Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-550/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətə (bundan sonra – ASC) qarşı borcun silinməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi
1. İddiaçı iddia ərizəsi ilə cavabdeh ASC-yə Şəmkir rayon Məhkəməsinə müraciət edərək qarşı ASC-nin Şəmkir regional nəzarət departamentinin satışa nəzarət idarəsinin tərtib etdiyi 2020-ci il 16 dekabr tarixli, R 202258 nömrəli aktının etibarsız hesab edilib borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2111/2021 nömrəli, 2021-ci il 23 iyul tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Zaman İmanov).
3. Qərardad onunla əsaslandırılmışdır ki, internet vergi idarəsindən alınmış arayışa əsasən iş üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla onun adına fərdi sahibkar kimi ********** nömrəli VÖEN vardır. Bu baxımdan mülki işin aidiyyatı Gəncə Kommersiyası Məhkəməsinə aiddir.
4. Gəncə Kommersiya Məhkəməsi isə bununla razılaşmay araq 2021-ci il 20 sentyabr tarixli, 2-2(115)-952/2021 saylı qərardadı ilə mülki işi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir (hakim – Kənan Vəliyev).
5. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkar olsa da, sahibkarlıq fəaliyyətini başqa ünvanda həyata keçirir. Mübahisəli borc məbləği İddiaçı fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlıdır.
6. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh orqanın aktı iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacına əsasən tərtib edilmişdir. O, sahibkar olsa da, sahibkarlıq fəaliyyətini yaşadığı ünvanda həyata keçirmir. Akt əsasında hesablanmış borc onun yaşayış evinə aiddir.
7. Cavabdeh ASC-nin nümayəndəsi də izahat verərək bi ldirmişdir ki, mübahisəli borc məbləği İddiaçı fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlıdır.
8. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə bu Məcəllənin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir.
11. MPM-in 24.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
12. Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəx slərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
14. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair i şlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
15. Məcəllənin 26.2-ci maddəsinə əsasən isə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
16. İş materiallarına əsasən hazırki mübahisə iddiaçı fərdi sahibkar statusuna malik İddiaçı cavabdeh ASC-yə qarşı ASC-nin Şəmkir regional nəzarət departamentinin satışa nəzarət idarəsinin 2020-ci il 16 dekabr tarixli, R 202258 nömrəli aktının etibarsız hesab edilərək 1300 manat borcun silinməsi tələbindən irəli gəlir. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aid iyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 18-ci bəndində də qeyd olunur ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həy ata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
18. Beləliklə, hazırki mübahisə üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa belə, mübahisənin predmetini fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borc təşkil etdiyindən bu mübahisəyə istinad edilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır.
19. MPM-in 32.7-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
20. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərk ibi hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir.
21. Beləliklə, məhkəmə tərkibi MPM-in 24, 25 və 26-cı və 403-1-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətə qarşı borcun silinməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.