına görə, yanğının mənbə zonasını yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmadığına, ekspertiza tədqiqatına “nümunə kimi təqdim olunmuş elektrik qurğularının (elektrik kabel, naqil, sayğac, avtomat acarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanma, artıq yüklənmə və s.) təsirindən əmələ gələ bilən izlər müəyyən edilmədiyinə, həmçinin istintaq tərəfindən mübah isə predmeti olan transformatorun hadisə ərəfəsində gərginlik altında olub-olmaması konkret olaraq müəyyən edilmədiyinə görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Hazırkı ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını və bununla da baş vermiş yanğının mənbə və səbəbinin müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, qərarın bu sualları üzrə tədqiqat aparılaraq nəticə verilməsi, həmçinin baş vermiş hadisə ilə əlaqədar normativ aktların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunmuş iş materiallarında olan məlumatlara əsasən “SİP” kabelin üzərində hər hansı elektrik təbiətli qəza halı izləri aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məlumatlara, eləcə də baxış zamanı kabelin böyük hissəsinin saz vəziyyətd ə qalmaqla həmin kabeldən yenidən istifadə olunduğu müəyyən edilmişdir. Odur ki, “SİP” kabeldə qəza halı aşkar olunmadığına görə, qərarın 5-ci sualında göstərilən məsələnin həll edilməsi mümkün olmadı. Qərarın altıncı və yeddinci sualları üzrə müəyyən olunmuşdur ki, 2020-ci il 9 yanvar tarixli “enerji təchizatı müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt”a əsasən, abonentlə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kv-lıq Qabaqçöl yarımstansiyasından çıxan 10 kv-lıq Qabaqçöl h/x-dən doyan 100 kva ******* kodlu TM-in 0,4 kv-lıq PQ-dən qidalanan “SİP” adlanan 0,4 kv-lıq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0,4 kv-lıq kabel istehlakçının balansında o lmaqla həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 28 oktyabr tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş “enerji təchizatı müəssisə ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi də “abonent” qrafasında “Dibirov Ə.M” yazısının qarşısındakı imza, “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktda “istehlakçı” qrafasında “Ə.Dibirov” yazısının qarşısındakı imza - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməl iyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 tərəfindən qəbul edilmiş 2022-ci il 26 sentyabr tarixli qərarla, yanğın hadisəsi ilə bağlı cinayət təqibinin başlanması rədd olunmuşdur. 9. "xxxx" ASC tərəfindən təqdim edilmiş transformatorlardan qidalanan xətlərin siyahısından məlum olur ki, əhali qrupuna aid Taşrayev M.Əli Hacı, X15, qeyri əhali qrupuna aid Dibirova Həcər adlı istifadəçilərin elektrik xətləri ******* nömrəli transformatordan, əhali qrupuna aid X9 adlı istifadəçinin elektrik xətləri ******* nömrəli transformatordan qidalanır. 10. "xxxx" ASC 2022-ci il 28 oktyabr tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək, 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50.086 manat pulun "xxxx" ASC-nin bank hesabına 5 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49.850 manat pul, 200 manat mediasiya xərci və 36 manat dövlət rüsumu olmaqla, ümumilikdə 50.086 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X7 (bundan sonra – “H.Dibirova”) razı olması və iddiaçı tərəfindən ona RAZ********** saylı 2020-ci il 5 fevral tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılm ışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 72.370 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. 2020-ci il 13 iyul tarixdə ünvan 1ində yerləşən H.Dibirovaya məxsus ticarət obyektinin, yəni (sığorta predmetinin) mağazanın çöl tərəfində və dam səviyyəsində cavabdehin istismarında olan elektrik naqillərində qəza halı baş vermiş və sonradan mağazanın yanar materiallarına keçərək yanğın hadisəsi baş vermişdir. Həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 2021-ci il 5 iyul tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai i stintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 iyul tarixli 10/4339 nömrəli təkrar məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu qaydalara uyğun tərtib edilmiş elektrik enerjisi alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.1-ci bəndinə əsasən ünvan 1ində yerləşən H.Dibirovaya məxsus ti carət obyektini elektrik enerjisi ilə təmin edən, X4 balansında və istismarında olan 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kVluq Qabaqçöl hava xəttindən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kV-luq kabel xətlərinin texniki vəziyyətini və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Lakin aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən, 2020-ci il 13 iyul tarixində yanğın baş vermiş ticarət obyektinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşları tə rəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1 və 5.1-ci bəndlərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, enerji-təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə a bonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilməli idi. Hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 50.000 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKT440/21/CFİ-0180/2020 saylı sığorta aktına əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 49.850 manat məbləğində sığorta ödənişi həyata keçir ilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini subroqasiya qaydasında İddiaçı ASCyə sessiya etmişdir.
13. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, yanğın hadisəsi ilə bağlı başlanılmış cinayət işinin istintaq zamanı əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunanlara görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar üzrə tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktların tələblərinin pozulmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin təkrar məhkəmə yanğın texniki ekspertizası rəyinə əsasən müəyyən olunmuşdur ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş ver miş hissədə təmir-bərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, həmin rəyə əsasən müəyyən olunmuşdur ki, 2020-ci il 9 yanvar tarixli “enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt”da Balakən rayonu Meşəşambul kəndi qeyri-əhali obyekti adından nümayəndə X11 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kv-lıq Qabaqçöl y/st-dan çıxan 10 kv-lıq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-in 04 kv-lıq PQ-dan qidalanan “SİP” adla nan 0.4 kv-lıq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0.4 kv-lıq kabel istehlakçısının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə 2022-ci il 26 sentyabr tarixli qərara əsasən, baş vermiş hadisə ilə əlaqədar cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktın istehlakçı tərəfindən imza edilməməsi onu məsuliyyət daşımaqdan azad etmir. Yəni enerji təchizatı müəssisəsi ilə abonent arasında elek trik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktının tərtib olunmaması ilə iddiaçının obyektində baş vermiş yanğın hadisəsi ilə heç bir səbəbli əlaqə olmadığından yanğın hadisəsində X4 əməkdaşlarını məsuliyyəti öz təsdiqini tapmadığından iddia əsassızdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 mart tarixli, e-2-2(113)-345/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim A.Əliyeva).
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın olmaması işin mübahisəsiz halıdır.
16. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazında əsas olaraq baş vermiş hadisə ilə bağlı araşdırma aparılarkən ekspertizanın düzgün aparılmaması, elektrik xətlərinin cavabdehin əməkdaşları tərəfindən çəkilməməsi, yanğın hadisəsinin baş verdiyi ərazinin cavabdehin məsuliyyət zonasına aid olmamasını qeyd etmişdir.
17. Subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır və subroqasiyaya əsaslanan tələbin əsaslı olması tələbin yönəldiyi şəxsin təqsirli olmasının müəyyən olunmasındadır. 18. 2020-ci il 4 dekabr tarixli ekspert rəyi ilə yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterik olması qeyd edilmiş, bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən olunmuşdur.
19. İşin faktiki halları ilə cavabde hin enerji təminatını həyata keçirərkən xidmətin qüsurlu olması müəyyən olunmuşdur ki, bunun nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının iddia tələbinin əsaslı olması təsdiq edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096 və 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli Qərarının 3.1, 5.1, 5.2 və 5.3.2-ci bəndlərinə, Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr qərarı ilə təsdiq olunmuş “Elektrik və istilik qurğularının texniki istismar qaydaları”nın 1.1.1.2, 1.1.2.1, 2.1.2.2 və 2.1.6.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2-2(103)-653/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. (sədrlik edən hakim V.Baxışova, hakimlər E.Kazımov və A.Hüseyn)
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdəki ekspert rəyindən müəyyən olunanlara görə, baş vermiş yanğının mənbəyi Balakən rayonu Me şəşambul kəndində X8 məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində çəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin cavabdehin üzərinə düşüb-düşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhədinin müəyyən edilməsidir. 24. “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3.2-ci bəndində qeyd edilir ki, enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1.000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən olunur: kabellə daxil olduqda - binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uc larında. Tərəflər arasında balans mənsubiyyəti sərhədi aktı tərtib edilib-edilməməsindən asılı olmayaraq qeyd olunan normaya görə enerji təchizatı müəssisəsi gərginliyi 1.000 V-a qədər olan elektrik qurğuları işlədən abonentlərin obyektlərinin daxili elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyət daşımır. Buna görə də, hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etməsi əsassız olmuşdur.
25. İddiaçı tərəfindən sübut qismində təqdim olunmuş "xxxx" MMC-nin rəyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin MMC-nin qoyulan suallarla bağlı ekspertiza keçirmək səlahiyyətinə malik olduğuna dair işdə sübut olmadığından həmin rəy ekspert rəyi kimi qəbul edilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəyindən görünür ki, həmin rəydə yanğın baş vermiş obyektə baxış keçirildiyi qeyd edilməmiş, sadəcə iddiaçı tərəfindən qoyulmuş sualları “Elektrik enerjisindən istifadə qaydaları”nın normalarına istinad etməklə cavablandırmağa çalışmışdır.
26. İddiaçı eyni zamanda yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik (artıq yüklənmə) olduğunu iddia etsə də, bu mülahizə şahid ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli 10/2104 nömrəli ekspert rəyində isə ekspert bu barədə şahid ifadələrinə əsaslanaraq ehtimal xarakterli fərziyyə irəli sürdüyü üçün həmin rəy məhkəmə tərəfindən k onkret halı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Şahid ifadələri və kənd sakinləri tərəfindən tərtib edilmiş aktlarla bağlı məhkəmə qeyd etmişdir ki, şahidlərin ifadələrində göstərdiyi hallar (elektrik xətlərində gərginliyin qəflətən artması) bu sahədə xüsusi biliyə malik mütəxəssis rəyi və digər mötəbər sübutlarla təsdiq edilmədiyindən yalnız şahid ifadələri əsasında iddianın əsaslı olduğu müəyyən oluna bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli qərarla da baş vermiş yanğın hadisə ilə əlaqədar cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilmişdir.
27. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi çoxsaylı yeni sübutlar Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Göstərilənlərə əsasən kollegiya iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticənin düzgün olmaması qənaətinə gəlmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096 və 1097-ci, Mülki Prosessual Məcəllənin 77.1, 81 və 88-ci maddələrinə, Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətn aməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 1 dekabr tarixli, 2-2(102)-583/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və Ə.Xıdırov)
31. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının dəlillərində bildirdiyinə görə, “apellyasiya məhkəməsinin iclasında 2021-ci il 19 may tarixli 10/889 nömrəli rəyi tərtib edən yanğın-texniki ekspertin məhkəmə iclasında izah verməsinə şərait yaradılması barədə iddiaçının vəsatətini məhkəmə rədd etməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bundan başqa, məhkəmə vəsatətin rədd olunmasına dair əsaslandırılmış qərardad qəbul etməmiş və ya məhkəmənin iclas protokoluna bu haqda əsaslandırılmış qeyd verməmişdir.”
32. Kollegiya həmin dəlili əsassız hesab etmişdir. Belə ki, sözügedən məhkəmə iclasının protokolundan görünür ki, apellyasiya məhkəməsi yerində müşavirə edərək iddiaçının vəsatətlərini təmin etməmək barədə qərar qəbul etmiş, bunu qanunun tələblərinə əsasən birinci instansiya məhkəməsində təqdim olunmamış sübutların apellyasiya instansiyasına təqdim olunmasına yol verilmədiyi və iş materiallarında ekspertin rəyinin olduğu ilə əlaqələndirmişdir. Apellyasiya məhkəməsinin həmin qərarı mahiyyət etibarilə qanuni və əsaslı olduğundan, kollegiya onunla razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmamışdır.
33. Həmçinin iddiaçı hesab etmişdir ki, “elektrik xətlərində gərginliyin qəflətən artmasının sübut edilməməsi və ya cavabdehin təqsirli olub-olmaması malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən azad edə bilməz.” Kollegiya kassatorun həmin dəlilini də əsassız hesab edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi MM-in 1128.1 və 1128.5-ci maddələri deliktdən əmələ gələn öhdəliklərə aiddir. Sığorta münasibətləri isə MM-in xüsusi normaları ilə tənzimlənir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin hüquqi əsasını delikt deyil, MM-in 936.5-ci maddəsində nəzərdə tutulmuş subroqasiya hüququ təşkil edir. Subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərəri n əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta şirkətinə ötürülməsi başa düşülür. Subroqasiya ilə bağlı iddianın təmin olunması üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır. Apellyasiya məhkəməsi düzgün qeyd etmişdir ki, məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində çəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin cavabdehin üzərinə düşüb-düşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhədinin müəyyən edilməsidir.
34. Bununla belə, kollegiya aşağıdakı səbəblərdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsassız hesab etmişdir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın 5.3.2-c i bəndində istinadən belə qənaətə gəlmişdir ki, cavabdeh daxili elektrik xəttində baş vermiş yanğına görə məsuliyyət daşımır. Buna görə də hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassızdı.
36. Halbuki, elə mübahisələndirilən qətnamənin özündə istinad olunan ekspert rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur.
37. Lakin, apellyasiya məhkəməsi “daxili elektrik xətti” ilə “mağazanın çöl tərəfində” anlayışlarının hazırkı mübahisə kontekstində bir-biri ilə necə uzlaşmasına, yəni mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili e lektrik xətlərinə aid olubolmamasına tam aydınlıq gətirmədiyindən, yanğının baş verməsinə səbəb olmuş elektrik xətlərinin saz vəziyyətdə saxlanması vəzifəsinin konkret olaraq hansı tərəfin üzərinə düşməsi barədə birmənalı nəticəyə gəlmək olmamışdır.
38. Eyni zamanda, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən nəzərə almışdır ki, “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli qərarla da baş vermiş yanğın hadisə ilə əlaqədar cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilmişdir.
39. Halbuki, həmin qərardan aydın olur ki, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmaması yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vur ulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir.
40. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki: “Cinayət işinin materiallarından göründüyü kimi, “Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kv-lıq Qabaqçöl y/st-dan çıxan 10 kv-lıq Qabaqçöl h/xdən doyan 100 kVA ******* kodlu TM-in 04 kv-lıq PQ-dan qidalanan “ SİP” adlanan 0.4 kvlıq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi "xxxx" ASC X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilməli idi.”
41. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən, 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarla müəyyən edilən və hazırkı işin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almamış, onlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Göstərilən qeyri-müəyyənliklər isə iş üzrə birmənalı nəticəyə gəlməyə imkan verməmişdir.
42. Apellyasiya məhkəməsi işdə olan sübutları qiymətləndirərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə həmin Məcəllənin 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
43. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən yanğın baş vermiş mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili elektrik xətlərinə aid olub-olmamasına, həmçinin bundan irəli gələrək sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etmənin konkret olaraq kimin (sığortalanmış obyekt sahibinin və ya cavabdehin əməkdaşlarının) məsuliyyət həddində olmasına birmənalı aydınlıq gətirməli, habelə bu zaman 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən məqamlara (xüsusilə də müvafiq texniki xətlərə texniki xidmətin və texniki baxışların cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilməl i olması, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmamasının yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqədar olması) işdə olan sübutlarla əlaqəli şəkildə və düzgün hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
44. Kassasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1097.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 63.1, 77.1, 78.1, 88, 99.2, 217, 218 və 372-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Təkrar apellyasiya icraatında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, yanğın hadisəsi barədə məlumat daxil olduqdan sonra rəhbərliyin göstərişi ilə hadisənin araşdırılması ona həvalə olunmuşdur. Hadisə yerinə ilkin baxış onun tərəfindən həyata keçirilmişdir. Hadisə yeri ünvan 1i ərazisində avtomobil yolunun sol hissəsində olan ərazidə baş vermiş, sözügedən qeyriyaşayış sahəsi bir neçə xırda obyektlərə bölünmüşdür. Lakin hamısı bir şəxsə məxsus idi. Həmin qeyri-yaşayış sahəsinin sonundan 50-60 metr məsafədə isə cavabdehə məxsus transformator quraşdırılmışdır. İlkin olaraq hal şahidlərinin iştirakı ilə obyektə vizual baxış keçirtmişdir. Baxış zamanı transformatordan obyektin sonuna qədər yanğın izləri müşahidə olunurdu. Müəyyən etmişlər ki, yanğın obyekt sahibinə məxsus qab-qacaq mağazasının ön hissəsində olmuş, mağazalar yolun kənarında cərgə formasında tikilmişdir. Mağazanın qabağında talvar kimi şifer və altda dəmir fermalar var idi. Obyektin qab-qacaq yerləşən yuxarı hissəsində metal konstruksiya daha çox deformasiyaya uğrayaraq əyilmiş formada, digər hissələr isə yanğının yayılma istiqamətində düz formada idi. Həmin vaxt onlar tərəfindən transformator və içəridəki qoruyucuların şəkilləri çəkilmişdir. Transformatordakı şitlərin içərisində hər fazanın üstündə qoruyucular olmalı idi, lakin qoruyucuların hamısı alüminium məftillə əvəz olunmuşdur. Ona görə də, qoruyucu atmamış və elektrik cərəyanını ötürmüşdür. Bu səbəbdən cavabdehin regional qurumunun nümayəndəsi ni çağırılmışdır ki, şitlərin içərisində qoruyucuların olmamasının səbəbini soruşsunlar, lakin onlar gəlməmişlər. Transformatorun içərisində vətəndaşlar və sahibkarların obyektlərinə gedən şitlər mövcud olmuş, elektrik xəttində yüksək gərginlik olduqda qoruyucu ataraq xətti ayırmışdır. Lakin sözügedən transformatorda qoruyucunun birbaşa alüminium məftillə əvəz olunması səbəbindən yüksək gərginlik yaranarkən şitlər elektrik cərəyanından ayrılmamış elektrik cərəyanını buraxmışdır. Həmin yoğun alüminium məftillər heç bir halda yana bilmir. Transformatorda elektrik xətlərinin hamısının qoşulması burulma üsulu ilə idi. Bu formada olduqda elektrik xəttində boşalma verir və qızma yaranır. Transformatora daxil olan taxta dirəyin şəklini çəkmişdir. Xətlər bir-birindən aralı getməli idi ki, birində yanğın, yaxud qısaqapanma olduqda digərinə keçməsin. Transformatordan obyektin 10-11-ci sırasına keçiddə sayğac quraşdırılmışdır. Sayğacdan sonra da 4 ədəd abonentə gedən qoruyucu quraşdırılmış, yanğın zamanı həmin qoruyucular yanmamış, amma sayğac yanğına məruz qalmışdır. Yanğın sayğacla transformator arasında olan elektrik xəttində baş vermişdir. Bununla bağlı cavabdehin regional qurumunun nümayəndəsinə sorğu göndərilmiş, lakin cavabdehin regional qurumu sorğuya cavabda qeyd etmişdir ki, onlar hüquqi şəxs olmadıqları üçün suallarını cavablandıra bilmirlər.
46. Məhkəmə iclasında hadisə yerini əks etdirən video-diskə baxış keçirildikdən sonra Şahid bildirmişdir ki, hadisə baş verdikdən sonra köhnə transformatoru dəyişmişlər. Əvvəlki sayğacın quraşdırıldığı yerdə yanğın izlərinin olması vid eo-çəkilişdə də görünür. Hadisə günorta saatlarında olmuşdur. Hadisə vaxtı güclü partlama səsi gəlmişdir. Bu vaxt sakinlərin evlərindəki məişət avadanlıqları yanmış, buna görə sakinlərin hamısı şikayətə gəlmişlər. Bundan əvvəl Balakəndə də 2 dəfə belə oxşar hadisələr baş vermişdir. Cavabdeh sorğulara cavabların birində qeyd etmişdir ki, həmin vaxt kəndə elektrik enerjisi verilməmişdir. Həmin vaxt rayonun başqa kəndində transformatorun təmiri zamanı elektrik verilişi 1 saat dayandırılmışdır. Transformatorun özündə qoruyucu olmadığına görə yanğın olmamışdır. Cavabdeh ilə abonentlər arasındakı müqaviləyə əsasən transformatordan sayğaca qədər olan məsafədəki elektrik xətti cavabdehin balansındadır. Yanğın da həmin hissədə başlamışdır. Hadisə baş verən gün cavabdehin işçiləri transformatordan ç ıxan xətti söküb aparmışdılar. Hadisə vaxtı kənddə işıq olmamışdır. Hadisə baş verən vaxt sakinlərə işıq verilmişdir. Hadisəyə səbəb transformatora qədər olan hava xəttinin özündə yaxud da yarımstansiyada nasazlıq olub. Transformatorda qoruyucu olsa idi, həmin artıq enerjini buraxmazdı.
47. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(103)-193/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim R.Qurbanov, hakimlər M.Məmmədov və A.İmanov).
48. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın əsaslı hesab edilməsi üçün “sığorta hadisəsi (2020-ci il 13 iyul tarixində ünvan 1ində yerləşən X8 məxsus ticarət obyektində baş vermiş yanğın hadis əsi) cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş verdiyi və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıması” müəyyən olunmalıdır.
49. İddiaçı tərəfindən həmin yanğın hadisəsinin cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
50. Bununla yanaşı, baş vermiş yanğın hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıyır.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3, 5.3.1 və 5.3.2-ci bəndlərinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, baş vermiş yanğının mənbəyi və bundan asılı olaraq məsuliyyətin kimin üzərin də olması halı müəyyən edilməlidir.
52. Apellyasiya məhkəməsi müəyyən edilmişdir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işinin istintaqı aparılmış və müvafiq ekspert rəyləri alınmışdır. 53. 28 oktyabr 2021-ci il tarixli ekspert rəyinə istinad edərək apellyasiya məhkəməsi göstərmişdir ki, enerji təchizat müəssisəsi ilə abonent (sığortalı H.Dibirova ilə cavabdeh) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt tərtib edilməmişdir. Ona görə də, həmin məsuliyyət “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə uyğun müəyyən edilməlidir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli, 2021-ci il 19 may tarixli və 2021-ci il 20 oktyabr tarixli rəylərinə, biri nci instansiya məhkəməsində dindirilmiş ekspert X1 və şahidlərin ifadələrinə, təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin adından “Az sığorta ASC-yə olan 2024-cü il 13 fevral tarixli 318-23/2-1533/2024 nömrəli məktubuna istinadən məhkəmə müəyyən etmişdir ki, baş vermiş yanğın hadisəsinin mənbəyi X4 balansındakı transformatordan çıxan və elektrik şəbəkəsinin balansında olan, X8 məxsus qeyri-yaşayış sahəsinin çöl divarı ilə çəkilmiş “SİP” kabeli olmuş və həmin kabel işıq transformatorundan həmin qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına qədər hissədə yerləşmişdir. 55. “Elektrik enerjisindən istifadə qaydaları” 5.3-cü bəndinə görə isə həmin hissədə elektrik naqillərin texniki vəziyyətinə görə məsuli yyət, habelə hər-hansı texniki nasazlığa görə həmin naqillərdə baş vermiş yanğın hadisəsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür.
56. Bu baxımdan, baş vermiş yanğın hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən həmin yanğın hadisəsi nəticəsində sığortalıya ödədiyi 49.850 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.
57. Cavabdehin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X5 tərəfindən qəbul edilmiş Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 2022 -ci il 26 sentyabr tarixli qərarla 2020-ci il 13 iyul tarixdə Balakən rayonu Meşəşambul kəndində yerləşən ticarət obyektində baş vermiş hadisə ilə əlaqədar cavabdehin Şimal X12 Təchizatı və Satış İdarəsinin X4 əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilsə də, həmin qərardan aydın olmuşdur ki, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmaması yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir. Həmçinin elə həmin qərarda qeyd edilmişdir ki, “enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjis inin alqı-satqısının birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kv-lıq Qabaqçöl y/st-dan çıxan 10 kv-lıq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-in 04 kv-lıq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kv-lıq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi cavabdehin X6 Təchizatı və Satışı İdarəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilməli idi.
58. Cavabdehin digər dəlilləri isə mübahisənin həlli baxımından əhəmiyyət kəsb etməmişdir. Çünki qeyd olunan sübutlarla baş vermiş yanğın hadisəsinin mənbəyinin cavabdehin məsuliyyətinə aid hissəyə aid o lması müəyyən edildiyinə görə, o həmin hadisəyə görə obyektiv surətdə məsuliyyət daşıyır.
59. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş sübutların qəbul edilməməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 2024-cü il 13 fevral tarixli 3-18-23/2-1533/2024 nömrəli məktubu hazırkı apellyasiya baxışı zamanı iddiaçıya təqdim olunmuş və Şahid barədə məlumat da həmin məktubda qeyd edilmişdir.
60. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 1096.1. 1096.2, 1097.1 və 1097.3-ci, Mülki Prosessual Məcəllənin 77, 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları” 5.3-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
61. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 62.1. Mülki Məcəllənin 1096.1-cı maddəsi üzrə - delikt dedikdə təqsirli əməl və bu əməl ilə vurulmuş ziyan arasında səbəb nəticə əlaqəsinin olması başa düşülür. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspert rəylərində yanğın hadisəsinin dəqiq baş vermə səbəbi öz əksini tapmamış, cavabde hin baş vermiş hadisədə təqsiri, o cümlədən təqsirli əməl ilə dəymiş ziyan arasında səbəb nəticə əlaqəsi məhkəmə tərəfindən mötəbər sübutlarla müəyyən edilməmişdir. Bu hallar cavabdehin hazırkı iş üzrə tam təqsirsiz olmasını özündə ehtiva edir. 62.2. Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3, 217.4 və 218.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş üzrə şahid ifadələrinə, həmçinin Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X5 tərəfindən qəbul edilmiş Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 2022-ci il 26 sentyabr tarixli qərarına əsaslanaraq, “2020-ci il 13 iyul tarixdə ünvan 1ində yerləşən, H.Dibirovaya məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsinə görə cavabdehin təqsir li olması və iddiaçının Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən həmin yanğın hadisəsi nəticəsində sığortalıya ödədiyi 49.850 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlı olması” qənaətinə gəlmişdir. Lakin, kassator apellyasiya məhkəməsinin bu mövqeyini tam əsasız hesab etmişdir. Belə ki, 2021-ci il 19 may tarixli 10/889 nömrəli və 2021-ci il 20 oktyabr tarixli 10/3694 nömrəli ekspert rəylərindən göründüyü kimi, hər rəydə gəlinən nəticəyə əsasən ekspertiza tədqiqatına nümunələr kimi təqdim olunmuş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təbiətli qəza halının qısa qapanmanın, artıq yüklənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilmədiyi və yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən başlıca olaraq müəyyən edilməli məsələ baş vermiş yanğının səbəbini dəqiq müəyyən etmək olduğu üçün iş üzrə 2 dəfə məhkəmə ekspertizası təyin olunmuş və hər iki ekspert rəyində cavabdehin təqsirini tamamilə istisna edən hallar – “1) ekspertiza tədqiqatına nümunələr kimi təqdim olunmuş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanmanın, artıq yüklənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilməməsi, 2) yanğının baş vermə səbəbinin müəyyən edilməməsi” öz əksini tapmışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə baxılarkən məhz xüsusi bilik tələb olunan sualları (iş üzrə yanğının baş vermə səb əbini dəqiq müəyyən etmək) izah etmək üçün məhkəmə ekspertiza təyin edir. Yəni hazırkı iş üzrə şahid ifadələri (hansılar ki, yanğının baş vermə səbəbini texniki cəhətdən əsaslandırmaqla müəyyən edə biləcək xüsusi biliyə malik olmamaqla yanaşı, ümumiyyətlə hadisə baş verən vaxt həmin ərazidə olmalarına əsaslı şübhələr mövcud olduğu üçün) yanğının baş vermə səbəbini dəqiq müəyyən etməyə əsas sayıla bilən mötəbər sübut növü sayıla bilməz və məhkəmə təqsiri müəyyənləşdirilərkən heç bir halda bu cür sübutlara əsaslanmamalıdır. İddiaçı iddia ərizəsində yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik olduğunu iddia etsə də, bu halı hər hansı fakta söykənməyən şahid ifadələrindən başqa mötəbər sübutlarla təsdiq edə bilməmiş, lakin apellyasiya məhkəməsi öz qətnaməsində məhz həmin şahid ifadələrinə əsaslanaraq baş vermiş yanğın hadisəsində cavabdeh təqsirli olmasını qənaətinə gəlmişdir. Digər tərəfdən, iş üzrə ekspert rəylərində ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təbiətli qəza halının qısa qapanmanın, artıq yüklənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilməməsi qeyd olunsa da, iş üzrə şahid qismində dindirilmiş ekspert X2 transformatorda gərginliyin artması nəticəsində yanğının baş verə biləcəyini ehtimal etməklə ekspert rəyi ilə ziddiyyət təşkil edəcək ifadə vermişdir. Lakin apellyasiya məhkəməsi iş üzrə qeyd edilən və digər ziddiyyətli hallara aydınlıq gətirməmiş, iş üzrə sübutları düzgün qiymətləndirməmiş, xüsusən də cavabdehin b aş vermiş yanğın hadisəsində təqsirli olmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. 62.3. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi üzrə - yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və ya kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən, apellyasiya məhkəməsinin hazırkı kommersiya mübahisəsi üzrə sübut qismində istinad etdiyi 2022-ci il 26 sentyabr tarixli qərar preyudisial əhəmiyyətə malik olmadığından, həmin qərarda öz əksini tapan hallar hazırkı iş üzrə mötəbər sübut sayıla bilməz.
63. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
64. İddiaçı "xxxx" ASC kassasiya şikayətinə etiraz təqdim edərək, təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
65. Etiraz onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 936.5, 1096.1. 1096.2, 1097.1 və 1097.3-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları” 5.3-cü bəndinə əsasən, “Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəf lərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmalıdır. Lakin, hazırkı halda cavabdeh tərəfindən belə akt abonentə imzalatdırılmamışdır. İşdəki sübutlara istinad edən kassator hesab etmişdir ki, baş vermiş yanğın hadisəsinin mənbəyinin X4 balansındakı transformatordan çıxan və elektrik şəbəkəsinin balansında olan, X8 məxsus qeyri-yaşayış sahəsinin çöl divarı ilə çəkilmiş “SİP” kabeli olduğu və həmin kabelin işıq transformatorundan həmin qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına qədər hissədə yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda istinad edilən normativ aktların tələblərindən həmin kabel və transformatorun texniki vəziyyətinin yoxlanılması, nasazlıqların aradan qaldırılması və təhlükəsizliyin təmin olunması isə bilavasitə cavabdehin üzəri nə düşür. Buna görə də apellyasiya məhkəməsi haqlı olaraq baş vermiş yanğın hadisəsinə görə cavabdehin obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşımalı olduğu qənaətinə gəlmiş və apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyil. Kassasiya baxışının hədləri:
66. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
67. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
68. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, h əmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zər ərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....”
69. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: “5. Elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri... 5.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1. hava budaqlanmasında-binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda (2 022-ci il 14 aprel tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.1-ci yarımbənddən və 5.3.2-ci yarımbəndin birinci və ikinci abzaslarından “xüsusi” sözü çıxarılmışdır); 5.3.2. kabellə daxil olduqda - binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür.”
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” ya “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bənd 4860)
73. Belə ki, apellyasiya məhkəməsi enerji təchizat müəssisəsi olan cavabdehlə abonent (sığortalı H.Dibirova) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın tərtib edilməməsini, baş vermiş yanğın hadisəsinin mənbəyinin X4 balansındakı transformatordan çıxan və elektrik şəbəkəsinin balansında olan, X8 məxsus qeyri-yaşayış sahəsinin çöl divarı ilə çəkilmiş “SİP” kabeli olmasını, həmin kabelin işıq transformatorundan həmin qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına qədər hissədə yerləşməsini müəyyən etmişdir.
74. Belə olan halda, məhkəmə, əsaslı olaraq “Elektrik enerjisindən istifadə qaydaları” 5.3-cü bəndinə istinad etməklə, həmin hissədə elektrik naqillərin texniki vəziyyətinə görə məsuliyyətin, habelə hər-hansı texniki nasazlığa görə həmin naqillərdə baş vermiş yanğın hadisəsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyətin enerji təchizatı müəssisəsi olan cavabdehin üzərinə düşməsi qənaətinə gəlmiş və hazırkı qərarın 62.1-ci bəndində qeyd olunan kassasiya şikayətinin dəlilləri əsassızdır.
75. Kassasiya şikayətinin 62.2-ci bəndindəki dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinə, işin faktiki hallarının müəyyən olunmamasına yönəldilmişdir.
76. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Apellyasiya məhkəməsinin əsassız olaraq ibtidai istintaq orqanının 2022-ci il 26 sentyabr tarixli qərarına istinad etməsindən ibarət kassasiya şikayətinin qərarın 62.3-cü bəndindəki dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya məhkəməsi həmin qərarı preyudisia l əhəmiyyət kəsb edən sübut kimi qəbul etməmişdir. Əksinə, cavabdehin özü iddiaya qarşı verdiyi etirazda və apellyasiya şikayətinin dəlilində həmin qərara cavabdehin əməkdaşlarının təqsirli olmamalarının sübutu kimi istinad etmiş, apellyasiya məhkəməsi isə bu dəlilə münasibətdə qeyd olunan qərara hüquqi qiymət vermişdir.
78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(103)-193/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.