Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-555/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Ramazanov Rövşən Tahir oğluna və Cavabdeh2 MMC-yə qarşı kommersiya işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, maddi və prosessual əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğludan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegi yasının 2025-ci il 6 may tarixli, 2-2(107)-58/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borclarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 20 noyabr tarixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (hakim – Mübariz Hüseynov).
3. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(107)-58/2025 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin ed ilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin likvid dəyəri hissəsində dəyişdirilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).
5. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
7. Belə ki, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.
8. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü və MPM-in 88-ci maddələrinə istinad olunsa da onların qarşısında işin halları qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir
9. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
10. MPM-in 40 8.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5).
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 tərəfidən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(107)-58/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Bakı Apellyasiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.