Məhkəmə qərarları › İş №2-2(102)-627/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-627/2022

13.09.2022 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-627/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ələsgər Əliyev və İsmayıl Xəlilovdan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı maneələrin aradan qaldırılması və sair tələblərə, cavabdehlərin iddiaçılara qarşı müqavilələrə xitam verilməsi, icarə ha qqı və sair tələblərə dair iddia ərizələri ilə bağlı kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 avqust tarixli qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441.9 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinə (“Famous Brands” mağazası) ilə bağlı İddiaçı1 istifadə hüququna Cavabdeh1 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, cav abdehlərin hərəkətləri nəticəsində 2021-ci 4 may tarixli audit rəyinə əsasən, 2022-ci il 1 aprel tarixində iddiaçıya dəymiş 25.281,06 manat maddi zərər, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 812,46 manat maddi zərərin 2022-ci il 1 aprel tarixinə 90.355,74 manat əldən çıxmış fayda, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 4.775 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə, ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhələrinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansı formada maneə yaradılmasının Cavabdeh1 və "xxxx" MMC-yə qadağan olunması, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşə n 843.1 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı "xxxx" MMC-nin istifadə hüququna Cavabdeh2 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin həmin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində 2021-ci il 3 may tarixli audit rəyinə əsasən, 2022-ci il 1 aprel tarixində iddiaçıya dəymiş 86.739,20 manat maddi zərər, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 3.160 manat maddi zərərin, 2022-ci il 1 aprel tarixində 143.155,82 manat əldən çıxmış fayda, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 5.757 manat əldən çıxmış fayda və 5.000 manat işgüzar nüfuza vurulan ziyanın, o cümlədən 2.360 manat audit rəyinə görə ödənilmiş məbləğin cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhlərinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansı formada maneə yaradılmasının Cavabdeh2 və "xxxx" MMC-yə qadağan olunması, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Megafun” Ticarət Mərkəzinin 1- ci mərtəbəsində yerləşən 1.285 kv.m. ölçüdə olan mağazadan cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində çıxarılıb zirzəmiyə daşınma zamanı zədə alan və sonradan yüksək rütubət nəticəsində paslanıb avadanlıqların istifadəyə yararsız vəziyyətə düşməsinə görə 142.685,70 manatın bütün cavabdehlərdən mütənasib qaydada alınaraq iddiaçılara ödənilməsi, Bakı şəhəri “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Meg afun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“Famous Brands” mağazası) yerləşərək 2021-ci il 10 iyun tarixində məhkəməyə təqdim edilmiş spesifikasiyaya və 2021-ci il 4 may tarixli audit rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 7 fevral tarixli rəyinə əsasən, İddiaçı1 məxsus 6.707 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 157.101 manat dəymiş ziyanın Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, Bakı şəhəri “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində (“Famous Brands” mağa zası) yerləşərək, 2021-ci il 10 iyun tarixində məhkəməyə təqdim edilmiş spesifikasiyaya və 2021-ci il 3 may tarixli audit rəyi və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzininin 2022-ci il 7 fevral tarixli rəyinə əsasən, "xxxx" MMC-yə məxsus 13.588 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 337.270 manat dəymiş ziyanın Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, 2021-ci ilin 21 sentyabrından 7 oktyabrınadək keçirilən baxış nəticəsində cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində acınacaqlı vəziyyəti üzə çıxmış, məhkəməyə təqdim olunan sənədlər əsasında təqdim edilməyən əşyaların (avadanlıqlar və sair) 277.409,50 manat dəyərinin Cavabdeh1, Cavabdeh2 və “Hayat Management" MMC-dən mütənasib qaydada alınaraq İd diaçı1 və "xxxx" MMC-yə ödənilməsi, “Grand Həyat” kompleksinin zirzəmisində olan əşyaların mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəriciləri) yoxlanılmasına cəlb edilmiş şəxslərə gördüyü işlərə görə İddiaçı1 tərəfindən ödənilmiş 500 manat, "FB Company” MMC tərəfindən ödənilmiş 1.000 manatın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Megafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ("Famous Brands” mağazası) İddiaçı1 və "xxxx" MMC-yə cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılacağı təqdirdə cavabdehlərə ödəniləcək icarə və xidmət haqlarının iddiaçıların mağazada satış fəaliyyətinə faktiki başlandığı tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.

2. Cavabdehlər də iddiaçılara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 2019-cu il 15 avqust tarixli İcarə müqaviləsinə xitam verilməsi, 5.596,28 manat icarə haqqının, 5.000,00 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cəmi 60.596,28 manat pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi və cavabdehin Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 441,9 kv.m. qeyri-yaşayış sahəsinin öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 avqust tarixli İcarə müqaviləsinə xitam verilməsi, 13.549,87 manat icarə haqqının, 5.000 manat mənəvi zərərin, 50.000 manat əldən çıxmış faydanın, cə mi 68.549,87 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi və cavabdehin Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən, Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 843,1 kv.m. qeyri-yaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış 2019- cu il 10 avqust tarixli xidmət müqavilələrinə xitam verilməsi, 7.171,22 manat və 10.780,47 manat xidmət haqqının, 50.000,00 manat əldən çıxmış faydanın, cəmi 67.951,69 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-757/2021 nöm rəli iş üzrə 2021-ci il 18 may tarixli qərardadı ilə hər iki iddia ərizəsi e-2-2(113)-296/2021 nömrəli işdə bir icraatda birləşdirilmiş, 2022-ci il 10 iyun tarixli qətnaməsi ilə iddiaçıların iddiası qismən təmin olunmuş, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28.907,90 manat məbləğdə pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10.198 manat məbləğdə pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddiaçılar iddiası qalan hissədə təmin olunmamış, cavabdehlərin iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə xitam verilmiş, İddiaçı1 4.940,73 manat məbləğdə icarə haqqının tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilmiş, "xxxx" MMC-dən 8.661,80 manat məblə ğdə icarə haqqının tutularaq Cavabdeh2 ödənilməsi, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 avqust tarixli xidmət müqavilələrinə xitam verilmiş, İddiaçı1 6.128,32 manatın, "xxxx" MMC-dən 9.003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim Z.Axundova).

4. Qətnamə ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şikayətləri verərək İddiaçı1 qismən, İddiaçı1 iddiası təmin edilməyən hissədə və cavabdehlərin İddiaçı1 qarşı iddiası təmin olunan hissədə ləğv edilərək, İddiaçı1 iddiasının tam təmin olunması, cavabdehlərin iddiasının tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini, "xxxx" MMC qismən, "xxxx" MMC-nin iddiası təmin edilməyən hissədə və cavabdehlərin "xxxx" MMC- yə qarşı iddiası təmin olunan hissədə ləğv edilərək, "xxxx" MMC-nin iddiasının tam təmin olunması, cavabdehlərin iddiasının tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 avqust tarixli, 2-2(103)-840/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-49/2022 saylı iş üzrə 2022-ci il 10 iyun tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri mümkün hesab edilmişdir.(hakimlər V.Məmmədov(sədrlik edən), R.Qurbanov, V.Baxışova).

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına uyğu nlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir. Lakin apellyasiya şikayətlərində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma daxilində məzmun şərtlərinə uyğun tərtib edilməmişdir.

7. Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

8. Apellyasiya şikayətlərinin 7-ci hissəsində qanunvericiliyin düzgün tətbiq edilmədiyi idd ia edilən prosessual hüquq normaları (MPM-in 76.1, 76.2, 80, 81, 88-ci maddələri) göstərilsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edilməmiş, buna dair heç bir izah verilməmiş, normaların mətnləri formal sadalanmaqla kifayətlənilmişdir. Halbuki, şikayət verən şəxs qeyd etdiyi hər bir normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu və əslində, necə tətbiq edilməsi lazım olduğunu göstərməli idi.

9. Bakı Kommersiya Məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən apellyasiya şikayətlərini qaytarmalı olduğu halda, işi materialları ilə birlikdə baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsinə, 76.1, 76.2, 80, 81, 88, 361.1, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Qərardad 2022-ci il 3 avqust tarixdə iş üzrə tərəflərə və onların nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş dir.

12. Qərardaddan iddiaçılar "xxxx" MMC və İddiaçı1 2022-ci il 9 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2022- ci il 10 iyun tarixli e-2-2(113)49/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 366.2-ci maddəsinin tələbləri pozulmuşdur.

14. Məhkəmə belə hesab etmişdir ki apellyasiya şikayətində pozulması bildirilən prosessual hüquq normaları birlikdə göstərilsə də, hər bir normaya aid pozuntuların nədən ibarət olması, müvafiq sübutların və birinci instansiya məhkəməsinin həmin sübutlara münasibəti göstərilməklə kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya şikayətinin həmin bölməsində yalnız sübutlarla bağlı dəlillər, yəni MPM-in sübutlara, onların aid edilməsinə, mümkünlüyünə və qiymətləndirilməsinə dair dəlillər göstərilir ki, bunların da bir-biri ilə sıx bağlı olması səbəbindən şikayətçi öz mövqeyini daha dolğun ifadə etmək üçün belə ifadə tərzini daha məqsədəuyğun hesab etmişdir.

15. Bundan əlavə, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi sənədə “mal qalığı ilə bağlı iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamə”-yə hazırkı işdə sübut kimi istinad edilə bilmədiyinə dair dəlillər göstərilmişdir ki, bu dəlilin də sübutların aidiyyəti ilə bağlı olmasını, yəni MPM-nin 80-ci maddəsinin təsir dairəsinə düşdüyünü əlavə qeyd etmə yə ehtiyac yoxdur.

16. Digər bir məsələdə, iddiaçıların mallarının cavabdehlər tərəfindən götürülərək, havalandırılmayan zirzəmidə saxlanması səbəbindən məhv olmuş mallara münasibətdə məhkəmənin “ilkin vəziyyətlə hazırkı qüsurlu vəziyyət arasında səbəbli əlaqə olmasını müəyyən etmək mümkün olmadı” kimi əsaslandırma verməsi ilə bağlı apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin belə əsaslandırma verməsi adi məntiqdən də çox uzaqdır. Məhkəmənin qənaətinə görə, “birinci iddiaçılar” öz mağazalarında külli miqdar kif basmış, rəngi dəyişmiş, üfunət iyi verən malları satış üçün saxlaya bilərdilər. Bununla bağlı apellyasiya şikayətində qeyd edilmişdir ki, “Sübutlara bu tərzdə qiymət verilməsi, sübutemə yükünün məhkəmə tərəfindən bu qaydada bölüşdürülməsi ədalət mühak iməsinin həyata keçirilməsinin əsas prinsiplərinə zidd olmaqla, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində təsbit olunmuş həqiqətin müəyyən edilməsi hüququnun təmin edilməsinə yaradılan süni maneə kimi çıxış etmişdir.

17. Digər tərəfdən, şikayət verilən qərardadı qəbul edən məhkəmə nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Məlumdur ki, məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutları n mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi.

19. Hazırkı halda şikayətçi hər-hansı digər prosessual normalara deyil, məhz sübutlarla bağlı olan dəlillərini məhkəmənin nəzərinə vahid formada çatdırmışdır ki, bu da sübutların qiymətləndirlməsi ilə bağlı yuxarıda qeyd edilən prinsipə uyğun olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblə rinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri nin tələblərinə əsasən yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İV. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəala rında aşağıdakılar nəzərdə tutulur. “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsi n məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir....” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hall arda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunauyğun olmuş, hazırda məzmun baxımından eynilik təşkil edən kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır.

26. Belə ki, iddiaçıların ape llyasiya şikayətləri MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuşdur.

27. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 9 iyul tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir.

28. MPM-in “Apellyasiya şikayətinin forması” adlı həmin 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti v erən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

29. Göründüyü kimi apellyasiya şikayəti verilərkən şikayət yalnız formanın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir.

30. Həmçinin, Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

31. Hazırkı halda iddiaçıların ape llyasiya şikayətlərində işin faktiki halları, maddi və prosessual hüquq normaları sadalanmış, lakin qanunvericiliklə tələb olunan şəkildə hər bir normanın qarşısında birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada pozulduğu və ya düzgün tətbiq olunmadığı, həmçinin yanlış tətbiqin nədən ibarət olması göstərilməmişdir.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin forma və məzmun baxımından prosessual qanunvericiliklə nəzərdə tutulmuş şərtlər çərçivəsində tərtib olunmamasına dair qiymətləndirməsi düzgün olmuş və bu səbəbdən apellyasiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar müəyyən edilmir.

33. Birinci instansiya məhkəməsi isə qanunvericilin tələblərini nəzərə almamış, MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

34. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətlərinin MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalı olmasına dair dəlilinə münasibətdə vurğulamağı zəruri hesab edir ki, forma və məzmun baxımından prosessual qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət olunmamaqla verilmiş şikayətə hər bir halda məhkəmə tərəfindən baxılmalı olması kimi bir mövqe, qanunvericiliyin şikayətin forma və məzmununa dair tələblərininin əhəmiyyətsizləşdirilməsinə gətirib çıxara bilər. Bu səbəbdən, kassasiya şikayətinin göstərilən dəlili də əsaslı hesab oluna bilməz.

35. Beləliklə də, apellyasiya instansiya məhkəməsi MPM-in 366.1 və 366.2-ci maddələrinə uyğun olaraq apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarakən düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir.

36. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsas(lar) mövcud deyil.

37. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 avqust tarixli 22(103)-840/2022 saylı qərardadı həmin kassasi ya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar