Məhkəmə qərarları › İş №2-2(102)-551/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-551/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-551/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-551/2024 Bakı şəhəri Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 22(107)-42/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axmışdır. İşin halları 1. 2021-ci il 11 yanvar tarixli, AMX-0181/21 nömrəli Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi ilə paylayıcı İddiaçı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 2. 2021-ci il 15 yanvar tarixli “debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu ilə təbii qazdan istifadəyə görə 71.383,60 manat borcunun olması barədə razılığa gəlinmiş və Cavabdeh 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23.794,53 manat ödəməyi öhdəsinə götürmüşdür. 3. 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akta əsasən Elster G-650 TRZ EK -220 markalı 83047923 nömrəli sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlanmışdır. Bununla, 356.918 m3 itirilmiş qaz müəyyən olunmuşdur. Həmin akt X3 tərəfindən imzalanmışdır.

4. Qarşılıqlı üzləşmə aktları ilə 2021-ci il 31 dekabr tarixinə 33.303,36 manat, 2022-ci il 31 mart tarixinə isə 49.971,74 manat borc müəyyən olunmuşdur. 5. “Təbii qaz təchizatının dayandırılması barədə” 2022-ci il 22 aprel tarixli, 137 nömrəli aktla yaranmış borcla əlaqədar obyektdə təbii qazın təchizatı sayğac açılmadan dayandırılmışdır. 2023-cü il 4 dekabr tarixinə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan 2021-ci ilin yanvar ayıda sözügedən aktla hesablanmış və itirilmiş qazın dəyərinin 71.383,60 manat olması müəyyən edilmişdir. İş üzrə məhkəmə icraa tı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 50.300,88 manat əsas borc və 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50.700,88 manat borcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Şəki rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə qazın alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında 2021-ci il 11 yanvar tarixində müqavilə bağlanmış, cavabdehə abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən, istehlakçının **********00060 nömrəli qaz hesabında 50.300,88 manat həcmində borcu olmuşdur. Belə ki, göstərilən borc Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacın 789.859 m3 mexaniki və 1.555.498 m3 elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktları ilə təsdiqlənmiş, tələb olunan debitor borc ödənilmədiyinə görə cavabdeh müəssisənin təbii qaz təchizatı 2022-ci il 22 aprel tarixində dayandırılmışdır.

8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, aktlardakı imza cavabdehə məxsus olmamış, onun adından başqa şəxs imzalamışdır. Cavabdeh ilə iddiaçı arasında razılaşma olmuş, lakin onu məcburiyyət qarşısında yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışlar. Müvafiq istixanaya iddiaçının nümayəndələri tərəfindən yoxlama aparılmasına dair 2021-ci il 19 yanvar tarixli aktdakı, cavabdehin borcuna dair üzləşmə aktlarında, həmçinin debitor borcun ödənilməsinə dair 2021-ci il 15 yanvar tarixli Razılaşma protokolundakı imzalar ona məxsus deyil, atası X2 məxsusdur. X5 ilə iddiaçı arasında razılaşma olmuş, lakin o, məcburiyyət qarşısında, yəni, istixananın fəaliyyətinin dayanmaması üçün razılaşmışdır.

9. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 5 fevral tarixli, e-2-2(117)-49/2024 nömrəli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təbii qazın alqı-satqısına dair 2021-ci il 11 yanvar tarixində müqavilə cavabdeh tərəfindən imzalanmış, lakin “debitor borcun ödənilməsi haqqında” tərəflərin imzaladığı razılaşma protokolu, 2022-ci il 31 mart tarixinə mövcud borcla bağlı qarşılıqlı üzləşmə aktı, 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “təbii X1nın pozulması haqqında” akt cav abdeh tərəfindən deyil, cavabdeh olan sonuncunun bildirdiyinə görə onun X5 tərəfindən imzalanmışdır. Bundan əlavə qeyd edilən halların olması imzanın cavabdeh deyil, Alim Əhmədov tərəfindən imzalanmasının sonuncunun istehlakçının nümayəndəsi kimi çıxış etməsi ilə bağlı olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən, cavabdeh bütün əmlakı ilə əlaqədar bütün hərəkətlərin edilməsi ilə bağlı Alim Əhmədova 2017-ci il 29 aprel tarixində 30 il müddətinə etibarnamə vermişdir.

11. Həqiqətən istehlakçının nümayəndəsinin iştirakı ilə təbii X1nın pozulması ilə bağlı 2021-ci il 19 yanvar tarixi aktda qeyd edilən sayğacın işləməsinə mane olan kustar üsulla hazırlanmış dəmirin yerləşdirilməsi faktı sənədlərdə mövcud olmuş və bu fakta münasibətdə istehlakçının nümayəndə si həmin yoxlama prosesində iştirak etmiş, hətta sonradan həmin aktla yazılmış borcun hissə-hissə ödənilməsinə dair razılaşma protokolu da imzalamışdır. Eyni zamanda, cavabdeh ona aktla yazılmış 71.383,6 manat borcun xeyli hissəsini ödəmiş, qalan borc 50.300 manat təşkil etmişdir.

12. İddiaçı o borcu qarşı tərəfdən həmin borcu ödəmək vəzifəsinin qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olduğu təqdirdə tələb edə bilər. Nə qədər ki, cavabdehə münasibətdə tərtib olunmuş təbii X1nın pozulmasına dair akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun cavabdeh üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz.

13. Cavabdeh ona qanunvericiliyin tələbinə riayət etməyərək müvafiq aktla qoyulmuş öhdəliyi tam icra etsə belə, yenə də məhkəmə həmin ak tın qanunsuzluğunu müəyyən edərsə, cavabdehin üzərinə belə bir öhdəliyi qoya bilməz. Pozulmuş hüquqların və qanuni mənafelərin bərpasını həyata keçirən məhkəmənin mövqeyi belə olmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının tələblərinə əsasən, hüquqi və ya fiziki şəxslərin üzərinə qanunlara və hüququn ümumi prinsiplərinə riayət etməməklə qazanılmış öhdəliklərin qoyulması qanunsuzluq yaratmaqla hüquqi müəyyənliyə ziddir. Belə olan vəziyyətdə cavabdehin qeyd edilən aktla yəni, qanunvericiliyin tələbinə uyğun olmayan hərəkətlər nəticəsində tərtib olunmuş aktla qoyulmuş öhdəlikdən azad edilmə ilə bağlı qarşı tərəfin qarşılıqlı iddiasına qanunvericilik lüzum görmür. İddiaçının qarşı tərəfdən tələbi müqavilə və ya qanunun tələblərinə əsaslanmalı, qanunsuz hərəkətlər nəticəsi ndə qazanılmış hüquq mövcud ola bilməz və bu mübahisəyə məhkəmədə baxılan zaman ümumiyyətlə qeyd edilən hüquqa təminat verilə bilməz.

14. Digər tərəfdən, abonent saldosunda borc məbləği əks olunsa belə, məhkəmə hesab etmişdir ki, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan, həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac olmamış və iddiaçı ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır.

15. Qanunvericiliyin tələbinə görə, cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsind ə mümkün ola bilər. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır.

16. Sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən tərtib olunmuş akt qanunsuz olaraq tərtib edilmişdir. Eyni zamanda, akt qanuni surətdə tərtib edildiyini qanuni olsa belə cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim olunmamış, eyni zamanda yuxarıda qeyd edilən normaların tələbləri baxımından həmin sayğacın saz vəziyyətdə saxlanması cavabdehliyi qaz paylayıcısı daşımışdır.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2018-ci il 6 noyabr tarixli 22(102)-435/18 nömrəli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 mart tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin təbii qazdan istifadəyə görə yaranmış 15.770,30 manat borcu və ödənilmiş 3,59 manat dövlət rüsumu olmaqla, cəmi 15.773,89 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, “116.081,20 manat dəymiş ziyanın tutulması” barədə iddia rədd olunmuş, qarşılıqlı iddia təmin edilmiş və 2017-ci il 28 aprel tarixli akt əsasında hazırkı iş cavabdehə hesablanmış 116.081,20 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qeyd edilən qətnamədə n verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmin qərarda qeyd edilən hallarla hazırkı işin halları ilə uyğunluq təşkil etmişdir.

18. Məhkəmə işin hallarını nəzərdən keçirərək qeyd etmişdir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan akt nəticəsində cavabdehə öhdəlik olaraq qeyd olunmuş 71.383,6 manat məbləğlə bağlı tərəflərin razılaşma protokolu tərtib edilməsi mümkündür. Qeyd olunan yoxlama qanunvericiliyin tələblərinə riayət edilmədən aparılmış, onun nəticəsində yaranmış borcun ödənilməsinə dair hər hansı razılaşmanı da məhkəmə qəbul etməmişdir. Cavabdeh tərəf məhkəmə iclasında bundan imtina etdiyini və fəaliyyətin dayanmaması üçün bununla razılaşdığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc məbləği və ya digər tələblərlə bağlı razılaşma qanunun tələblərinə uyğun olmalı, tərəflər və başqa şəxslərin qanuni maraqlarına zidd olmamalıdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.2, 14.1, 15.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 560.1, 560.2, 560.3, 567 və 597.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.2, 2.1, 3, 13.2, 13.3, 20.1, 20.2 və 34.1cü, Mülki Prosessual Məcəllənin 77.1, 77.2 və 81-ci maddələrinə, Azərbayc an Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin 1.1, 1.4, 1.5 və 1.6-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.7, 4.8, 4.9 və 6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(107)-42/2024 nömrəli qətnaməsi ilə (haki m E.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Cavadovadan və Ə.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 5 fevral tarixli, e-22(117)-49/2024 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Cavabdeh 21.836,20 manat debitor borcunun və 200 manat ödənilmiş rüsum xərcinin alınıb İddiaçı İB-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən istehlakçının nümayəndəsinin iştirakı ilə təbii X1nın pozulması ilə bağlı 2021-ci il 19 yanvar tarixi aktda qeyd edilən sayğacın işləməsinə mane olan kustar üsulla hazırlanmış dəmirin yerləşdirilməsi faktı sənədlərdə mövcuddur və bu fakta münasibətdə istehlakçının nümay əndəsi həmin yoxlama prosesində iştirak etmiş, hətta sonradan həmin aktla yazılmış borcun hissə-hissə ödənilməsinə dair razılaşma protokolu da imzalamışdır. Eyni zamanda, cavabdeh ona aktla yazılmış 71.383,6 manat borcun xeyli hissəsini ödəmiş, qalan borc 50.300 manat təşkil edir.

24. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı o borcu qarşı tərəfdən tələb edə bilər ki, həmin borcu ödəmək vəzifəsi qanuna, müqaviləyə əsasən qarşı tərəfin mübahisəsiz öhdəliyinə əsaslanmış olsun. Nə qədər ki, cavabdehə münasibətdə tərtib edilmiş təbii X1nın pozulmasına dair Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun cavabdeh üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz.

25. Abonent saldosunda borc məbləği əks edilsə belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan, həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla, müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən tərtib edilmiş akt qanunsuz olaraq tərtib edilmişdir.

26. Bununla belə, apellyasiya kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələblərini tam rədd etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi 50.300,88 manat borcun 21.836,30 manat hissəsi sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış, 28.464.58 manat hissəsi isə qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləği olmuşdur. Bu faktlar təqdim edilmiş abonentin saldosu ilə öz təsdiqini tapmışdır. Bu baxımdan, apellyasiya kollegiyası hesab etmişdir ki, istehlakçı - cavabdeh sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləği ödəməyə borcludur. Mübahisəyə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan diqqətəlayiq halını nəzərə almadan, iddia tələbini bütövlükdə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın məbləği kimi qəbul edərək rədd etmişdir.

27. Apellyasiya kollegiyası tərəflər arasında bağlanmış 2021-ci il 15 yanvar tarixli “debitor borcun ödənilməsi haqqında” razılaşma protokoluna münasibət bildirərək qeyd etmişdir ki, tərəflər sərbəst şəkildə həmin razılaşmanı imzalayaraq öz iradə ifadəsini bəyan etmişlər. Cavabdehin həmin protokola əsasən qismən ödənişlər etməsi də bunu təsdiq etmişdir. Cavabdehin sözügedən razılaşma protokolu üzrə müəyyən ödənişlər etməsi onu qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəmək vəzifəsindən (öhdəliyindən) azad etməmiş, cavabdehin bu öhdəliyi isə tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədən irəli gəlm işdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.1, 15.2, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2, 2.1, 3, 13.2, 13.3, 20.1, 20.2 və 34.1-ci, 9.1, 9.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin 1.1, 1.4, 1.5 və 1.6-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 3.2.1 və 3.2.2 -ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 30.1. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sayğaca müdaxilənin sayğac göstəricisinin qeydə alınması zamanı aşkar edilməsini nəzərə almamış, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqı nda“ Azərbaycan Respublikası Qanununun tələblərinin İddiaçı İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. İddiaçı İB tərəfindən “X1”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. İddiaçı İB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “X1”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. 30.2. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - aşağı instansiya məhkəmələr i iş üzrə olan sübutları araşdırmadan, mübahisələndirilən borc məbləğinin sayğacın arxiv məlumatları əsasında hesablanmasını nəzərə almamışdır. Bu cür hallar istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə iddiaçının zərər çəkməsinə səbəb olur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında imzalanmış razılaşma protokolunu, razılaşma protokoluna əsasən ödənişlər olunmasını, mövcud borcun cavabdeh tərəfindən etiraf edilməsini nəzərə almamışdır.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisə ləndirmədiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən, yəni iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 35. “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu: “Qaz qurğularının tikintisi, qurulması və istismarı üzrə tələblər “Maddə 3.Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müq avilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”

36. Azər baycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”: “1. Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir....” “2. Qaz qurğularının istismarı... 2.11-1.Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2.Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....” 37. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu: “Maddə 3.Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsas ında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə 13.Yoxlamaların vahid məlumat reyestri 13.1.Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2.Sahi bkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3.Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə 17.Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə 20.Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahi bkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....” 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparıl ır....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiy yətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin ape llyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.

42. Kassasiya şikayətinin dəlilləri əsassızdır.

43. Belə ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların, o cümlədən belə subyektlərin qaz qurğularının müayinəsinin və onlara nəzarətlə bağlı hərəkətlərin vahid məlumat reyestrində qeydə alınmalı olması, belə qeydiyyat olmadan aparılan yoxlamanın hüquqi nəticəsinin olmaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci və “Qaz Təchizatı haqqında” Qanunun 5-ci maddələrinin dispozisiya şərtləri ilə müəyyən olunur.

44. İddiaçının əməkdaşları tərəfindən cavabdehin istifadəsində olan qaz sayğacında yoxlama apararkən qanunvericiliyin yuxarıda qeyd olunan normalarına riayət olunmamış və bu səbəbdən t ərtib olunmuş aktın və bu akta əsasən hesablanmış borcun hüquqi nəticəsinin olmamasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

45. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(107)-42/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar