Məhkəmə qərarları › İş №2-2(102)-588/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-588/2021

08.12.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-588/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili Vəkil2 oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 iyul tarixli, 2-2(103)-677/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 02.10.2020-ci il tarixli 007611 saylı akta görə, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilən zaman sayğacdan keçməyən d=50mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir.

2. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına görə, iddiaçı d=50mm-lik su xəttindən qeyri-qanuni istifadə etməklə 13734 kub.metr miqdarında 27468 manat dəyərində cavabdehə ziyan vurulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde h tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli, 007611 saylı aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya əsassız olaraq hesablanmış 27.479,43 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin qərardadı ilə iddianın, 02.10.2020-ci il tarixli 007611 saylı Aktın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 2 ünvanında fəaliyyət göstərir. İddiaçıya 18989551 saylı müqavilə əsasında cavabdeh tərəfindən Zavoda bütövlükdə baxış keçirildikdən sonra su sayğacı quraşdırılmış və hər hansı kənar müdaxilə də aşkar edilməmişdir. Bundan sonra, hər ay müvafiq olaraq cavabdehin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və borclar hesablanmışdır ki, həmin borclar da iddiaçı tərəfi ndən vaxtı-vaxtında ödənilmişdir. Cavabdehin vəzifəsi hər ay sayğaca baxış keçirərək hər hansı müdaxilənin olmasını vaxtında aşkar etməklə istehlakçıya bu barədə məlumat verməkdir ki, iddiaçıya bu barədə heç bir məlumat verilmədən əsassız olaraq 27.479,43 manat borc hesablanmışdır. Hal-hazırda iddiaçının sudan istifadəyə görə hər hansı borcu qalmamışdır. İddiaçı istifadə etmədiyi suya görə hər hansı ödəniş etməyə borclu deyildir. Cavabdeh tərəfindən 02.10.2020-ci il tarixdə iddiaçı barəsində tərtib edilmiş 007611 saylı aktda qeyd olunmuşdur ki, guya obyektin su təchizatına baxış zamanı sayğacdan keçməyən d = 50 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunma aşkar olunmuşdur. Cavabdeh iddiaçıya heç bir xəbərdarlıq etmədən barəsində akt tərtib edərək qanuni əsaslar olmadan şişirdilm iş bir məbləğdə cərimə yazmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 aprel tarixli, e-2-2(113)-853/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 02.10.2020-ci il tarixli, 007611 saylı Akt əsasında iddiaçıya hesablanmış 27.468 manat borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması qət edilmişdir (hakim – Z.Pirverdiyev).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən akta və cavabdehin nümayəndəsinin izahatına görə, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

8. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan akta əsasən iddiaçıya 27468 manat məbləğində borc hesablandığından, iddia həmin hissədə təmin edilməlidir.

9. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – ““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”) 3.2, 31.2-ci və 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2 011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –“Su təchizatı və tullantı suları haqqında qanun”) 26-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının 2021-ci il 06 iyul tarixli, 2-2(103)-677/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), A.V.Tanrıverdiyev və Ş.Ə.Məhərrəmova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 aprel tarixli, e-2-2(113)-853/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. 13. 007611 saylı akt isə iddiaçının nümayəndəsinin iştirakı olmadan və yalnız cavabdehin əməkdaşlar ı tərəfindən tərtib edildiyindən, kənar xətdən istifadə edilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

14. Lakin, cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

15. İddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. Çünki, istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qey də alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

16. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un 3.2, 31.2-ci və 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Hazırki iş üzrə iddiaçı tər əf cavabdeh tərəfindən obyektin su təchizatı sisteminə baxış keçirməsinə etiraz etməmişdir. Bundan əlavə, obyektdə sudan səmərəsiz istifadə halı, qanunun müddəalarının pozulması halı öz təsdiqini tapmış və bunun qarşısı qanunvericiliyin tələblərinə uyğun alınmışdır.

19. Cavabdeh tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından, bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur.

20. Digər tərəfdən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=50 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmiş, bu bar ədə 02 oktyabr 2020-ci il tarixli, 007611 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır.

21. Beləliklə, iddiaçı su təchizatı müəssisəsinin razılığı olmadan 1 ədəd d=50 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə edərək qanunun tələblərini pozmuş, su təchizatı müəssisəsinə maddi ziyan vurmuşdur.

22. Kassasiya şikayəti “Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndlərinin, “Su təchizatı və tullantı suları haqqında qanun”un 67.1, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçının etirazında qeyd edilmişdir ki, Cavabdeh ASC iddiaçıya heç bir xəbərdarlıq etmədən barəsində akt tərtib edərək, qanuni əsaslar olmadan iddiaçıy a cərimə yazmışdır.

24. İddiaçı tərəfindən həmin sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Bundan başqa abonent olaraq iddiaçının da qanuni əsaslarla su təchizatından istifadə etmək hüququ vardır.

25. Müvafiq aktda göstərilənlər və 27.479,43 manat cərimə kimi əlavə sərfıyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının və hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar iddiaçıya təqdim edilməmişdir. Aktla razı olmadığlarını bildirməklə, imza etməkdən imtina edilmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

26. Cavabdehin vəkili Vəkil2 oğlu kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

28. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

29. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti va xtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 34. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. “Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;”

35. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlmək lə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. “V. Reyestrdən məlumatların verilməsi qaydası 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 iyul tarixli, 2-2(103)-677/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyindən, həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qayd ada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

38. Eyni zamanda cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektə məhz su təchizatı sisteminin vəziyyətini yoxlamaq məqsədi ilə getdiyini inkar etmir və buna görə də bu yoxlama qanunvericiliyin istinad olunan tələblərinə əsasən yalnız rəsmi reyestrdə qeydiyyatdan keçdikən sonra həyata keçirilə bilərdi.

39. Digər tərəfdən, iddiaçıya məxsus obyektdə quraşdırılmış su sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmi ş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

40. Cavabdeh, iddiaçının sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması faktını mötəbər sübutlarla təsdiq edə bilmədiyindən, kassasiya şikayətində istinad olunan Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndlərinin, “Su təchizatı və tullantı suları haqqında qanun”un 67.1, 72-ci, Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinin iddiaçı tərəfindən pozulması dəlilləri də əsaslı hesab edilə bilməz.

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin aparılmış yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxl amaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyini, iddiaçıya məxsus obyektdə quraşdırılmış su sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsinin məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid edildiyini, belə yoxlamaların isə hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 iyul tarixli, 2-2(103)-677/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 iyul tarixli, 2-2(103)-677/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar