Məhkəmə qərarları › İş №2-2(102)-646/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-646/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-646/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məh kəməsinin Kommersiya kollegiyasının 02 iyul 2024-cü il tarixli, 22(103)-546/2024 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahısı üzrə verilmiş (təhvil-təslim aktlarında göstərilmiş yerləşmə yerləri üzrə) daşınar əşyaların cavabdehin faktiki sahibliyindən iddiaçının xeyrinə geri alınması və 500000 manat dəymiş zərərin, 400 manat mediasiya xərci və 390 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsini n 16 fevral 2024-cü il tarixli, e-2-2(113)-211/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 02 iyul 2024-cü il tarixli, 22(103)-546/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, e-2-2(113)-211/2024 nömrəli qətnaməsi qismən - əşyaların qanunsuz sahiblikdən geri tələb edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilməklə, cavabdeh "xxxx" ASC-nin mülkiyyətindəki ünvan 1 ünvanında olan əmlak kompleksində yerləşən siyahı üzrə əmlakların cavabdeh "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-yə təhvil verilməsi, qalan hissədə həmin iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən cavabdeh "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və hər iki kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informas iya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 112.1.1 və 112.1.2-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olu nmalıdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3-cü maddəsinə əsasən i sə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdeh tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş, həmçinin həmin kassasiya şikayəti vəkil Nümayəndə2 tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia qiymətləndirilən olmaqla, ümumi tələb siyahı üzrə əmlakdan və 500000 manat pul tələbindən ibarət olmuşdur.

9. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən, tələb olunan əmlaklara münasibətdə Mülki Prosessual Məcəllənin 112.1 və 112.5-ci maddələrinin tələblərinə uyğun olaraq iddianın qiyməti müəyyən edilərək, dövlət rüsumu ödənilməsə də, rüsum tələb olunan pul vəsaitə görə ödənilmişdir (mediasiya xərci nəzərə alınmaqla). Həmçinin, o, apellyasiya şikayəti verərəkən, eyni qaydada hesablanmış 395 manat məbləğində dövlət rüsumunu ödəmişdir.

10. Lakin, cavabdeh ASC tərəfindən hazırkı kassasiya şi kayəti verilərkən cəmi 197,5 manat məbləğində rüsum ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayətinin verilməsinə görə (iddianın qiyməti 500.000 manat olması nəzərə alınmaqla) 395 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

11. Məhkəmə kollegiyası izah edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsi apellyasiya və kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunu iddianın mübahisələndirilən hissəsinə əsasən deyil, birinci instansiya məhkəməsində verilən iddianın qiymətinə əsasən hesablanmasını nəzərdə tutmuşdur.

12. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, cavabdehin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi v asitəsi ilə verilmişdir. Kassasiya şikayəti həmin sistem üzrə elektron imza ilə cavabdehin adından yalnız vəkil Nümayəndə2 tərəfindən imzalanmışdır.

13. Kassasiya şikayətinə cavabdeh tərəfindən həmin vəkilə müəyyən səlahiyyətlərin verilməsinə dair 28 dekabr 2023-cü il tarixli etibarnamə əlavə olunsa da, orada vəkilin məhkəmə aktından şikayət verilməsi səlahiyyəti Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə uyğun xüsusi göstərilməmişdir.

14. Həmçinin, Elektron Məhkəmə sisteminə cavabdeh ASC-nin daş direktoru Qanuni nümayəndə1 Elektron X1 vasitəsi ilə imzalanmış kassasiya şikayətinin skan olunmuş surəti əlavə olunsa da, sonuncu şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalamadığından, kassasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 10-1.3-c ü maddəsinə uyğun verilmiş hesab oluna bilməz.

15. Qeyd olunanlara əsasən, cavabdehin kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə və həmin kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığına görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 02 iyul 2024-cü il tarixli, 22(103)-546/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar