Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-63/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi, borclunun icranı gecikdirməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipotek a predmetlərinə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 22(103)-515/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 6 mart tarixli 1 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC borcalan Cavabdeh3 MMC-yə 2021-ci il 6 mart tarixinədək 350.000 ABŞ dolları məbləğində kredit verir. Borcalan kreditin istifadəsinə görə illik 8 faiz ödəyir. 2. 2018-ci il 6 mart tarixli 1 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 6 mart tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 borcalan ilə birlikdə bank qarşısında birgə məsu liyyət daşımağı öz öhdəsinə götürmüşdür. 3. 2018-ci il 6 mart tarixli 2 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 6 mart tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi 2018-ci il 4 aprel və qeydiyyat nömrəsi ********** olan ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh3 MMCyə məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlətin mülkiyyətindədir. 5. 2018-ci il 7 mart tarixli və 2019-cu il 4 iyul tarixli 1 nömrəli ipoteka müqaviləsi və 001-İPƏ-1/1-2019 nömrəli əlavədən görünür ki, ipoteka saxlayan Azər-Türk Bank ASC, Cavabdeh3 MMC tərəfindən kredit təminatı kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 669,3 m2 olan və mülkiyyət hüquqları DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2019-cu il 27 iyun tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ipoteka saxlayana ipotekaya verir.
6. Cavabdeh3 MMC-nin 2018-ci il 6 mart tarixli 1 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2021-ci il 25 avqust tarixinə olan borcu barədə maliyyə arayışından görünür ki, ödənilmiş əsas borc 95.844,93 ABŞ dolları, ödənilmiş faiz borcu 55.845,14 ABŞ dolları, ödənilməli əsas borc 254.155,07 ABŞ dolları, ödənilməli faiz borcu 26.235,72 ABŞ dolları, 2021-ci il 6 mart tarixindən 2021-ci il 25 avqust tarixinə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz 6.071,48 ABŞ dolları, ümumi b orc 286.462,27 ABŞ dolları təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2020-ci il 17 avqust tarixində Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “MMC”, “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 254.155,07 ABŞ dolları əsas borc, 26.235,72 ABŞ dolları faiz borcu, illik beş faizlə hesablanmış 6.071,48 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 286.462,27 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə MMC-yə məxsus 0,05733 ha torpaq sahəsi və onun üzərində yerləşən üm umi sahəsi 669,3 m2 olan qeyri-yaşayış binasına yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış 2018-ci il 6 mart tarixli 1 nömrəli kredit müqaviləsinə (bundan sonra – "xxxx") əsasən, MMC-yə illik 8 faiz dərəcəsi ilə 36 ay müddətinə 350.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (Nübar kafesi) ipoteka götürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 2018-ci il 6 mart tarixli 1 nömrəli zaminlik müqavilələrinə əsasən, MMC-nin bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənə dək Cavabdeh1 və Cavabdeh2 MMC-yə zamin durmuşdur. MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş, lakin bunun nəticəsi olmamışdır.
9. MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək, izahatında ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid qiyməti ilə razılaşmayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
10. Məhkəmənin tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə 2021-ci il 29 iyun tarixli 01/21-351 nömrəli hesabatında qeyd edilmişdir ki, MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 669,30 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 1.460.000 manat, likvid dəyəri 1.170.000 manat təşkil edir.
11. Məhkəmənin tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 29 noyabr tarixli 9/7862 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan borcu 2021-ci il 6 mart tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 253.443,66 ABŞ dolları, faiz borcu üzrə 14.777,43 ABŞ dolları, 2021-ci il 7 mart tarixindən 2021-ci il 25 avqust tarixinədək illik 5 faizlə hesablanmaqla faiz borcu 5.948,89 ABŞ dolları təşkil etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 fevral tarixli e-2-2(113)-37/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin e dilmiş, cavabdehlərdən 253.443,66 ABŞ dolları əsas borc, 14.777,43 ABŞ dolları faiz borcu, illik 5 faizlə hesablanmış 5.948,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 274.169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 1.170.000 manat olan MMC-yə məxsus ümumi sahəsi 669,3 m2 olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – E.Əliyev).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 421.1 və 445.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cu maddəsinə istinad etməklə əsaslandırmış dır.
14. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd edilməsi və ya baxılmamış saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək onun “iddia tələblərinin təmin edilən” hissəsində ləğv olunaraq, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə mübahisələndirilən hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)-515/2023 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Tağızadə, hakimlər – K.Əkbərov və Ş.Məmmədova).
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, cavabdehlərin apellyasiya şikayətində qətnamənin əsassız və qanunsuz olması ilə bağlı əsaslı sübut təqdim olunmamış, yalnızca formal mülahizələrə əsaslanılmışdır. Cavabdehlər eyni məzmunlu apellyasiya şikayətləri verərək, şikayətlərində iddiaçı tərəfindən onlara müvafiq xəbərdarlıqların göndərilməməsi və ya düzgün qaydada məlumatlandırılmadıqlarını bildirsələr də, qeyd edilən hal iş materialları və məhkəmə araşdırması zamanı təkzib olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən müəyyən edilənlərə əsasən, pretenziya məktubla rı, iddiaçı tərəfindən cavabdehlərə borcun tələb edilməsi və ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişlər cavabdehlərin ünvanlarına göndərilmiş, yəni iddiaçı öz öhdəliklərini yerinə yetirmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 389.1, 405.1, 421.1 və 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdehlər Cavabdeh2 və MMC ayrıca kassasiya şikayətləri verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Ca vabdeh2 kassasiya şikayətinin dəlilləri
21. MM-in 319.1-ci maddəsi üzrə - İddiaçı borclunun öhdəliklərini yerinə yetirməsinin gecikdirməsini sübut edə bilməmiş, pandemiya dövründə iş yerlərinin fəaliyyət göstərməməsini, şadlıq evləri və restoranların fəaliyyətinin dayanmasını, nəticədə qazanc əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə almamış, habelə kredit borcunun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıqlar edilməmişdir.
22. MM-in 385 və 445.7-ci maddələri üzrə - Tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmış, borcalanın qəsdən borcunu qaytarmaqdan imtina etməsi barədə sübut mövcud olmamışdır. Pandemiyadan əvvəl şadlıq evi kimi fəaliyyət göstərmiş ipoteka predmeti olan restoranın fəaliyyəti 2020-ci il 16 mart tarixindən dayandırılandan sonra ödəmələrdə gecikmə yaranmışdır. İddiaçı ölkə rəhbərinin pandemiya ilə bağlı kredit müqavilələrində güzəştlər edilməsi barədə göstərişlərinə məhəl qoymamışdır. Kredit müqaviləsi üzrə öhdəliklər ölkə ərazisində pandemiya başlayanadək vaxtı-vaxtında icra olunmuş, fors-major hal ilə əlaqədar qazanc əldə edilmədiyinə görə ödənişlərin icrası bir müddət vaxtında icra olunmamışdır. Kreditin təyinatı məhz şadlıq evi ilə bağlı olmuşdur. Şadlıq evi kimi fəaliyyət göstərən ipoteka predmetindən qazanc əldə edilməsi isə fors major hala görə mümkün olmadığı üçün ödənişlərin vaxtında ödənilməsində problemlər yaranmışdır. Qeyd edilən hal iddiaçıya bildirilsə də, buna əhəmiyyət verilməmişdir.
23. MPM-in 14.2-ci maddəsi üzrə - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnı z iddia ərizəsində qeyd edilənləri nəzərə almaqla kifayətlənmiş, kassator tərəfindən təqdim olunmuş sübutları isə araşdırmamışdır.
24. MPM-in 149-152 və 77.1-ci maddələri üzrə - İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları aşağı instansiya məhkəmələrində sübut edə bilməmişdir. Belə ki, iddiaçının cavabdehlərə göndərdiyini istinad etdiyi 2020-ci il 30 yanvar tarixli 07/08-257 nömrəli pretenziya məktubu, ümumiyyətlə, cavabdehlərə göndərilməmiş, əvəzində isə iddiaçı tərəfindən məhkəməyə 410995, 410996 və 410997 nömrəli qaimələr təqdim olunmuşdur. Həmin qaimələrin birində Zemfira Həmzəyeva adlı şəxsə ünvanlanmış məktubun “qapını açmadı” qeydi ilə geri qaytarılması qeyd olunmuşdur. Halbuki həmin adda cavabdeh iddia ərizəsində qeyd edilməmişdir. Digər qaimələrdə isə eyni ünvan kimi Nəs imi ray., Mirqasımov küç., ev 3, m. 140 olaraq qeyd edilən MMC və Cavabdeh1 ünvanlanmış məktubların "xxxx" adlı şəxs tərəfindən qəbul edilməsi qeyd olunmuşdur. Həmin şəxsin MMC və Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Yəni, həmin ünvanda belə şəxs yaşamır, MMC-də isə yarandığı vaxtdan indiyədək belə şəxs fəaliyyət göstərməmişdir. Bu qaimələrin saxtalığı iddiaçının təqdim etdiyi digər sənədlərlə də təsdiq edilir. İddiaçının MMC-yə ünvanladığı 2020-ci il 1 may tarixli bildiriş ilə bağlı “Courier Services” 2020-ci il 5 may tarixində akt tərtib edərək, A.Mirqasımov küç., ev 3, m. 140 ünvanda MMC-nin aşkar olunmadığı üçün məktubun geri qaytarıldığını bildirmişdir. Qeyd olunanlar məhkəmədən kənar qaydada iddiaçının cavabdehlərə müraciət etmədiyini sübut edir. Əgər həqiqətən də kuryer 5 may tarix ində MMC-nin fəaliyyət göstərmədiyini müəyyən etmişdirsə, pretenziya məktubunun aşkar olunmayan şirkətə necə təqdim edilməsi sual olunur. Aşağı instansiya məhkəmələri qeyd olunan xüsusatları araşdırmamışlar və qətnamələrdə həmin hallarla bağlı qeyd olunanların əksini təsdiq edən sübut mövcud deyil.
25. Birinci instansiya məhkəməsi işi ətraflı və düzgün araşdırmamışdır. Sahibkar kimi qeydə alınmamış fiziki şəxsləri cavabdeh qismində cəlb etsə də, həmin şəxslərin asan nömrə və asan imzalarının olmadığını nəzərə almamış, həmin şəxsləri elektron məhkəmə sistemində qeydə almamış, onların məhkəmə araşdırmasında iştirakını təmin etməmişdir. Bununla da çəkişmə prinsipinə riayət olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun tələb edilməsi və borcun ipoteka predmetinə y önəldilməsi barədə bildirişlərinin göndərilib-göndərilməməsini araşdırmamışdır. b) MMC-nin kassasiya şikayətinin dəlilləri
26. Kassator MM-in 385, 445.7-ci, MPM-in 149-152, 77.1-ci maddələrinin pozuntularını Cavabdeh2 kassasiya şikayətinin müvafiq hissələrində göstərilənlərlə əsaslandırmışdır.
27. MPM-in 14.2-ci maddəsi üzrə - Kassator qeyd olunan normanın pozuntusunu Cavabdeh2 kassasiya şikayətinin müvafiq hissəsində göstərilənlərlə əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən göndərilməsi istinad olunan poçt qəbzlərində cavabdehlərdən birinin qeydiyyat ünvanının 2020-ci ilin sonlarınadək erməni işğalında olan Cəbrayıl rayonu göstərilməsinə baxmayaraq, məhkəmə 467882 nömrəli 2020-ci il 16 iyul tarixində “ünvanda aşkar edilmədi” qeydi ilə geri qaytarılmış qaimə ni sübut kimi qəbul etmişdir. Məhkəmə 2020-ci il 15 iyul tarixində məktubu qəbul etmiş poçt işçisinin həmin vaxt erməni işğalında olan Cəbrayıl rayonunun Mahmudlu kəndinə necə gedib orada cavabdehin aşkar olunmamasını müəyyən etməsini nəzərə almamışdır. İddiaçı tərəfindən göndərilmiş digər məktublar da 467883 və 467881 nömrəli qaimələrdə olduğu kimi “qapı bağlıdı” və “ünvanda aşkar olunmadı” qeydləri ilə geri qaytarılmışdır. Halbuki ölkə ərazisində kifayət qədər ciddi qurum olan və uzun müddət bu sahədə təcrübəyə malik “Azərpoçt” dövlət müəssisəsi fəaliyyət göstərir. İddiaçı cavabdehləri məlumatlandırmadan birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi qaimələrdə onların qanuniliyini təsdiq edən poçt xidmətinin hər hansı möhür və ştampı yoxdur. Apellyasiya məhkəməsi qeyd olu nan sübutları müzakirə etmək əvəzinə, ümumi sözlərlə şikayətdə qeyd edilənlərin iş materialları və məhkəmə araşdırması zamanı təkzib olunmasına istinad edir. Qeyd olunanlarla bağlı məhkəmə araşdırma aparmamış, sonuncu məhkəmə iclasında isə iddiaçının nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
28. MPM-in 376.2-ci maddəsi üzrə - Aşağı instansiya məhkəmələrində fiziki şəxslərin iştirakı təmin edilməmiş, buna əsas isə iddia ərizəsində cavabdehlərin ünvanının qəsdən yanlış göstərilməsi olmuşdur. Məhkəmə bildirişləri və digər sənədlərin poçt vasitəsilə hansı ünvana göndərilməsi məlum deyil. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətn aməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.
1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri ba rəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üç ün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.)...” 33. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”
34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflə rin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüy ü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır.
36. Həmin dəlillər mahiyyət etibarilə ondan ibarət olmuşdur ki: 1) İddiaçı borclunun öhdəliklərini yerinə yetirməsinin gecikdirməsini sübut edə bilməmiş, məhkəmə pandemiya dövründə iş yerlərinin fəaliyyət göstərməməsini, 2020-ci il 16 mart tarixindən şadlıq evləri və restoranların fəaliyyətinin dayanmasını, nəticədə qazanc əldə edilməsinin qeyrimümkünlüyünü (fors-major hal ilə əlaqədar) nəzərə almamışdır; 2) Məhkəmə cavabdeh kimi cəlb edilən fiziki şəxslərin məhkəmə araşdırmasında iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipini pozmuşdur. 3) Məhkəmə iddiaçının cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarl ıqlar etməməsinə, pretenziya məktubu göndərməməsinə diqqət yetirməmiş, həmçinin iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun tələb edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərinin göndərilibgöndərilməməsini araşdırmamışdır.
37. Cavabdeh kimi cəlb edilən fiziki şəxslərin məhkəmə araşdırmasında iştirakının təmin edilməməsinə dair dəlillərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir.
38. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq ünvanlara bildirişlər göndərilməsindən əlavə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mobil telefonlarına “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə SMS bildirişlər də göndərilmiş (İ cild, i/v 10-14, 23-25, 27, 28, 42, 43, 90, 92, 94, 111-113, 163, 164, 192; İİ cild, i/v 31, 38), lakin onlar naməlum səbəblərdən heç bir məhkəmə iclasında iştirak etməmişlər.
39. Cavabdeh MMC-nin kassasiya şikayətində də digər cavabdehlərin məhkəmə araşdırmasında iştirakının təmin edilməməsinə dair dəlilə istinad edilməsinə baxmayaraq, elə həmin MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin 2021-ci il 18 mart, 12 və 23 aprel, 15 sentyabr tarixli iclaslarında iştirak etmiş və işə digər cavabdehlərin iştirakı olmadan baxılmasına heç bir etiraz etməmişdir (İ cild, i/v 104, 121, 127, 195).
40. Bundan başqa, Cavabdeh2 birinci instansiya məhkəməsinə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatət və həmin vəsatətin təmin olunmaması barədə qərardaddan şikayət (İ cild, i/v 172-173, 194), Cavabdeh1 isə iş materialları ilə tanış olmaqla, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi ilə, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı ərizələr (İİ cild, i/v 3, 40, 42) vermişlər.
41. Apellyasiya instansiyası icraatında cavabdehlər Cavabdeh2 və S.Baxşaliyev özlərinin vəkilləri vasitəsilə iştirak etmişlər.
42. Göründüyü kimi, cavabdehlər məhkəmə icraatı barədə tam məlumatlı olmuş və öz mövqelərini məhkəmədə müdafiə etmək üçün bütün prosessual imkanlara malik olmuşlar. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda çəkişmə prinsipinin (MPM-in 9-cu maddəsi – bax § 34) pozulmasından söhbət belə gedə bilməz.
43. Müqavilə öhdəliklərinin icrasında fors-major hadisəsi kimi pandemiya səbəbindən ləngimələrə yol verilməsi barədə dəlillərlə əlaqədar məhkəmə kollegiy ası xüsusi olaraq vurğulayır ki, iş materiallarından görünür ki, cavabdehlər həmin dəlilləri birinci instansiya məhkəməsinə ümumiyyətlə bildirməmiş, onlara ilk dəfə özlərinin apellyasiya şikayətlərində istinad etmişlər. Elə birinci instansiya məhkəməsinin qətnaməsindən və işdən də məlum olur ki, cavabdeh MMC-nin iddiaya qarşı etirazının dəlilləri yalnız ipoteka predmetinin likvid qiyməti ilə bağlı olmuşdur.
44. MPM-in 372.2-ci maddəsinin (bax § 34) tələblərinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Cavabdeh tərəf belə bir əsaslandırma gətirmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən bu dəlillə bağlı hər hansı ciddi hüquq pozuntusuna yol verməmişdir.
46. Həmçinin işdən görünür ki, iddiaçının bildiriş və pretenziya məktubları cavabdehlərin işdə olan müqavilələrdə göstərilmiş rəsmi ünvanlarına göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş isə bilavasitə həmin əmlakın mülkiyyətçisi olan cavabdeh MMC-nin rəsmi ünvanına göndərilmişdir. Ümumilikdə isə, yuxarıda qeyd olunduğu kimi, bütün cavabdehlərin məhkəmə iclaslarında iştirakı təmin edilmiş və onlar öz mövqelərini müdafiə etmək, o cümlədən prosessual qanunla nəzərdə tutulmuş bütün hüquqlardan istifadə etmək, eləcə də mübahisəni barışıq yolu ilə bitirmək və ya sonadək davam etdirmək imkanına malik olmuşl ar. Bir sözlə, hazırkı işdə çəkişmə prinsipinə əməl edilmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, işin mahiyyəti üzrə düzgün nəticəni əks etdirən məhkəmə qətnaməsinin yalnız formal əsaslarla ləğvi ədalətli və əsaslı hesab edilə bilməz.
47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)-515/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh3 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)-515/2023 nömrəli saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.