Məhkəmə qərarları › İş №2-2(102)-625/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-625/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-625/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-147/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" X1 ilə X4 arasında bağlanmış 2013-cü il 20 noyabr tarixli **ı əsas kredit müqaviləsinə əsasən E.Abbasova 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti açılmışdır. 2. "xxxx" İKB ASC ilə E.Abbasov arasında bağlanmış 2015-ci il 22 oktyabr tarixli ** saylı əlavə kredit müqaviləsinə əsasən sonuncuya heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 3. 2013-cü il 20 noyabr tarixbylz ipotekanın predmeti fərdi yaşayış evi tam və torpaq sahəsinin ¼ hissəsi E.Abbasova, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2, torpaq sahəsinin ¼ hissəsi X2, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində mülkiyyətdə olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72.1 kv.m yaşayış, 66.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair bank ilə adı çəkilən şəxslər arasında 12-SKMF-2-0-1081-13(İ) saylı ipoteka müqaviləsi bağlanmış və bununla bağlı banka dövlət reyestrindən çıxarış verilmişdir.

4. «Ölüm haqqında» Şəhadətnaməyə əsasən X4 09 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir.

5. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 28 dekabr tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər E.Abbasova, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata cavabdeh E.Abbasov 2017-ci il 9 oktyabr tarixində vəfat etdiyindən, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan E.Abbasov 2017-ci i l 9 oktyabr tarixində vəfat etmiş və vərəsəlik məlumatları tapılmamışdır. Həmçinin onun əmlakının başqa şəxsə keçməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.

6. Bərdə rayon İcra hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2023-cü il 13 iyul tarixli məktubuna əsasən, Bərdə rayonu, Uğurbəyli kəndində yaşamış mərhum E.Abbasov vəfat edənədək onunla birlikdə yaşayan və qeydiyyatda olan və hal-hazırda həmin ünvanda onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşayırlar. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC (bundan sonra-iddiaçı və ya bank) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh3, Abbasova (Səfərova) Xəyalə Elman qızından, Cavabdeh1 (bundan sonra birgə-cavabdehlər) iddi açının xeyrinə 2015-ci il 22 oktyabr tarixli kredit müqaviləsi (bundan sonra-kredit müqaviləsi) üzrə 14.893,8 manat əsas, 2.115,43 manat faiz və 6.038.02 manat cərimə, 2018-ci il 30 oktyabr tarixindən 2023-cü il 1 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.589,57 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26.637 manat borcun ödənilməsi, tutmanın 3-cü bənddə qeyd edilmiş ipoteka ilə yüklü olunmuş fərdi yaşayış evinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, 6-ci bənddə qeyd edilmiş məktubdan görünür ki, adı çəkilən şəxslər E.Abbasovun faktiki vərəsələridir. Belə ki, onlara xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar.

9. Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı ərizəsində qeyd etmişdir ki, kredit götürüldüyü vaxtdan, yəni 2015-ci il tarixindən uzun müddət keçdikdən sonra iddiaçı tərəfindən cavabdehlərə qarşı iddia qaldırılmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı tərəfindən verilmiş iddianın qanunla nəzərdə tutulmuş müddəti ötürülmüşdür. Ona görə də bankın Cavabdeh2 və digər cavabdehlərə qarşı kredit borcu və kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının müddətin keçməsi ilə əlaqədar təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə cavab olaraq məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, kredit müqaviləsi 2015-ci il 22 oktyabrda bağlanmış və müddəti 2018-ci il 22 oktyabrda bitmişdir. Bank iddia müddəti bitməmiş, 2020-ci il 14 dekabrda Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən iddia müddətinin axımı bu tarixdə kəsilmişdir. İş daha sonra Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş və borclunun vəfat etdiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə işə xitam vermişdir. Vərəsələrin müəyyənləşdirilməsi nəticəsində məlum olmuşdur ki, vərəsələr faktiki olaraq mirası qəbul etmişlər. Göründüyü kimi bank iddia müddətini pozmamışdır. Buna görə iddia müddətinin tətbiqi barədə vəsatətin təmin edilməməsi xahiş edilmişdir.

11. Məhkəmənin 2023-cü il 19 dekabr tarixli qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının verdiyi rəydə göstərilmişdir ki, Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72,1 kv.m yaşayış və 66.3 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin və onun yerləşdiyi 0.28 ha torpaq sahəsinin 2024-cü il 5 fevral tarixinə bazar dəyəri 29.300 manat, likvid dəyəri isə 22.000 manat təşkil edir.

12. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 aprel tarixli e-2-2(115)-99/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Gülnaz Quliyeva).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bel ə ki, iddiaçı ilə E.Abbasov arasında 2015-ci il 22 oktyabr tarixində kredit müqaviləsi bağlanmış, E.Abbasov tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə 2017-ci il 30 avqust tarixində ödəniş edilmişdir. Müqavilə müddəti 2018-ci il 22 oktyabr tarixində bitmiş, həmin tarixdən sonra cavabdehlər tərəfindən hər hansı bir ödəniş olmamışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, 2021-ci il 23 oktyabr tarixində başa çatmışdır. İddiaçı isə bir il on bir ay sonra 2023-cü il 5 sentyabr tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən 2023-cü il 16 noyabr tarixində mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir.

14. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə iddiaçının iddia müddətinin tətbiq edilməsinə qarşı təqdim etdiyi ərizəyə cavab olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Bərdə rayon Məhkəməsinə müraciət edilərkən borclu E.Abbasov vəfat etmiş, onun vərəsələri müəyyən edilməmiş və iddia vəfat etmiş şəxsə qarşı qaldırıldığından, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir. Belə olan hala iddiaçı müəyyənlədirilmiş qaydada məhkəməyə müraciət etməmişdir. İddiaçı vəfat etmiş borclunun vərəsələrini müəyyən etməklə 2023-cü il 5 sentyabr tarixində medias iyaya dair cavabdehlərə təklif göndərmiş, mediator tərəfindən 2023-cü il 16 noyabr tarixində arayış verilmiş və cavabdehlərə qarşı müəyyənləşdirilmiş qaydada 2023-cü il 17 noyabr tarixində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin hazırkı iddia tələbi ilə bağlı iddia müddətinin axımının dayandırılması və ya dayandırılmasına səbəb olan halların olması ilə bağlı işin materiallarına heç bir sübut yoxdur.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 372.1, 373.2, 376, 377.2, 379.4, 379.4-1, 375.2 və 380.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-147/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), İ.Həsənov və L.Süleymanov).

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" X1 ilə X4 arasında 20 noyabr 2013-cü il tarixdə bağlanmış əsas kredit müqaviləsinə əsasən 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında 22 oktyabr 2015-ci il tarixdə əlavə kredit müqaviləsi bağlanmış, müqaviləy ə əsasən X4 heyvandarlıq məqsədilə illik faiz dərəcəsi 6% olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 20 noyabr 2013-cü il tarixdə bank ilə X4, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında verilmiş kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış 22 oktyabr 2015-ci il kredit müqaviləsinin müddəti 22 oktyabr 2018-ci il tarixdə bitmişdir. X4 tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə 30 avqust 2017-ci il tarixində ödəniş edilmişdir. İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi 05 sentyabr 2023-cü il tarixdə cavabdehlərə göndərmişdir. Mediator tərəfindən 16 noyabr 2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmiş, iddia isə 17 noyabr 2023-cü il tarixd ə verilmişdir

20. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönədilməsi barədə iddianın, iddia müddətinin keçməsi səbəbindən təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə göstərmişdir ki, tərəflər arasında bağlanmış 22 oktyabr 2015-ci il tarixli ** nömrəli “Əlavə kredit müqaviləsi” üzrə cavabdehlər tərəfindən müəyyən müddət ödənişlər edilmiş, sonuncu ödəniş 30 avqust 2017-ci il tarixində olmuşdur. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 22 oktyabr 2018-ci il tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı 22 oktyabr 2018-ci il tarixdən başlanmış hesab edilir və 22 oktyabr 2021-ci il tarixdə bitmişdir. Odur ki, iddiaçı 22 okt yabr 2015-ci il tarixli 12- SKMF-3-0-580-15 nömrəli “Əlavə kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu 2017- cü ilin sentyabr ayında, ən geci isə müqavilənin bitdiyi 22 oktyabr 2018-ci il tarixində bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı həmin etməməkdə haqlı olmuşdur.

21. Məhkəmə apellyasiya şikayətinin borclunun öhdəliyini tam şəkildə yerinə yetirmədiyinə görə halda kredit müqaviləsinin qüvvədə olması dəlilinə münasibətdə göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında göstərildiyi kimi kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş m üddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər.

22. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqi qanunvericiliyin normalarından irəli gəlir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia müddəti tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin digər dəlilində göstərilmişdir ki, bankın ikinci dəfə məhkəməyə müraciətinin bu qədər yubanmasının əsası vəfat etmiş şəxsin vərəsələrinin müəyyənləşdirilməsi olmuşdur.

24. Məhkəmə, həmin dəlilə qiymət verərək göstərmişdir k i, əsas borclu X4 09 oktyabr 2017-ci il tarixində vəfat etmiş, iddiaçı bundan sonra ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəməsinin 28 dekabr 2021-ci tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə iki ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Ona görə ki, borclunun vəfatından sonra vərəsəlik işinin açılıb-açılmamasının müəyyən edilməsi üçün notariat orqanına, borclunun vərəsələrinin müəyyən edilməsi üçün isə onun sonuncu yaşayış yeri üzrə inzibati ərazi nümayəndəliyinə sorğu göndərməklə müəyyən edilə bilərdi və bunun üçün bu qədər uzun müddət tələb edilmir.

25. Məhkəmə gəldiyi nəticəni MM-nin 372, 373, 377.2, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1 və 739-cu maddələrinə, MPM-nin 14.2, 77.1 v ə 217.3-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-nin 399-cu maddəsi üzrə - kredit müqaviləsinə əsasən öhdəliyin icrası müddəti 2018-ci il 22 oktyabr tarixində başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirmədiyi üçün müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü i l 24 dekabr tarixli qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddəti bitsə də, tərəflərin qarşılıqlı hüquq və vəzifələri, habelə müqavilə üzrə məsuliyyət davam edir. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin sona çatması tərəfləri həmin müddətə qədər yaranmış öhdəliklərin pozulmasına görə məsuliyyətdən azad etmir.

28. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən edilməsi borc alanın və borc verənin müqavilədə nəzərdə tutulan müddətlərdə öz öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən MM-nin 399.3cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verir. Lakin belə bir şərt olmadı ğı halda müqavilə öhdəliklərin tam icra edildiyi ana qədər qüvvədə hesab olunur.

29. Müvafiq hüquqi normalar müqavilənin müddətinin sona çatmasının tərəflərin öhdəliklərinin qüvvədə qalmasına təsir etmədiyini və bunun yalnız müqavilədə dəqiq şəkildə qeyd edildiyi halda mümkün olduğunu göstərir. Bu yanaşma “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) prinsipinə əsaslanır və müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsinə qədər müqavilənin qüvvədə qalmasını təsbit edir.

30. MM-nin 380-ci maddəsi üzrə-iddia müddətinin axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, bundan sonra iddia müddətinin axımı yenidən başlanılır, təzələnir, nəticədə iddia müddətinin axımının yenidən başlanmas ı ilə iddia müddəti tam həcmdə bərpa edilir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi qanunun bu normasını düzgün təfsir etməmiş, bank tərəfindən bundan əvvəl məhkəməyə iddia ərizəsinin verilməsini nəzərə almamışdır.

31. MPM-nin 88-ci maddəsi üzrə-borclu tərəfindən qərəzli olaraq borcun ödənilməməsi ilə bağlı kifayət qədər sübutlar təqdim edilsə də, məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə İddia müddəti anlayışı 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüq uqun müdafiəsi üçün müddət iddia müddəti sayılır”. “Maddə

373. İddia müddətləri... Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. “Maddə

387. Öhdəliyin tərəfləri 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsı zlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir....”

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən q iymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il 28 fevral tarixli Qərarı).

39. Baxıla n işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə E.Abbasov arasında bağlanmış 2015-ci il 22 oktyabr tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 2017-ci il 30 avqust tarixində ödəniş edilmiş, müqavilə müddəti 2018-ci il 22 oktyabr tarixində bitmiş, həmin tarixdən sonra hər hansı bir ödəniş olmamışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti (mətni üçün bax bu qərarın 35-ci bəndi) ərzində iddia qaldırılmadığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmələr tərəfindən iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmaması MM-nin 373 və 375-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

41. İddia müddətinin əh əmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şika yətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax bu qərarın 20-24-cü bəndləri).

43. Kollegiya kassasiya şikayətinin bu qərarın 30-cu bəndində göstərilən dəlilinə münasibətdə əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı eyni iddia tələbi ilə 2020-ci il 14 dekabr tarixində Bərdə rayon Məhkəməsinə müraciət etsə də, iddia tələbi cavabdeh (borcalan) olaraq 2017-ci il 9 oktyabr tarixində vəfat etmiş şəxsə-E.Abbasov qarşı qaldırıldığından son nəticədə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 28 dekabr tarixli qərardadı ilə iş ü zrə icraata xitam verilmişdir.

44. Nəzərə alınmalıdır ki, MM-nin 380-ci maddəsində iddia müddətinin axımının kəsilməsinin 2 əsasını müəyyənləşdirmişdir: 1) müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə 2) borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə

45. Qanunun tələbindən göründüyü kimi, yalnız müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Hazırki halda isə, iddia tələbi qanunun tələb etdiyi qaydada deyil, vəfat etmiş şəxsə qaldırılmışdır ki, bu da həmin iddia tələbi üzrə mahiyyəti üzrə yekun məhkəmə aktının qəbul edilməməsi ilə nəticələnmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MM-nin 380-ci maddəsinin tələblərinə zidd olmamışdır.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiy ası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-147/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar