Məhkəmə qərarları › İş №2-2(102)-610/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-610/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-610/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyul tarixli 22(103)-648/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2021-ci il 16 sentyabr ta rixli, **nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə bankdan dövriyyə vəsaitinin ayrılması üçün 36 ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 100000 (yüz min) manat kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 16 sentyabr tarixli, **nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış eyni tarixli, **nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra-“iddiaçı” və ya “bank”) cavabdehlər Cavabdeh2 Məhud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh MMC) və Cavabdeh1 qarşı (bundan sonra birlikdə cavabdehlər) iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2021-ci il 16 sentyabr tarixli, **saylı kredit müqaviləsi (bundan sonrakredit müqaviləsi) üzrə əsas borca görə 79.491,24 manat, faiz borcuna görə 7.822,17 manat, dəbbə puluna görə 4.513,62 manat olmaqla cəmi 91.827,03 manatın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsind ən qərəzli olaraq yayınmışdır.

5. Cavabdeh1 vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmiş və eyni zamanda bildirmişdir ki, 40000 manatdan artıq ödəniş edilməsinə baxmayaraq ödənişlərin yarısı əsas məbləğə, yarısı isə faiz borcuna çıxılmış, buna görə də borc yenidən hesablanmalı və yeni qrafik tərtib olunmalıdır.

6. İşə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 1 fevral tarixli, 9/275 saylı ekspert rəyi (bundan sonra-ekspert rəyi) ilə müəyyən edilmişdir ki, işin materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən MMC-nin banka 2023-cü il 7 ok tyabr tarixinə əsas borcu 79.491,22 manat, faiz borcu üzrə 7.656,57 manat, 2023-cü il 12 oktyabr tarixinə əsas borcu 79491,22 manat, faiz borcu üzrə 7822,18 manat təşkil edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e-2-2(113)-344/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 79.491,24 manat əsas borc, 7656,57 manat faiz borcu, 4.000 manat cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Axundova).

8. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləş dirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməlidir.

9. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdehlərə göndərilən 2023-cü il 3 oktyabr tarixli pretenziya məktubunun məzmununa əsasən cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi ilə bağl ı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin tarixdə bildirişlər cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Ekspert rəyində də 7 oktyabr 2023-cü il tarixinə faiz borcunun 7656,57 manat təşkil etdiyi göstərilmişdir.

10. Məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin i nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada 4000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 470, 472 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 218.3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2023-cü il 29 mart tarixli Qərarına istinadla əsaslandırmışdır.

13. Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xa hiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyul tarixli 2-2(103)-648/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli, **nömrəli kredit müqaviləsi əsasında cavabdeh MMC-yə dovriyyə vəsaitinin ayrılması üçün 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 15% olmaqla, 100.000 (yüz min) manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq hüqu qi şəxsin təsisçisi və direktoru Cavabdeh1 ilə eyni tarixli, **nömrəli zaminlik müqaviləsi bağlanmış, kredit öhdəliyi üzrə sonuncu ödəniş 23 fevral 2023-cü il tarixdə həyata keçirilmiş, ödənişlər dayandırıldığından bank tərəfindən 03 oktyabr 2023-cü il tarixdə pretenziya məktubu göndərilərək cavabdehlərdən müqavilə üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi tələb olunmuşdur. Ödəniş olmadığından bank 19 oktyabr 2023-cü il tarixində kredit borcunun faizlərlə birlikdə qaytarılması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəbbə pulunun tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə verilmiş, məhkəmə mühasibatlıq eksperizasının 01 fevral 2024-cü il tarixli, 9/275 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, kredit öh dəliyi üzrə 23 fevral 2023-cü il tarixinədək ümumilikdə 40.556,91 manat ödəniş edilmiş, həmin ödənişlərdən 20.508,78 manat hissəsi cavabdehin əsas borcu üzrə, 20.048,13 manat hissəsi isə faiz borcu üzrə silinmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, borcalan tərəfindən kredit öhdəliyi üzrə cəmi 29.136,17 manat faiz ödənilməli idi.

17. Cavabdeh apellyasiya şikayətində ödənilmiş vəsaitin yarısının faiz borcu üzrə silinməsinin əsassız olduğunu göstərərək ödənişlərin düzgün silinib-silinmədiyinin məhkəmə tərəfindən araşdırılmasını xahiş etmişdir.

18. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 8 ay güzəşt müddəti ilə verilmişdi r. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən də görünür ki, borcalan tərəfindən 16 iyun 2022-ci il tarixinədək ayda 1.250 manat olmaqla yalnız faiz borcu ödənilməli, 16 iyun 2022-ci il tarixindən etibarən əsas borc və faizlə birgə aylıq 4.254,86 manat ödəniş edilməli idi. İşdəki ekspert rəyindən görünür ki, kredit öhdəliyi üzrə ödənişlər müqavilə şərtlərinə uyğun əsas və faiz borcu üzrə silinməklə qalıq borc müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh ekspert rəyində qeyd edilmiş məbləğdən daha artıq ödəniş edildiyini sübut edə bilmədiyindən məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas yoxdur. Ödənilmiş vəsaitdən müqavilə ilə razılaşdırılmış qaydada ilk 8 ay ərzində yalnız faizlərin tutulması həm müqavilə şərtlərinə, həm də MM-nin 432.4-cü maddəsinin tələ binə uyğun olduğundan apellyasiya şikayəti əsassızdır. İşə baxmış hakim tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 432.4, 465.2, 470, 472 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh1 tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-nin 1091 və 1092-ci maddələri üzrə-iş üzrə məhkəmə icraatında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənişlər vaxtında və müəyyən edilmiş qaydada həyata keçirilmişdir. Müqavilənin bağlandığı tarixdən etibarən cavabdeh hər ay tələb olunan məbləğləri banka ödəmiş, öhdəliklərini tam icra etmişdir. Lakin edilən ödənişlərə baxmayaraq kredit üzrə əsas borc məbləği azalmamışdır ki, bu da Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əsassız varlanma kimi qiymətləndirilməlidir. Cavabdehdə qalmış 2023-cü il 21 fevral tarixli qəbzə əsasən 1500 manat ödəniş həyata keçirilmişdir. Lakin bu və digər ödənişlərin əsas borc məbləğinə yönəldilməməsi bankın hüquqi əsas olmadan əmlak əldə etdiyini və beləliklə əsassız varlandığını göstərir. Bu hallar mülki-hüquqi prinsiplərə ziddir və tərəflərin hüquq və vəzifələrini pozmuşdur.

23. MM-nin 385.1, 425 və 427.1-ci maddələri üzrə - cavabdeh öhdəliklərini vicdanla yerinə yetirərək ödənişləri vaxtında və müvafiq qaydada həyata keçirmişdir. Lakin iddiaçı öz üzərinə düşən öh dəliklərin icrasından yayınmış və kredit müqaviləsi çərçivəsində həyata keçirilən ödənişləri əsas borca yönəltməmişdir. Məhkəmə iclaslarında təqdim olunan faktiki hallara və cavabdehin təqdim etdiyi qəbzlərə baxmayaraq bu hallar lazımi şəkildə nəzərə alınmamışdır.

24. Bundan başqa MM-nin 427.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 36 ay olaraq müəyyənləşdirilmişdir. Lakin iddiaçı müqavilədə nəzərdə tutulan müddət bitməmiş, öhdəliyin tam icrasını tələb etmişdir. Bu da müqavilə şərtləri və qanunvericiliyə ziddir. Qeyd edilən hallar iddiaçının öhdəliklərin icrası zamanı vicdanlı davranmadığını və qanunvericiliyin tələblərini pozduğunu göstərir. Apellyasiya məhkəməsi təqdim edilən faktiki hallara və qeyd edilən madddələrin tələbl ərinə uyğun qiymət vermədən, həmin tələbləri pozmaqla yekun nəticəyə gəlmişdir.

25. MM-nin 467-ci maddəsi üzrə-məhkəmə cərimə məbləğini azaldarkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin həddən artıq yüksək olmasını və cavabdehlər tərəfindən edilmiş ödənişlərin əsas borcdan çıxılmadığını nəzərə almamışdır. Nəticədə cərimə məbləği kifayət qədər azaldılmamış, halbuki mövcud işin hallarından irəli gələrək cərimənin tamamilə ləğv edilməsi ədalət prinsipinə uyğun olardı. Cavabdeh tərəfindən ödənişlər vaxtında həyata keçirilmişdir, lakin məhkəmə bu ödənişləri nəzərə almamış və yalnız 2023-cü il 7 oktyabr tarixinə olan borc məbləğini tam təmin etmişdir. Ekspert rəyinə əsasən həmin tarixə borc məbləği 7.656,57 manat təşkil etmişdir. Bununla belə məhkəmə 79.491,24 manat əsas borcun, 7.656,57 manat faiz borcunun iddiaçının xeyrinə tutulmasına və cərimənin yalnız 4.500 manatdan 4.000 manata endirilməsinə qərar vermişdir. Cərimə məbləği həddindən artıq şişirdilmiş və qeyri-münasibdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı üzrə - Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və qərarına əsasən, kredit müqaviləsi müddətli xarakter daşıyır və müqavilədə nəzərdə tutulan öhdəliklərin icrası müəyyən edilmiş müddətlər çərçivəsində həyata keçirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti üç il olub, 2024-cü il 16 sentyabr tarixində başa çatır. Buna baxmayaraq iddiaçı öhdəli yin icra müddəti bitmədən və bəzi ödənişlərin vaxtı hələ gəlməmiş, borcun ödənilməsini tələb etmişdir. Bu isə həm müqavilə şərtlərinə, həm də Konstitusiya Məhkəməsinin plenum qərarına ziddir.

27. MPM-nin 217.1, 217.3 və 218.1-ci maddələri üzrə-cavabdeh tərəfindən edilmiş ödənişlər borc məbləğindən çıxılmadığı üçün birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı qeyri-müəyyəndir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflər arasındakı münasibətə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd etdiklərinin bir birinə uyğun gəlməməsi, mübahisəyə aid olmaması göstərilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə

470. Zaminlik müqaviləsi Məcəlləsinin müvafiq müddəalarında 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bo rclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” Maddə

432. Öhdəliyin hissə-hissə icrası “..... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır”. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”

32. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəm əsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fe vral tarixli Qərarı).

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin müqavilə üzrə borc məbləğinin düzgün müəyyən edilməməsi, öhdəliklərin cavabdeh tərəfindən tam icra olunması və aparılmış ödənişlərin qanunvericiliyin tələbinə uyğun silinməməsinə dair apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax § 15-19).

36. Belə ki, işə mahiyyəti üzrə baxılarkən kredit müqaviləsi üzrə borcalanın borcunun miqdarı iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş, kassator tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan sübutlar təqdim olunmamışdır. Apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində ilk 8 ay ərzində yalnız faizlərin ödənilməsi nəzərdə tutulduğundan, həmin dövr ərzində ödənişlərin yalnış faizlərin ödənilməsi yönədilməsi həm müqavilə şərtlərinə, həm də MM-nin 432.4-cü maddəsinin tələblərinə uyğun olmuşdur (mətni üçün bax § 31).

37. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetm ə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

38. İddiaçının müqavilədə nəzərdə tutulan müddət bitməmiş, öhdəliyin tam icrasını tələb etməsi, bununla da qanunvericiliyin tələblərinin pozulduğuna dair kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasi qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin hal ümumiyyətlə mübahisələndirilmədiyi və hər hansı dəlil irəli sürülmədiyi üçün məhkəmələr tərəfindən də bununla bağlı qiymətləndirmə aparılmamışdır.

39. Məhkəmə kollegiyası iş üzrə cavabdehdən tutulan cərimə məbləğinin əsas borca nisbətini nəzərə alaraq, kassasiya şikayətinin bununla bağlı dəlllərini də əsassız hesab edir və qeyd edir ki, yoxlanıdan hissədə gəlinən nəticə M M-nin 467-ci maddəsinin (mətni üçün bax § 31) tələblərinə uyğun olmuşdur.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 iyul tarixli 22(103)-648/2024 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar