Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-567/2024 25.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-567/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli, 22(103)-571/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməs inin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 14 yanvar tarixli 002/21 nömrəli alqı-satqı müqaviləsi ilə satıcı qismində İddiaçı MMC alıcı qismində Cavabdeh MMC-yə beton məhsullarının alqı-satqısı barədə razılığa gəlmişlər. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə üzrə malın dəyəri mal müqavilənin 2.2-ci bəndinin tələblərinə müvafiq surətdə satıcı tərəfindən alıcıya təhvil verildikdən 5 iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcəkdir.
2. Həmin müqaviləyə 2022-ci il 25 avqust tarixli 03 nömrəli qiymətlərin razılaşdırma protokolu ilə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş malın qiyməti (Beton DC-300, m3 – 95 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sən əd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Satıcı tərəfindən malların alıcıya təqdim edilməsinə dair 2021-ci il 3 fevral tarixli EBAW seriyalı 688467 nömrəli (2503,96 manat (ƏDV daxil), 2021-ci il 16 fevral tarixli EBAX seriyalı 521331 nömrəli (230,10 manat (ƏDV daxil), 2021-ci il 23 fevral tarixli EBAX seriyalı 872166 nömrəli (230,10 manat (ƏDV daxil), 2021-ci il 26 fevral tarixli EBAX seriyalı 993326 nömrəli (2780,08 manat (ƏDV daxil), 2021-ci il 3 mart tarixli EBAY seriyalı 230472 nömrəli (493,83 manat (ƏDV daxil), 2021-ci il 7 aprel tarixli EBAZ seriyalı 785914 nömrəli (2054,97 manat (ƏDV daxil), 2021-ci il 12 aprel tarixli EBBA seriyalı 050544 nömrəli (384,09 manat (ƏDV daxil), 2021-ci il 15 aprel tarixli EBBA seriyalı 275458 nömrəli (384,09 manat (ƏDV daxil), 2021- ci il 20 may tarixli EBBB seriyalı 997190 nömrəli (1288,56 manat (ƏDV daxil), 2022-ci il 28 noyabr tarixli EBCJ seriyalı 995773 nömrəli (12.555,20 manat (ƏDV daxil), 2022-ci il 2 dekabr tarixli EBCK seriyalı 385907 nömrəli (3587,20 manat (ƏDV daxil), 2022-ci il 21 dekabr tarixli EBCL seriyalı 557012 nömrəli (10.571,03 manat (ƏDV daxil), 2022-ci il 29 dekabr tarixli EBCM seriyalı 239666 nömrəli (8955,02 manat (ƏDV daxil), 2023-cü il 5 yanvar tarixli EBCM seriyalı 453002 nömrəli (3686,91 manat (ƏDV daxil), 2023-cü il 6 yanvar tarixli EBCM seriyalı 517049 nömrəli (5841 manat (ƏDV daxil), 2023-cü il 18 yanvar tarixli EBCN seriyalı 206656 nömrəli (13.372,94 manat (ƏDV daxil), 2023-cü il 26 yanvar tarixli EBCN seriyalı 676766 nömrəli (12.762,88 manat (ƏDV daxil), 2023-cü il 3 fevral tarixli EBCO seriyalı 217464 nömrəli (11.330,36 manat (ƏDV daxil), 2023-cü il 22 fevral tarixli EBDA seriyalı 370713 nömrəli (16.044,46 manat (ƏDV daxil), 2023-cü il 6 mart tarixli EBDB seriyalı 106733 nömrəli (3564,78 manat (ƏDV daxil), 2023-cü il 28 mart tarixli EBDC seriyalı 330571 nömrəli (8899,56 manat (ƏDV daxil), 2023-cü il 5 aprel tarixli EBDC seriyalı 947149 nömrəli (1298 manat (ƏDV daxil), 2023-cü il 18 aprel tarixli EBDD seriyalı 805521 nömrəli (7949,07 manat (ƏDV daxil), 2023-cü il 12 may tarixli EBDF seriyalı 473623 nömrəli (2419 manat (ƏDV daxil), 2023-cü il 18 may tarixli EBDF seriyalı 895825 nömrəli (4494,62 manat (ƏDV daxil), 2023-cü il 2 iyun tarixli EBDH seriyalı 012300 nömrəli (5756,04 manat (ƏDV daxil), 2023-cü il 14 iyun tarixli EBDH seriyalı 877192 nömrəli (885 manat (ƏDV daxil), 2023-cü il 21 iyun tarixli EBDİ seriyalı 365942 nömrəli (7459,96 manat (ƏDV daxil), 2023-cü il 9 avqust tarixli EBDL seriyalı 639748 nömrəli (7105,96 manat (ƏDV daxil), 2023-cü il 17 avqust tarixli EBDM seriyalı 293607 nömrəli (2070,90 manat (ƏDV daxil), 2023-cü il 28 avqust tarixli EBDN seriyalı 006172 nömrəli (2915,78 manat (ƏDV daxil), 2023-cü il 26 sentyabr tarixli EBDP seriyalı 121788 nömrəli (649 manat (ƏDV daxil) elektron qaimələr göndərilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, 2023-cü il 2 iyun tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 65.072,87 manat (55.146,50 manat əsas və 9926,37 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəmə sindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci il 14 yanvar tarixli 002/21 saylı alqı-satqı müqaviləsi üzrə 51.659,50 manat əsas borc, 911 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaqla 1247,40 manat, 400 manat mediasiya xərci olmaqla, cəmi 54.217,90 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il 14 yanvar tarixli 002/21 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə müxtəlif markalı beton məhsulu təhvil verilmişdir. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, ƏDV daxil 51.659,50 manat məbləğində borc qalmışdır. Eyni zamanda cavabdehlə ar alarında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1%-i məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5%-dən artıq ola bilməz.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, cavabdehin iddiaçıya borcu yoxdur, üzləşmə aktını imzalayan şəxs cavabdeh şirkətdə baş mühəndis vəzifəsində işləmiş, onun belə bir sənədi imzalayaraq hər hansı borcu qəbul etmək səlahiyyəti olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 mart tarixli e-2-2(113)-746/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Axundova) iddia təmin edilərək, cava bdehdən 51.659,50 manat əsas borc, 911 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1.247,40 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 54.217,90 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda 2023-cü il 2 iyun tarixinə cavabdehin iddiaçıya 65.072,87 manat (55.146,50 manat əsas və 9.926,37 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək aktı imzalayan şəxsin cavabdeh şirkətdə baş mühəndis vəzifəsində işlədiyini və onun belə bir sənədi imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, akt cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda, tələb olunan borcun ödən ilməsinə dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və cavabdehdən 911 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir.
11. İddia tələbinin cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1247,40 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalıdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.7, 448.1, 462.1, 567, 598.1, 598.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(103)-571/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə üzrə malların t əqdim edilməsi həm üzləşmə aktı, həm də cavabdeh tərəfindən ləğv edilməmiş elektron qaimələrlə təsdiq edildiyindən, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi üzləşmə aktına etiraz edərək, həmin sənədi imzalamış şəxsin baş mühəndis olduğunu bildirmiş, lakin sənədin hansı səbəbdən möhürlə təsdiq edildiyini izah edə bilməmişdir.
16. Məhkəmə üzləşmə aktının hüquqi şəxsin möhürü ilə təsdiq edildiyini nəzərə alaraq hesab etmişdir ki, aktın səlahiyyətsiz şəxs tərəfindən imzalandığına dair mülahizələr əsassızdır.
17. Cavabdeh borcun hesablanması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etsə də, işdə hesablanması xüsusi bilik tələb edən sən ədlər olmadığından məhkəmə düzgün olaraq vəsatəti təmin etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
18. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 19.1. Mülki Məcəllənin 567, 568.1, 570.1 və 570.1.1-ci maddələri üzrə - tərəflər arasında bağlanmış 2021-ci il 14 yanvar tarixli 002/21 saylı alqı-satqı müqaviləsinə görə iddiaçı/satıcı müvafiq həcmdə betonu cavabdehə/alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, müvafiq həcmdə betonu cavabdehə təhvil verməmişdir. Müqavilə üzrə hansı həcmdə mal verilmişdirsə, həmin malın dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. 19.2. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 81, 88, 97.1-ci maddələri üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə vəsatət təqdim olunaraq, iddiaçı tərəfindən cavabdehə hansı həcmdə xidmətlərin göstərilməsi, habelə cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olub-olmamasının müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Lakin, məhkəmə özünün subyektiv mülahizəsinə əsaslanaraq, ekspertiza təyin etməkdən yayınmış, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Bununla bağlı dəlillər apellyasiya şikayətində qeyd edilsə də, məhkəmə nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mad dəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 15-17), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.
29. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obye ktiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli, 2-2(103)-571/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.