Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-628/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyası İddiaçı Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc, dəymiş zərərin əvəzi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Müəssisənin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc”, həmçinin Cavabdeh MMC-nin İddiaçı Müəssisəyə qarşı “dəymiş zərərin əvəzinin tutulması” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsindən İddiaçı Azərbaycan-T ürkiyə Birgə Müəssisəsi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Satıcı” İddiaçı Müəssisə ilə “Alıcı” Cavabdeh MMC arasında neft məhsullarının pərakəndə satışına dair 2017-ci il 5 oktyabr tarixdə 17/006 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya neft məhsullarını ödənilmiş məbləğ qədər verir, alıcı hər ayın sonunda satıcı ilə üzləşdirmə aktı tərtib edərək, həmin aktda aparılan yanacağın növü, miqdarı, məbləği göstərilərək, hər iki tərəfin imzası və iştirakı ilə talonlar ləğv edilir, alıcı tərəfindən avans olaraq ödənilən pul vəsaitləri kifayət etmədikdə növbəti məbləğ avans şəklində satıcının hesabına daxil edilənə qədər malların buraxılması dayandırılır, neft məhsullarının dəyəri alıcı tərəfindən qabaqcadan ödənilir (Müqavilənin 2.1, 3.2, 3.4, 4.3-cü bəndləri).
2. Tərəflər arasında 2017-ci il 5 oktyabr tarixli 17/006 nömrəli müqavilə üzrə üç, 2019cu il 1 oktyabr, 2020-ci il 1 yanvar və 2020-ci il 1 aprel tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları tərtib olunmuş, aktlar tərəflərin səlahiyyətli şəxsləri və möhürləri ilə təsdiq edilmişdir. 2019-cu il 1 oktyabr tarixli aktda göstərilmişdir ki, dövrün əvvəlinə (2019-cu il 1 sentyabr) qalıq 114.726,40 manat, ödəniş 170.598 manat, dövrün sonuna (2019-cu il 1 oktyabr) qalıq 160.076,85 manat, 2020-ci il 1 yanvar tarixli aktda qeyd olunmuşdur ki, dövrün əvvəlinə (2019-cu il 1 oktyabr) qalıq 160.076,85 manat, ödəniş 554.607 manat, dövrün sonuna (2019-cu il 31 dekabr) qalıq 166.298,40 manat, 2020-ci il 1 aprel tarixli aktda göstərilmişd ir ki, dövrün əvvəlinə (2020-ci il 1 yanvar) qalıq 166.298,40 manat, ödəniş 435.418,60 manat, dövrün sonuna (2019-cu il 31 dekabr) qalıq 165.523 manat təşkil etmişdir.
3. Hər sonrakı akt əvvəlki aktla müəyyən edilən borc məbləğini nəzərə alaraq qalıq borcu yenidən təsbit etdiyi üçün tərəflər arasında borc məbləğinin razılaşdırıldığı sonuncu rəsmi sənəd olaraq 2020-ci il 1 aprel tarixli aktdan sonra iddiaçı tərəfindən cavabdehə 2021-ci il 30 yanvar tarixli EBAVV 803540 nömrəli (121.515,20 manat), 2021-ci il 3 mart tarixli EBAY 230432 nömrəli (131.624,80 manat), 2021-ci il 20 may tarixli EBBC 003885 nömrəli (134.584 manat) və 2021-ci il 20 may tarixli EBBC 004087 nömrəli (107.210 manat) olmaqla, cəmi dəyəri 494.934 manat təşkil edən 4 elektron qaimə təqdim olunmuşdur. Cavabdeh 2021-ci il 30 yanvar tarixli və 2021-ci il 3 mart tarixli elektron qaimələri qəbul etmişdir. 4. 2020-ci il 1 aprel tarixli aktdan sonra Cavabdeh MMC tərəfindən İddiaçı Müəssisəsinə ödəniş tapşırıqları, bank vasitəsilə 333.281,84 manat məbləğdə, kassa məxaric orderləri ilə 40.000 manat nağd şəkildə olmaqla, cəmi 423.281,84 manat məbləğdə ödəniş edilmişdir.
5. Tərəflər arasında neft məhsullarının pərakəndə alqı-satqısı 2021-ci ilin may ayınadək davam etmiş, 2021-ci ilin may ayında və ondan sonra heç bir satış olmamış, Cavabdeh MMC 2021-ci ilin may ayından etibarən malları İddiaçı Müəssisədən deyil, "xxxx" QSC-dən almışdır.
6. İddiaçı tərəfindən 2021-ci il 16 iyun tarixdə Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək həmin tarixə olan 422.756,60 manat borcun 10 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (İ cild, iş.v7)
7. Cavabdeh MMC tərəfindən İddiaçı Müəssisəsinə 2021-ci il 4 iyun tarixdə pretenziya məktubu göndərilərək 369.099,51 manat məbləğində zərərin ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq verilmişdir (İ cild, iş.v53). 8. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2021-ci il 24 avqust tarixli, 00936 saylı “Arayış”da qeyd olunmuşdur ki, bu Arayış A Petrol” Müəssisəsi, nümayəndə Vəkil1 və Cavabdeh MMC, nümayəndə Piriyev Musa Abbas oğlunun 2021-ci il 24 avqust tarixində, 12:50-də keçirilən İddiaçı Müəssisəsinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmələrinə baxmayaraq, prosesi davam etdirmə k barədə qərar qəbil etmədiklərini təsdiq etmək üçün verilir (İ cild, iş.v58). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İlk İddiaçı Müəssisəsi (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 422.756,60 manat məbləğdə pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5% məbləğdə əldən çıxmış faydanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İlk iddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasında neft məhsularının pərakəndə satışına dair 2017-ci il 5 oktyabr tarixli 17/006 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bən dlərinə əsasən, cavabdehə Aİ-92 benzin və dizel yanacaqları satılmışdır. Tərəflərin əməkdaşlığı uzun müddətdir ki, davam edir. Bu müddət ərzində aralarında ciddi narazılıq baş verməmişdir. Lakin son zamanlar iddiaçı tərəfindən cavabdehə satılmış neft məhsullarının dəyəri iddiaçıya ödənilmir. Müqavilə üzrə verdiyi neft məhsulları üzrə vaxtı-vaxtında ödənişlər olunmadıqda iddiaçı digər tərəfdaşları qarşısında çıxılmaz vəziyyətdə qalır. Bu da iddiaçının işgüzar imicinə və biznes maraqlarına ciddi ziyan vurur. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 20 may tarixli EBBC 003885 nömrəli elektron qaimə üzrə 134.584 manat və 2021-ci il 20 may tarixli EBBC 004087 nömrəli elektron qaimə üzrə 107.210 manat, ümumilikdə 241.794 manat pul iddiaçıya ödənilməmişdir. Həmçinin, iddiaçı t ərəfindən cavabdehə 2021-ci il 16 iyun tarixdə ünvanlanmış 09 nömrəli pretenziya məktubunda da qeyd etdiyi kimi, 2017-ci il 5 oktyabr tarixli 17/006 nömrəli alqı-satqı müqaviləsi üzrə hesablaşmalar üzrə apardığı yoxlamalar zamanı aşkar edilmişdir ki, müqavilə üzrə 2021-ci il 16 iyun tarixə 422.756,60 manat ödənilməmiş məbləğdə borc yaranmışdır.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443.1, 21.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
12. Daha sonra cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan alınan yararsız dizel yanacağı nəticəsində avtobus nəqliyyat vasitələrinə dəymiş zərərə görə 369.099,51 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 869.129,51 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İ cild, iş.v 47).
13. Qarşılıqlı iddia tələbi bununla əsaslandırılmışdır ki, 2017-ci ildə tərəflər arasında neft məhsullarının pərakəndə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən satışa buraxılan neft məhsulunun keyfiyyəti DÜİST 2617-85 uyğun olmalıdır. Lakin iddiaçı tərəfindən satılan neft məhsulları yararsız vəziyyətdə olduğu üçün cavabdehin mülkiyyətində olan bir çox avtobuslara, o cümlədən Avro 5 və Avro 6 standartlarında müasir avtobus nəqliyyat vasitələrinə ciddi maddi zərər dəyərək, bəzi ehtiyyat hissələri sıradan çıxmışdır. Nəticədə cavabdehə bu günədək cəmi 369.099,51 manat məbləğdə zərər dəymişdir. Hesab edir ki, iddiaçı tərəfindən satılan yararsız neft məhsulu səbəbindən vurulmuş maddi zərərlə yanaşı yararsız yanacaq səbəbindən avtobus nəqliyyat vasitələrinin yollarda qalması, bu nəqliyyat vasitələrinin on minlərlə sərnişinin cavabdehə olan etirazları və nəticə olaraq işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 500.000 manat ödəməlidir.
14. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsasını MM-in 1096.1, 1097.1-ci maddələri təşkil etmişdir.
15. Cavabdeh həmçinin ilk iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya neft məhsullarının ödənilmiş məbləği qədər verir. Müqavilənin 3.2-ci bəndinə görə isə, “Alıcı” hər ayın sonunda “Satıcı” ilə üzləşmə aktı tərtib etməlidir. Müqavilənin 3.2-ci bəndi borc məbləğinin yalnız üzləşdirmə aktı ilə müəyyən olunmasını tələb edir. İddiaçı ərizədə 422.756,60 manat tələb etsə də, 2021-ci il 20 may tarixli EBBC 003885 nömrəli qaimə faktura üzrə 134.584 manat, 2021-ci il 20 may tarixli EBBC 004087 nömrəli qaimə faktura üzrə 107.210 manat, ümumilikdə 241.794 manat tələbi qaimə fakturalar ilə əsaslandırmağa çalışsa da, tələbin 180.962 manat hissəsini ümumiyyətlə izah edə bilməmişdir. Qeyd olunan qaimə faktura tarixlərinə nəzər yetirdikdə məlum olur ki, 20 may tarixində guya cavabdeh 241.794 manatlıq dizel məhsulu almışdır. Bu məbləğ 302.242 litr yanacaq edir. Bu həcmdə yanacağı saxlamaq üçün iddiaçının heç bir anbarı yoxdur. Bununla belə cavabdeh tərəfindən 2021-ci il ərzində (2021-ci il 31 yanvar, 28 fevral, 31mart, 30 aprel, 31 may) 333.281,84 manat məbləğdə ödənişlər həyata keçirmişdir. Bundan başqa, sözügedən elektron qaimələrin 2021-ci il may ayında kəsilməsinə baxmayaraq iddiaçının rəsmi möhürü ilə təsdiq edilmiş 2021-ci il 8 iyun tarixli 05 nömrəli rəsmi məktubuna əsasən borcun 241.794 manat olduğu bildirilir, həmin tarixdən sonra iddiaçının baş mühasibinin imzası ilə daxil olan məktubda borcun 165.523 manat olduğunu, lakin 40.201 manat məbləğinin guya ziyanlar və bank faizinə görə tələb olunduğu bildirilmişdir. Müqavilə şərtlərində borcun üzləşdirmə aktı ilə müəyyən edilməsinə dair imperativ şərt olmasına baxmayaraq, iddiaçı tələbini əks etdirən aktları məhkəməyə təqdim edə bilməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 422.756,60 manat məbləğdə pulun tutularaq i ddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat məbləğinin isə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı tərəflər arasında 2017-ci il 5 oktyabr tarixli 17/006 saylı "Neft məhsularının pərakəndə satışına dair" alqı-satqı müqaviləsi bağlanması və müqaviləyə əsasən iddiaçının cavabdehə neft məhsullarını pərakəndə satmağı, cavabdeh isə neft məhsullarını qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürdükləri müəyyən olunmuşdur. Tərə flər arasında 2019-cu il 1 oktyabr tarixədək olan alqı-satqı münasibətləri üzrə cavabdehin 2019-cu il 1 oktyabr tarixə iddiaçıya 160.076,85 manat borcu olmuş və bu borc 2019-cu il 1 oktyabr tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq edilmişdir. 2019-cu il 1 oktyabr tarixdən sonra iddiaçı tərəfindən cavabdehə 1.633.872,35 manat məbləğində neft məhsulları satılmış, cavabdeh tərəfindən isə iddiaçıya 1.331.192,60 manat məbləğində bank vasitəsi ilə və 40.000 manat məbləğində nağd formada ödənişlər edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 422.756,60 manat borcu qalmışdır.
18. Gəldiyi nəticəni məhkəmə MM-in 21.1, 567, 600.1, 600.4, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1-ci maddələrinə istinad et məklə əsaslandırmışdır.
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddia tələbinin qismən təmin edilib cavabdehdən 422.756,60 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə ilə ilk iddia tələbi təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxı şova və Vəkil1).
21. Məhkəmə kollegiyası bildirmişdir ki, işin mübahisəli halı iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 2021-ci il 20 may tarixli EBBC 003885 nömrəli (134.584 manat) və 2021-ci il 20 may tarixli EBBC 004087 nömrəli (107.210 manat) elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi ilə bağlı olmuşdur.
22. İddiaçı hazırkı tələbini faktiki cəhətdən 2017-ci il 5 oktyabr tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə əsaslandırsa da, həmin müqavilənin 2.1-ci bəndi ilə “neft məhsullarını ödənilmiş məbləğ qədər vermək”, 3.4-cü bəndi ilə “avans olaraq ödənilən pul vəsaitləri kifayət etmədikdə malların buraxılmasını dayandırmaq” və 4.3-cü bəndi ilə “neft məhsullarının dəyəri alıcı tərəfindən qabaqcadan ödənilir” kimi ona t anınan üstün hüquqlarından istifadə etməməsinin, başqa sözlə, onun lehinə olan müqavilə şərtlərinə zidd hərəkət edərək, neft məhsullarının dəyəri cavabdeh tərəfindən qabaqcadan ödənilmədiyi halda, malların güman olunan satışını həyata keçirməyə davam etməsinin səbəblərini məhkəmə kollegiyasının iclasında aparılan dəqiqiləşdirmələr zamanı da izah edə və əsaslandıra bilməmişdir.
23. Bundan əlavə, iddiaçı cavabdehə göndərdiyi 2021-ci il 8 iyun tarixli 08 nömrəli pretenziya məktubunda sonuncunun ona yalnız 2021-ci il 20 may tarixli EBBC 003885 nömrəli (134.584 manat) və EBBC 004087 nömrəli (107.210 manat) elektron qaimələr üzrə ödənilməmiş cəmi 241.794 manat məbləğdə borcunun olduğunu bildirdiyi halda, 2021-ci il 16 iyun tarixli 09 nömrəli pretenziya məktubuna “Araşdırma zamanı mühasibatlıq tə rəfindən müəyyən edildi ki, 2021-ci il 16 iyun tarixə … neft məhsullarının (dizel yanacağının) 422.756,60 manat dəyəri ödənilməmişdir.” məzmunda yeni abzas əlavə etmiş, lakin borc məbləğinin iki pretenziya məktubu arasında meydana çıxan 180.962 manat artışını da nə sözügedən məktubunda, nə iddia ərizəsində, nə birinci instansiya məhkəməsinin gedişində, nə də ki, məhkəmə kollegiyasının araşdırmasında konkret dəlillərlə (tarix, miqdar, məbləğ, hesablama) izah edə və əsaslandıra bilməmişdir. Bu fakt da məhkəmə kollegiyasında belə bir qənaət formalaşdırmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırılan ərəfədə də tələb edəcəyi borcun məbləği barədə dəqiq təsəvvürə malik olmamışdır.
24. Həmçinin, tələbinin sübutu kimi iddiaçı öz mühasibatlığının 2019-cu il 1 oktyabr tarixli üzləşdirmə aktından başla yan hesablamalarına istinad etmiş, birinci instansiya məhkəməsi də onun bu hesablamalarını əsas götürərək, işdə olan (iş vərəqi, 166), tərəflər arasında 2020-ci il 1 aprel tarixdə tərtib edilən sonuncu üzləşdirmə aktına qətnaməsində ümumiyyətlə heç bir qiymət verməmişdir. Halbuki, 2019-cu il 1 oktyabr tarixli aktla müəyyən edilən borc məbləği 2020-ci il 1 yanvar tarixli aktla 2020-ci il 1 yanvar tarixli aktla müəyyən edilən borc məbləği isə 2020-ci il 1 aprel tarixli aktla qəbul və təsdiq edilib, nəzərə alınaraq, tərəflər arasında borc məbləğinin razılaşdırıldığı sonuncu rəsmi sənəd 2020-ci il 1 aprel tarixli akt olduğu üçün, onlar arasında yaranmış ödənilməyən borc məbləğinə dair mübahisə də məhz sözügedən aktla təsbit edilən 165.523 manat, üstəgəl, 2020-ci il 1 aprel tarixdən sonra yaran dığı irəli sürülən sonrakı borc məbləğləri tədqiq edilməklə, həll edilməli idi.
25. Digər tərəfdən, cavabdeh də iddiaçıya 2020-ci il 1 aprel tarixli aktla müəyyən edilən 165.523 manat borcla birlikdə 2021-ci il 30 yanvar tarixli EBAVV 803540 nömrəli və 2021ci il 3 mart tarixli EBAY 230432 nömrəli elektron qaimələr əsasında alınmış 121.515,20 və 131.624,80 manat məbləğdə yanacağın dəyərinin cəmi məbləği 418.663 manat borcunun olduğunu, lakin ödədiyini bildirmişdir.
26. Habelə, 2020-ci il 1 aprel tarixli aktdan sonra iddiaçı tərəfindən cavabdehə 2021-ci il 30 yanvar, 3 mart, 20 may tarixlərdə cəmi dəyəri 494.934 manat təşkil edən 4 ədəd elektron qaimə təqdim olunduğu, cavabdehin isə 2020-ci il 1 aprel tarixdən sonra iddiaçıya cəmi 423.281,84 manat məbləğdə ödəniş etdiyi nəzərə alınarsa, ca vabdehin borc məbləğinin tərəflərin birinci instansiya məhkəməsinə təqdim etdikləri sənədlər əsasında belə sadə riyazi hesabla 71.652,16 manatla məhdudlaşdığı məlum olar. Bu da o deməkdir ki, hətta tərəflərin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər, o cümlədən cavabdehin etiraz etdiyi 2021-ci il 20 may tarixli iki elektron qaimə mötəbər fərz olunan halda belə iddiaçının tələbi maksimum 71.652,16 manat həddində təmin oluna bilərdi.
27. Bu məqamda, iddiaçının hazırkı iddia ilə cavabdehdən tələb etdiyi borc məbləği (422.756,60 manat) ilə sonuncunun 2020-ci il 1 aprel tarixdən sonra həyata keçirdiyi ödənişlərin (423.281,84 manat) təqribi (yuvarlaq) məbləğlərinin eyni (423.000 manat) olması da diqqətə alınmalıdır.
28. Eləcə də, iddianın hətta 71.652,16 manat həddə əsaslılığının tə sdiq olunması üçün də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim edilməmişdir.
29. Tərəflər arasında bağlanmış 2017-ci il oktyabr tarixli alqı-satqı müqaviləsinin 3.2-cı bəndində nəzərdə tutulmuşdur ki, alıcı hər ayın sonunda satıcı ilə üzləşdirmə aktı tərtib edərək, həmin aktda aparılan yanacağın növü, miqdarı, məbləği göstərilərək, hər iki tərəfin imzası və iştirakı ilə talonlar ləğv edilir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin şərtlərinə görə malların satıcı tərəfindən alıcıya təhvil verilməsi Müqavilənin 3.2-ci bəndinə uyğun qaydada alıcı (cavabdeh) tərəfindən tərtib edilib, satıcıya (iddiaçıya) təqdim olunmalı olan gündəlik talonlarla, aylıq isə tərəflər arasında tərtib edilməli olan üzləşdirmə aktları ilə rəsmiləşdirilməli idi. Elektron qaimələr isə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya (cavabdehə) elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyil. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, onda müqavilənin 3.2-ci bəndinin müqaviləyə əlavə edilməsinə zərurət olmazdı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz, bu qaimələr malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. O da nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri mövcud olan dövrdə onların qarşılıqlı işgüzar təcrübəsi də məhz bu qaydaya uyğun formalaşdırılmağa çalışılaraq, üç dəfə üzləşdirmə aktı tərtib edilmişdir.
30. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, yuxarı hissəsində əlyazısı ilə “Talonlara görə göstəricilər” sözləri qeyd olunmuş, iddiaçının möhürü ilə təsdiq edilmiş, müxtəlif məbləğləri əks etdirən hesab vərəqlərini (iş vərəqi- 151157), həmin materiallardakı rəqəmlər digər qaydada təsdiqini tapmadığı və bu barədə əlavə heç bir sübut işdə mövcud olmadığı, iddiaçı tərəfindən təktərəfli qaydada, cavabdehin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyi üçün, mötəbər saymamış, tərəflərin müxtəlif dövrlərdə yanaca ğın satışı barədə apellyasiya baxışı zamanı təqdim etdiyi, üzərində İddiaçı yazılmış qəbzləri isə, həmin materiallar ilk dəfə apellyasiya instansiya mərhələsində təqdim edilən yeni sübutlar olduğu üçün, sübut kimi qəbul etməyib, hüquqi qiymət verməmişdir.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 10.2, 390.1, 399.1, 425.1, 442, 567, 600.4, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1, 176.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 1.3, 2.18, 2.3, 2.3.5, 2.3.27, 2.3.28, 3.1, 3.2, 3.4, 3.7, 3.7.1, 3.7.2, 3.7.3-cü bəndlərinə, MPM-in 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 78.1- 1, 80, 106.1, 372.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
32. Qətnamə 2022-ci il 30 mart tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin həmin tarixdə tərəflərə və onların nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
33. Qətnamədən iddiaçı 2022-ci il 24 may tarixdə kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 21, 385, 386, 1090, 1091, 1096, 1097 və 443-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, cavabdeh iddiaçıya 2020-ci il 1 aprel tarixli aktla müəyyən edilən 165.523 manat borcla birlikdə 2021-ci il 30 yanvar tarixli EBAVV 803540 nömrəli və 2021-ci il 3 mart tarixli EBAY230432 nömrəli elektron qaimələr əsasında alınmış 121.515,20 və 131.624,80 manat məbləğində yanacağın dəyərinin cəmi məbləği 418.663 manat borcunun olduğunu, lakin ödədiyini bildirir. Bununla bağlı qeyd edirik ki, cavabdeh pulu ödədiyinə dair heç bir sübut təqdim etmədiyi təqdirdə borc ödənilmiş hesab edilə bilməzdi, lakin məhkəmə kollegiyası bunu belə qəbul etmişdir. İkincisi, Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən yaranmış borc 2020-ci il 1 aprel tarixli üzləşmə aktına əsasən iddiaçının tələb etdiyi məbləği öz təsdiqini tapmır. Qeyd olunanlarla bağlı bildiririk ki, məhkəmə kollegiyası 2020-ci il 1 aprel tarixli üzləşmə aktına istinad etsə də həmin aktda göstərilən məbləğlərin ödənilməsinə dair hər-ha nsı sübutun olmamasına qiymət verilməmişdir. Bundan başqa 2016-cı ildən qəbul edilən və 2017-ci ildən qüvvədə olan “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən hüquqi şəxslər arasında hesablaşmalar nağdsız qaydada həyata keçirilməlidir. Bu onu ehtiva edir ki, cavabdeh əgər 2020-ci il 1 aprel tarixdə tərəflər arasında olan üzləşmə aktına əsasən ödəniş etmişdirsə bu nağdsız qaydada bank vasitəsi ilə olmalı idi. Lakin, iş materiallarında belə ödənişin olması mövcud deyildir. Məhkəmə kollegiyası bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, bu hal onu təsdiq edir ki, cavabdeh təşkilat qeyd olunan akt üzrə ödəniş etməmişdir. Bu isə iddiaçının haqlı olaraq borcu tələb etmək hüququnu yaradır.
35. MPM-in 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. İşə baxan məhkəmə kollegiyası yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman MPM-in 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Birincisi,məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin müxtəlif dövrlərdə yanacağın satışı barədə apellyasiya baxışı zamanı təqdim etdiyi, üzərində İddiaçı yazılmış qəbzləri isə, həmin materiallar ilk dəfə apellyasiya instansiya mərhələsində təqdim edilən yeni sübutlar olduğu üçün, sübut kimi qəbul etməyib, hüquqi qiymət vermir. Halbuki, istər həmin sübutlar işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmasına və ədalətli qərar qəbul edilməsi üçün zəruri sübut növü olmuşdur. Bundan başqa məhkəmə ümumiyyətlə həmin sübutun birinci instansiyada araşdırılaraq hüquqi qiymət verilməsi və iddiaçının birinci instansiya mərhələsində təqdim edilməməyinin s əbəblərini araşdırmamışdır. Cavabdeh pulu ödədiyinə dair heç bir sübut təqdim etmədiyi təqdirdə borc ödənilmiş hesab edilə bilməzdi, lakin məhkəmə kollegiyası bunu belə qəbul etmişdir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ
37. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Kassasiya şikayəti ilə apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirilmiş, hazırkı icraat çərçivəsində isə məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallar ının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
10. İşgüzar adətlər... 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqavi ləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
41. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında (əvvəlki redaksiyasında) nəzərdə tutulmuşdur: “Maddə
176. Elektron vergi hesab-fakturaları... 176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktur a və ya qəbz və ya çek verilə bilər. Nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirilmə etibarsız hesab edilir....” “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir...”
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarında nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir....” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.3. Elektron qaimə-fakturada (bu Qaydaların 2.2.3-cü və 2.2.9-cu yarımbəndlərində göstərilmiş elektron qaimə-fakturalar üzrə bu Qaydaların 2.3.30-cu yarımbəndi, bu Qaydaların 2.2.7-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23cü yarımbəndl əri, bu Qaydaların 2.2.8-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.10-cu yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.3-cü, 2.3.4-cü, 2.3.13-cü, 2.3.17- 2.3.24-cü və 2.3.26-cı yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir:... 2.3.5. əsas... 2.3.27. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı; 2.3.28. elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı... 2.18. Elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd e dilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elekt ron kabinetinə göndərilir.... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində...”
43. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və m addi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhk əmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tə ləblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-255/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Kassasiya şikayətinin MM-in 21, 385, 386, 1090, 1096, 1097 və 443-cü maddələrinin tələblərinin pozulması ilə bağlı kassatorun şikayətdə göstərdiyi dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı aşağı instansiya məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normaları baxımından doğru olmuş və bu məhkəmə instansiyasının gəldiyi nəticənin əsaslığını şübhə altına alan hər hansı hal mövcud deyildir.
46. Belə ki, iş materiallarına əsasən müəyyənləşdirilmiş hallardan aydın olur ki, iddiaçı tərəfindən 2021-ci il 16 iyun tarixə cavabdehin 422.756,60 manat məbləğində ödə nilməmiş borcunun yarandığını göstərərək borc tələb etmişdir. İş materiallarında olan sənədlər əsasında isə aşağı instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilmişdir ki, cavabdehin bu məbləğdə iddiaçıya borcu olmadığından iddia təmin edilməmişdir.
47. İş materiallarından müəyyən olunur ki, həqiqətən də tərəflər arasında tərtib edilmiş 2021-ci il 1 aprel tarixli sonuncu üzləşmə aktına əsasən borc məbləği 165.523 manat təşkil etmişdir.
48. Məhkəmə kollegiyası vurğulayır ki, xx.xx.2019-xx.xx.2021 tarixləri arası hesabdan çıxarışa əsasən, xx.xx.2020 tarixdən xx.xx.2021 tarixədək cavabdeh tərəfindən aparılmış ödənişlərin ümumi məbləği 383.281,84 manat təşkil etmişdir (İ cild,, iş.v 158). Bu hal, iş materiallarında olan "xxxx" ASC-nin ödənişlərlə bağlı sənədlərlə də öz təsdiqini tapmışdır (İ c ild, iş.v 91-106). Digər tərəfdən, iş materiallarında olan kassa mədaxil orderləri ilə bağlı iddiaçının baş mühasibi tərəfindən imzalanmış və onun möhürü ilə təsdiq olunmuş kassa mədaxil orderləri ilə bağlı siyahısında xx.xx.2020 tarixdə 15.000, xx.xx.2020 tarixində 15.000 və xx.xx.2020 tarixində 10.000 manat olmaqla cəmi 45.000 manat pul vəsaitinin mədaxil edildiyi də əks olunmuşdur (İ cild, iş.v 160). Bununla bağlı cavabdehin xx.xx.2020 tarixli, xx.xx.2020 tarixli kassa mədaxil orderləri də mövcuddur (İ cild, iş.v 161-163). Göstərilən ödənişlərin cəmi isə 423.281,84 manat edir. İddia tələbi ilə tələb olunan məbləğ isə 422.756,60 manatdır. Belə olan təqdirdə kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin qanunsuz və əsassız olmasına dair dəlilləri anlaşı lan və əsaslı deyildir.
49. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
50. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
51. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
53. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-255/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.