Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-628/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyə üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatasına qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı əsasları, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehma n oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2- 2(103)-700/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2020-ci il 30 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə icraçı Cavabdeh1 sifarişçi Cavabdeh2 məxsus sahəni (Azərbaycan Respublikası Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən bağ sahəsinə) 1 set damla suvarma sistemi ilə təmin etməyi, sifarişçi isə həmin malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çatdırılması, quraşdırılması, gömrük rüsumları və o cümlədən yol xərci daxil olmaqla ümumi dəyər i 22.500 manat təşkil edir.
2. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 1 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabatı”na görə, 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (Agentlik) səmərəlilik auditi həyata keçirilmişdir. Audit zamanı 2020-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsər rüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq təsərrüfatı texnikalarının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar qeyd edilmişdir. Müvafiq audit hesabatında Cavabdeh2 Qusar rayonu, Kuzunqışlaq kəndində, X1 Qusar rayonu, Balaqusar kəndində və X3 Qusar rayonu, Suvacal kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemi ilə əlaqədar aşağıdakılar qeyd edilmişdir (hesabatdan çıxarış): “Au ditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün (o cümlədən, fermer Cavabdeh2 üzrə müvafiq torpaq sahəsində intensiv bağın 2019-cu ildə salındığı EKTİS-də bəyan olunduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35.020 manata (fermerlər Cavabdeh2 üzrə 2021-ci ildə 8.500 manata, 2020-ci ildə X4 üzrə 18.360 manata və X6 üzrə 8.160 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur”. Eyni zamanda, hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Qanunvericiliklə maliyyələşmə daxil olmuş müraciət zamanı təqdim olunan sən ədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamışdır. 3. 2022-ci il 20 iyul tarixli “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Baxış Aktında qeyd edilmişdir ki, “Bitkiçilik sahəsində yem subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində güzəşt məbləği (40%-i) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənl əşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirinin müavini-sektor müdiri, Audit qrupunun rəhbəri Nümayəndə2, Hesablama Palatasının baş məsləhətçisi, Audit qrupunun üzvü X5 və Hesablama Palatasının böyük məsləhətçisi, Audit qrupunun üzvü X7 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X10 Mərkəzinin Heyvandarlıq sektorunun müdiri X2 iştirakı ilə Qusar rayonunun Kuzunqışlaq kəndində alıcı Cavabdeh2 7,09 hektar təsərrüfatına baxış keçirildi və aşağıdakılar müəyyən olundu: Alıcının faktiki əkin sahəsi 3,5 hektar olduğu qeyd edilmiş, damcılı suvarma sisteminin və intensiv meyvə bağının (gilas) 2018-ci ildə salındığı bildirilmişdir. Bundan əlavə, damcılı suvarma sisteminin güzəşt tətbiq olunan 40% dəyərinin dövlət büdcəsindən maliyyə ləşdirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi üzrə avadanlıqların adlı siyahısı, markası və buraxılış ili üzrə yerində (əkin sahəsində) mövcudluğu təsdiqini tapmamışdır. Güzəşt tətbiq olunan məbləğ 8.500 manat olmaqla 2021-ci ildə maliyyələşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Hesablama Palatasına qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 30 oktyabr tarixli 16 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 8.500 manat məbləğində pul vəsaitinin, ödənilmiş 500 manat hüquqi yardımla bağlı və 100 manat mediasiyaya dair xərcinin, cəmi 9.100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının vəsaitindən istifadə Qaydasına uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8.500 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə üçüncü şəxs tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda iddiaçının Agentliyində səmərəlilik auditi həyata keçirilmiş və auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, güzəştin ayrılması zamanı olunmuş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 2020-ci il 30 oktyabr tarixli alqı-satqı müqaviləsi əslində agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uy ğun hüquqi nəticə yaratmaq niyyəti olmamış və nəticədə agentliyə 8.500 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş ASC tərəfindən isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə “Qaydalar”ın (bundan sonra – “istifadə qaydaları”) 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən edilmiş müraciət iddiaçının müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 mart tarixli e-2-2(113)- 866/2024 nömrəli q ərardadı ilə işin icraatına Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid hissədə xitam verilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 aprel tarixli e-2-2(113)-866/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - K.Hüseynov).
8. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin uydurma, əhəmiyyətsiz olduğunu bildirsə də, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
9. Belə ki, iddiaçının özünün təqdim etdiyi təhvil-təslim aktından, iltizamdan, bankın məktubundan, həmçinin cavabdehlərin nümayəndələrinin təqdim etdiyi ödəniş tapşırıqlarından, gömrük bəyənamələrindən və e-qaimədən Cavabdeh2 tərəfindən Cavabdeh1 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin həqiqətən alındığı məlum olmuşdur. İddiaçı üçüncü şəxsin aktına və arayışına istinad edərək cavabdehlər arasında müqavilədə nəzərdə tutulmuş damlama suvarma sisteminin alqı-satqısının olmadığını bildirmişdir. Halbuki, üçüncü şəxsin audit yoxlamasına rəhbərlik etmiş nümayəndəsi Nümayəndə2 məhkəmədəki izahatında həqiqətən Cavabdeh2 məxsus sahəyə baxış keçirilməsi və müqavilədəki damlama suvarma sisteminin olmamasını təsdiq edə bilməmişdir. Nümayəndə2 baxış keçirdiyi sahəyə girişin Qusar rayon X10 Mərkəzinin nümayəndəsi tərəfindən təşkil olunduğunu, sahənin sahibinin orada olmadığını, X10 Mərkəzinin nümayəndəsinin təqdim etdiyi sistemin müqavilə üzrə sistemə uyğun gəlmədiyini, başqa sistem olmasını araşdırmadıqlarını bildirmişdir. Göründüyü kimi Cavabdeh2 s ahəsinə baxış keçirilməsi və orada müqavilə üzrə nəzərdə tutulmuş damlama suvarma sisteminin olmaması sübuta yetirilməmişdir. Hətta cavabdehlər arasında imzalanmış müqavilədə alınacaq damlama suvarma sisteminin konkret markası, ili və s. qeyd edilməmişdir.
10. Bundan başqa, iddiaçının təqdim etdiyi təhvil-təslim aktını, iltizamı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, artıq iddiaçıya subsidiya ayrılması barədə müraciət edilərkən damlama suvarma sistemi cavabdehin sahəsində olmuş və iddiaçı tərəfindən müraciət əsasında müvafiq araşdırma aparılaraq fakt öz təsdiqini tapdığı üçün müraciət təmin edilərək subsidiya verilmişdir. Çünki iddiaçı ilə ASC arasında imzalanmış müqavilənin 3.5-ci bəndinə əsasən, ASC müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri iddiaçıya təqdim etmişdir. İddiaçı 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. İddiaçı ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə ASC-yə rəsmi məlumat verir. Hazırkı vəziyyətdə Cavabdeh2 subsidiyanın verilməsi iddiaçı tərəfindən aparılmış ekspertiza nəticəsində müraciətin təmin olunduğunu göstərmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3 və 340.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 77.1-ci maddələrinə; N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 12 aprel tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 iyul tarixli 2-2(103)-700/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim - V.Baxışova, hakimlər - Z.Şirinov və R.Qurbanov).
14. Məhkəmə kollegiyası birinci instansiya mə hkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olduğu məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir.
15. İddianın əsassız olduğu cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında təsdiq edilsə də, işə apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəməyə Qusar rayonu, Kuzunqışlaq kəndində cavabdeh R.Məstənova məxsus torpaq sahəsində alqı-satqı müqaviləsinin predmeti olan suvarma sisteminin həqiqətən quraşdırıldığı və istifadə edildiyini əks etdirən video görüntü təqdim etmiş, həmin video görüntüyə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə məhkəmə iclas zalında baxış keçirilmişdir.
16. Azərbaycan Respublikası Hesabla ma Palatasının 2023-cü il 1 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələrinə dair Auditor hesabatı” ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 satılmış damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi barədə hesabatda qeyd edilənlər iddianın əsaslı olduğunu təsdiq etməmişdir.
17. Belə ki, müqavilədə alqı-satqının predmeti olan suvarma sistemi avadanlığının markası, buraxılış ili və cari vəziyyəti qeyd edilmədiyindən Palatanın nümayəndəsi tərəfindən yerində baxış keçirilmiş avadanlığın markasının və digər göstəricilərinin hansı alış sənədinə uyğu nluğunun yoxlanıldığı aydın deyildir.
18. İkincisi, müqavilədə texnikanın bütün göstəriciləri nəzərdə tutulmuş olsaydı belə satılmış malın razılaşdırılmış çeşidə uyğun olmamasının nəticələri MM-in 579-cu və 580-ci maddələri ilə tənzimlənir və bu zaman alıcının MM-in 580.2-ci maddəsində nəzərdə tutulmuş hüquqları yaranır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.5, 340.1, 579.1, 579.2 və 580.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmi n olunması barədə yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 21.1. Mülki Məcəllənin 337.1,337.5 və 340.1-ci maddələri üzrə - cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən olunmuş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tər tib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir. Cavabdeh2 təsərrüfatına keçirilən baxış zamanı damlama suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin hesabata əsasən damlama suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini t apmamışdır. Qeyd olunanlar onu sübut etmişdir ki, müqavilə Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Odur ki, işə baxılarkən maddi hüquq normaları pozulmuş və əsassız qərar çıxarılmışdır. 21.2. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normasını pozmuşdur.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədləri ni apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə i radə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-cü maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci madd əsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü madd əsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, mübahisələdirilən müqavilələrin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.
30. Kassasiya şikayət inin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: 1) bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; 2) əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu q üsurlu olduğu üçün əhəmiyyətsizdir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehlər müqavilənin formal bağlanmasını inkar etdikləri halda, qeyd olunan əlamətlərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, bununla bağlı hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.
32. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 iyul tarixli, 2-2(103)-700/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.