Məhkəmə qərarları › İş №2-2(102)-589/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-589/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-589/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu məruzəsi ilə hakimlər Qəribov Bəhman Fərhad oğlunun və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı "kredit borcunun tutulması və tələbin ipoteka premetlərinə yönəldilməsi" tələblərinə dair kommersiya işi üzrə Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(103)-322/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2017-ci il 11 oktyabr tarixli, GTC510LE/2017 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər (bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər) toplusu imzalanmışdır.

2. Tərəflər arasında 2017-ci il 21 noyabr tarixində GL2366 saylı kredit limiti mü qaviləsi, eyni zamanda həmin kredit limiti müqaviləsinə 2018-ci il 10 sentyabr tarixli 1 №-li əlavə imzalanmış və bank tərəfindən borcalana 2027-ci il 21 noyabr tarixinədək illik faiz dərəcəsi 25%, gecikdirilmiş illik cərimə faiz dərəcəsi 40% olmaqla 10.000.000 (on milyon) manat kredit limiti xətti açılmışdır.

3. Tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit limiti müqaviləsi çərçivəsində 2018-ci il 6 fevral tarixli K2461 saylı maliyyələşdirmə üçün ərizə forması eyni zamanda 2018-ci il 23 may tarixli 1 saylı əlavə və 2019-cu il 22 fevral tarixli 2 saylı əlavə imzalanmış, bank tərəfindən borcalana 2021-ci il 31 yanvar tarixinədək 1.540.000 manat bərpa olunan maksimal borclanma limiti ayrılmışdır.

4. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL2366 saylı kredit lim iti müqaviləsi çərçivəsində 2020-ci il 9 iyul tarixində borcalana illik faiz dərəcəsi 16%, cərimə faiz dərəcəsi 31% olmaqla aşağıda qeyd edilən müxtəlif məbləğlərdə birdəfəlik kreditlər verilmişdir: - K4022 saylı maliyyələşdirmə ərizəsi ilə 2023-cü il 9 iyul tarixinədək 1.042.100 manat; - K4023 saylı maliyyələşdirmə ərizəsi ilə 2023-cü il 9 mart tarixinədək 351.719 manat; - K2461/04 saylı maliyyələşdirmə ərizəsi ilə 2021-ci il 31 yanvar tarixinədək 42.500 manat; - K2461/05 saylı maliyyələşdirmə ərizəsi ilə 2021-ci il 31 yanvar tarixinədək 35.700 manat; - K2461/06 saylı maliyyələşdirmə ərizəsi ilə 2021-ci il 9 yanvar tarixinədək 30.600 manat; - K2461/07 saylı maliyyələşdirmə ərizəsi və 2020-ci il 24 sentyabr tarixli 01 saylı əlavə ilə 2020-ci il 10 dekabr tarixinədək 29.750 manat.

5. Tərəfl ər arasında imzalanmış 2017-ci il 11 oktyabr tarixli, GTC-510LE/2017 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində borcalana 2017ci il 20 dekabr tarixli 2017-603LG saylı maliyyələşdirmə üçün ərizə formasına və ona edilmiş 2019-cu il 19 dekabr tarixli 2 saylı əlavəyə əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 2020-ci il 31 dekabr tarixinədək illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 8%, illik cərimə faizi 23%) olmaqla 17,110 Avro məbləğində bank qarantiyası verilmişdir.

6. Tərəflər arasında bağlanmış 2017-ci il 21 noyabr tarixli GL2366 saylı kredit limiti müqaviləsindən və ona edilmiş 2018-ci il 10 sentyabr tarixli 01 saylı əlavədən irəli gələn öhdəliklərin icrasını təmi n etmək məqsədi ilə onlar arasında aşağıda qeyd edilən müqavilələr imzalanmışdır: - Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 2017-ci il 21 noyabr tarixli İ2196 saylı ipoteka müqaviləsi və ona edilmiş 2021-ci il 10 mart tarixli 01 nömrəli əlavə ilə bankın xeyrinə yüklü edilmişdir; - Cavabdeh4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 157.2 kv.m yaşayış sahəsi 2018-ci il 6 fevral tarixli İ2268 saylı ipoteka müqaviləsi və ona edilmiş 2021-ci il 10 mart tarixli 01 nömrəli əlavə ilə bankın xeyrinə yüklü edilmişdir; - Cavabdeh6 mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 98 saylı bağ evi 2018-ci il 13 fevral tarixli İ2267 saylı ipoteka müqaviləsi və ona edilmiş 2021ci il 10 mart tarixli 01 nömrəli əlavə ilə bankın xeyrinə yüklü edilmişdir; - Cavabdeh3 mülkiyyətində olan Xətai rayonu, 1131-ci məhəllə, ünvan 3 ünvanlarında yerləşən yaşayış sahələri uyğun olaraq 2019-cu il 18 fevral tarixli İ2762 və İ2761 saylı ipoteka müqavilələri ilə bankın xeyrinə yüklü edilmişdir; - Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 2019cu il 22 iyul tarixli İ2919 saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir (hər bir ipoteka müqaviləsi dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarışlar verilmişdir); - Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən 4.650 ədəd müxtəlif mal qalığı Cavabdeh6 ilə imzalanmış 2017-ci il 21 noyabr tarixli G1578 saylı girov müqaviləsi və ona edilmiş 2020-ci il 29 iyun tarixli 02 nömrəli əlavə bankın xeyrinə yüklü edilmişdir; - Bank ilə Cavabdeh6 arasında 2017-ci il 21 noya br tarixli, Z2300 saylı zaminlik müqaviləsi və 2020-ci il 29 iyun tarixli 01 nömrəli əlavə, eyni zamanda 2017-603LG saylı maliyyələşdirmə üçün ərizə formasından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə 2017-ci il 20 dekabr tarixli, Z2362 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC (bundan sonra – “MMC”) və Cavabdeh6 birgə qaydada K4022 saylı kredit müqaviləsinə əsasən 1.042.100 manat əsas borc, 493.982,97 manat faiz borcu, 152.112,92 manat cərimə borcu olmaqla cəmi 1.688.195,89 manat borcun; K4023 saylı kredit müqaviləsinə əsasən 351.719 manat əsas borc, 100.889,06 manat faiz borcu, 125.020,18 manat cərimə borcu olmaqla cəmi 577.628 manat borcun; K2461/04 saylı kredit müqaviləsinə əsasən 42.500 manat əsas borc, 4.319,46 manat faiz borcu, 29.478,26 manat cərimə borcu olmaqla cəmi 76.297,72 manat borcun; K2461/05 saylı kredit müqaviləsinə əsasən 35.700 manat əsas borc, 3.658,46 manat faiz borcu, 24.761,78 manat cərimə borcu olmaqla cəmi 64.120,24 manat borcun; K2461/06 saylı kredit müqaviləsinə əsasən 30.600 manat əsas borc, 3.213,33 manat faiz borcu, 21.751,50 manat cərimə borcu olmaqla cəmi 55.564,83 manat borcun; K2461/07 saylı kredit müqaviləsinə əsasən 29.750 manat əsas borc, 2.184,84 manat faiz borcu, 21.941,25 manat cərimə borcu olmaqla cəmi 53.876,09 manat borcun; K2017-603LG saylı kredit müqaviləsinə əsasən 17.100 Avro əs as borc, 114 Avro faiz borcu, 9.471,98 avro cərimə borcu olmaqla cəmi 26.685,98 Avro məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın § 6-da qeyd edilmiş əmlaklara yönəldilməsi, həmin əmlakların hərracdan ilkin satış qiyməti uyğun olaraq 46.400 manat, 244.000 manat, 72.750 manat, 249.000 manat, 149.000 manat, 73.300 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarına ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun MMC və Cavabdeh6 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, borcalan yuxarıda qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyindən kreditlər üzrə gecikdirilən günlərin sayı 790 gün, bank qarantiyası üzrə isə 770 gün təşkil etməklə § 7-də qeyd edilən məbləğlərdə borcu yaranmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 dekabr tarixli e-2-2(113)-2131/2023 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “ipoteka predmetlərinin boşaldılması” tələbinə dair iddiası üzrə iddianın “ipoteka predmeti olan daşınmaz əmlakların boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən veril miş 2023-cü il 2 avqust tarixli 9/4542 nömrəli ekspert rəyinə əsasən cavabdehlərin iddiaçıya 2022-ci il 5 mart tarixinə uyğun olaraq kredit müqavilələrinə əsasən 1 042.100 manat əsas borc, 276.040,70 manat faiz borcu, 43.026,30 manat cərimə borcu; 351.719 manat əsas borc, 93.166 manat faiz borcu, 65.069,31 manat cərimə borcu; 42.500 manat əsas borc, 10.682,84 manat faiz borcu, 14.399,06 manat cərimə borcu; 35.700 manat əsas borc, 9.456,50 manat faiz borcu, 11.986,20 manat cərimə borcu; 30.600 manat əsas borc, 8.105,60 manat faiz borcu, 10.235,40 manat cərimə borcu; 29.750 manat əsas borc, 7.880,40 manat faiz borcu, 11.885,60 manat cərimə borcu; 17.100 avro əsas borc, 2.146,35 avro faiz borcu, 4.869,65 avro cərimə borcu vardır.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2131/2023 nömrəli, 2023-cü il 6 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən birgə qaydada uyğun olaraq kredit müqavilələrinə əsasən 1.042.100 manat əsas borc, 276.040,70 manat faiz borcu, 43.026,30 manat cərimə borcu; 351.719 manat əsas borc, 93.166 manat faiz borcu, 17.500 manat cərimə borcu; 42.500 manat əsas borc, 4.319,46 manat faiz borcu, 2.100 manat cərimə borcu; 35.700 manat əsas borc, 3.658,46 manat faiz borcu, 1.700 manat cərimə borcu; 30.600 manat əsas borc, 3.213,33 manat faiz borcu, 1.500 manat cərimə borcu; 29.750 manat əsas borc, 2.184,84 manat faiz borcu, 1.400 manat cərimə borcu; 17.100 avro əsas borc, 114 avro faiz borcu, 850 avro cərimə borcu, ödənilmiş 1.000 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, 270 manat xidmət haqqı, ümumilikdə 1.983.848,09 manat və 18.064 Avro məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına 1.983.848,09 manat və 18.064 Avro məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin hər bir ipoteka predmetina aid olan hissədə onların mülkiyyətçilərinə qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

12. Məhkəmə işin hallarına istinad etməklə qeyd etmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə ki, iddiaçı 2022-ci il 5 mart tarixində cavabdehlərə xəbərdarlıq ünvanlayaraq kredit müqavilələri üzrə borcun ödənilməsini tələb etmiş, kredit müqavilələrini birtərəfli qaydada həmin tarixdə ləğv etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin tarixə cavabdehlərdən yaranmış kredit borcunun məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka və girov predmetlərinə yönəldilməlidir.

13. Məhkəmə kredit müqavilələrinə əsasən hesablanmış cərimə puluna münasibətdə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılmalıdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 276.1, 295, 298.2, 317.1, 319.1, 319.5, 462.1, 467, 470.1, 472.1, 4 72.2, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını yalnız bütün kreditlər üzrə dəbbə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində, habelə K4022 və K4023 saylı maliyyələşdirmə üç ün ərizələr üzrə faiz borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(103)-322/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi K4022 və K4023 saylı kredit müqavilələri üzrə faiz borcuna və Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilərək K4022 saylı kredit müqaviləsi üzrə faiz borcu 449.725,7 manat, K4023 saylı kredit müqaviləsi üzrə faiz borcu 100.889,06 manat, Azərbaycan manatı ilə cəmi tutulmalı olan məbləğ isə 2.165.256,15 manat müəyyən edilmiş, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Sadıqov ).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faiz borcu ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə müəyyən edilən müddət bitmədən əsas borcun vaxtından əvvəl ödənilməsinin tələb edilməsi mahiyyət etibarı ilə müqavilənin ləğv edilməsi ilə nəticələnir. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi 2022-ci il 3 mart tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş məktuba əlavə olunmuş Əlavə 1-də 2022-ci il 25 fevral tarixinə olan borcun məbləği göstərilmiş, gecikdirilmiş öhdəliklərin icrası tələb olunmuş və kredit müqavilələri üzrə müqavilə müddəti bitmədən bütün əsas borcun ödənilməsi tələb edilməmişdir.

19. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin həmin məktuba istinad edərək tə rəflər arasında bağlanmış kredit müqavilələrinin həmin tarixdə ləğv edilmiş hesab edilməsi barədə qənaəti düzgün olmamışdır. Çünki iddiaçı həmin məktubda kredit müqavilələri üzrə münasibətlərin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirməmişdir.

20. K4023 saylı kredit müqaviləsinin müddəti 2023-cü il 9 mart tarixində bitmişdir. Həmçinin hazırkı iş üzrə verilmiş iddia ərizəsi 2023-cü il 15 mart tarixində iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada göndərilmişdir. İddia ərizəsində isə kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür. Göründüyü kimi, K4022 saylı kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni 2023-cü il 15 mart tarixində cavabdehə qarşı cəmi əsas borcun ödənilməsini tələbi i rəli sürülməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.

21. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı K4023 saylı kredit müqaviləsi üzrə 2023-cü il 9 mart tarixinə hesablanmış faiz borcunu, K4022 saylı kredit müqaviləsi üzrə isə 2023-cü il 15 mart tarixinə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

22. Məhkəmə kollegiyası həmin məbləğlərin hesablanması qaydası ilə bağlı qeyd etmişdir ki, 2023-cü il 2 avqust tarixli ekspert rəyindən müəyyən edilir ki, K4022 saylı kredit müqaviləsi üzrə 2022-ci il 5 mart tarixinə hesablanan faiz borcu 276.040,7 manat, həmin tarixdən 2023-cü il 15 mart tarixinə qədər olan müddət 375 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 463,16 manat təşkil edir. B eləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, 2023-cü il 15 mart tarixinə olan faiz borcunun məbləği 449.725,7 manat təşkil edir (375 x 463,16 = 173.685 + 276.040,7 = 449.725,7). Həmçinin K4023 saylı kredit müqaviləsi üzrə 2022-ci il 5 mart tarixinə hesablanan faiz borcu 93.166 manat, həmin tarixdən 2023-cü il 9 mart tarixinə qədər olan müddət 369 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 156,32 manat təşkil edir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, 2023-cü il 9 mart tarixinə olan faiz borcunun məbləği 150.848,08 manat təşkil edir (369 x 156,32 = 57.682,08 + 93.166 = 150.848,08).

23. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, K4022 saylı kredit müqaviləsi üzrə faiz borcunun məbləği 449.725,7 manat müəyyən edilməli və qalan hissədə həmin iddia rədd edilməli, K4023 saylı kredit müqaviləsi üzrə isə MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq faiz borcunun tutulması barədə iddia tam təmin edilərək 100.889,06 manat məbləğində müəyyən edilməlidir.

24. Bundan başqa, məhkəmə kollegiyası işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğlərini, kreditlərin verilmə tarixlərini və aparılan son ödəniş tarixlərini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcların 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cərimə borclarının tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

25. Məhkəmə kollegiyası mö vqeyini MM-in 421.2, 421.3, 462.1, 467, 739.1, 741-ci, MPM-in 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri üzrə - Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı 5-12-ci bəndlərdə qeyd edilmiş kredit müqavilələrinin hər biri üzrə 897 gün təşkil etmişdir. Bu baxımdan, həmin kredit müqavilələri üzrə hesablanmış cərimə pulları (bax § 21) əsaslıdır. Həmçinin qanunvericilik müqavilə tərəflərinə müqavilənin məzmu nunu və şərtlərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan, cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləğləri kəskin surətdə əsassız olaraq azaldılmışdır. Nəticədə apellyasiya məhkəməsi cərimə borcuna münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Apellyasiya məhkəməsi qətnamədə qeyd etməsinə baxmayaraq hətta bu sahə də formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmadan əsas borc məbləğinin 5 faizindən də xeyli az məbləğdə dəbbə pulu hesablanmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, K4022 saylı kredit müqaviləsinə əsasən cavabdehin 1,042.100 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 52.105 manat təşkil etdiyi nəzərə alınsa, müəyyən edilən 43.026,30 manat cərimə məbləği əsas borcun 5 %dən xeyli azdır və əsassızdır.

28. Kassator K4022 saylı kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə qeyd etmişdir ki, kredit pandemiya dövründə restrukturizasiya olunan kreditdir. 2020-ci il 9 iyul tarixli K4022 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və ərizədə kreditinin məqsədi olaraq restruktizasiya göstərilmişdi r. Restruktizasiya ilə bağlı 2020-ci il 18 iyun tarixli 35/7 saylı ilkin qərar qəbul edilmişdir. Qərara əsasən restruktizasiya olunan kreditlərin icra gününə olan faiz və cərimələri növbəti aylara bərabər şəkildə bölünmüşdür. 2020-ci il 17 sentyabr tarixli 58/9 saylı qərara əsasən yenidən restrukturizasiya olunmuş və həmin tarixə hesablanmış faizlər yenidən cəmlənib növbəti aylara bölünmüşdür. Bu baxımdan, bankın təqdim etdiyi maliyyə arayışlarında əlavə faiz ödənişləri (66.237,87 manat) yer alır (Qeyd olunan əlavə faiz ödənişləri ilə bağlı müvafiq razılaşmalar, sənədlər və ödəniş cədvəli nəzərdən keçirilməsi üçün kassasiya şikayətinə əlavə edilmişdir). Ekspertin və bankın hesablama prinsipi eynidir, belə ki, maliyyə arayışında olan faiz borcu məbləğindən qeyd olunan məbləği çıxıb gündəl ik hesablanan faizə böldükdə hər günə düşən faiz məbləği (463,16 manat) əldə edilir. Lakin ekspert rəyində yuxarıda qeyd olunan əlavə faiz məbləği nəzərə alınmamışdır.

29. Apellyasiya məhkəməsi K4022 saylı kredit müqaviləsi üzrə faiz borcunu sadə riyazi hesablama ilə müəyyən etməsinə baxmayaraq kreditin restruktizasiya olunması ilə bağlı yuxarıda qeyd olunan əlavə faiz məbləğini nəzərə almamışdır. Belə ki, həmin müqavilənin 2023-cü il 15 mart tarixindən ləğv edilmiş hesab edərək həmin tarixə qədər hesablanmış faiz borcu 2024-cü il 21 iyun tarixli maliyyə arayışına əsasən 471.975,29 manat təşkil edir (maliyyə arayışı kassasiya şikayətinə əlavə edilmişdir). İş materiallarına təqdim olunan 2023-cü il 27 aprel tarixli PB/PBL-OUT-00160-2023 nömrəli maliyyə arayışında isə həmin tarixə olan faiz borcu əks olunur.

30. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, restruktizasiya məqsədli kredit olmasını və bununla bağlı əlavə faiz ödənişlərinin yer aldığını, gecikdirilmiş günlərin sayının 897 gün təşkil etməsini, qeyd olunan maliyyələşdirmə üçün ərizələrə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamışdır və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

31. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi cərimə borcu və K4022 saylı kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütün kredit müqavilələri üzrə dəbbə pulunun və K4022 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya inst ansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçü n cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu öd ənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”.

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədləri... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

38. Kassatorun K4022 saylı kredit müqaviləsi üzrə faiz borc unun düzgün hesablanmamasına dair dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, məhkəmə həmin müqavilənin restrukturizasiya məqsədli kredit olmasını, 2020-ci il 17 sentyabr tarixli 58/9 saylı qərara əsasən yenidən restrukturizasiya aparılaraq həmin tarixə hesablanmış faizlərin yenidən cəmlənib növbəti aylara bölünməsini və bununla bağlı əlavə faiz ödənişlərinin (66.237,87 manat) yer almasını nəzərə almamışdır.

39. Məhkəmə kollegiyası bununla bağlı bildirməyi zəruri hesab edir ki, iş materiallarına əsasən, həmin dəlillər aşağı məhkəmə icraatlarında bildirilmədiyindən, məhkəmələrdə müzakirə predmeti olmadıqlarından və bilavasitə işin faktiki halları ilə bağlı olduqlarından, hazırkı kassasiya icraatında onlara istinad olunması və bu dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılması MP M-in 407.2-ci maddəsinin (bax § 36) tələbləri baxımından yolverilməzdir.

40. Həmçinin kassator dəbbə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmasa da, məhkəmə kollegiyası həmin mövqeyi qanuni və əsaslı hesab etdiyindən iddiaçının apellyasiya icraatında da bildirdiyi eyni məzmunlu dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

41. K4022 saylı kredit müqaviləsinə əsasən tutulan dəbbə pulu məbləğinin əsas borcun 5%-dən az olmasına gəldikdə isə, qeyd olunmalıdır ki, həmin nisbət bu tələblərlə bağlı məhkəmələrin bir qayda olaraq rəhbər tutduqları nisbətdir və işin hallarından asılı olaraq həmin nisbətin bir qədər aşağı olması da mümkündür. Hazırkı halda bu nisbət 4,1% təşkil etdiyindən məhkəmə kollegiyası sözügedən müqavilə üzrə tutulan dəbbə pulunun həcmi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ədalətsiz və MM-in 467-ci maddəsinə (bax § 35), habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsinə zidd hesab etmir.

42. Kassator mübahisələndirilən qətnaməni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

43. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 36) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(103)-322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 9 aprel tarixli 2-2(103)-322/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar