Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-568/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-568/2022 Açar sözlər: müqavilənin ləğvi və pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı müqaviləyə xitam verilməsi “dəymiş ziyanın ödənilməsi” tələbi barədə ilkin iddiası, Cavabdeh MMC-nin “İddiaçı” MMC-nə qarşı xx.xx.2019-cu il tarixli, yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi, ziyanın ödənilməsi tələbinə barədə qarşılıqlı iddia ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(103)-431/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və sifarişçi hazırkı müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyəri ni ödəyir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınma şərtləri, marşrut, yük nomenklaturası, həcmi, dərəcələri, Xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflər arasında razılaşdırılır və hazırkı müqavilənin əlavəsi kimi rəsmiləşdirilən Xidmət Sifarişində göstərilir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi yükünün daşınmasını Xidmət Sifarişinə və müvafiq Əlavəyə uyğun olaraq təşkil etmək, icra olunan işlər üzrə hesab-fakturanın əslini və aktı (“Göstərilmiş Xidmətlər haqqında Akt”) təqdim etmək, yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməməsinə təsir edə biləcək bütün hallar barədə sifarişçiyə dərhal yazılı məlumat vermək vəzifələrini daşıyır.
4. Müqavilənin 2.3.6-cı bəndinə əsasən hazırkı Müqavilənin 3-cü maddəsinə və müvafiq Əlavəyə əsasən ekspeditora xidmət haqqını vaxtında ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş şərtləri: Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki tərəfin imzaladığı və ödəniş üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 təqvim günü ərzində. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, ekspeditor müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0,1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq Əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %- dən çox olmayaraq sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir. 5. 2021-ci il 3 may tarixli 4778 saylı qəbul aktına əsasən 2019-cu il 20 dekabr tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavil əyə əsasən Türkiyə Respublikasından (İstanbul) Azərbaycan Respublikasına (Bakı) müvafiq daşıma həyata keçirilmiş, cəmi ödənilməli olan daşıma haqqı 4000 ABŞ dolları təşkil edir.
6. Materiallarda olan Silkway Airlines tərəfindən verilmiş sənədə əsasən, “Monador Otomatik kapı sistemləri San ve Tic. A.S” tərəfindən göndərilən Cavabdeh MMC-yə çatdırılmalı olan yükün çatdırılma tarixi və yeri kimi 2021-ci il 28 aprel, Heydər Əliyev adına X3 göstərilmişdir.
7. İlk iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 19 may tarixli xəbərdarlıqda daşıma haqlarının ödənilməsi, əks təqdirdə müqaviləyə xitam verilməsi və həmin məbləğlərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Materiallarda olan “Bank of Georgia” tərəfindən verilmiş hesabdan çıxarışa əsasən 1000 ABŞ dolları məbləğində vəsait cavabdeh tərəfindən 2021-ci il 22 iyun tarixdə ilk iddiaçının bank hesabına köçürülmüşdür.
9. Qarşılıqlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 25 avqust tarixli xəbərdarlıqda daşımanın vaxtında həyata keçirilməməsi nəticəsində iddiaçıya dəymiş 7000 manat pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. Materiallarda olan 17/2021 saylı, 2021-ci il 30 aprel tarixli müqaviləyə əsasən, sifarişçi (qarşılıqlı iddiaçı) tapşırır, icraçı (X2) isə Ravy Tover layihəsi üzrə Ravy Tover binasının giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərini yerinə yetirir. İşlər qiymət razılaşma protokolunda qeyd edilmişdir.
11. Müqaviləyə 2021-ci il 30 aprel tarixli X1 əsasən, görüləcək işlərin d əyəri ümumi olaraq 6995 manat müəyyən edilmişdir. 12. 2021-ci il 2 may tarixə yerinə yetirilən işlər haqqında Forma 2-yə əsasən 17/2021 saylı, 2021-ci il 30 aprel tarixli müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ödənilməli olan vəsait ümumilikdə 6995 manat təşkil edir. 13. 2021-ci il 3 may tarixli kassa məxaric orderi qəbzinə əsasən 6995 manat pul qarşılıqlı iddiaçı tərəfindən M.Əhmədova ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı “İddiaçı” MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk iddia ərizəsi ilə (iddia tələbinin azaldılmasına dair ərizə) məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 1 00465 saylı yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 3000 ABŞ dolları əsas, 300 ABŞ dolları cərimə və 150 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3450 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 20 dekabr tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Yük daşıma xidmətləri müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin xərcləri hesabına onun karqo xidmətlərini yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və ya digər istənilən növ nəqliyyat vasitəsi ilə həyata keçirir, cavabdeh isə bu xidmətlərin haqqını həmin müqavilənin 3-cü maddəsinin şərtlərinə uyğun ödənişləri həyata keçirməlidir. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq iddiaçının daşıma xidmətləri üçün vaxtında ödəniş etməlidir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndinə əsasən daşıma xidmələrinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq Əlavələr ilə müəyyənləşdirilr. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən ümumilikdə 3550 ABŞ Dolları vəsaiti iddiaçıya ödəməmişdir. Yük daşıma xidmətləri müqaviləsinin 4.1-ci bəndinə uyğun оlaraq gecikmiş ödəniş olan halda, iddiaçının müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində cavabdehdən cəza ödənişi tələb etmək hüququ vardı r, lakin bu ödəniş müvafiq əlavəyə əsasən Xidmətlərin ümumi qiymətinin 10 %-ni keçməməlidir. Yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış cərimə 355 ABŞ Dolları təşkil edir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə iddiaçıya zərər vurmuşdur Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış əldən çıxmış fayda 177 ABŞ Dolları təşkil edir.
16. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 26.1, 385.1, 442, 445.2.1, 448.1, 465.2, 467, 501, 852.1, 852.4-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır.
17. Cavabdeh isə öz növbəsində iddiaçıya qarşı xx.xx.2019-cu il tarixli, yük daşıma xidmətləri müqaviləyə xitam verilməsi, “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizə si ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 6995 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 20 dekabr tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında olan razılaşmaya əsasən sifarişçinin Türkiyə Respublikasından aldığı malın hava nəqliyyatı vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan danışıqlara əsasən malın 2021-ci il 28 aprel tarixdə təhvil verilməsi razılaşdırılmışdır. Cavabdehin səlahiyyətli şəxsi tərəfindən gön dərilmiş izləmə cədvəli üzrə malın 2021-ci il 28 aprel tarixdə çatdığı ifadə olunur. Həmçinin C.Əzimov tərəfindən aviaqaimə göndərilmişdir ki, bunun əsasında iddiaçı həmin sənədləri əldə edərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olur. Cavabdeh danışıqlara əsasən 2021ci il 29 aprel tarixdə malın götürülməsi üçün müraciəti zamanı heç bir malın göndərilmədiyi məlum olur, bununla əlaqədar yenidən cavabdehə müraciət edildikdə, malın çatdırıldığı bildirilmiş, daha sonra tərəflərindən malın hələ ölkəyə gətirilmədiyi, yalnız, 2021-ci il 2 may tarixdə çatacağı bildirilmişdir. Halbuki, əvvəlcədən onlara malın 2021-ci il 28 aprel tarixdə hava nəqliyyatı vasitəsilə gətirilə biləcəyi bildirilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əməl etməyərək, on lara malın vaxtında çatdırıla bilməməsi barədə məlumat verməli olduğu halda, onlara bu barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən iddiaçı 6995 manat ziyan çəkmişdir. Belə ki, qarşılıqlı iddiaçı ilə “Prokon” LLC arasında xidmət müqaviləsi mövcuddur. Həmin müqavilə üzrə qarşılıqlı iddiaçının cavabdeh tərəfindən çatdırılmalı olan yükün (qapının), 2021-ci il 2 may tarixədək quraşdırmaq vəzifəsi olmuşdur. Lakin yük çatdırılmadığından iddiaçı fərdi sahibkar X2 ilə 2021-ci il 30 aprel tarixli müqavilə bağlayaraq ona binanın giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinin görülməsini tapşırmışdır. 2021-ci il 2 may tarixdə M.Əhmədov bütün işləri görüb təhvil vermişdir. Bununla da, ca vabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya 6995 manat ziyan dəymişdir(qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilmişdir).
19. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 21.1, 21.2, 442, 443.1, 850.1, 852, 859.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 9.1, 9.3-cü, Azərbaycan Respublikası Konstitusiyasının 60, 127 maddəsinin 2-ci hissəsinə, Kraska İsveçrəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırılmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-181/2022 saylı 2022-ci il 7 fevral tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 201 9-cu il 20 dekabr tarixli 100465 saylı “Ekspeditor xidmətlərinə dair” Müqaviləyə xitam verilmiş, cavabdehdən 3000 (üç min) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilmiş, ilk iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehin iddiaçıya qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi qət edilmişdir(hakimÜ.Həsənova).
21. Məhkəmə o nəticəyə gəlmişdir ki, malın çatdırılmasının 2021-ci il 28 aprel tarixdə mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, iddiaçı öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir.
22. Məhkəmə, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3000 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 3000 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, tərəflər arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin ləğv edilməsi tələbi də borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan əsaslıdır və təmin edilməl i, 300 ABŞ dolları cərimə və 150 ABŞ dolları məbləğində əldən çıxmış faydanın da ödənilməsi hissəsində isə əsasız olduğuna görə təmin edilməməlidir.
23. İlk iddianın əsaslı olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 443.7, 445.5, 445.8, 445.9, 448.2, 448.4, 850.1, 852.1, 852.4, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.1-ci maddələrinə istinad edilmişdir..
25. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli, 2-2(103)-431/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddəti nəzərdə tutulmamış, müqavilədə nəzərdə tutulmuş qaydada yükün daşınması ilə bağlı yazılı sifariş verilməmiş, sifarişçi daşımanın konkret tarixdən gec olmayaraq həyata keçirilməli olduğuna dair ekspeditor qarşısında şərt irəli sürməmişdir. Tərəflər arasındakı “Vatsap yazışmaları”ndan aydın olur ki, cavabdeh mümkün qədər yükün tez çatdırılmasını xahiş etmiş, yazışmalarda ekspeditorun nümayəndəsi tərəfindən hava nəqliyyatı ilə daşınan yükün üçüncü gün (yəni 2021-ci il 28 aprel tarixdə) Bakı şəhərində hava limanında olacağı barədə məlumat verilmiş, 2021-ci il 30 aprel tarixdə sifarişçiyə göndərilmiş email-də isə yükün izlənilməsi barədə elektron məlumata əsasən yükün 2021-ci il 28 aprel tarixdən Bakı şəhərində olduğu qeyd edilmişdir. Yazışmalardan görünür ki, cavabdeh yükü təhvil aldıqdan sonra gecikmə ilə bağlı heç bir etiraz bildirməmiş, hesabda pul olmadığı üçün daşıma haqqının bir hissəsinin ödəniləcəyini, qalan məbləğin 1-2 günə ödəniləcəyini bildirmişdir. Eyni zamanda yazışmal ardan məlum olur ki, ekspeditorun nümayəndəsi gecikmənin hava yolları şirkəti ilə bağlı olması barədə də sifarişçiyə məlumat vermişdir.
28. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, tərəflər arasında öhdəliyin icra ediləcəyi tarix konkret olaraq şərtləşdirilmədiyindən və yük daşıma ilə bağlı sifariş alındığı gündən (“Vatsap” yazışmalarının 2021-ci il 26 aprel tarixdən başladığı nəzərə alınaraq həmin tarix sifarişin verildiyi tarix hesab olunur) sonra ağlabatan müddət ərzində təhvil verildiyindən, yükün ekspeditorun göstərdiyi tarixdə sifarişçiyə təhvil verilməməsində ekspeditor təqsirli olmadığından (yükün daşındığı hava gəmisinin uçuşunun texniki səbəblərə görə təxirə salınması) yükün iki gün gec təhvil verilməsinə görə iddiaçının cavabdeh qarşısında mülki hüquqi məsul iyyəti müəyyən olunmur.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.1, 427.2, 445.5, 448.4, 895.2 maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 20 may tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
31. Cavabdeh tərəfindən 2022-ci il 18 iyul tarixində kassasiya şikayəti verilərək, qətnamənin ilkin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi, ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 32.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qeyd olunan kommersiya işi cavabdehin kassasiya şikayəti əsasında 2022-ci il 27 iyul tarixli, 2-2(102)-568/2022 saylı qərardadla icraata qəbul edilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(102)-568/2022 saylı qərardadı ləğv edilməli, kommersiya işi kassasiya baxışından çıxarılmalıdır.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
35. Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkə məsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
36. Beləliklə, mülki prosessual qanunvericiliklə kommersiya mübahisələrinə dair işlər üzrə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Hazırkı halda, ilkin iddia tələbinin həcmi ümumilikdə 3.450 ABŞ dolları təşkil etmiş, birinci məhkəməsi tərəfindən iddia tələbi 3.000 ABŞ dolları hissəsində təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 6.995 manatın tutulması barədə Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr tərəfindən ilkin iddia tələbi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 20 dekabr tarixli 100465 saylı “Ekspeditor xidmətlərinə dair” Müqaviləyə xitam verilməsi hissəsində təmin edildiyindən, iddia tələbinin təmin olunan 3.000 ABŞ dolları və qarşılıqlı iddia üzrə rədd edilən məbləğ 6.995 manat təşkil etdiyindən və cavabdeh tərəfindən qətnamənin həmin hissələrindən kassasiya şikayəti verildiyindən, istinad olunan prosessual hüquq normalarının tələblərinə görə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. 37.Tərəf lər arasında bağlanmış xx.xx.2019-cu il tarixli yük daşıma xidmətləri müqaviləsinə ilkin iddia tələbi üzrə artıq xitam verildiyindən və qarşılıqlı iddia tələbi bu hissədə ilkin iddia tələbi ilə faktiki üst-üstə düşdüyünə görə bu hal da kassasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün əsas ola bilməz.
38. MPM-nin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməs ində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
39. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407, 408 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
40. Cavabdeh MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(102)-568/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı müqaviləyə xitam verilməsi, “dəymiş ziyanın ödənilməsi” tələbi barədə ilkin iddiası, Cavabdeh MMC-nin “İddiaçı” MMCnə qarşı xx.xx.2019-cu il tarixli yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi, ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi kassasiya baxışında n çıxarılsın. İş Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir