Məhkəmə qərarları › İş №2-2(102)-590/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-590/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-590/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ümumi istifadədə olan yolda aparılan tikintinin sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın zəbtdən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə qarşı ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi və tikinti altındakı yola aid torpağın azad edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(104)-151/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Seriya RX ******* saylı 2016-cı il 15 iyul tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 084205 sa ylı 2016-cı il 15 iyul tarixli “X2 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin 2022-ci il 4 mart tarixli mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, 2016-cı il 15 iyul tarixli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0.0108 ha torpaq sahəsində tikinti materialları tökülmüş, tikinti inşa edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək ona məxsus obyektin yanından keçən yolun ərazisində qanunsuz inşa edilmiş tikintinin və tikinti materiallarının cavabdehin hesabına sökülüb götürülməsi və həmin tikinti altında olan yola aid torpağın azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 15 iyul tarixli RX ******* saylı çıxarış əsasında Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin cavabdeh ümumi istifadədə olan yolun onun obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, iddiaçının və qonşu obyektlərin sexlərinə maşın yolunu bağlamışdır. Bu hal isə iddiaçının sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmağa məcbur olmu şdur.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 170.1, 170.2-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilərkən tərtib edilmiş 2022-ci il 12 aprel tarixli baxış protokolundan görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçıya məxsus olan torpaq sahəsinə giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. X1 rəyinə əsasən həmin tikinti materialları götürüldüyü halda yol tamamilə açılacaqdır. Cavabdeh tərəfindən inşa edilmiş tikinti isə yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneçilik törət mir.

9. Şəmkir Rayon Məhkəməsinin 2022-ci il 12 aprel tarixli 2(076)-373/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin vəsaiti hesabına götürülməsi qət edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli 2(104)-1928/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2022-ci il 12 aprel tarixli 2(076)-373/2022 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 27 sentyabr tarixli e-2-2(115)2052/2022 saylı qərardad ı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 22 dekabr tarixli 10/6875 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, Seriya RX ******* saylı 2016-cı il 15 iyul tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, lakin ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə tikinti materialları tökülmüşdür. Tikinti inşa edilməmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(115)-45/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Seriya RX ******* saylı 2016-cı il 15 iyul tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçının mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materiallarının cavabdehin vəsaiti hesabına götürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim – G.Quliyeva).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb edir. Belə ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sah əsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçıya məxsus torpaq sahəsinə gedən və ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. İddiaçı dəfələrlə həmin materialları könüllü olaraq götürməsini təklif etmiş, lakin cavabdeh ümumi istifadədə olan yoldan tikinti materiallarını götürməmişdir. Mübahisəli torpaq sahəsi isə ümumi istifadədə olan yola aid torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətidir. Ona görə də bələdiyyə işə üçüncü şəxs qismində cəlb olunmuşdur. Lakin bələdiyyə qanunvericiliklə müəyyən olunmuş funksiyalarına uyğun olaraq yolun açılması ilə bağlı heç bir mövqe bildirməmişdir. Məhkəmə hesab etmişdir ki, yolun bələdiyyə mülkiyyətində olmasına və bələdiyyənin yolun açılması üçün münasibət bildirməməsinə baxmayara q, iddiaçı bu barədə iddia vermək hüququna malikdir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin ümumi istifadədə olan torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin gediş-gəliş yolu üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddia qismən təmin edilməli, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.0948 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülməlidir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materi alları, ekspertiza rəyi, mübahisəli əraziyə baxış protokolu ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili ümumi istifadədə olan yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneə törətmir, buna görə də iddia qalan hissədə təmin edilməməlidir.

17. Məhkəmə bu qənaətini MM-in 152.5, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddələrinə, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1, 3-cü, 13-cü maddəsinin 6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(115)-45/2023 saylı qətnaməsinin iddia tə ləbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(104)-151/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – A.Hüseynzadə, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev).

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında və məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, RX Seriyalı ******* saylı, 2016-cı il 15 iyul tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən Çıxarış”a əsasən Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmaqla, həmin torpaq sahəsində yüngül konstruksiyadan ibarət malların qəbulu, boşaldılması və yüklənməsi üçün talvar tipli məntəqə inşa edilmiş, həmçinin bir hissə avtomobil təmiri sexi kimi istifadə olunmaqla, həmin torpaq sahəsinə iki hissədən giriş-çıxış yolu mövcuddur. Cavabdehin isə qanuni əsaslarla mülkiyyətində və ya istifadəsində hər hansı bir torpaq və ya qeyri-yaşayış sahəsinin olması müəyyən edilməməklə, o, həmin ərazidə sahibkarlıq fəaliyyətilə məşğul olmaqla tərəfindən iddiaçının torpaq sahəsinə gedən ikinci giriş-çıxış yolu üzərində, iddiaçının yüngül konstruksiyadan ibarət talvarının qarşısına müxtəlif tikinti materialları tökmüşdür.

21. Cavabdeh iddiaçının torpaq sahəsinə və obyektinə gedən yolun tam açıq olduğunu və ora getmək üçün hər-hansı ciddi maneə olmadığını, obyektə başqa alternativ yolun da olduğunu, mübahisəli olan ərazinin ümumi istifadədə olan yol kimi qeydə alınmadığını əsas gətirərək iddianın əsassız olmasını iddia etmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən yüngül konstruksiyadan ibarət talvarın qarşısında piyada keçidi üçün hər hansı bir maneə olmasa da, həmin torpaq sahəsinə və yüngül konstruksiyadan ibarət talvarın altına avtomobilin hərəkət etməsi üçün yola tökülmüş tikinti materialları ci ddi maneə yaratmaqdadır. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təyinatı da sənaye, nəqliyyat və rabitə təyinatlı olmuşdur ki, belə olduğu təqdirdə həmin torpaq sahəsinə və orada yerləşən tikililərə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yolverilməz olmuşdur. Həmin torpaq sahəsinə alternativ yolun olması faktı isə digər ikinci yoldan təyinatı üçün istifadə edilməsinə məhdudiyyət yaratmaqdadır. Hərçənd ki, iddiaçının inşa etdiyi yüngül konstruksiyadan ibarət talvar tipli məntəqə iki tərəfli olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin iddiaçının torpaq sahəsinə və obyektinə getmək üçün hər hansı ciddi maneə olmaması və obyektə başqa alternativ yolun olması ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

23. Məhkəmə kollegiyası qeyd olunan ərazinin yer quruluşu və dövlət torpaq kadastr uçotu üzrə rəsmi-texniki sənədlərdə və bununla bağlı rəsmi elektron informasiya sistemində ümumi istifadədə olan yol kimi qeydə alınmaması ilə bağlı dəlilini də əsassız hesab etmişdir.

24. Belə ki, məhkəmə kollegiyası tərəfindən yerində baxış zamanı həmin ərazinin yol kimi istifadə edilməsi müəyyən edilməklə yanaşı, məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin rəyi ilə də mübahisəli ərazinin ümumi istifadədə olan yol olması müəyyən edilməkdədir.

25. Məhkəmə bu qənaətini MM-in 152.1, 152.5, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 84-cü, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü m addələrinə istinad etməklə əsaslandırmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 19 iyun tarixdə məktubla tərəflərə göndərilmiş, 2023-cü il 25 iyun tarixdə rəsmi qaydada təqdim edilmişdir.

27. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən 2023-cü il 23 avqust tarixdə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 16 iyun tarixli 22(104)-151/2023 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

28. MM-in 152.5, 157.4-cü maddələrinin tələbi pozulmuşdur. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin qətnamədə mülkiyyət h üququnun və mülkiyyətdən maneəsiz istifadə hüququnun pozulması ilə bağlı istinad etdiyi hüquq normaları işin faktiki halları ilə uzlaşmamışdır. Yəni iş üzrə iddiaçının öz mülkiyyətindən sərbəst istifadə hüququna maneə yaradılması iş materiallarında heç bir mötəbər sübut və ya hər hansı digər hal ilə təsdiq olunmur. Belə ki, iş üzrə aşağı məhkəmələrdə izahatı alınmış mübahisəli torpaq sahəsinin mülkiyyətçisi – Şəmkir rayon Düyərli Bələdiyyəsinin sədrinin məhkəmədə verdiyi izahat, DƏDRX-nin Layihə Tədqiqat Mərkəzinin 2022-ci il 4 mart tarixli rəyi, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 2022-ci il 22 dekabr tarixli rəyi, habelə işə baxan aşağı məhkəmələrin torpaq sahəsinə baxış protokolundakı hallar ilə müəyyən olur ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə müxtəlif tikinti materia llarının tökülməsi, yaxınlıqdakı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə girişçıxışa hər-hansı formada maneə yaratmır və o, öz mülkiyyətindən tam sərbəst istifadə etmək imkanlarını özündə saxlayır. Bu səbəbdən, mülkiyyətdən sərbəst istifadə, mülkiyyətə qəsd və başqa maneə hallarını özündə ehtiva edən qeyd olunan maddi hüquq normalarının cavabdeh tərəfindən pozulması faktı təsdiq edilmir. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li Qərarının 1, 2.4-cü bəndlərinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin olduğu əraziyə yerli baxış keçirərkən, gördüklərinə və müəyyən olunan faktlara rəğmən qətnamədə həqiqəti əks etdirməyən reallıqdan uzaq mövqe sərgiləmişdir. Apellyasiy a məhkəməsi özü də təsdiq etmişdir ki, iddiaçının torpaq sahəsinə gedən və onun maneəsiz istifadəsində olan ayrıca avtomobil yolu (birinci) mövcuddur. Lakin məhkəmə, iddiaçının obyektində yerləşən yüngül konstruksiyalı talvarın ön hissəsinə gedən yolun olmasını və iddiaçının bundan maneəsiz istifadəsini təsdiq etsə də, həmin yüngül konstruksiyalı talvarın arxa hissəsinə gedən ikinci yolun (mübahisəli ərazinin) piyada keçidi üçün açıq olduğunu qeyd etsə də, avtomobil hərəkəti üçün məhdud olduğunu bildirmişdir. Halbuki, həmin ərazinin avtomobil hərəkəti üçün hər hansı texniki sənəd və ya imperativ tələb yoxdur. Yəni həmin ərazidə avtomobil təyinatlı rəsmi yol mövcud deyildir.

30. Eyni zamanda, məhkəmə kollegiyası bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun o lmamasına dair cavabdehin dəlilini əsassız hesab edərək göstərmişdir ki, iddiaçının torpaq sahəsində olan yüngül tipli konstruksiyadan ibarət talvar məntəqəsi iki tərəflidir. Məhkəmənin bununla bağlı mövqeyinin məntiqi əsası ondan ibarətdir ki, əgər iddiaçıya məxsus həmin talvar iki tərəflidirsə (həm ön, həm də arxa tərəfdən açıqdırsa), o zaman iddiaçının hər iki tərəfdən talvar məntəqəsinə giriş və çıxışı avtomobil hərəkəti üçün maneəsiz olmalıdır. Məhz bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının belə bir iddia ilə çıxış etməsi üçün subyektiv hüququ vardır. Buradan belə bir sual meydana çıxır: İddiaçıya məxsus torpaq sahəsində yerləşən yüngül konstruksiyalı talvar tipli məntəqə kimi qeyd olunan obyektin hüquqi-texniki sənədləri varmı? Talvar kimi adı qeyd olunan həmin konstruksiya nın tikintisinə və istismarına dair icazə varmı? Ümumiyyətlə bu konstruksiyanın hüquqi rejimi hansı hüquqi texniki sənəd əsasında müəyyən olunur? Bu hallar araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi rejimi və təyinatı bəlli olmayan, habelə tikintisi və istismarına dair hüquq müəyyənedici sənədləri olmayan bir obyektin (talvar tipli məntəqə) iki tərəfli olması əsasına görə, həmin obyektin hər iki tərəfindən avtomobil yolu ilə məhdudiyyətsiz istifadəsini qanuni sayır və bu barədə iddiaçının subyektiv hüququnun olmasını əsaslı hesab edir. Əgər belə məntiqdən çıxış etsək, iddiaçı heç bir texniki sənədi və icazəsi olmayan həmin yüngül konstruksiyalı talvar tipli məntəqəni dörd tərəfli də edə bilər və bu, iddiaçının həmin talvardan dörd istiqamətə avtomobil yolu ilə giriş-çıxış ı üçün subyektiv hüququnun olması anlamına gəlir.

31. İddiaçının obyektinə (talvar tipli məntəqəyə) giri-çıxış üçün məhz avtomobil yolu kimi istismar etməyə çalışdığı ərazi Şəmkir rayonu, Düyərli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və həmin ərazinin məhz avtomobil yolu kimi müəyyən edilməsinə dair iş materiallarında heç bir texniki sənəd (Yol Xəritəsi) mövcud deyildir. Həmin yolun insanların ümumi istifadədə olan piyada keçidi üçün istismarına isə hər hansı məhdudiyyət yoxdur və bu işin mübahisəsiz halıdır.

32. Məhkəmənin bununla bağlı qətnamədə istinad etdiyi mütəxəssis rəyinə gəldikdə isə Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, həmin mütəxəssis rəyində mübahisəli ərazinin avtomobil yolu olmasına dair heç bir qeyd və imperativ tələb yoxdur. Həmin rəydə mübahisəli ər azinin ümumi istifadədə olan yol kimi göstərilməsi halı, heç də həmin ərazinin məhz avtomobil yolu olması anlamına gəlmir. Belə olan halda, məhz avtomobil yolu kimi istismarına icazə verilməyən və yol infrastrukturuna aid texniki sənədlərdə adı avtomobil yolu kimi qeydə alınmayan, habelə iddiaçıya hüquqi bağlılığı olmayan həmin ərazidən iddiaçının avtomobil yolu kimi istifadə etməsinə olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı iddiaçının hazırkı iddia ilə çıxış etməsinə dair onun heç bir subyektiv hüququ yoxdur və ümumiyyətlə hazırkı iddianın məhkəmələr tərəfindən mümkün sayılması qanuni deyildir.

33. Apellyasiya instansiyası məhkəməsi araşdırmasında mübahisəli əraziyə dair cavabdehin hüququnun olmamasını və cavabdehə aid olmayan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına dai r mövqe nümayiş etdirmişdir. Məlum olduğu kimi cavabdehin faktiki istifadəsində olan həmin mübahisəli ərazi Şəmkir rayonu Düyərli Bələdiyyəsinin mülkiyyətidir və bununla bağlı mülkiyyətçi ilə cavabdeh arasında hər hansı mübahisə mövcud deyildir. Həmin ərazinin cavabdehin qanuni sahibliyində olması ilə bağlı hal mübahisə predmeti deyildir. Belə bir hüquq Düyərli Bələdiyyəsinin müstəsna hüququdur və hüquq sahibinin cavabdehin həmin ərazidən istifadə etməsi ilə bağlı hər hansı tələb və ya iradı iş materiallarında mövcud deyildir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 8.1, 9.1, 14 və 88-ci və 106.1, 386 və 387, 418-ci maddələrinin tələbi pozulmuşdur. İş materiallarında olan bütün sübutlara obyektiv və düzgün qiymət verilməmişdir. Halbuki, sübutların d üzgün dəyərləndirilməsi, qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərindən məlum olduğu kimi, işə mahiyyəti üzrə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə səthi yanaşmış, obyektiv və ədalətli araşdırma aparmadan yalnız iddiaçının birtərəfli mövqeyinə və heç bir mötəbər sübuta söykənməyən izahatlarına istinadən yanlış hüquqi nəticəyə gəlmişlər. Belə ki, iş üzrə DƏDRX-nin Layihə Tədqiqat Mərkəzinin mütəxəssis rəyindən və 2022-ci il 22 dekabr tarixli Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin rəyindən də görünür ki, iddiaçının iddia tələbi faktiki olaraq təsdiqini tapmır. İddiaçının iddia ərizəsində söküntüsünü tələb etdiyi tikili yoldan kənarda yerləşir və yolu bağlamır, yolda olan tikinti materialları isə giriş-çıxışa maneə yaratmır, iddiaçının torpağına giriş-çıxış yolunun açıq olması faktı təsdiq olunur. Ən nəhayət, hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ olan Şəmkir rayonu Düyərli kənd Bələdiyyəsinin sədri Samir İsgəndərov birinci instansiya məhkəməsinin hazırlıq iclasında bələdiyyəyə məxsus mübahisəli ərazidə ümumi yolun olmasını heç vaxt görmədiyini bəyan etmişdir. Bu hal iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində də yer almışdır.

35. Qeyd olunan hallar onu deməyə əsas verir ki, mübahisəli Şəmkir rayonu Düyərli Bələdiyyəsinə məxsus ərazi (yol) yer quruluşu və dövlət torpaq kadastr uçotu üzrə rəsmi texniki sənədlərdə və bununla bağlı rəsmi elektron informasiya sistemində məhz avtomobil hərəkəti üçün yol kimi qeydə alınmamışdır. Olduqca dar bir keçidi olan həmin mübahisəli ərazinin qeyri-rəsmi olaraq insanların ümumi istifadə etdiyi piyada yol kimi istifadə olunması heç də həmin ərazinin avtomobil hərəkəti üçün yol kimi nəzərdə tutulması anlamına gəlmir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ərazinin heç bir rəsmi sənədlərlə ümumi istifadədə olan yol kimi mövcud olması faktı təsdiq olunmur. Bu barədə iş materiallarında heç bir hüquq müəyyənedici texniki sənəd mövcud deyildir. Əks halda, bələdiyyə sədrinin bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan belə bir yoldan xəbəri olmuş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, etirazını apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallarla əsaslandırmış və cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edi b etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdiri lmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....”

41. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında a şağıdakılar nəzərdə tutulur: “Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydanç alarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.” “Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icar əçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

5. Hüquqi və ya fiziki şəxsə istifadəyə verilmiş torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün yalnız o şərtlə geri alına bilər ki, torpağı geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri alınan hüquqi və ya fiziki şəxs torpaqla birlikdə əldə edilmiş yaşa yış, istehsal və başqa tikililərin əvəzinə yeni yerdə təzələrini tiksin və bu Məcəlləyə uyğun olaraq, bütün qalan zərəri tam həcmdə ödəsin. Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi şərtləri və hallan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.” 42. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlv erişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və m üvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna o lmaqla) avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir. Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır. Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Müvafiq razılığ ın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ M ƏHKƏMƏNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(104)-151/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

45. Cavabdeh kassasiya şikayətinin dəlillərində ona istinad etmişdir ki, iddiaçının öz mülkiyyətindən sərbəst istifadə hüququna maneə yaradılması heç bir mötəbər sübutla təsdiq olunmamış, iddiaçı mülkiyyətindən tam sərbəst istifadə etmək hüququnu özündə saxlamaqla, onun torpaq sah əsinə gedən və istifadəsində olan ayrıca avtomobil yolu var, həmin torpaq sahəsinin arxa tərəfinə gedən yol isə avtomobil nəqliyyatının hərəkəti üçün nəzərdə tutulmamış, iddiaçıya məxsus talvar tipli tikilinin ikitərəfli olmasına istinad edən apellyasiya məhkəməsi isə həmin obyektin tikintisinə və istismarına icazə olub-olmadığını araşdırmamışdır.

46. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab etmir və apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat və rabitə təyinatlı olması nəzərə alındıqda, həmin torpaq sahəsinə və orada yerləşən tikililərə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılm ası yolverilməzdir. Həmin torpaq sahəsinə alternativ yolun olması faktı isə digər ikinci yoldan təyinatı üçün istifadə edilməsinə məhdudiyyət yaratmamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər. Ayrılmış torpaqdan tam və səmərəli istifadə etmək üçün sifarişçi tikiləcək obyektin əsas texniki-iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihəqabağı araşdırmalar aparır və bu araşdırmalar nəticəsində sifarişçi tikiləcək obyekt üçün torpaq sahəsinin ayrılmasına dair müvafiq vəsatət hazırlayır. Torpaq sahəsinin ayrılması haqqında sifari şçinin vəsatətinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 30 gün müddətində baxaraq müvafiq qərar qəbul edirlər. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma layihəsində və yaşayış məntəqələrinin baş planlarında nəzərdə tutulmuş ərazilərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və mənafeyinə toxunulan digər təşkilatlarla razılaşdırılmaqla yerləşdirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiqlənmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”).

47. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılaraq hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, habelə qətnamənin ləğvinə əsas olan proses sual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(104)-151/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(104)-151/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar