Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-604/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı X5 cavabdehlər X4 və Cavabdeh MMC-yə qarşı ilk, X1 qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 iyun tarixli 22(103)-375/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MM C-nin ödəniş xidmətləri şöbəsinin pul köçürmələri barədə siyahısına əsasən 2021-ci il 1 yanvar tarixindən 2022-ci il 18 may tarixinədək *tərəfindən X3 ümumilikdə 3200 manat məbləğində pul vəsaiti göndərilmişdir.
2. X7 (icarəyə verən) ilə *(icarədar) arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli 010109/2022 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi 50 ünvanında yerləşən ümumi sahəsi 713,7 kv.m qeyriyaşayış binasını ayda 250 manat icarə haqqı qarşılığında anbar sahəsi kimi icarədarın istifadəsinə verir. 3. 2023-cü il 25 yanvar tarixində *iltizam imzalayaraq X6, həqiqətən, 45.500 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmiş və həmin borc məbləğini 3 ay müdətinə qaytaracağına söz vermişdir.
4. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin 2023-cü il 26 fevral tarixli qərarı ilə X2, X7 və X11 barəsində müraciəti əsasında toplanmış 1 saylı HK-484 nömrə ilə qeydə alınmış təhqiqat materialı üzrə, barəsində şikayət edilən şəxslərin Cinayət Məcəlləsinin 134cü maddəsinin tərkibini yaradan əməlləri törətməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı X10 (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər (bundan sonra-cavabdeh) və Cavabdeh MMC-dən (bundan sonra-MMC) 45.500 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh əvvəllər bir-birlərini tanımışlar. 2004-2013 və 2020-2022-ci illərdə cavabdeh iddiaçının qardaşı *** Umudova məxsus qeyri-yaşayış obyektini icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2022-ci ildə cavabdeh iddiaçıya və onun qardaşına təsisçisi olduğu MMC-yə sərmayə qoyacaqları halda hər ay yüksək gəlir əldə edəcəklərini vəd etmişdir. İddiaçı razılaşaraq 2022-ci il 23 iyul tarixində cavabdehə 10.000 ABŞ dolları beh ödəmişdir. Daha sonra 2022-ci il 8 avqustda iddiaçının qardaşı MMC-nin bank hesabına 27.000 ABŞ dolları köçürmüşdür. Cavabdeh isə əlavə olaraq gömrük rüsumu adı ilə 8.500 ABŞ dolları daha almışdır. Mallar gömrükdən götürülərək iddiaçının qardaşına məxsus obyektə yığılmış və cavabdeh tərəfindən satılmağa başlanılmışdır. Cavabdeh iddiaçını birgə fəaliyyətlərinin qanun çərçivəsində aparıldığına inandırmışdır. La kin 2023-cü il yanvar ayında aparılan yoxlama zamanı məlum olmuşdur ki, cavabdeh nə 45.500 ABŞ dolları məbləğində ödənilən vəsaiti, nə də bu məbləğdən əldə olunmuş qazancı iddiaçıya ödəməmişdir. 2023-cü il 24 yanvar tarixində cavabdeh 45.500 ABŞ dolları məbləğində borcunu etiraf edərək, həmin məbləği 3 ay ərzində qaytaracağını öz əl yazısı ilə iltizamda təsdiq etmişdir. Ertəsi gün şəxsiyyət məlumatlarını əlavə etməklə yeni iltizam təqdim etmişdir.Bununla belə, cavabdeh vəd edilən müddət ərzində borcu qaytarmamışdır. İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və ona müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 34.000 ABŞ dolları və 10.000 manat pulun onun xeyrinə tutulması baradə qətnamə çı xarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin direktoru olaraq iddiaçı ilə əldə edilən razılaşma əsasında birgə sahibkarlıq fəaliyyəti həyata keçirmişdir. 2022-ci ildə iddiaçı ilə razılaşmaya əsasən cavabdeh Türkiyədən Rusiya Federasiyasına müxtəlif məhsulların daşınmasını təmin etməli, iddiaçı isə həmin malların satışını təşkil etməli idi. Razılaşmaya görə malların alış dəyərinə daşınma, gömrük və digər xərclər əlavə edildikdən sonra satışdan əldə olunan gəlirin 20%-i gəlir kimi nəzərdə tutulmuş və tərəflər arasında bərabər bölünməli idi. Razılaşmanın icrasını təmin etmək məqsədilə iddiaçı MMC-nin bank hesabına avans olaraq 27.000 ABŞ dolları məbləğində vəsait köçürmüşdü. Bu məbləğ razılaşma sonunda hesablaşmada çıxılmalı idi. Bund an əlavə, avans məbləği ilə alınmış tekstil mallarının satışından əldə edilən gəlirin də bərabər bölünməsi nəzərdə tutulmuşdu. Cavabdeh Türkiyəyə səfərlər təşkil edərək Moskva şəhərinə göndəriləcək mallarla bağlı işləri həyata keçirmişdir. Birincisi 2022-ci ilin oktyabr ayında olmaqla 3 dəfə bir sıra məhsullar Rusiya Federasiyasına daşınmışdır. Göndərilən malların ümumi dəyəri 338.902 ABŞ dolları təşkil etmişdir. İddiaçı göndərilən malların daşınma, gömrük və digər xərclərinə 75.000 ABŞ dolları xərcləndiyini bildirmiş və gəlir olaraq 68.000 ABŞ dolları məbləğinin yarısını cavabdehə ödəyəcəyini vəd etmişdir. Lakin iddiaçı cavabdehin dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq bu məbləği ödəməkdən yayınmış və eyni zamanda 27.000 ABŞ dolları məbləğində avansı geri tələb etmişdir.
9. İddiaçının 27000 ABŞ dolları məbləğində pul vəsaitini direktoru olduğu MMC-nin bank hesabına, üzərinə götürdüyü öhdəliyin icrasının təmin edilmə üsulu kimi avans kimi qoymasını tərəfindən Türkiyədən Moskva şəhərinə göndərilmiş malların fotoşəkilləri ilə, iddiaçı ilə aralarında olan “Whatsapp” proqramı vasitəsi ilə səs yazışmaları, video görüntülərlə, bundan başqa iddiaçının birgə Türkiyə Respublikasından Rusiya Federasiyasına göndərilən malların satışından əldə edilmiş məbləğin 20 faizi gəlir kimi nəzərdə tutulmaqla aralarında yarı bölünəcəyinə söz verməsini təsdiq edən səs yazısı ilə, eləcə də cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, məktublar və digər sənədlərlə tam təsdiq olunur. Cavabdeh 2021-ci ildə MMC-yə məxsus işlərin görülməsi məqsədilə “Fiat Doblo” markalı avtomobil almışdır. Bu avtomobil Bakı şəhər sakini Vüqar İsmayılovdan 10.000 manat müqabilində əldə edilmişdir. Avtomobilin dəyərindən 3.400 manat əvvəlcədən ödənilmiş, qalan məbləğ isə hissə-hissə ödənərək tam şəkildə qaytarılmışdır. Lakin cavabdeh Türkiyə Respublikasının vətəndaşı olduğu üçün avtomobilin hər il yenidən qeydiyyatdan keçirilməsi lazım gəlirdi. Buna görə avtomobili Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının qardaşı Ş.Umudovun adına rəsmiləşdirmək qərarına gəlmiş və həmin şəxsə idarə etmək üçün etibarnamə vermişdir. 2023-cü ilin yanvar ayında iddiaçı və onun qohumları cavabdehə qarşı zor tətbiq edərək, ondan 45.000 ABŞ dolları məbləğində pul tələb etmiş və məcbur edərək yazılı iltizam almışlar. Daha sonra iddiaçı avtomobili geri qaytarmaq tələbi ilə onu hədələyərək əks halda hüquq-müh afizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bu təzyiqlər nəticəsində cavabdeh avtomobili 2023-cü il 11 fevral tarixində Ş.Umudova təhvil vermişdir. Cavabdeh avtomobilin dəyərinin tam ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı iddia ərizəsində 2022-ci 23 iyul il tarixində ona 10000 ABŞ dolları məbləğində pulu Türkiyədən vurulacaq mal üçün beh adı ilə verdiyini göstərmişdir. Həmçinin qeyd etmək lazımdır ki, həmin pulu iddiaçıdan almadığına və həmin pulu sahibi Ş.Umudova tam olaraq qaytardığına görə həmin pul vəsaiti ilə bağlı iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Həmin 18.500 ABŞ dolları məbləğində pulun tərəfindən Ş.Umudova hissə-hissə tam olaraq qaytarılması qeydiyyat kitabında aparılmış qeydlərlə tam təsdiq olunur. İddiaçı tərəfindən iddia tələb inin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
10. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 8500 və 10000 ABŞ dollarının qaytarılmasını öz dəftərində qeyd etmişdir, lakin qarşı tərəf anbarın giriş qapısının açarlarını dəyişdirərək şirkətin hesabat sənədlərini və qeydiyyat kitablarını məhv etmişlər, ona görə bununla bağlı heç bir sübutu qalmayıb. 27000 ABŞ dolları avans kimi verilməsini telefon danışıqları zamanı razılaşdırmışlar, yazılı sübutu yoxdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 dekabr tarixli e-2-2(113)-4880/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək MMC-dən 27.000 ABŞ dolları və cavabdehdən 18.500 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Leyla Əliyeva).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən MMC-nin bank hesabına 27.000 ABŞ dolları pul vəsaitinin köçürülməsi işin mübahisəsiz haldır. Tərəflər arasında mübahisə predmeti olan hal isə sözügedən məbləğin ödənilməsinin məqsədi ilə bağlıdır. Belə ki, hər iki tərəf həmin pul vəsaitinin tərəflərin həyata keçirilməsi barədə razılığa gəldikləri birgə sahibkarlıq fəaliyyəti ilə bağlı ödənildiyini təsdiq etsə də, iddiaçı pulun Türkiyədən AR-ə malların gətirilməsi üçün beh olaraq MMC-nin qanuni təmsilçisi cavabdeh isə Türkiyədən RF-a göndərilmiş mallardan əldə ediləcək gəlirinə görə avans olaraq ödənildiyini bildirmişdir.
13. Məhkəmə hesab etmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən tərəflər arasındakı razılaşmanın şərtləri barədə əsaslı nəticəyə gəlmək mümkün olmadığından hazırkı halda 27.000 manat Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən avans kimi ödənilmiş hesab edilir. Digər tərəfdən iddiaçı tərəfindən MMC-yə köçürülmüş 27.000 manat avansın müqabilində MMC tərəfindən hər hansı qarşılıqlı icranın həyata keçirildiyi, yəni iddiaçının iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən AR-ə gətirilməsi, satışdan əldə edilmiş gəlirdən iddiaçının payının ödənilməsi və ya cavabdehin iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən RF-ə gətirilərək iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla bağlı Türkiyədən RF-ə göndərilmiş mallara dair məhkəmə yə təqdim edilmiş invoyslara münasibətdə qeyd edilmişdir ki, sözügedən invoyslarda tərəflərin heç birinin adı göstərilməməklə yanaşı, həmin invoysların tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla bağlı olması müəyyən edilmir.
14. Qeyd edilənlərə və Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən iddiaçı MMC-yə ödənilmiş 27.000 ABŞ dolları məbləğində avansın qaytarılmasını MMC-dən tələb etməkdə haqlıdır. Tələbin cavabdehə qarşı olan hissəsinə münasibətdə isə qeyd edilmişdir ki, cavabdehin həmin pulu qaytarmaq öhdəliyinin yaranması üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu (müqavilə, əsassız varlanma və s.) iş materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də Mülki Məcəllənin 386-cı maddəsinə əsasən cavabdehə münasibətdə iddia rədd edilməlidir.
15. Məhkəmə ilkin iddia tələbinin 18.500 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin pulun ona ödənilməsini inkar etməsə də, həmin hissədə iddiaya etirazını pulun ona iddiaçı tərəfindən deyil, Ş.Umudov tərəfindən şəxsi borc kimi verilməsi və həmin borcun sonradan qaytarılması ilə əsaslandırmışdır. Belə ki, cavabdeh ona verilmiş 18.500 ABŞ dolları məbləğində borc məbləğinin iddiaçı tərəfindən deyil, Ş.Umudov tərəfindən verilməsini iddia etsə də, cavabdehin imzası ilə təsdiq edilmiş iltizamla sözügedən məbləği məhz iddiaçıdan aldığı öz təsdiqini tapır.
16. İltizamın hədə-qorxu altında imzalaması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə vurğulamışdır ki, göstərilən məsələ ilə bağlı Bakı şəhəri Nizami RPİ tərəfindən araşdırma aparılmış və cavabdehin i stinad etdiyi yuxarıda göstərilən hallar öz təsdiqini tapmadığından fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh 18.500 ABŞ dolları məbləğində borcun qaytarılmasını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, 18.500 manatın qaytarılması hissəsində iddia qismən təmin edilməli, sözügedən pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, sözügedən borcun MMC-yə hər hansı aidiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından MMC-yə münasibətdə həmin iddia tələbi rədd edilməlidir.
18. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddianı əsaslandırmaq üçün iddiaçı ilə birgə sahibkarlıq fəaliyyətindən 68.000 ABŞ dolları məbləğ ində gəlir əldə edilməsi, V.İsmayılovdan avtomobil alınması, həmin avtomobilin Ş.Umudovun adına rəsmiləşdirilməsi və iddiaçı ilə Ş.Umudov tərəfindən hədə-qorxu yolu ilə avtomobilin ondan alınması ilə bağlı istinad etdiyi hallar üzrə sübutlar təqdim etmədiyi üçün qarşılıqlı iddia tələbi əsassızdır.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra MM) 386, 439.4, 491-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Cavabdehlər tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 iyun tarixli 2-2(103)-375/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), V.Baxışova və R.Qurbanov).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raxılaşaraq göstərmişdir ki, həmin məhkəmə apellyasiya şikayətində qaldırılan məsələləri araşdıraraq hüquqi qiymət vermişdir.
23. Apellyator apellyasiya icraatı zamanı mübahisələndirdiyi iltizamın mötəbər sübut olmamasına dair yeni sübutlar təqdim etmişdir. Bunlar Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət, həkimə müraciət və tibbi arayışdır. Bu məsələlər birinci instansiya məhkəməsində qaldırılmamışdır. Belə ki, MPM-in 3 61.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
24. Məhkəmə qeyd etmişdir ki, bu sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmiş, tibb müəssisəsinə müraciətin 2023-cü il 28 yanvar tarixində olmasını, səfirliyə müraciətin 2024-cü il 31 yanvar tarixində olmasını nəzərə alaraq həmin məhkəmədə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, səfirliyə e-mailla müraciət olunsa da, məzmununda hədə-qorxu gəlinməsi görünmür. Qarşılıqlı iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, 24 və 25 yanvar tarixlərin də iki dəfə iltizam yazıb. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə 2023-cü il 26 fevral tarixli qərarda qarşılıqlı iddiaçının 2023-cü il 7 fevral tarixində hədələnməsi ilə bağlı polis orqanına müraciət etməsi qeyd edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, qarşılıqlı iddiaçı tərəfindən iltizamın iki dəfə yazılmasından dərhal sonra müraciət etməməsi, bəzi sübutların sonradan apellyasiya icraatı zamanı üzə çıxması 2023-cü il 25 yanvar tarixli iltizamın mötəbər sübut kimi qəbul edilməsinə xələl gətirməmişdir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır.
25. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş və diskdə olan danışıqların yazılı forması olan stenoqrama məhkəmə baxış keçirmiş və müəyyən etmişdir ki, ilkin iddiaçı mübahisə predmeti olan pulu qarşılıqlı iddiaçıda n tələb etmişdir. Qarşılıqlı iddianın əsaslılığına dair heç bir danışıq qeydə alınmamışdır. Həmin sübut disk şəklində birinci instansiya məhkəməsində təqdim edilmişdir.
26. Bundan başqa cavabdeh məhkəmənin hakimi barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Əsas kimi iclas protokolunun audio-video yazıya uyğun aparılmaması qeyd edilmişdir. Bununla əlaqədar məşkəmə qeyd etmişdir ki, uyğunsuz halında qanunvericilik audio-video yazıya üstünlük verir və apellyasiya məhkəməsinin elektron məhkəmə sistemi vasitəsilə bu yazıya texniki cəhətdən baxmaq imkanı vardır. Belə vəziyyətdə bu uyğunsuzluq olsaydı, kobud prosessual pozuntu hesab edilə bilməzdi. Protokola qeyd verilmədiyinə görə məhkəmə hesab etmişdir ki, uyğunsuzluq müəyyən edilməmişdir.
27. Qeyd edilən əsasları nəzərə alan məhkəm ə hesab etmişdir ki, qarşılıqlı iddiaçının nümayəndəsi tərəfindən işə baxan hakim barəsində xüsusi qərardadın çıxarılması haqqında verilmiş vəsatət ona görə əsassızdır ki, hakimin hərəkətlərində prosessual pozuntular aşkar edilməmiş və mülki işin obyektiv araşdırılmasına xidmət edən qanunvericiliyə uyğun olaraq məhkəmə icraatı aparılmışdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilən digər dəlilləri qarşılıqlı iddiada irəli sürülüldüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmənin arqumentasiyası əsaslı və qanuni hesab edildiyindən, yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görülmür.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsas lı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 442 və 491-ci maddələrinə, MPMnin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-nin 339-cu maddəsi üzrə - cavabdeh zorakılığa məruz qalaraq borcu etiraf etmişdir, ona görə də bu hüquqa uyğun hesab edilə bilməz.
33. MPM-ni n 97.1-ci maddəsi üzrə - işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş səs yazılarının kimlərin arasında getməsi və səs yazılarının məzmunun müəyyən olunması barədə ekspertiza keçirilməsi barədə vəsatətin təmin və ya rədd edilməsi barədə yazılı qərardad qəbul etməmişdir.
34. MPM-nin 14.1, 19.1.7-ci maddələri üzrə - cavabdeh 2024-cü il 13 iyun tarixində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının tərkibinə etiraz vermişdir. Etirazın səbəbi məhkəmənin bilavasitəlik və şifahilik prinsiplərini pozması, sübutların tam araşdırılmaması və izahatların qismən dinlənilməsi ilə bağlıdır. Həmçinin audio-video yazıların məzmununa dair təqdim etdiyi vəsatət lərə obyektiv yanaşılmaması, protokollarla məhdud qalınması məhkəmənin qərəzsizliyinə dair şübhələr yaratmışdır. Nəticədə yazılı izahatı qəbul edilsə də, müşavirədən sonra icraat təzələnərək iclas növbəti tarixə təxirə salınmışdır. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 7 və 17-ci bəndləri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, apellyasiya şikayətindəki dəlillərə konkret hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız “apellyasiya şikayətindəki digər dəlillərin qarşılıqlı iddiada irəli sürüldüyünü, bu dəlillərə münasibət bildirildiyini və məhkəmə kollegiyasının həmin arqumentasiyanı əsaslı və qanuni hesab etdiyini” bəyan etmiş, lakin bu dəlillərin məzmunu və onların qəbul və ya rədd edi lmə səbəblərini əsaslandırmamışdır. Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumlarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hər bir şikayət dəlilinə müfəssəl hüquqi qiymət verməli, sübutların qəbul və ya rədd edilməsinin səbəblərini əsaslandırmalı, işin hallarını və tətbiq olunan hüquq normalarını aydın şəkildə qətnamədə göstərməlidir. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və şikayətdəki dəlillərə tam hüquqi qiymət verilməsi üçün işə yenidən baxılmalıdır.
36. MPM-nin 88, 218.1 və 387.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi qeyd edilən maddələrə zidd olaraq işdə təqdim olunan vacib sübutlara diqqət yetirməmişdir. Sübutlar göstərir ki, cavabdehin avtomobilin dəyərini ödədiyini təsdiq ed ən sənədlər mövcuddur. Bununla belə avtomobilin Ş.Umudova qaytarılması cavabdehin zorakılığa məruz qalmasını sübut edir. Elektron kabinetdə mövcud olan aktdan görünür ki, anbarda saxlanılan bəzi mallar polis iştirakı ilə cavabdehə qaytarılıb. Əgər mallar iddiaçıya və qardaşına məxsusdursa, o zaman malların yenidən anbara qaytarılması sual doğurur. Üstəlik iddiaçı və qardaşı cavabdehə məxsus malları marketlərdən götürüb anbarda saxlamış, polisə müraciətdən dərhal sonra malları geri qaytarmışdır. Bu kimi hallar cavabdehə qarşı təzyiq göstərilməsi faktını təsdiqləyir. Həmçinin əgər cavabdehin iddiaçıya borcu var idisə,Mülki Məcəllənin 468-ci maddəsinə əsasən iddiaçının həmin malları saxlamaq hüququ var idi. Belə ki, malların bu cür geri qaytarılması göstərir ki, məqsəd cavabdehə qarşı təzyi q göstərərək ondan iltizam almaq olmuşdur.
37. İddiaçı bildirmişdir ki, cavabdeh 2023-cü il 24 yanvar tarixində öz iradəsi və əl yazısı ilə 45,500 ABŞ dolları məbləğində borcunun olduğunu və bu məbləği 3 ay müddətində qaytaracağını qeyd etməklə iltizam yazmışdır. 2023-cü il 25 yanvar tarixində isə cavabdeh iddiaçıya zəng edərək iltizam sənədində şəxsiyyət məlumatlarının göstərilmədiyini bildirmiş və həmin məlumatları əlavə edərək yenidən iltizam yazmışdır. Cavabdeh hədəqorxu ilə məcbur edilərək iltizam vermiş və bu təzyiq nəticəsində stress keçirmişdir. Bununla əlaqədar olaraq 2023-cü il 28 yanvar tarixində X12 müraciət etmiş və ona essensial hipertenziya diaqnozu qoyulduğu verilmiş arayışla öz təsdiqini tapır. Bu hallar, həmçinin səs yazıları üzrə rəy cavabdehin hüquqlarının pozulduğunu v ə məcburiyyət altında hərəkət etdiyini sübut edir.
38. Zorakılıq hadisəsindən dərhal sonra cavabdeh Türkiyə səfirliyinə müraciət etmiş, hüquqi müdafiə almaq üçün 2023-cü il 1 fevral tarixində vəkillə müqavilə bağlamış və polis orqanlarına şikayət etmişdir.
39. İddiaçının 2023-cü il 1 dekabr tarixli məhkəmə iclasında qeyd etmişdir ki, münasibətlər əsasən Ş.Umudov ilə cavabdeh arasında olub və tərəf kimi hər iki şəxs çıxış edib. Lakin bundan əvvəlki digər məhkəmə işində qarşı tərəf münasibətlərin ***lə deyil, məhz iddiaçı ilə olduğunu etiraf etmişdir. İş materiallarında 27,000 ABŞ dolları məbləğindən əlavə 10.000 və 8.500 ABŞ dollarını təsdiq edən qəbzlər mövcuddur. Bu qəbzlərə əsasən cavabdehin sahibkar olaraq borcu etiraf etdiyi göstərilir, lakin həmin qəbzlərdə cavabdehin bu borcu sahibka r kimi etiraf etməsinə dair möhür və ya imza yoxdur. Əgər 27.000 ABŞ dolları məbləği şirkətə köçürülmüşdürsə, cavabdehin şirkətin nümayəndəsi qismində bu məbləği təsdiq etməməsi, qəbzlərdə aidiyyəti imza və möhürün olmaması sual doğurur.
40. MPM-in 271.1 və 272.4-1-ci maddələri üzrə-məhkəmə birinci instansiya məhkəməsində keçirilmiş iclasların audio-video yazılarına əsasən araşdırma aparmamış və ancaq iclas protokollarını əsas götürmüşdür. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Protokol yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edildikdə hüquqi əhəmiyyət daşıyır. Məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməs inə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir. Birinci instansiya məhkəməsi qeyd edilmiş məhkəmə iclaslarının protokollarını 2023-cü il 13 oktyabr, 2023-cü il 25 oktyabr və 2023-cü il 1 dekabr tarixlərində aparılmış fasiləsiz video-audio yazılarına uyğun tərtib etməmiş, nəticədə işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anları protokollarda əks olunmamış və bu səbəbdən də mülki işdə olan sübutlar obyektiv şəkildə qiymətləndirilməmiş, nəticə etibarilə qərarın ədalətli və əsaslı olmamasına səbəb olmuşdur. Göstərilən prosessual hüquq pozuntusuna yol verilməsini sübut etmək üçün sadəcə olaraq qeyd edilən iclasların audio-video yazılarına diqqət etmək kifayətdir.
41. MPM-nin 26-cı maddəsi üzrə - cavabdeh mübahisənin xarakteri ilə bağl ı olaraq qeyd etmişdir ki, 2023-cü il 13 oktyabr tarixli məhkəmə iclasının audio-video yazısına əsasən cavabdeh və iddiaçı arasında 27,000 ABŞ dolları məbləğində avans ödənişi ilə bağlı müqavilə razılaşması mövcud olmuşdur. Həmin razılaşmaya əsasən malların Türkiyədən Rusiyaya göndərilməsi və əldə olunan gəlirdən 20% pay bölüşdürülməsi nəzərdə tutulub. Ümumiyyətlə, 2023-cü il 13 oktyabr tarixli məhkəmə iclasının audio-video yazısına əsasən qarşılıqlı iddia fiziki şəxs kimi qaldırılıb.Bakı şəhəri Nizami rayon Polis İdarəsinə iddiaçının verdiyi izahata görə bu münasibətlər kommersiya mübahisəsi deyil, şəxsi xarakter daşıyır. İddiaçı cavabdehin ona bank hesabı barədə etibarnamə verdiyini, lakin gəlirlərin başqa hesaba yönəldildiyini, eyni zamanda gömrük rüsumlarının şişirdilməsi ilə onun pulu nun mənimsəndiyini və beh pulu ilə bağlı da aldadıldığını iddia etmişdir. Əgər cavabdeh verdiyi beh pulunu ata,anasının müalicəsinə xərcləyib, gömrük rüsumlarını şişirdib və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri şəxsi hesabına yönəldibsə, bu hallar mübahisənin kommersiya mübahisəsi olmadığını göstərir. 2023-cü il 1 dekabr tarixli məhkəmə iclasının audio-video yazısında hakim iddiaçının vəkili ilə mübahisəni müzakirə edərək 8500 və 10000 ABŞ dolları məbləğində ödənişlərin birgə sahibkarlıq çərçivəsində həyata keçirildiyini təsdiq edib. Lakin bundan əvvəlki başqa məhkəmə işində qarşı tərəf münasibətlərin Ş.Umudovla deyil, iddiaçı ilə olduğunu etiraf etmişdir. İddiaçının digər vəkili qeyd etmişdir ki, onlar daha əvvəl ***in adından iddia qaldırsa da, iddiaçı ilə iş birliyinin old uğu qeyd edilmiş və həmin iş baxılmamış saxlanılmışdır. Belə ki, həqiqətən də ***lə cavabdeh arasında eyni tələblə bağlı mübahisə olub. Lakin məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı tərəfindən verilmiş etirazda kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 42 5.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora d əymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
491. Beh 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə t utulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır”.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 4 7. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə da ir” 2012-ci il 28 fevral tarixli Qərarı).
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin zorakılığa məruz qalaraq borcu etiraf etməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, Bakı şəhəri Nizami RPİ tərəfindən qeyd edilən hal üzrə müvafiq araşdırılma aparılmış, materialda cinayət tərkibi yaradacaq səbəb və əsas müəyyən edilmədiyindən, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
49. Kassasiya şikayətinin bu Qərarın 33-cü bəndində göstərilən dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş və diskdə olan danışıqların yazılı forması o lan stenoqrama məhkəmə tərəfindən baxış keçirilmiş və həmin stenoqrama məhkəmə tərəfindən qətnaməsində hüquqi qiymət verilmişdir. Həmin səs yazıları ilə bağlı ekspertizanın təyin edilməsinə gəldikdə, nəzərə alınmalıdır ki, MPM-nin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər.
50. Cavabdehin apellyasiya instansiyası mərhələsində işə baxılan zaman məhkəmə tərkibinə etiraz verməsi, etirazın təmin edilməməsi ilə bağlı dəlillərinə gəldikdə, qeyd ol unmalıdır ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş məhkəmə tərkibinə etiraza baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli, 2-2(103)-375/2024 saylı qərardadı ilə etirazın əsaslarına dair sübutların təqdim edilməməsi səbəbindən həmin etirazın baxılmamış saxlanılması qərara alınmışdır. 51.Məhkəmə kollegiyası kassasiya şikayətinin bu Qərarın 35-c1 bəndində göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Lakin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ümumi ifadələrlə qe yd edilmiş, pozuntunun konkret nədən ifadə olunması əsaslandırılmamışdır.
52. Kassasiya şikayətinin məhkəmə iclas protokolunun audio-video yazıya uyğun aparılmaması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, MPM-nin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin işin materiallarından iclas protokoluna dair qeydlər verildiyi müəyyən olunmamışdır.
53. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiym ət verilmir (MPM, maddə 407).
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 iyun tarixli 22(103)-375/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m