Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-614/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMCyə və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli, 2-2(103)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh 1 MMC-yə və Cavabdeh3 qarşı kredit razılaşmalarına xitam verilməsi, cavabdеhlərdən müştərək qaydada bankın хеyrinə 17R000003885 nömrəli krеdit razılaşması üzrə 107.075,57 ABŞ dolları krеdit bоrcu, 65.351,70 ABŞ dolları faiz bоrcu, 50.000 ABŞ dolları cərimə olmaqla, cəmi 222.427,27 ABŞ dollarının, 17R000004010 nömrəli krеdit razılaşması üzrə 100.310,90 ABŞ dolları krеdit bоrcu, 76.385,83 ABŞ dolları faiz bоrcu və 45.000 ABŞ dolları cərimə olmaqla, cəmi 221.696,73 ABŞ dollarının, iki kredit razılaşması üzrə ümumilikdə 444.124 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 636 manat məbləğində dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət ha qqının tutulması və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, tutma yönəldildikdən sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2023-cü il 12 iyul tarixli e-2-2(113)66/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim - L.Əliyeva). Qətnamədən cavabdehlər Cavabdeh3 və X1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli, 2-2(103)-13/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmişdir (hakimlər – E.Həsənov, Z.Şirinov və T.Mahmudova). Qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tərəfi ndən kassasiya şikayətləri vermişlər. Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 407.4-cü maddəsinin tələblərinə uyğun verilmədiyi müəyyən edilmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, iddianın qiyməti bütün maliyyələşdirmə ərizələrinə əsasən 444.124 ABŞ dolları təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Res publikası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda Cavabdeh5 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 523 manat təşkil etməlidir. Lakin Cavabdeh5 tərəfindən kassasiya şikayəti verilərkən cəmi 320 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcə llə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olma sı kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə MPM-in 88-ci maddəsinə istinad olunaraq məhkəmənin sübutlara və işin hallarına düzgün qiymət verməməsi qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. MPM-in 408.1 -ci maddəsinin tələblərinə görə, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apelyasiya instanasiyası məhkəməsinə qaytarılmalıdır. Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxıldıqdan sonra Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün iş Ali Məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli, 2-2(103)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-614/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-614/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver