Məhkəmə qərarları › İş №2-2(102)-65/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-65/2025

07.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-65/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, torpaq icarə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb olunmaqla) “torpaq sahəsinin boşaldılaraq geri qaytarılması və icarə haqqının tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-8/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 2000-ci il 29 iyun tarixli 356 nömrəli Fərmanına əsasən “Azərenerji” SC-nin İstilik Şəbəkələri və X1 müəssisəsi müstəqil qurum kimi 2000-ci il 21 sentyabr tarixli 901 nömrəli sərəncam-əmrə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Mühəndis kommunikasiyaları departamentinin tərkibinə verilmişdir. 2. “Azərenerji” SC-nin 2000-ci il 23 oktyabr tarixli 130 nömrəli əmri ilə “Qanlı-Göl” ərazisində tikintisi tamamlanmamış 7 saylı Rayon İstilik Qazanxanası dəyəri 1.185,3 min manat olma qla İstilik Şəbəkələri və X1 müəssisəsinin balansına verilmişdir.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2000-ci il 27 sentyabr tarixli 941 nömrəli sərəncamı ilə İstilik Şəbəkələri və X1 müəssisəsi daxil olmaqla Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi yaradılmışdır. Bakı İstilik Şəbəkələri İstehsalat Birliyinin 2001-ci il 2 aprel tarixli 14/H nömrəli əmri ilə əsasən İstilik Şəbəkələri və X1 müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2001-ci il 25 iyun tarixli 456 nömrəli sərəncamı ilə Bakı İstilik Şəbəkələri İstehsalat Birliyi ləğv olunmuş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 2005- ci il 6 dekabr tarixli 285 nömrəli sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələri ləğv edilərək bazasında Bakı şəhər İstilik İdarəsi yaradılmışdır. 4. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli sərəncamı ilə İddiaçı ASC yaradılmış, İddiaçı ASC Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir. Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilik kommunenerji sazlama” Respublika İstehsalat Birliyi ləğv olunmuş, onun funksiyaları və tabeliyində olan müəssis ə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı ASC-yə verilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilmiş, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə İddiaçı ASC-yə verilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" ASCyə ünvanladığı 2007-ci il 21 avqust tarixli 18/03-8/195 nömrəli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il 30 dekabr tarixli 7- 4319/17 nömrəli razılıq məktubu ilə Yasamal rayonu, “Qanlı Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq "xxxx" ASCnin istifadəsinə ayrılmış 5 ha torpaq sahəsinin planı "xxxx" ASC-yə göndərilmişdir.

6. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxx x" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 2007-ci il 30 dekabr tarixli 7-4319/17 nömrəli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq 5 ha torpaq sahəsindən istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

7. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 2008-ci il 20 fevral tarixli 7-354/17 nömrəli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksi nin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il 30 dekabr tarixli 7- 4319/17 nömrəli məktubuna əsasən, Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında müvəqqəti olaraq ayrılmış 5 ha torpaq sahəsinə əlavə olaraq 3,0 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

8. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 2008-ci il 16 iyul tarixli 7-2359/17 nömrəli məktubundan görünür ki, keçmiş “Moskva” mehmanxanasının ərazisində “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilm əsi üçün Yasamal rayonu, Müşfiq küçəsi, Qanlı-Gölün cənub-qərb hissəsində, “Naftalan” tibb mərkəzinin qarşısındakı ərazidə, əvvəl ayrılmış 8 ha torpaq sahəsinə əlavə 1 ha boş torpaq sahəsinin müvəqqəti olaraq istifadə olunmasına etiraz edilməmiş və inşaat işləri başa çatdıqdan sonra ərazinin əvvəlki vəziyyətinə qaytarılması tapşırılmışdır.

9. Cavabdeh MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2001-ci il 18 aprel tarixində D-3226 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin ona qoşulması ilə yenidən təşkil olunmuşdur (kommersiya qurumunun dövlət reyestrindən 2016-cı il 5 may tarixli **********085000 nömrəli çıxarışı).

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-nin (qeydiyyat nömrəsi 14926) balansında olan daş ınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxana (yarımçıq tikili) və onun yerləşdiyi 49.400 m2 (4.94 ha) torpaq sahəsinin İddiaçı ASC-nin balansında olduğu müəyyən edilir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ASC-yə ünvanladığı 2020-ci il 4 avqust tarixli **********53 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən, gücü 200 qkal/ssat olan, 4,94 ha torpaq sahəsində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir.

12. Bak ı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının İddiaçı ASC-yə ünvanladığı 2021-ci il tarixli 7-3033/17 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin onların istifadəsinə verilmiş torpaq sahəsində yerləşdirilməsi barədə İddiaçı ASC-nin məktubuna cavab olaraq sözügedən torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı sərəncamının və müqaviləsinin aşkar edilmədiyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 28 aprel tarixində iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 4,94 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldaraq geri qaytarılması, 2008-2020-ci i llər üçün hesablanmış 3.556.800 manat icarə haqqının ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətə məxsus torpaq sahəsi qeyriqanuni olaraq icarə müqaviləsi olmadan üçüncü şəxsə, yəni "xxxx" ASC-nin istifadəsinə verilmiş, eyni zamanda icarəyə verilmiş torpaq sahəsinə görə iddiaçıya icarə haqqı ödənilməmişdir.

15. Cavabdeh iddiaya etirazla, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın əsaslığına dair hər hansı sübut təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə dövlət səviyyəli layihənin həyata keçirilməsi ilə bağlı cavabdehə verilmişdir. Cavabdehin sahədən istifadə etm əyə başladığı dövrdən artıq 10 ildən artıq müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüşdür.

16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 may tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, məhkəmənin 2022-ci il 28 mart tarixli qərardadı ilə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin 2022-ci il 5 may tarixli yerində müayinə protoko luna əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi beton hasarla hasarlanmışdır. Hasarın daxilində iddiaçının balansında olan yarım tikili istixana yerləşir. Hazırda həmin ərazi cavabdeh tərəfindən istifadə olunmaqla istixana binasının ətrafında dörd tərəfdən cavabdehə məxsus metal qırıntıları və digər mal-materiallar atılmış vəziyyətdə saxlanılır. Ərazidə həmçinin su çənləri, xüsusi texnika və bir mərtəbəli tikili, su deposu mövcuddur. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi birmərtəbəli tikilinin cavabdeh tərəfindən inşa edildiyini, çən və xüsusi texnikanın da MMC-yə məxsus olduğunu, su deposunun birinci mərtəbəsinin köhnə tikili olduğunu, onun ikinci mərtəbəsinin isə cavabdeh inşa edildiyini bildirmişdir. Özünü nəzarətçi kimi təqdim edən Adanar Ulaş mübahisəli sahədən Alov qüllələrinin tikintisi zamanı mal-materialların saxlanması, eləcə də işçilərinin gecələməsi (ərazidə kamp mövcud olmuşdur) üçün istifadə olunduğunu, hazırda ərazidə qüllələrin tikintisindən artıq qalmış materiallar saxlandığını, su deposunun cavabdeh tərəfindən tikildiyini, sahədəki təchizatların və avadanlıqların cavabdehə məxsus olduğunu, tikililərin bir hissəsinin iddiaçı tərəfindən inşa edildiyini və cavabdeh tərəfindən tamamlandığını bildirmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 may tarixli e-2-2(113)-139/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Əmlak Məsələləri Dövlət Xidmətinin 14926 saylı registrdən çıxarışa əsasən iddiaçının balansında olan Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən 4,94 ha torpaq sahəsinin cavabdeh tərəfi ndən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 15 manat hissəsinin isə iddiaçıya aid olunması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

20. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddiaya baxılarkən məhkəmə tərəfindən müəyyən edilməli olan ilk məsələ iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olub-olmaması ilə bağlıdır. İddiaçı registrdən çıxarışa əsasən qanuni sahibi olduğu Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxananın yarımçıq tikilisinin yerləşdiyi 49.400 m2 torpaq sahəsinə dair hüquqların müdafiə edilməsi məqsədilə həmin torpaq sahəsinin geri qaytarılmasına dair hazırkı iddianı qaldırmaq hüququna malik olmuşdur.

21. İkinci araşdırılmalı olan məsələ mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyində olub-olmaması məsələsi olmuşdur. Göstərilən halla bağlı işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 20072008-ci il tarixlərində "xxxx" ASC-yə və Bakı şəhər Yasamal rayon icra Hakimiyyətinə ünvanlanmış məktublarına əsasən Yasamal rayonu, “Qanlı-Göl” adlanan ərazinin yaxınlığında yerləşən ümumilikdə 9 ha torpaq sahəsindən "xxxx" ASC (hazırkı iş üzrə cavabdehin hüquqi sələfi) tərəfindən “Alov qüllələri” inşaat kompleksinin həyata keçirilməsi məqsədilə material-avadanlıqlarının yerləşdirilməsi və anbar sahələrinin tikintisi üçün istifadə olunmasına etiraz edilməmiş, həmin vaxtdan etibarən sözügedən ərazidə 9 ha torpaq sahəsi əvvəl "xxxx" ASC-nin, sonra isə onun hüquqi varisi hazırkı iş üzrə cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçının balansında olan 7 saylı qazanxana və onun ətrafında olan torpaq sahəsində keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, hazırda qazanxananın ətrafında olan hasarlanmış torpaq sahəsindən cavabdeh tərəfindən avadanlıq və malmaterialların saxlanılması üçün istifadə olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilməli olan iki hal - Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisi ünvanında yerləşən 7 saylı qazanxananın yarımçıq tikilisinin yerləşdiyi mübahisəli torpaq sahəsinin hazırda cavabdehin sahibliyində olması da iş materialları ilə öz təsdiqini tapmışdır.

22. Torpaq sahəsinin qaytarılması tələbi il ə bağlı araşdırılmalı olan üçüncü hal mübahisəli torpaq sahəsinə dair cavabdehin sahibliyinin qanuni olub-olmaması ilə bağlı olmuşdur. Qanunvericiliyə əsasən, dövlət torpaqları yalnız müvafiq icra hakimiyyəti orqanlarının qərarları və həmin orqanlarla bağlanan müqavilələr əsasında fiziki və hüquqi şəxslərin daimi və ya müvəqqəti istifadəyə verilə bilər. Bu zaman istifadə müddəti 11 aydan artıq müddətə olduqda istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır. Hazırkı halda isə cavabdeh 7 saylı qazanxananın yerləşdiyi mübahisəli torpaq sahəsinin torpağın MMC-nin istifadə verilməsinə dair səlahiyyətli icra hakimiyyəti orqanının qərarının və müvafiq müqavilənin mövcud olmasını, eləcə də torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını, yəni həmin torpaq sahəsinə dair sahibliyi nin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il tarixli 7-3033/17 nömrəli və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 4 avqust tarixli **********53 nömrəli məktublardan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə istifadəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və müqavilə bağlanmış, eləcə də həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hər hansı fiziki və ya hüquqi şəxsə icar əyə və ya istifadəyə verilməmişdir. Torpaq sahəsinin cavabdehin müvəqqəti istifadəsinə verilməsinə etiraz edilməməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin məktublarına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin məktublar Torpaq Məcəlləsinin 55-ci maddəsinin tələbləri baxımından cavabdehin torpaq sahəsi üzərində hüququnun yaranması üçün əsas hesab edilə bilməz.

23. Məhkəmə iddianı torpaq sahəsinə dair icarə haqqının tutulmasına dair hissədə əsassız hesab etmişdir.

24. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın torpaq sahəsinin qaytarılması hissəsi iddiaçının torpaq sahəsinin qanuni sahibi kimi hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələbdir. Odur ki, həmin tələbə iddia müddəti şamil edilmir. İcarə haqqının ödə nilməsinə dair hissədə isə iddia əsassız olduğundan, həmin hissəyə münasibətdə iddia müddətinin tətbiqinə ehtiyac olmamışdır.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 157.8, 372, 373.1, 373.2, 373.3, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1 və 384.0.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.4, 51, 55 və 60.2-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və 18-ci maddəsinin ikinci hissəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 2 mart tarixli Fərmanının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-c i maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 13 avqust tarixli 3-16-16/2-10/5237 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl ərazisində yerləşən iddiaçının balansında olan 7 saylı rayon istilik qazanxanasının tikilisinin yerləşdiyi 4,4947 ha torpaq sahəsi (3-cü cild, səh. 56-57 sxemdə göstərilən sahə) ilə ca vabdehin sahibliyində olan sahə kimi qeyd edilmiş torpaq sahəsinin (2-ci cild, səh 243, sxemdə göstərilən sahə) bütövlükdə üst-üstə düşməsi müəyyən olunmuşdur.

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-8/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlayaraq qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil etmişdir. Həmin normanın tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də həmin normanın dispozisiya şərtləri mövcud olmuşdur.

30. İşdəki sübutlardan mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğu və hazırda cavabdehin sahibliyində olması, sonuncunun sahibliyinin isə qanunsuz olması müəyyən edilmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqları yaranmamış və dövlət qeydiyyatına alınmamışdır.

31. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəf indən iddiaçıya ünvanlanmış 2021-ci il tarixli 7-3033/17 nömrəli və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 4 avqust tarixli **********53 nömrəli məktublardan da müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl ərazisində yerləşən tikintisi başa çatdırılmamış 7 saylı rayon istilik qazanxanası və onun yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə istifadəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməmiş və müqavilə bağlanmış, eləcə də həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hər hansı fiziki və ya hüquqi şəxsə icarəyə və ya istifadəyə verilməmişdir.

32. Cavabdehin istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının "xxxx" ASCyə və Yasamal Rayon İcra Hakimiyyətinə ünv anladığı 2007-ci il 30 dekabr tarixli 7-4319/17 nömrəli, 2008-ci il 20 fevral tarixli 7-354/17 nömrəli, 2008-ci il 16 iyul tarixli 7-2359/17 nömrəli məktubları, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 2007-ci il 21 avqust tarixli 18/03-8/195 nömrəli məktubu isə cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqlarının yaranmasını təsdiq etməmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin məktubu Torpaq Məcəlləsinin 55-ci maddəsində müəyyən edilən torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarına aid olmamışdır.

33. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, hazırkı iddianın torpaq sahəsinin qaytarılması hissəsi iddiaçının torpaq sahəsinin qanuni sahibi kim i hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələb olduğundan həmin tələbə iddia müddəti şamil edilmir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 157.2, 158.1, 158.2, 372 və 384.0.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 66.2, 111.1 və 111.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi üzrə - İddiaçı tərəfindən iddia tələbini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin mübahisələndi rilən torpaq sahəsi 2008-ci ildən etibarən cavabdehin istifadəsindədir. Bu müddət ərzində daha öncə iddiaçı tərəfindən torpaqdan qanunsuz istifadə edildiyinə dair hər hansı xəbərdarlıq daxil olmamışdır.

37. MM-in 178.5-ci maddəsi üzrə - Ekspert qarşısına qoyulmuş suallardan biri və ən mühüm olanı natamam olmuş, məhkəmə bu faktı aydınlaşdırmadan qərar qəbul etmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2024-cü il 13 avqust tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “Qanlı-Göl adlanan ərazidə yerləşən cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinin daşınmaz əmlakı dövlət reyestrində olan məlumatlara əsasən hər hansı fiziki və ya hüquqi şəxsin adını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması müvafiq quruma sorğu verilməklə müəyyən edilə bilər”. Hazırda mübahisələndirilən 4,94 ha torpaq sahəsinin kimin adına dövlət reyestrində qeydə alındığı naməlumdur.

38. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsi, MPM-in 9.1, 14.1 və 217-ci maddələri üzrə - Məhkəmənin əsaslandığı ekspert rəyində Qanlı Göl ərazisində yerləşən iddiaçının balansında olan 7 saylı rayon istilik qazanxanasının tikilisinin yerləşdiyi 4,4947 hektar torpaq sahəsi ilə cavabdehin sahibliyində olan sahə kimi qeyd olunmuş torpaq sahəsi üst-üstə düşür. Lakin həmin rəydə ekspert qarşısına qoyulmuş suallardan biri cavablandırılmamışdır. Ekspert rəyində qeyd edilmişdir ki, həmin torpaq sahəsinin kimin adına qeydiyyatda olduğunu müəyyənləşdirmək üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu yazıla bilər. Məhkəmə isə bu fakt ı aydınlaşdırmamış, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə heç bir sorğu ünvanlamadan yekun qətnamə qəbul etmişdir. Bu baxımdan mübahisələndirilən qətnamə qanunsuzdur. İş üzrə ədalətli qərar qəbul olunması üçün kassator ekspert qarşısına qoyulmuş üçüncü sualın da aydınlaşdırılmasını məqsədəmüvafiq hesab edir.

39. Kassator şikayətinin digər bölməsində bildirir ki, iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə mülkiyyətçi olması sübuta yetirilmir. Mülkiyyətlə bağlı qanunvericilikdə birmənalı olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmə və çıxarış alma tələbi müəyyən edilmişdir. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcud deyil. Apellyasiya məhkəməsinin istinad etdiyi MMin 157.2-ci maddəsi mülkiyyətçiyə münasibətdə tə tbiq olunur. Cizgi planı adlı sənəd texniki sənəddir və hüquq müəyyənedici sənəd deyil. Digər tərəfdən, torpaq sahəsinin iddiaçının balansında olub-olmaması da hazırkı iş üzrə əsas məsələ deyil. Belə ki, balans hüquqi kateqoriya deyil. Balansda olma mülkiyyətdə olma mənasına gəlmir və balans saxlayıcı ilə mülkiyyətçi eyni hüquqlara malik deyil. Belə olan halda, ümumiyyətlə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Subyektiv hüquq məsələsi məhkəmə tərəfindən ətraflı araşdırılmalı olan məsələdir. Digər tərəfdən, də mübahisəli torpaq sahəsinin hüquqi statusu hərtərəfli araşdırılmalıdır. Hazırkı işdə isə bu apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Tələb mülkiyyət hüququ ilə bağlı deyilsə, bu halda da iddia müddətinin tətbiqi ilə bağlı məsələyə də düzg ün hüquqi qiymət verilməlidir. Göründüyü kimi, hazırkı işdə ziddiyyətli məqamların çoxluğuna görə həmin məsələlərin aydınlaşdırılması üçün işin yeni apellyasiya baxışına göndərilməsi zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin f aktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

157. Mülkiyyə tin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirm əkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;...”

44. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” “Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər...

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir....” “Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt ed ilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır....” 45. “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 iyun 732 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Müəyyən edilsin ki: Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz əmlakın qeydiyyatı aparılır;...”

46. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaql a, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır....

17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər....” 47. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

7. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbər lərinə tapşırılsın: 7.1. sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər; 7.2. Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görsünlər; 7.3. balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Dövlət Xidmətinə təqdim olunmasını təmin etsinlər; 7.4. dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və i stifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər; 7.5. borclara görə dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin əmlakının siyahıya alınması, hərraclarda satışı və qiymətləndirilməsi hallarında dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadəsini, dövlətin mənafeyinin qorunmasını və sui-istifadə hallarının qarşısının alınmasını təmin etsinlər....”

48. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 5.1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Resp ublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur.... 5.4. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir. 5.5. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir. 5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır....”

49. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Süb utların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

51. Kassatorun dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin mübahisələndirilən torpaq sahəsi 2008-ci ildən etibarən cavabdehin istifadəsindədir. Bu müddət ərzində daha öncə iddiaçı tərəfindən torpaqdan qanunsuz istifadə edildiyinə dair hər hansı xəbərdarlıq daxil olmamışdır. Hazırda mübahisələndirilən 4,94 ha torpaq sahəsinin kimin adına dövlət reyestrində qeydə alındığı naməlumdur. Məhkəmə isə bu faktı aydınlaşdırmamış, Daşınmaz Əmlakın Kadastr ı və Reyestri publik hüquqi şəxsinə heç bir sorğu ünvanlamadan yekun qətnamə qəbul etmişdir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışı mövcud deyil. Apellyasiya məhkəməsinin istinad etdiyi MM-in 157.2-ci maddəsi mülkiyyətçiyə münasibətdə tətbiq olunur. Cizgi planı adlı sənəd texniki sənəddir və hüquq müəyyənedici sənəd deyil. Balansda olma mülkiyyətdə olma mənasına gəlmir və balans saxlayıcı ilə mülkiyyətçi eyni hüquqlara malik deyil. Belə olan halda, ümumiyyətlə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Tələb mülkiyyət hüququ ilə bağlı deyilsə, bu halda da iddia müddətinin tətbiqi ilə bağlı məsələyə də düzgün hüquqi qiymət verilməlidir.

52. Həmin dəlillər məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

53. Belə ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 iyun 732 nömrəli Fərmanının 2-ci bəndində (bax § 45) dövlət əmlakının Registrində daşınmaz əmlakın qeydiyyatının aparıldığı müəyyən edilmişdir.

54. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 7-ci bəndinin (bax § 46) məzmunundan aydın olur ki, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakı Dövlət əmlakının mərkəzi registrində qeydə alınır.

55. Sözüged ən Əsasnamənin 17 və 18-ci bəndlərinə (bax § 46) görə, dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Sərəncamında olan daşınmaz dövlət əmlakı dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

56. Bundan başqa, “Dövlət əml akının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7-ci bəndində (bax § 47) mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasının təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi, balansları nda olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Dövlət Xidmətinə təqdim olunmasına təmin edilməsi, dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görülməsi və digər məsələlərin həlli tapşırılmışdır.

57. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.1, 5.4, 5.5 və 5.6-cı bəndlərinin (bax § 48) məzmunundan məlum olur ki, dövlət əmlakı (o cümlədən Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz əmlak) dövlət müəssisələrin ə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır.

58. İstinad olunan normaların əlaqəli şəkildə təhlili belə deməyə əsas verir ki, daşınmaz dövlət əmlakı səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (o cümlədən, hazırkı halda iddiaçının) təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə onların balansına dövlət əmlakının Registrində qeydə alınmaqla müəyyən edilmiş qaydada istifadə üçün verilir. Həmin hüquqi şəxslər isə balanslarına verilmiş daşınmaz dövlət əmlakını nəinki nizamnamə məqsədlərinə uyğun olaraq istifadə etmək səlahiyyətlərinə malikdirlər, hətta dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasının təmin edilməsinə, bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülməsinə, dövlət əmlakından səmərəli istifadənin təmin edilməsinə, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslər tərəfindən istifadə olunmasına yol verilməməsinə görə birbaşa məsuliyyət daşıyırlar.

59. MM-in 157.8, 158.1, 158.1.2, 158.2 və 158.4-cü maddələrinin (bax § 43) məzmununa görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı, əmlak hüququ sayılır və həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

60. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, mübahisəli torpaq sahəsi bilavasitə iddiaçının balansındadır və hazırda cavabdeh hər hansı hüquqi əsas olmadan onun üzərində qanunsuz sahibliyi həyata keçirir.

61. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlakın balanssaxlayıcısı, yəni qanuni sahibi olan iddiaçı həmin əmlakın öz balansına qaytarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmuşdur və apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə MM-in 157.2-ci maddəsini (bax § 43), habelə iddia müddətinin hazırkı tələbə şamil edilməməsi ilə bağlı 384.0.4-cü maddəsini (belə ki, həmin norma da mülkiyyətçiyə və digər sahibə aiddir – bax § 43) tətbiq edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 49) tələblərinə əməl etmiş, qanunu düz gün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar