Məhkəmə qərarları › İş №2-2(102)-57/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-57/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-998/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 2020-ci il 13 may tarixli SDAS/2020-43 nömrəli alqı-satqı müqaviləsinin: - 2.1-ci bəndinə görə, Alıcı malları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq Alıcıya təhvil verəcək və alıcı malların dəyərini satıcıya müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir. - 8.9-cu bəndinə görə, əgər 1 saylı əlavədə digər hal nəzərdə tutulmamışdırsa, qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir.

2. Həmin müqaviləyə 2022-ci il 5 yanvar tarixli 1 saylı Əlavənin: - 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi 100% olaraq müəyyən olunmuşdur. - 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmətlərin göstərilməsi ilə əlaqədar təqdim olunmuş elektron qaimələr aşağıdakılardır: - 2022-ci il aprel ayı üçün 2022-ci il 20 may tarixli EBBW seriyalı 701689 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 11.348,61 manat (9.617,47 manat göstərilmiş xidmətin dəyəri + 1.731,14 manat ƏDV). - 2022-ci il may ayı üçün 2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.804,55 manat (6.614,03 manat göstərilmiş xidmətin dəyəri + 1.190,52 manat ƏDV). - 2022-ci il iyun ayı üçün 2022-ci il 4 avqust tarixli EBCB seriyalı 334534 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.347,72 manat (6.226,88 manat göstərilmiş xidmətin dəyəri + 1.120,84 manat ƏDV).

4. Elektron qaimələr barədə məlumata əsasən (sistemdən çıxarışdan), İddiaçı MMC tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar Cavabdeh MMC-yə təqdim olunmuş EBBW seriyalı 701689 nömrəli və EBCB seriyalı 334534 nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiq edilmişdir”, EBBY seriyalı 588720 nömrəli elektron qaimə isə “təsdiq edilmişdir” vəziyyətindədir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 12 yanvar tarixli e-2-2(119)39/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 manat olmaqla, cəmi 18.383,66 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli 2-2(105)-55/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərba ycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(102)-428/2023 saylı qərarı ilə apelyasiya instansiya məhkəməsinin qətnaməsi qismən - 17.640,74 manat əsas borcun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-10/2024 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması”- hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC-nin (bundan sonr a – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, cavabdehdən zədəli malların ümumi dəyəri 565,39 manat, malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 24.442,20 manat, ümumilikdə 25.007,59 manat borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına (bax §§ 1-4) istinadən onunla əsaslandırılmışdır ki, qaiməfakturalar üzrə məbləğlərin cəmi 26.500,88 manat təşkil etmişdir. 2020-ci il 13 may tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və s. kim i ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma, güzəşt və s. kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma, güzəşt və s. kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən, xidmətlər üçün ödənişlər və endirimlər müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa əsasən, iddiaçı tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, 2022-ci il 20 may tarixli, 701689 nömrəli qaimə və 2022-ci il 4 avqust tarixli 334534 nömrəli qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, 2022-ci il 20 iyun 588720 nömrəli qaimə isə cavabdeh tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 iyul tarixli e-2-2(113)-6 5/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ƏDV daxil 7.804,55 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 130 məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

12. Məhkəmə malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə 24.442,20 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh tərəfindən malların mağazalara deyil, mərkəzi anbara çatdırılmasını, həmin malların tərəflərindən mərkəzi anbardan mağazalara çatdırılmasını, malların bir hissəsinin cavabdeh tərəfindən mərkəzi anbara çatdırılması ehtimal edildiyi halda mərkəzi anbara çatdırılmış malların həcmini və dəyərini, malların mağazalara çatdırılmaması ilə bağlı cavabdeh tərəfindən malların qiymətinə endirim tətbiq edilməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xidmət göstərilməsinə dair elektron qaimə-fakturalara gəldikdə məhkəmə bildirmişdir ki, 2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla, digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Odur ki, həmin qaimə-fakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir.

14. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ƏDV daxil 7.804,55 manat dəyərində 2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə- faktura cavabdeh tərəfindən təsdiqlənmiş, bununla da cavabdeh həmin qaimədə göstərilmiş 7.804,55 manat dəyərində xidmətlərin iddiaçı tərəfindən göstərilməsi faktını qəbul etmişdir. Buna görə də, xidmət haqqının tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən ƏDV daxil 7.804,55 manat dəyərində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

15. Zədəli olduğundan cavabdehə qaytarılmış malların dəyərinin - 565,39 manat məbləğində pulun qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin hissədə də iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları, o cümlədən cavabdeh tərəfindən ona zədəli mal təqdim edilməsini, həmin malların dəyərinin tərəfindən ödənilməsini, eləcə də sözügedən malların cavabdehə qaytarılmasını sübuta yetirə bilməmişdir.

16. Bundan əlavə, cavabdehin iddiaçıya qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-10/2024 saylı qətnaməsindən müəyyən edilir ki, həmin mübahisə çərçivəsində məhkəmələr tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə borcunun olub-olmaması müəyyənləşdirilərkən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malların 47.630,29 manat dəyərində olan hissəsinin iddiaçı tərəfindən cavabdehə qaytarılması nəzərə alınmış və müqavilə üzrə qaytarılmış malların dəyəri ümumi borcdan çıxılmışdır. Belə olan halda isə q aytarılmış malların dəyərinin cavabdehdən yenidən tələb edilməsi üçün əsasların mövcud olmaması açıq-aşkardır.

17. Məhkəmə belə qənaətə gəlmişdir ki, 565,39 manat məbləğində pulun qaytarılması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 567, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 597.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6cı bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə” 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 107, 115.0.9, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunaraq, iddianın tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-998/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova İ.İbrahimli).

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi mövqeyi ilə razılaşmış, öz mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 567, 587.1, 587.2-ci, MPM-in 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23. “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.1-ci və 3.3-cü bəndləri üzrə - İddiaçı apellya siya məhkəməsinin “2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Odur ki, həmin qaiməfakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir” mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, 2022-ci il 20 may tarixli, 701689 nömrəli qaimə və 2022-ci il 4 avqust tarixli 334534 nömrəli qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, 2022-ci il 20 iyun 588720 nömrəli qaimə isə cavabdeh tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olma mışdır.

24. MPM-in 88-ci maddəsi üzrə - 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565,39 manat təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24.442,20 manat təşkil etmişdir. Beləliklə, 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə, 2022-ci il 20 may tarixli, 2022-ci il 20 iyun tarixli və 2022-ci il 4 avqust tarixli elektron qaimələr göndərilmişdir. 2022-ci il 20 may tarixli EBBW seriyalı 701689 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 11.348,61 manat, 2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.804,55 manat, 2022-ci il 4 avqust tarixli EBCB seriyalı 334534 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.347,72 manat təşkil etmişdir. 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma, güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma, güzəşt və.s kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bütün bu sadalanan faktlar və sübutlar iş materiallarına əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətində qətnamənin qismən ləğvi xahiş olunsa da, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə və kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüq uqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqavil əsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldı rıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:... 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin....”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir....”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə A zərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

31. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsində icraat

32. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.

33. Cavabdehdən zədəli malların dəyərinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşdığından və kassator qətnaməni həmin hissədə əlavə tutarlı dəlillərlə təkzib edə bilmədiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

34. Bununla belə, cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır.

35. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi ilə əlaqədar təqdim olunmuş 202 2-ci il 20 may, 20 iyun və 4 avqust tarixli 3 elektron qaimədən xronoloji ardıcıllıq baxımından ikincisi, yəni 20 iyun tarixli elektron qaimə bilavasitə cavabdehin özü tərəfindən, qalanları isə sistem tərəfindən təsdiq olunmuş, cavabdeh özünün təsdiq etdiyi qaimənin dəyərini iddiaçıya ödəmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi sistem tərəfindən təsdiq olunmuş və dəyəri ödənilməmiş elektron qaimələrlə bağlı birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşmışdır ki, həmin qaimə-fakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir.

37. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyini aşağıdakı səbəblərdən əsassız hesab edir.

38. Əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarix li 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin (bax § 29) məzmunundan aydın olur ki, elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

39. Hazırkı halda iddiaçı cavabdehə təqribən iki ay yarım ərzində (2022-c i il mayın 20dən avqustun 4-dək) 3 elektron qaimə göndərsə də, cavabdeh onun birini özü təsdiq edərək ödəniş etmiş, sistem tərəfindən təsdiq edilmiş digər qaimələrlə bağlı isə cavabdehin iddiaçıya hər hansı etiraz bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

40. Bununla belə, ən azından, birinci qaimənin mövcudluğundan məlumatlı olan (olmalı olan) cavabdehin hətta əvvəlki qaiməyə belə etiraz etməsi, yaxud da cavabdehin sözügedən qaimələrin əsaslılığını mübahisələndirmək üçün malları mərkəzi anbara deyil, bilavasitə mağazalara çatdırmasını təsdiq edən mötəbər sübutları işə baxan məhkəmələrə təqdim etməsi də iş materiallarından görünmür.

41. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hissədə iş üzrə nəticəyə gələrkən, o cümlədən hazırkı işdə tərəflər arasında mövcud o lan işgüzar təcrübəyə hüquqi qiymət verərkən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarında elektron qaimələrlə bağlı formalaşdırılmış hüquqi mövqeləri (bax § 30) nəzərə almamış, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 31) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

42. Odur ki, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-998/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

43. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, bu zaman Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqelərinə uyğun olaraq hazırkı işdə tərəflər arasında mövcud olan işgüzar təcrübəyə düzgün hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-998/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar