Məhkəmə qərarları › İş №2-2(102)-648/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-648/2022

31.08.2022 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-648/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Əmanətlərin Siğortalanması Fonduna qarşı iş üzrə QƏRARDAD iş № 2-2(102)-648/2022 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)-434/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı (bundan sonra mətndə - iddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, AR Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra mətndə - cavabdeh) iddiaçıya kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-489/2022 nömrəli iş üzrə 2022-ci il 25 fevral tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli qətnaməsi ilə 2022-ci il 25 fevral tarixli e-2-2(113)-489/2022 nömrəli qətnamə dəyişdirilmədən saxlanımış, iddia təmin edilməmişdir. 2022-ci il 10 iyun tarixində qətnamə elektron kabinet vasitəsilə tərəflərə göndərilmişdir. 18 avqust 2022-ci tarixdə iddiaçı və onun vəkili Vəkil2 yenidən kassasiya şikayəti vermiş və kassasiya şikayəti iş materialları ilə birlikdə baxılmasından ötrü 25 avqust 2022ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayəti iddiaçının adından nümayəndə kimi onun vəkili Vəkil2 imzalamışdır. Lakin, iş materiallarında vəkilin etibarnaməsi mövcud deyil. Bu isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin (bundan sonra mətndə MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilm əli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 22(103)-434/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: B.F.Qəribov Ə.Ə.Əliyev İ.K.Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar