Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-641/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-641/2024 Bakı şəhəri Açar sözlər: mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 iyul tarixli, 22(108)-14/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumatına əsasən, ümumi çəkisi 6080 kq, qiyməti 9.700,00 ABŞ dolları olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorlar (CABLE CROSS OVER - 1 ədəd, LEG EXTENSİON - 1ədəd, HARİZONTAL LEGCURL - 1 ədəd, SMİTCH MACHİNE - 1ədəd, SHOULDER PRESS - 1 ədəd, UPPER LİMBS - 1 ədəd, PULL DOWN MACHİNE - 1 ədəd, LONG PULL MACHİNE - 1 ədəd, İNCLLE SQAAT MACHİNE - 1 ədəd, LOW ROW - 1 ədəd, PECLLY1ədəd, CLUB DAMBEL - 1800 kq, SCHOT BENCH – 1 ədəd, SEATED CHEST PRESS - 1 ədəd, BİCPS CURL - 1 ədəd, SEATED ROW - 1 ədəd, ABDOMİNAL MACHİNE - 1 ədəd, LATERAL RAİSE - 1 ədəd, TREDMİL - 5 ədəd, CLUBE BİKE - 2 ədəd) İran İslam Respublikasından İddiaçı adına gətirilmişdir. 2. 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları İddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir. 3. 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları İddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir. 4. 2020-ci il 7 fevral tarixli mədaxil qəbzlərinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 3458,43 və 10,80 manat məbləğində əlavə dəyər vergisi, 250 manat məbləğində əməliyyat haqqı, 2473,50 manat məbləğində idxal rüsumu və 60 manat məbləğində ödəniş edilmişdir. 5. ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh almışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və iddiaçıya məxsus ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBEL LS), velotrenajorun (STARBİKE EVOLUTİON MAGNETİC), velotrenajorun (BİKE FENİX - LED PLUS), ştanq disklərinin (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançasının (RUNNER FENİX - LED PLUS), məşq alətinin (İPEREXTENSİON 45° BENCH), məşq alətinin (DİSK RACK), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (CHİN AND DİP), ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin (LATERAL DElTOİD), qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2020-ci ilin əvvəlində iddiaçı ilə cavabdeh Bakı şəhərində birlikdə idman məşq zalı açmaları barədə razılığa gəlmiş, razılaşmaya əsasən idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfindən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli olmuşdur. Bundan sonra, cavabdeh ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini MTK ilə müqavilə bağlayaraq əldə etmiş, iddiaçının öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasından aldığı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan iddiada qeyd olunan 31 adda idman alətlərini və avadanlıqlarını 2020-ci il 6 fevral tarixində Azərbaycan Respublikasına gətirmişdir. Qeyd olunan idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçının öz maliyyə vəsaiti hesabına almasını gömrük bəyannamələri, gömrük ödəniş qəbzləri və malın alınması qəbzləri (invoice) ilə təsdiq edilir. İddiaçı idman avadanlıqlarını və alətlərini (qurğularını) cavabdehlə əldə edilmiş razılığa uyğun olaraq ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında y erləşdirmişdir. Lakin, 2020-ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanması mümkün olmamış, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdeh iddiaçı ilə aralarında olan razılaşma şərtlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahiblənmiş və idman zalını təkbaşına işlətməyə başlamışdır.
8. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı zala 4.000 manat məbləğində protein məhsulları gətirmiş və pulunu cavabdehdən almışdır. Sonradan həmin məhsulların dəyərinin 1.500 manat olduğu məlum olmuşdur. Covid-19 pande miyası ilə bağlı zal bir müddət bağlandığından iddiaçının həmin məhsulların vaxtı keçər deyə qaytarılmasını cavabdehdən istəmiş, cavabdeh həmin məhsulları iddiaçıya təhvil vermiş və pulunu geri ala bilməmişdir. Zalın təmiri zamanı da cavabdeh araşdırma apararaq iddiaçının ondan 30.000 manat alaraq, təmirə 17.000 manat verdiyini, 8.000 manat alaraq havalandırma sisteminə 5.000 manat verdiyini, divara vurulan güzgülərə görə 4.500 manat aldığını, lakin sonradan həmin güzgülərin dəyərinin 2.500 manat olduğunu bilmişdir. ünvan 1 saylı məhəllədə yerləşən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində yerləşən idman zalına iddiaçıya məxsus olan idman alətlərini qoyaraq ondan istifadə etmələri üçün nə X3 (iddiaçı ilə cava bdehi calaşdıran şəxs) ilə, nə də ki, iddiaçı nə şifahi, nə də ki, yazılı şəkildə heç bir razılığı (anlaşması, müqaviləsi) olmamışdır. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı olduğu üçün öz hakimiyyət səlahiyyətlərindən, imkanlarından istifadə edərək cavabdehi sıxışdırıb ondan əmlak və ya pul almağa cəhd etmişdir. Cavabdehin işlətdiyi idman zalındakı idman alətlərinin iddiaçının adına olan gömrük bəyannaməsində göstərilən idman alətləri deyil, iddiaçının adına olan gömrük bəyannaməsinə diqqət yetirəndə həmin idman alətlərinin təyinat yerinin cavabdehin idman zalı yox, iddiaçının ünvanı olan ünvan 2 aydın olmuşdur. Bunun isə həmin idman alətlərinin cavabdehə gətirilmədiyini və onunla heç bir əlaqəsi olmadığının bir daha sübutudur. Bakı şəhəri Yasamal Rayon Polis İdar əsinin İstintaq Şöbəsi tərəfindən 2022-ci il 5 aprel tarixində təyin olunmuş ekspertiza qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin 2022-ci il 9 iyun tarixli 9/2397 nömrəli rəyinə əsasən mübahisələndirilən idman alətləri ilə cavabdehə məxsus idman alətlərinin eyniləşdirilməsinin mümkün olmaması barədə rəy verilmişdir. İddia ərizəsində göstərilən alətlərlərin cavabdehin zalında olan alətlər olmasının heç bir təsdiqini tapmamışdır. Hacı Həsənovun yaxınlarının (şahidlərin) səs yazılarından, istintaqda verdiyi ifadələrindən cavabdehin evini satıb idman alətlərinin alınıb gətirilməsi üçün 80.000 manat pul verilməsi aydın olmuşdur, iddiaçının iddia ərizəsində göstərdiyi idman alətlərinə münasibətdə cavabdehin özünə məxsus idman alətlərini: qardaşını n qaynı, həmkəndlisi Hacı Həsənov tərəfindən İrandan yox, Ukraynadan gətirilməsini razılaşaraq, ona Ukraynadan gətirməsini sifariş vermişdir. Cavabdeh idman alətlərinin Hacı Həsənov tərəfindən Ukraynadan alınaraq gətirilməsi üçün 80.000 manat pulu Hacıya vermişdir. Tələb olunan idman alətlərinin heç biri iddiaçı tərəfindən cavabdehin idman zalına gətirilməmiş, iddiaçının adına yük sənədlərinin olması onun adına gəlmiş malların iddiaçının cavabdehin zalı üçün alması və onun zalına gətirməsi demək deyildir.
10. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 2023-cü il 6 aprel tarixli rəyinə əsasən, ekspertiza tədqiqatının təqdim edilmiş idman alətlərinin üzərində konkret olaraq istehsal yeri, istehsal ili, markası, modeli, texniki göstəriciləri qeyd olunmadığı üçün ekspert qarşısında qoyulmuş suallara, o cümlədən “eynilik təşkil edirmi” sualına cavab vermək mümkün olmamışdır.
11. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli e-2-2(123)-4/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK-də olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqları və alətlər (qurğular), yəni ştanqlar (BARBELLS), velotrenajor (STARBİKE EVOLUTİON MAGNETİC), velotrenajor (BİKE FENİX - LED PLUS), ştanq disklər (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACKLONG), 5 ədəd qaçış meydançası (RUNNER FENİX - LED PLUS), məşq aləti (İPEREXTENSİON 45° BENCH), məşq aləti (DİSK RACK), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgah, məşq aləti (CHİN AND DİP), ştanq qaldırmaq üçün döşəməli alət (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alət (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alət (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alət (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alət (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alət (SMİTH MACHİNE H P BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alət (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alət (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğu (LEG PRESS 45°), qantel (LATERAL DElTOİD), qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alət (DİPS PRESS), dartıcı alət (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alət (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alət (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alət (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alət (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdehdən alınaraq iddiaçıya verilməsi, məhkəmə aktının (iş üzrə qətnamənin) icrasına qədər 2022-ci il 26 iyul tarixli eMTT(123)-1/2022 saylı qərardadın qüvvəsinin saxlanılması, Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddiaçının azad edildiyi 173,48 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması və məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim E.Salmanov).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mövcud olan CD-lərdən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında münasibət mövcuddur. 2020-ci il 6 fevral t arixli gömrük bəyannaməsindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumat əsasında müəyyən edilmişdir ki, ümumi çəkisi 6080 kq olan idman ləvazimatları İran İslam Respublikasından iddiaçının adından gətirilmişdir. Həmin idman ləvazimatları və onların neçə ədəd olduğu qeyd edilən “məlumat”da və gömrük bəyannaməsinin “Qoşma vərəqi”ndən öz əksini tapmışdır.
13. Həmçinin iş materiallarında olan mədaxil qəbzlərindən və “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumata əsasən, idman ləvazimatlarının gətirilməsi ilə bağlı gömrük ödənişləri (əlavə dəyər vergisi, əməliyyat haqqı, idxal rüsumu, gömrük yığımı) iddiaçı tərəfi ndən ödənilmişdir.
14. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin obyektinin (idman zalının) yerləşdiyi yer ünvan 3 ünvanıdır.
15. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarının iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Buradan da müəyyən olunmuşdur ki, cavabdehin obyektindəki (idman zalındakı) idman ləvazimatları İran İslam Respublikasından iddiaçı tərəfindən gətirilmişdir.
16. Belə ki, iş materia llarında olan sübutlara əsasən, cavabdehin idman zalında olan idman ləvazimatları iddiaçı tərəfindən alınmış və ona məxsusdur.
17. Məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçının bu tələbini və tələbinə dair təqdim etdiyi sübutları təkzib edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, idman ləvazimatlarının pulunun onun tərəfindən iddiaçıya verildiyini təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübut mövcud deyildir. Lakin cavabdeh tərəfindən X2 80.000 manatın verilməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiqini tapdığından cavabdehin X2 qarşı iddiası istisna olunmamaqdadır.
18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə; Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddə lərinə; “Dövlət rüsumu haqqında” Qanunun 8.1, 8.1.3, 9.1-1-ci maddələrinə; “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 106.1, 119.1, 119.2, 164.2-ci maddələrinə; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 1997-ci il 11 iyul tarixli 2 saylı qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli, e-2-2(123)-4/2023 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd olunmuşdur (məruzəçi – V.Quliyev, hakimlər – Ə.Allahverdiyev və Ə.Novruzov).
21. Apellyasiya kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia tələbinin əsası olaraq göstərilmişdir ki, “2020-ci ilin əvvəlində iddiaçı və cavabdeh razılığa gəlmişdilər ki, Bakı şəhərində birlikd ə idman məşq zalı açsınlar. Aralarında olan razılaşmaya əsasən, idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfindən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli idi.” İşin araşdırılması zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi barədə şifahi və ya yazılı formada hər hansı əqdin olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, eyni zamanda cavabdeh tərəfindən təkzib olunmuşdur.
22. İddia tələbi üzrə istinad edilən dəlillər, eləcə də iddiaçının öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasında aldığı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan iddia ərizəsində göstərilən idman alətlərini və avadanlıqlarını 2020-ci il 6 fevral tarixində Azərbaycan Respublikasına gətirməsi, idman avadanlıqlarını və alətlərini (qurğuların) cavabdehlə əldə edilmiş razılığa uyğun ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirməsi, lakin məlum olduğu kimi 2020-ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanmasının mümkün olmadığı, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdeh ilə iddiaçı aralarında olan razılaşma şərtlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahibləndiyi və idman zalını təkbaşına işlətməyə başlaması olmuşdur. Həmçinin, iddia ərizəsində ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirilmiş idman avadanlıqları və alətlərinin iddiaçıya məxsus olduğu üçün ona geri qaytarması qeyd olunmuşdur.
23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli 9/858 №-li ekspert rəyinə görə iddia ərizəsində tələb etdiyi adları qeyd olunan alətlərlə eynilik təşkil etməsi ilə bağlı suallara cavab verməyin mümkün olmadığı öz əksini tapmışdır.
24. Məhkəmə kollegiyası iddia ərizəsi ndə tələb olunan əşyalarla iddiaçının istinad etdiyi gömrük bəyannaməsində göstərilən əşyaların ümumiyyətlə eyni adlara malik olmadığını da qeyd etmişdir.
25. İşə apellyasiya qaydasında baxılması zamanı məhkəmə tərəfindən cavabdehin vəsatəti ilə əlaqədar 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin “Qoşma vərəqi” üzrə iddia ərizəsində adları qeyd olunan idman alətlərinin Azərbaycan Respublikasına idxal olunub-olunmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin “iddiaçının cavabdehdən əmlakın qaytarılması tələbi” ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında iş materiallarında olan Naxçıvan MR Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli eMTT(123)-1/2022 №-li q ərardadının icrası ilə əlaqədar ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında iddiaçının iddia ərizəsində tələb etdiyi adları qeyd edilən idman avadanlıqlarının aşkar olunub-olunmaması barədə məlumatın və müvafiq icra sənədlərinin surətlərinin təqdim edilməsi barədə isə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə müvafiq sorğular verilmişdir.
26. Sorğulara cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 22 sentyabr tarixli 3-33/2-017134/2023 №-li məktubu ilə qeyd olunan gömrük bəyannaməsi və qoşma vərəqəsinin surəti məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 2023-cü il 16 oktyabr tari xli 17/74№166410/13 №-li məktubunda isə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-MTT(123)-1/2022-014 saylı 2022-ci il 26 iyul tarixli icra sənədinin müvafiq olaraq Xətai rayon İcra Şöbəsinin icraatına 2022-ci il 29 iyul tarixində daxil olduğu, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edildiyi, həmin tarixdə də təyinat verildiyi, sözügedən ünvana gedilsə də həmin qeyri-yaşayış sahəsində idman zalının qapısı bağlı olduğundan baxış keçirmək mümkün olmadığı, icra sənədinin tələbini təmin etmək məqsədilə yenidən 2022-ci il 5 avqust və 2022-ci il 20 dekabr tarixlərə təyinat verilsə də həmin ünvanda yerləşən idman zalının qapısı bağlı olduğundan baxış keçirmək mümkün olmadığı, bu səbəbdən icranın baş tutmadığı, icra sənədinin nəzarətdə saxlanılmaqla qanuna müvafiq tədbirlərin davam etd irildiyi göstərilmişdir.
27. Bundan başqa, cavabdehin vəkili-nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə iddiaçının adına daxil olmuş idman mallarının gömrük rəsmiləşdirilməsi zamanı tərtib olunmuş **********7855 №-li gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yüklərin hansı ünvanda, hansı tarixdə, hansı gömrük əməkdaşının iştirakı ilə boşaldılaraq kimə təhvil verilməsi barədə müvafiq rəsmi məlumatlardan çıxarışların əldə olunması ilə bağlı ünvanlandığı 2023-cü il 5 sentyabr tarixli sorğusu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 13 sentyabr tarixli cavab məktubunda qanunvericiliyin müvafiq müddəalarına istinad edilərək mahiyyəti üzrə cavablandırılmasının mümkün olmadığı bildirilmişdir.
28. Eyni zamanda kollegiya müəyyən etmişdir ki, iddia tələbini n təsdiqi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin “Qoşma vərəqi” üzrə iddiaçının adına rəsmiləşdirilmiş əmlakın iddia ərizəsində tələb olunan idman alətləri olması, eləcə də qeyd olunan müvafiq gömrük bəyannaməsinə əsaslanmaqla tələb irəli sürüldüyü halda həmin bəyannamədəki idman alətlərinin cavabdehə məxsus sözügedən idman zalındakı alətlərlə eynilik təşkil etməsi, həmçinin, tələb olunan idman avadanlıqlarının iş materiallarında olan cavabdeh ilə "xxxx" MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilə üzrə cavabdehə məxsus olan, ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri yaşayış sahəsində yaradılmış idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üzrə sübutlarla öz təsdiqini tapmamışdır.
29. Eləcə də, iddia olunan əşyaların iddiaçı tərəfindən cavabdehə təqdim olunmaqla cavabdehin həmin əşyaları təhvil alması ilə bağlı iş üzrə sübutlar müəyyən edilməmişdir.
30. Kollegiya belə hesab etmişdir ki, tərəflər arasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi ilə əlaqədar qarşılıqlı razılaşma üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əsasın mövcudluğu nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya qaydasında baxılarkən aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
31. Eyni zamanda, apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus idman zalında olan əmlak tələb edilərkən qeyd olunan obyektdəki idman alətlərinin iddiaçıya mülkiyyət hüququ üzrə mənsubluğu mötəbər sübutlar əsasında öz təsdiqini tapmamış, nəticə olaraq öhdəlikdən kənar iddiaçı tərəfindən cavabdehin əmlak mənafeyi xeyrinə edilmiş və əsassız varlanma halının yaranmasına səbəb olan hallar müəyyən olunmamışdır.
32. Həmçinin, kollegiya bildirmişdir ki, MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin, həmin maddə üzrə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu s übut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
33. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan iddia tələbinin əsaslı olması kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlmədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərək təmin edilməli olduğu qənaətinə gəlmiş, öz mövqeyini isə əsassız varlanma üzrə maddi hüquq normaları ilə əsaslandırmışdır.
34. Beləliklə, apellyasiya kollegiyası iddia tələbi üzrə tərəflər arasındakı qarşılıqlı öhdəlik münasibətlərinin olmasını təsdiq edən sübutlar müəyyən edilmədiyindən iddia tələbini əsassız hesab e tmişdir. Eləcə də, iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması və cavabdehin qanunsuz sahibliyində olması mötəbər sübutlarla təsdiq olunmadığından iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilməmişdir.
35. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2, 324.1, 324.2, 324.4, 329.2, 385.1, 386.1, 389.1, 389.2, 1091.1, 1092.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 77.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024cü il 18 y anvar tarixli, 2-2(102)-31/2024 nömrəli qətnaməsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 18 oktyabr tarixli, 2-2(108)-12/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir (sədrlik edən hakim – İ.Dadaşov, hakimlər – B.Qəribov, İ.Şəfiyev).
38. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən halına görə 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları iddiaçı qəbul etmiş, həmin alətlərin təyin at yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir.
39. Həmçinin müəyyən edilmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır.
40. Məhkəmə qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətini təmin edərkən apellyasiya məhkəməsi müvafiq gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil etməsinin sübuta yetirilməməsinə istinad etsə də, qeyd edilən hallarla bağlı sübut etmə yükü mülki prosessual qanunvericilik baxımından cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh tərəfindən belə sübutların təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilənlərlə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
41. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, işin yeni apellyasiya baxışı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil edib-etməməsi halına mötəbər sübutlar əsasında qiymət verilməklə, mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir.
42. Kassa siya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarına, MPM-in 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2024cü il 15 iyul tarixli, 2-2(108)-14/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli e- 2-2(123)-4/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Bəylərli, hakimlər – S.Qarayev, F.Abbasov).
44. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh 2019-cu ilin oktyabr ayında “X3” adlı şəxsin vasitəsilə tanış olmuş, onların qeyd olunan qeyri-yaşayış sahəsinin hansı məqsədlə istifadə olunması barədə söhbətləri olmuş və həmin obyektə birlikdə baxmışlar. Həmin yerin təmir olunaraq idman zalı kimi istifadə olunması təklifi də məhz iddiaçı tərəfindən verilmişdir.
45. Məhkəmə bildirmişdir ki, işin faktiki halları üzrə iddiaçı “söhbət zamanı cavabdehə obyekti təmir etdirərsə, obyekti idman alətləri ilə təmin edib şərikli işləyəcəklərini birdirdiyini, onların obyekti təmir edib idman alətləri ilə təmin etməklə şərikli iş görmələri və obyektin id man zalı kimi aylıq 10000-15000 manat qazanc gətirəcəyi təqdirdə qazancı yarıya böləcəkləri barədə razılığa gəldiklərini, cavabdehlə idman zalını açandan sonra zala kassa aparatı qoyub, müqavilə bağlamağa razılaşdıqlarını, cavabdehlə razılıqlarına görə obyekti idman zalı kimi işlədəcəyi üçün hər gün obyektə baş çəkib aynaların hara vurulacağı, masaların harada yığılacağı barədə ona məlumat verdiyini, obyektin təmiri bitdikdən sonra idman alətləri gətirmək üçün İrana getdiyini, həmin vaxt cavabdeh və ya Hacı tərəfindən ona pul verilmədiyini, cavabdehin Hacıya nə qədər pul verdiyindən məlumatı olmadığını, idman alətlərini almağa gedəndə cavabdehin xəbəri olmadığını, ona bu barədə deməyə ehtiyac duymadığını, çünki əvvəldən razılaşdıqlarını və obyektin açarlarının isə artıq həmin vaxt onda old uğunu”, cavabdeh isə göstərilənləri təkzib edərək “obyektlə bağlı iddiaçı ilə heç bir söhbəti olmadığını, idman zalını iddiaçı ilə şərikli işlətməyi ağlının ucundan belə keçirmədiyini, nə iddiaçıya şəriklik təklif etdiyini, nə də iddiaçının şəriklik təklifini qəbul etdyini, malların pulunu Hacıya verdiyini, Hacının da onun mallarını yerində ona təhvil verdiyini, Hacının ona “malların Ukraynadan gəldiyini” dediyini, həmin malların İran istehsalı olmasına dair üzərində heç bir qeyd olmadığını, ancaq onun idman mallarını kimin, hansı maşında gətirməsindən, kimin təhvil almasından məlumatı olmadığını, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi malları özünün öz pulu ilə aldığı mallar olduğunu, iddiaçıya mal almasını sifariş vermədiyini, bununla bağlı iddiaçı ilə heç bir razılığının olmadığ ını və yazılı müqavilə bağlamadığını” göstərmişlər.
46. Göründüyü kimi mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, “cavabdehin obyekti idman zalı kimi təmir etdirməsi, özünün isə həmin yeri idman alətləri ilə təmin edib şərikli işləyəcəkləri barə də razılığa gəlmələri” iddiaçı tərəfindən, “iddiaçının mübahisələndirdiyi, hazırda sözügedən obyektdə olan idman alətləri və avadanlıqlarının iddiaçı tərəfindən deyil, onun öz pulu ilə aldığı mallar olması, gömrük bəyannaməsindəki idman alətlərinin ona məxsus idman zalındakı alətlərlə eynilik təşkil etməməsi” isə cavabdeh tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən əsaslı hesab edilmir. Sonuncu halda isə sübutetmə yükü mülki prosessual qanunvericiliyin tələbləri baxımından cavabdehin üzərində olmuşdur.
48. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş və mübahisələndirilməyən halına görə 2020-ci il 6 fevral tarixli, **********7855 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan “idman ləvazimatları qurulan ağırlaşma me xanizmləri ilə trenajorları” iddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 4 ünvanı, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin göstərilən ünvandakı obyektinin (idman zalının) olduğu yer göstərilmiş və gömrük işçisinin həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır.
49. Həmçinin işə təkrar apellyasiya baxışı zamanı cavabdeh tərəfin vəsatəti əsasında göndərilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 2024-cü il 10 iyul tarixli məktubdan, ona əlavə olunmuş “Gömrük bəyannaməsi üzrə elektron çıxarış” və digər sənədlərdən məlum olur ki, gömrük xidmə tinin X1 Sistemində aparılmış araşdırma zamanı əldə olunan məlumatlara əsasən idxalatçı iddiaçının adına idxal olunan və Komitənin Bakı Baş Gömrük İdarəsində 2020-ci il 6 fevral tarixli, **********7855 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üzərində idxalatçının ünvan 4 ünvanında qeydiyyatda olan anbarında Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun inspektoru Şahid tərəfindən gömrük yoxlaması keçirilmiş və 2020-ci il 8 fevral tarixdə malların buraxılışı həyata keçirilmişdir.
50. Şahid qismində dindirilmiş Şahid isə məhkəmə baxışı iclasında verdiyi ifadəsində “onun yaşayış yerinə çox yaxın olduğu üçün dəqiq xatırladığına görə hazırkı işlə bağlı ona təyin olunan idman alətlərindən ibarət yükün Xətai rayonu, Xəzər adlanan yerdə, Sadıqcan küçəsində, təzə binanın a şağısında yerləşən idman zalına boşaldıldığını, gömrük işçisi kimi özünün həmin yükləri bəyannaməyə uyğun olaraq yoxlayıb eyniləşdirdiyini və yükü iddiaçıya təhvil verdiyini” göstərmişdir.
51. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlar üzrə xronoloji ardıcıllığa nəzər yetirdikdə aşkar görünür ki, sözügedən obyektdən idman zalı kimi istifadə olunması üçün həmin fəaliyyətə uyğun təmir işləri cavabdehin vəsaiti, obyektin idman alət və avadanlıqları ilə təmin olunması isə iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir.
52. Məhkəmə hesab etmişdir ki, həmin obyektə 2020-ci il 8 fevral tarixdə iddiaçıya məxsus “idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları” istisna olmaqla, cavabdeh və ya başqa hər hansı bir şəxs tərəfindən hər hansı idman alət və avadanlıqlarının g ətirilməsi, yerləşdirilməsi, quraşdırılması və s. isə heç bir sübutla müəyyən olunmur. Bu isə cavabdehin iddia üzrə tələb olunan qeyd edilən əşyalara mülkiyyət hüququnun olmamasını ehtiva edir.
53. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə istinad olunsa da, həmin hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair heç bir mövqeni ifadə edən izah verilmədiyindən məhkəmə tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmamışdır.
54. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 15 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 3 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
55. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 56.1. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ hissələri, 72-ci maddəsi, Mülki Məcəllənin 6, 152.1, 385.1, 386.1, 387.3, 389.1, 405.1, 405.2, 425.1, 448.1, 560.1, 560.3, 739.1-ci maddələri üzrə - iddiaçı tərəfindən cavabdehə məxsus olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalında idman avadanlıqlarının və alətlərinin onun mülkiyyətçisi olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Aparılmış ekspertiza zamanı belə iddiaçı tərəfindən mübahisələndirilən alətlərin cavabdehə məxsus idman zalındakı alətlərlə eyniliyi öz təsdiqini tapmamışdır. 56.2. Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 77.1, 88-ci maddələ ri üzrə apellyasiya məhkəməsi heç bir əsaslı dəlil və sübutlara söykənmədən işi hərtərəfli, tam və obyektiv araşdırmamış və bunun nəticəsində əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı tələb etdiyi idman alətlərinin cavabdehə məxsus idman alətləri olmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadığı kimi, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
57. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
58. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
59. Kassasiya şikayə tinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh idman alətlərinin gətirilməsi üçün pul verməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh əsassız olaraq malların Ukraynadan gəldiyini iddia edir. Əslində cavabdeh aldatma yolu ilə iddiaçının pulunu mənimsəmişdir. Bakı şəhəri, Yasamal RPİ-nin 2022-ci il 10 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi cavabdehin etiraz edərək göstərdiyi faktların heç biri araşdırma zamanı təsdiq edilməmişdir. 2022-ci il 26 sentyabr tarixində keçirilən məhkəmə iclasında cavabdeh bildirmişdir ki, mübahisəli idman zalında olan avadanlıqlar iddiaçıya məxsus avadanlıqlar deyildir. Hətta, ekspert rəyini məhkəməyə təqdim edərək, iddia ərizəsində göstərilən idman avadanlıqlarının z aldakı avadanlıqlarla eynilik təşkil etmədiyini göstərmişdir. Hazırkı iş üzrə elektron sistemə yüklənilmiş Yasamal rayon Polis İdarəsinin 2022-ci il 10 iyul tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan belə görünür ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsindəki idman avadanlıqları elə iddiaçıya məxsus olan idman avadanlıqlarıdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş CD disklərə baxış keçirən zaman iddiaçının həmin idman alətlərinin hələ idman zalına gətirməmişdən əvvəlki vəziyyəti barədə görüntülər, eləcə də həmin idman alətlərinin yığılması proseduru və həmçinin, iddiaçının idman zalının təmiri zamanı zala gəlib-getməsi məlum olur. Kassasiya baxışının hədləri:
60. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
61. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya son ralar aradan qalxmış əsasa söykənir.”
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” ya “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin iş ə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmı ş, o cümlədən gömrük orqanlarına sorğu verilərək cavab alınmış, iddiaçının tələb etdiyi əmlakların gömrük rəsmiləşdirməsində iştirak etmiş inspektor şahid qismində dindirilmiş və səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qiymət verilərək, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. (bax bənd 44-53)
66. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması və sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlıdır.
67. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmi şdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 15 iyul tarixli, 2-2(108)-14/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.