Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-582/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayən də qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(103)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC və Cavabdeh1 MMC arasında 2022-ci il 23 fevral tarixli TZM0022005 nömrəli maliyyələşdirmə limiti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə gələcəkdə veriləcək sifariş orderi və invoys maliyyələşmələri üzrə bağlanan müqavilələr üzrə sifariş orderlərinin və invoysların maliyyələşməsi məqsədi ilə 60 ay müddətinə illik 16% dərəcəsi ilə 2.000.000 manat bərpa olunan kredit limiti ayrılmışdır.
2. Həmin müqavilə çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış: - 2022-c i il 28 fevral tarixli TZM0022005/001 nömrəli razılaşmaya əsasən bank tərəfindən borcalana illik 13 % faiz dərəcəsi olmaqla 6 ay müddətinə 600.000 manat; - 2022-ci il 2 mart tarixli TZM0022005/002 nömrəli razılaşmaya əsasən bank tərəfindən borcalana illik 13 % faiz dərəcəsi olmaqla 6 ay müddətinə 710.000 manat; - 2022-ci il 1 mart tarixli TZM0022005/003 nömrəli razılaşmaya əsasən bank tərəfindən borcalana illik 13 % faiz dərəcəsi olmaqla 6 ay müddətinə 610.000 manat məbləğində kredit verilmişdir.
3. Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə Cavabdeh2 və Qanuni nümayəndə arasında 2022ci il 23 fevral tarixli TZM0022005/001 nömrəli zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərin ə götürmüşlər.
4. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 28 fevral tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşma ilə Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 2021-ci il 5 yanvar tarixli və "xxxx" MMC ilə bağlanmış 2021-ci il 16 yanvar tarixli BTM/0514/2021 nömrəli müqavilələrdən irəli gələn pul tələbinin banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt etmişdir.
5. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 1 mart tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşma ilə Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli və “Da vudoğlu NN MMC” arasında bağlanmış 2022-ci il 24 fevral tarixli müqavilələrdən irəli gələn pul tələbinin banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt etmişdir.
6. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 2 mart tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşma ilə Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli və "xxxx" MMC arasında bağlanmış 2022-ci il 24 fevral tarixli nömrəli müqavilələrdən irəli gələn pul tələbinin banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt etmişdir.
7. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında 2022-ci il 3 oktyabr tarixli əlavə sazişlə 2022-ci il 25 avqust tarixli TZM0022005/001 nömrəli sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə 2022-ci il 25 avqust tarixindən 2024-cü il 25 fevral tarixinə kimi uzadılmışdır.
8. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında 2022-ci il 3 oktyabr tarixli əlavə sazişlə 2022-ci il 3 oktyabr tarixli TZM0022005/002 nömrəli sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razıla şmanın müddəti 18 ay müddətinə 2022-ci il 25 avqust tarixindən 2024-cü il 25 fevral tarixinə kimi uzadılmışdır.
9. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında 2022-ci il 3 oktyabr tarixli əlavə sazişlə 2022-ci il 1 sentyabr tarixli TZM0022005/003 nömrəli sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə 2022-ci il 1 sentyabr tarixindən 2024-cü il 1 mart tarixinə kimi uzadılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrıl ıqda müvafiq olaraq – “MMC”, “Cavabdeh2”, “Qanuni nümayəndə”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2022-ci il 28 fevral tarixli TZM0022005/001 nömrəli müqavilə üzrə 391.687,91 manat əsas, 18.885,47 manat faiz, 28.180,05 manat dəbbə olmaqla, cəmi 438.753,43 manat, 2022-ci il 2 mart tarixli TZM0022005/002 nömrəli müqavilə üzrə 631.561,42 manat əsas, 36.645,33 manat faiz, 42.835,99 manat dəbbə olmaqla, cəmi 711.042,74 manat, 2022-ci il 1 mart tarixli TZM0022005/003 nömrəli müqavilə üzrə 482.979,82 manat əsas, 24.852,68 manat faiz, 32.908,04 manat dəbbə olmaqla, cəmi 540.740,54 manat (bütün tələblərin cəmi 1.690.536,71 manat) pulun, dövlət rüsumu kimi ödənilmiş 1.235 manat pul və mediasiya xərci kimi ödənilmiş 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə MMC və digər cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərinin icra olunmasından yayınmışlar.
12. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli e-2-2(113)-136/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 2022-ci il 28 fevral tarixli kredit müqaviləsi üzrə 391.687,91 manat əsas borc, 7.229,70 manat faiz borcu, 15.000 manat dəbbə pulu, 2022-ci il 2 mart tarixli kredit müqaviləsi üzrə 631.561,42 manat əsas borc, 29.139,85 manat faiz borcu, 25.000 manat dəbbə pulu, 2022-ci il 1 mart tarixli kredit müqaviləsi üzrə 482.979,82 manat əsas borc, 18.151,10 manat faiz borcu, 19.000 manat dəbbə pulu, ödənilmiş 1.325 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.621.074,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, ödənilmiş qalan 400 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, aparılmış ekspertiza tədqiqatları ilə bağlı 200 manat ekspertiza xərcinin cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
14. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfind ən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 16 oktyabr tarixli 3-16-16/2-9/6056/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2022-ci il 28 fevral tarixli TZM0022005/001 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMC-nin 2023-cü il 5 iyun tarixinə əsas borcu 380.040,81 manat, faiz borcu 1.266,80 manat təşkil etmişdir. 2022-ci il 2 mart tarixli TZM0022005/002 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMCnin 2023-cü il 5 iyun tarixinə əsas borcu 617.372,07 manat, faiz borcu 7.503,34 manat təşkil etmişdir. 2022-ci il 1 mart tarixli TZM0022005/003 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMC-nin 2023-cü il 5 iyun tarixinə əsas borcu 469.893,46 manat, faiz borcu 5.744,19 manat təşkil etmişdir.
15. İddiaçının nümayəndəsi məhkəməyə 2022-ci il 23 fevral tarixli TZM0022005 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə TZM0022005/01, TZM0022005/02 və TZM0022005/03 nömrəli razılaşmalar üzrə 2022-ci il 3 oktyabr tarixli əlavə sazişləri təqdim edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir və birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilmişdir.
16. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 20 fevral tarixli 3-16-16/2-9/276/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2022-ci il 28 fevral tarixli TZM0022005/001 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMC-nin 2023-cü il 5 iyun tarixinə əsas borcu 401.662,36 manat, faiz borcu 7229,70 manat təşkil etmişdir. 2022-ci il 2 mart tarixli TZM0022005/002 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMC-nin 2023-cü il 5 iyun tarixinə əsas borcu 636.668,22 manat, faiz borcu 29.139,85 manat təşkil etmişdir. 2022-ci il 1 mart tarixli TZM0022005/003 nömrəli razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla, MMC-nin 2023-cü il 5 iyun tarixinə əsas borcu 490.256,11 manat, faiz borcu 18.151,10 manat təşkil etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və MMC arasında 2022-ci il 28 fevral, 1 mart və 2 mart tarixli kredit müqavilələri imzalanmış, həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə Cavabdeh2 və Qanuni nümayəndə arasında zaminlik müqavilələri imzalanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qayda da icra etməmişlər. Belə olan təqdirdə məhkəmə cavabdehlərdən yaranmış kredit borcu məbləğlərinin tutulması qənaətinə gəlmişdir.
18. Məhkəmə cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq əsas borcların 2024-cü il 20 fevral tarixli ekspert rəyinə uyğun müəyyən edilməsi, cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq faiz borclarının isə iddia tələbi həddində müəyyən olunması qənaətinə gəlmişdir. Belə ki, 2024-cü il 20 fevral tarixli ekspert rəyində cavabdehlərin kredit müqavilələri üzrə faiz borclarının məbləği iddia ərizəsində tələb olunan məbləğlərdən artıq müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyil.
19. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə məbləğlərinin də cavabdehlərdən tutulması tələbini də irəli s ürmüşdür. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 2022-ci il 28 fevral tarixli TZM0022005/001 nömrəli kredit razılaşmasına əsasən 15.000 manat, 2022-ci il 2 mart tarixli TZM0022005/002 nömrəli kredit razılaşmasına əsasən 25.000 manat, 2022-ci il 1 mart tarixli TZM0022005/003 nömrəli kredit razılaşmasına əsasən 19.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdehr Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(103)-102/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, zaminlik və kredit müqaviləsindəki imzanın qanuni təmsilçiyə məxsus olmaması, kredit müqaviləsi üzrə bank tərəfindən MMC-yə pulun təqdim edilməməsi formal mülahizələrə əsaslanmışdır. Belə ki, müqavilə üzrə bank tərəfindən kredit məbləğini almayan borclunun müqavilələr üzrə ümumilikdə 274.237 manat kredit ödənişi etməsi ağlabatan olmamışdır. Digər tərəfdən əgər həqiqətən də müqavilədəki imzalar ona məxsus olmasa belə, müqavilədən sonrakı davranışları ilə MMC-nin müqaviləni bəyəndiyini nümayiş etdirmişdir və MM-in 360.2-ci maddəsinə əsasən müqavilələr etibarlı müqavilədir.
25. Həmçinin apellyasi ya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspertin zəruri sənədlərin təqdim olunması barədə vəsatəti təmin edilmiş və cavabdehdən sərbəst və eksperimental imza nümunələrinin təqdim olunması xahiş edilmiş, lakin tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 7 aprel tarixli məktubuna əsasən ekspertizanın keçirilməsindən imtina olunmuşdur.
26. Məhkəmə kollegiyası MPM-in 97.5-ci maddəsinə əsasən qeyd etmişdir ki, mülki məhkəmə icraatı qaydasında formal həqiqət prinsipi rol oynayır, məhkəmə işdə olan sübutlar əsasında işə baxır, məhkəmə sübut toplayan orqan deyil, sübut edilməyən hallar mövcud olmayan hal kimi qiymətləndirilir. Beləliklə, hər iki əqd (zaminli k və kredit müqaviləsi) qanuni təmsilçinin və zaminin iradə ifadəsi əsasında imzalanmış, müqavilədən sonrakı hərəkətlər və davranışları bu halı qeyd etməyə əsas vermişdir.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 360.2, 385.1, 425, 462.1, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, MPM-in 14.2, 77.1, 80, 81, 88 və 97.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 337.1-337.3, 385.1, 386, 406, 442 və 467-ci maddələri üzrə - cavabdeh 300.000 manat vəsaiti almamış, 2019-cu il 13 dekabr tarixli DEN-00021-20/19A nömrəli kredit müqaviləsindəki imzalar ona məxsus olmamışd ır. Qeyd edilənlər vəsatətlər və apellyasiya şikayətində bildirilmişdir. Bu barədə məhkəmədən ekspertiza keçirilməsini xahiş edilsə də, buna dair tam araşdırma aparılmamışdır. O, ölkə xaricindədir və onun imza nümunələri notariat və ya digər qurumlardan (Daxili İşlər Nazirliyinin pasport qeydiyyat idarəsindən) alına bilərdi. O, şirkətin vergi işinə görə axtarışı olduğundan, ölkəyə gələ bilmir. Məhkəməyə imza nümunələrinin Rusiyadan notariat vasitəsi ilə də göndərilməsi barədə vəsatət verilsə də, buna münasibət bildirilməmişdir. Müəssisə olaraq bankdan bu qədər kredit alınmamışdır. O, formal direktor olmuş, bütün imza və digər sənədləşmələr başqa şəxs tərəfindən edilmişdir. Həmçinin o, ümumiyyətlə, şirkətdə olmayıb və bankın əməkdaşları da onu tanıya bilməzdilər.
30. MPM-in 1.3, 88, 97 və 4 18.1-418.3-cü maddələri üzrə - məhkəmənin qətnaməsi prosessual pozuntularla qəbul edilmişdir. Məhkəmə bankın hüquqlarını daha üstün tutaraq, onun bildirdiklərinin qanuni olduğuna əsaslanmışdır. Cavabdeh ölkəyə gələ bilmirsə, bu onun hüquqlarının pozulmalı olduğunu özündə ehtiva etmir. Bununla da çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə dövlət orqanlarında olan imza nümunələri ilə cavabdehin imzalarını yoxlamalı idi. Belə olan halda cavabdehin hüquqları bərpa olunardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, zaminlik və kredit müqaviləsindəki imzanın qanuni təmsilçiyə məxsus olmaması, kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə pulun təqdim edilməməsi formal mülahizələrə əsaslanm ışdır. Belə ki, müqavilə üzrə bank tərəfindən kredit məbləğini almayan borclunun müqavilələr üzrə ümumilikdə 274.237 manat kredit ödənişi etməsi ağlabatan deyil. Digər tərəfdən əgər həqiqətən də müqavilədəki imzalar ona məxsus olmasa belə, müqavilədən sonrakı davranışları ilə cavabdeh müqaviləni bəyəndiyini nümayiş etdirmişdir və müqavilələr MM-in 360.2-ci maddəsinə əsasən etibarlı müqavilədir. Cavabdeh2 zaminlik müqaviləsindəki imzanın ona məxsus olmaması barədə dəlili nəzərə alınaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspertin zəruri sənədlərin təqdim olunması barədə vəsatəti təmin olunmuş, cavabdehlərdən sərbəst və ekperimental imza nümunələrinin təqdim olunması xahiş edilmiş, lakin tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmişdi r. Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 7 aprel tarixli məktubu ilə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş cavabdehin qeydiyyat ünvanına göndərilmiş, Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilmiş, SMS xəbərdarlıq göndərilmişdir. Həmçinin Cavabdeh2 məxsus elektron kabinetdən məhkəmə iclasında iştirak etməsi üçün iclasın təxirə salınması barədə məhkəməyə ərizə təqdim edilmiş (iş materialları İ cild, 132-ci vərəqə), lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla da, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclaslarında iştirak etməsi üçün şərait yaradılmışdır. Bu səbəbdən mübahisələndirilən qətnamə işin hallarına uyğun o lmaqla, kassasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır. Kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti Cavabdeh1 MMC tərəfindən verildiyinə görə hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız həmin cavabdehin apellyasiya şikayətinə baxılması hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və ye rdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçi rməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” “Maddə
741. Borc üzrə faizlər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edi lmiş hesab edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində gös tərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
37. Kassasiya şikayətində qeyd edilən dəlillər isə əsaslı hesab edilə bilməz.
38. Belə ki, apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspertin zəruri sənədlərin təqdim olunması barədə vəsatəti təmin edilmiş və cavabdeh Qanuni nümayəndə sərbəst və eksperimental imza nümunələrinin təqdim edilməsi xahiş edilmiş, lakin tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmişdir. Bu səbəbdən Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 7 aprel tarixli məktubuna əsasən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə ekspertizası nın aparılması məhz cavabdehin hərəkətsizliyinə görə mümkün olmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hala uyğun olaraq MPM-in 97.5-ci maddəsinin tətbiq edilməsi düzgün olmuş və hər hansı pozuntuya yol verilməmişdir.
40. Məhkəmənin imza nümunələrinin təqdim edilməsinə şərait yaratmaması və özü tərəfindən imza nümunələrinin əldə etməməsi barədə dəlillər də əsassızdır. Belə ki, məhkəmə ekspert vəsatətini cavabdeh tərəfə göndərmiş və əlavə nümunələrin təqdim edilməsinə şərait yaratmışdır. Bundan əlavə, məhkəmə ekspertizasının keçirilməsi üçün lazımi şəraitin yaradılması (sənədlərin, nümunələrin təqdim edilməsi və s.) vəzifəsi ekspertizanın təyin edilməsi barədə vəsatət vermiş şəxsin üzərinə düşür, lakin cavabdeh üzərinə düşən bu vəzifəni vaxtında yerinə yetirməmişdir. Məhkəmənin isə tərəfin hərəkətsizlik göstərdiyi və müvafiq vəsatətlə müraciət etmədiyi hallarda müstəqil olaraq nümunə və s. ekspertizanın keçirilməsi üçün zəruri olan materialların toplamaq vəzifəsi mövcud deyildir.
41. Bundan əlavə, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunan hallarına görə tərəflər arasında bağlanmış kredit müqavilələri Cavabdeh1 MMC-yə məxsus möhürlə təsdiq edilmiş və həmin müqavilələr üzrə ümumilikdə 274.237 manat kredit ödənişi həyata keçirilmişdir.
42. Kollegiya qeyd edir ki, qeyd olunan faktlarla yanaşı Cavabdeh1 MMC-nin hazırda müqaviləni imzalamadığına istinad etməsi mülki hüquqların vicdanla həyata keçirilməsi prinsipinə ziddir. 43. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsd iq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmi n əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
44. Bu baxımdan kollegiya qeyd edir ki, hazırda Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsindəki imzaların mübahisələndirilməsi özü-özlüyündə əsassızdır və bununla bağlı apellyasiya instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi yuxarıda göstərilən hüquqi mövqeyə uyğundur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 may tarixli 2-2(103)-102/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.