Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-546/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Firmasının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-546/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, X1 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 22(103)-440/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 03 avqust tarixli 381 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı Firması (satıcı) "xxxx" MMC-yə dövri sifarişləri əsasında müqavilənin Əlavələri olan Qiymətlərin razılaşma protokollarında göstərilən mal-material məhsullarını satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətdə malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
2. Həmin müqaviləyə əsasən 45 ədəd qiymətlərin razılaşdırılma protokolu tərtib olunmuş və həmin protokollarda malların, adı, ölçü vahidi, miqdarı və qiyməti müəyyən edilmişdir. Həmin protokollar tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 21 oktyabr tarixli 129389 saylı (40976,77 manat), 2021-ci il 3 noyabr tarixli 781981 s aylı (27287,57 manat), 2021-ci il 4 noyabr tarixli 885204 saylı (12331,94 manat), 2021-ci il 7 oktyabr tarixli 367708 saylı (3792,52 manat), 2021-ci il 30 avqust tarixli 879566 saylı (35378,11 manat), 2021-ci il 10 avqust tarixli 176129 saylı (27161,42 manat), 2021-ci il 29 noyabr tarixli 163164 saylı (12331,94 manat), 2021-ci il 3 dekabr tarixli 535281 saylı (50123,64 manat), 2021-ci il 10 dekabr tarixli 910427 saylı (2264,84 manat), 2021-ci il 23 dekabr tarixli 666687 saylı (220,9 manat), 2021-ci il 29 dekabr tarixli 981212 saylı (248,31 manat), 2021-ci il 30 dekabr tarixli 025483 saylı (6498,91 manat), 2021-ci il 28 sentyabr tarixli 868619 saylı (6792,6 manat), 2021-ci il 16 dekabr tarixli 270279 saylı (69625,87 manat), 2021-ci il 7 dekabr tarixli 722204 saylı (6242,91 manat), 2022-ci i l 24 iyun tarixli 896807 saylı (6754,95 manat), 2022-ci il 6 iyun tarixli 770034 saylı (5132,86 manat), 2022-ci il 3 iyun tarixli 610818 saylı (3209,71 manat), 2022-ci il 10 oktyabr tarixli 881598 saylı (160,99 manat), 2022-ci il 3 oktyabr tarixli 367168 saylı (130,11 manat), 2022-ci il 26 sentyabr tarixli 591439 saylı (1818,3 manat), 2022-ci il 23 sentyabr tarixli 472065 saylı (1345,19 manat), 2022-ci il 14 sentyabr tarixli 826395 saylı (978,57 manat), 2022-ci il 16 avqust tarixli 977794 saylı (222,31 manat), 2022-ci il 25 avqust tarixli 542088 saylı (207,34 manat), 2022-ci il 15 avqust tarixli 908639 saylı (368,39 manat), 2022-ci il 12 avqust tarixli 844217 saylı (292,64 manat), 2022-ci il 28 iyul tarixli 904128 saylı (149,27 manat), 2022-ci il 18 iyul tarixli 208493 saylı (473,34 manat), 2022-ci il 05 iyul tarixli 502183 saylı (2647,09 manat), 2022-ci il 28 iyun tarixli 065165 saylı (1057,5 manat), 2022-ci il 27 may tarixli 067335 saylı (518,64 manat), 2022-ci il 26 may tarixli 119427 saylı (1817,2 manat), 2022ci il 21 aprel tarixli 914361 saylı (1967,89 manat), 2022-ci il 20 aprel tarixli 865019 saylı (88,03 manat), 2022-ci il 18 aprel tarixli 690893 saylı (8624,11 manat), 2022-ci il 8 aprel tarixli 193113 saylı (26589,53 manat), 2022-ci il 6 aprel tarixli 003884 saylı (4337,83 manat), 2022-ci il 4 aprel tarixli 870294 saylı (3069,18 manat), 2022-ci il 30 mart tarixli 581924 saylı (14867,66 manat), 2022-ci il 29 mart tarixli 497544 saylı (21653,65 manat), 2022-ci il 28 mart tarixli 412558 saylı (14841,06 manat), 2022-ci il 18 mart tarixli 182672 saylı (608,01 manat), 20 22-ci il 17 mart tarixli 076805 saylı (40924,83 manat), 2022-ci il 14 mart tarixli 830925 saylı (56973,82 manat), 2022-ci il 10 mart tarixli 692231 saylı (5416,62 manat), 2022-ci il 9 mart tarixli 579341 saylı (71787,95 manat), 2022-ci il 4 mart tarixli 365879 saylı (3630,03 manat), 2022-ci il 1 mart tarixli 125466 saylı (4880,48 manat), 2022-ci il 25 fevral tarixli 922367 saylı (464,09 manat), 2022-ci il 24 fevral tarixli 839220 saylı (6465,36 manat), 2022-ci il 24 fevral tarixli 798622 saylı (49908,8 manat), 2022-ci il 9 fevral tarixli 987237 saylı (11883,75 manat), 2022-ci il 7 fevral tarixli 794081 saylı (74668,43 manat), 2022-ci il 11 yanvar tarixli 423472 saylı (3863,93 manat), 2022-ci il 6 yanvar tarixli 224254 saylı (82952,64 manat) elektron qaimələr təqdim edilmiş və həmin qaimələ r cavabdehin möhür və imzası ilə təsdiq edilmişdir.
4. Tərəflər arasında tərtib edilmiş, hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktına əsasən 2023-cü il 1 fevral tarixə qalıq borc ƏDV daxil 284.677,93 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Firması cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il 23 oktyabr tarixinə mövcud olan ƏDV daxil 284.677,93 manat ödənilməmiş borcun və həmin məbləğə hesablanmış 72.308,72 manat faizin, cəmi 356.986,65 manatın, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqının və 224,00 manat dövlət rüsumunun, ümumilikdə 357.610,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır, tərəflər arasında bağlanmış 2021-ci il 3 avqust tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 768.422,03 manat və ƏDV məbləği 138.315,89 manat olmaqla, cəmi 906.737,92 manat məbləğində müxtəlif təyinatlı elektrik malları satılmışdır. Müqavilənin 3.2-ci bəndinə görə cavabdeh tərəfindən alınması nəzərdə tutulan malın dəyəri əvvəlcədən 100% ödənilməli idi, lakin ona satılmış müxtəlif təyinatlı elektrik mallarının dəyərinin 284.677,93 manatdan ibarət qalıq hissəsi ödənilməmişdir. 2023-cü il 1 fevral tarixində iddiaçı və cavabdeh arasında qarşılıqlı üzləşmə aktı tərtib edilərək, iddiaçı qarşısında həmin tarixə cavabdehin borc öhdəliyinin 284.677,93 manat həcmində olduğu təsdiqlənmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi i ddianı qismən etiraf etmiş və göstərmişdir ki, tələbin 150.000 manat borc və cərimə hissəsində iddiaya etiraz edir. Borcu bilərək uzatmamışlar. Cavabdeh müflis vəziyyətindədir. Onlarda iddiaçıdan aldıqları 150.000 manatlıq kabellər var, onları gəlib götürə bilərlər. Hazırda pul problemləri olduğu üçün ödəniş edə bilmirlər, hesaba pul oturan kimi ödəniş edəcəklər.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli, e-2-2(113)377/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC 2023-cü il 23 oktyabr tarixinə mövcud olan ƏDV daxil 284.677,93 manat ödənilməmiş borcun, 14.200 manat cərimənin, ödənilmiş 400,00 manat mediatorun xidmət haqqısının və dövlət rüsumuna görə 95,68 manatın tutularaq İddiaçı Firmasına ödənilməsi, qalan hissədə id dianın rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 906.467,76 manat dəyərində mal verilmiş, lakin sonuncu müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə malların dəyərindən 284.677,93 manat ödənilməmiş borcu qalmışdır.
10. Həmçinin məhkəmə hesab etmişdir ki, tələb olunan 72.308,72 manat cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan azaldılmalı və 14.200 manat məbləğində müəyyən olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425, 567-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(103)-440/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və Z.A.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli, e-2-2(113)-377/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında 2021-ci il 03 avqust tarixli 381 saylı alqı-satqı müqaviləsinin bağlanılma sı işin mübahisəsiz halını təşkil edir. Bu baxımdan, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Hazırkı işdə həmin maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
15. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, o, cavabdehə elektron qaimələr təqdim etmiş və həmin qaimələr cavabdehin möhür və imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktına əsasən 2023-cü il 01 fevral tarixə qalıq borc ƏDV daxil 284. 677,93 manat təşkil etmişdir.
16. Cavabdeh tərəfindən həmin tarixdən sonra ödəniş edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən 906.467,76 manat dəyərində mal cavabdehə verilmiş, cavabdehin həmin malların dəyərindən 284.677,93 manat ödənilməmiş borcu qalmışdır.
18. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 284.677,93 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
19. Cərimənin tutulmasına dair apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 462.1-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 03 avqust tarixli müqavilənin 3.3-cü bəndinə əsasən, satıcı gecikdirilmiş hər gü n üçün 0,1% həcmində cərimə hesablamaq hüququna malikdir. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçı 14200 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.
20. Apellyasiya şikayətində göstərilən dəlillərə qiymət verən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində malların qüsurlu olmasına istinad etməmiş, apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqavilənin 4.1ci bəndinə istinad edərək, müqavilə üzrə mallarda nasazlığın olması faktına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsində həmin faktlar nəzərə alına bilməz və onların araşdırılmasına zərurət yoxdur. Belə ki, Mülk i Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
21. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarı lmasını və ya işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 22.1. Mülki Məcəllənin 385.2, 425.2, 462.2-ci maddələri üzrə - məhkəmə əsassız olaraq tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində nəzərdə tutulanları araşdırmamışdır. Belə ki, bu hal araşdırıldığı təqdirdə borcda kifayət qədər azalma olacaqdır ki, bu da cavabdehin borc öhdəliyini azaldacaqdır. Həmçinin, məhkəmə cərimənin tutulması hissəsində iddia tələbini rədd etməli idi. 22.2. Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1-ci maddələri üzrə - cavabdeh borcu bilərək uzatmamış, müflis vəziyyə tindədir. Pul problemləri olduğu üçün ödəniş edə bilmir, hesaba pul oturan kimi ödəniş edəcəklər.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. İddiaçı Firması kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad edilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə t utulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutla r hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə ma hiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
32. Apellyasiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinin iddiaçı tərəfindən icra olunub-olunmamasının araşdırılmamasından ibarət kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində səlahiyyətli nümayəndə ilə təmsil olunmuş, lakin müqavilə üzrə iddiaçı tərəfindən verilən malların qüsurlu olması barədə dəlil irəli sürməmiş, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Odur ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 209.3 və 372.2ci maddələrini düzgün tətbiq etməklə, apellyasiya şikayətinin belə dəlilini rədd etmişdir.
33. Həmçinin, cavabdehin öhdəliyin onun təqsiri olmadan icra olunmamasına (onun müflis vəziyyətində olmasına) dair dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Nəhayət, tərəflər arasında bağlanmış 2021-ci il 03 avqust tarixli müqavilənin 3.3-cü bəndində satıcıya gecikdirilmiş hər gün üçün 0,1% həcmində cərimə hesablamaq hüququ verildiyin dən, cavabdehin cərimə borcunun silinməli olmasına dair dəlil əsassız hesab olunmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(103)-440/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.