Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-659/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli 2-2(103)-522/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 8 iyul tar ixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarından görünür ki, İddiaçı MMC-nin direktoru X1 ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 2021-ci il 16 sentyabr tarixli 030 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh ekspeditor xidmətlərinə görə 24.235 ABŞ dolları məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
3. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-ci il 7 oktyabr tarixli 120121-005430 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərci İddiaçı MMC tərəfind ən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 3 dekabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 24.235 ABŞ dolları məbləğində borcun, 100 manat məbləğində yol xərcinin və ödənilmiş 213 manat 60 qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında uzun müddət mövcud olan işgüzar münasibətlərə əsasən cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən yük daşıma xidmətləri icra edilmişdir. Cavabdeh şirkətin daimi müştərisi olmuş, ayrı-ayrı xarici dövlətlərdən avtomobil şinləri sifariş vermişdir. İddiaçı həmin sifarişlərin hər birini icra edərək cavabdehə məxsus malları təyinat ölkəsinə çatdırmışdır. Uzun müddət davam edən işgüzar münasibətlərin fonunda cavabdehin malların ödənişini əvvəlcədən icra etməməsinə rəğmən mallar ölkə ərazisinə gətirilmiş və cavabdehə təhvil verilmişdir. Sonuncu sifarişlər əsasında cavabdehin iddiaçıya 24.235 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında şifahi bağlanmış müqavilənin şərtlərinə əsasən, cavabdeh malları təhvil aldığı zaman müvafiq ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıya olan 24.235 ABŞ dollar borcunu bugünə kimi ödəməmişdir. Nəzərdə tutulan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh öhdəli yin icrasından yayınmışdır.
6. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 448, 850.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 115, 217.4-cü maddələrinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 mart tarixli e-2-2(113)-487/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ü.Həsənova).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehlə iddiaçı arasında şifahi müqavilənin olması, cavabdehə yük daşıma xidmətlərinin göstərildiyi, həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilmişdir. İddiaçı cavabdehə müvafiq xidmətlərin göstərildiyini iddia et sə də, həmin xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə iddiaçının 2021-ci il 8 iyul tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qaradağ RPİ-nin qərarında cavabdehin öz borcunu qismən (15.450 ABŞ dolları) etiraf etməsi və bununla da iddianın həmin hissədə öz təsdiqini tapması barədə dəlilinə cavab olaraq bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin qərardan görünür ki, cavabdehin əməlində cinayət tərkibi olmadığı və tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğu göstərilmişdir.
10. Bund an əlavə, iddiaçının təqdim etdiyi elektron poçt ünvanından çıxarışlar mötəbər sübut hesab edilə bilməz. Məhkəmə iclasında cavabdeh Elektron ünvan 1 elektron ünvanının ona məxsus olmadığını bildirmişdir. Həmin elektron ünvanının cavabdehə məxsus olmasını, habelə tərəflər arasında işgüzar yazışmaların həmin poçt ünvanı üzrə həyata keçirildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı mötəbər, təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini MM-in 329.2, 329.3, 329.4, 386.1, 386.4, 405.1, 405.2, 407.1, 409.1-ci; MPM-in 14.2, 77.1, 119.1-ci; “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 7.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 2006-cı il 31 yanv ar tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı 2022-ci il 25 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli 2-2(103)-522/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 15.450 ABŞ dolları (ödənildiyi gün Azə rbaycan manatına olan məzənnə ilə) pulun və 213,60 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin Polis İdarəsinə verdiyi izahatdan görünür ki, cinayət işinin araşdırılması zamanı cavabdeh bildirmişdir ki, “avtomobillərin topdan satışı ilə məşğul olur. Təxminən 3 ilə yaxındır ki, sifariş etdiyi malları İddiaçı MMC şirkəti vasitəsi ilə ölkə ərazisinə gətirmişdir. Pandemiya dövründə işlər zəifləmiş, bütün daşıma şirkətləri qiymətləri endirmişə lakin İddiaçı MMC şirkəti ona bu haqda məlumat verməmiş, malları baha qiymətlə gətirmişdir.” Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, ümumilikdə 15.450 ABŞ dolları borcu var, borc məbləği onun Elektron ünvan 1 adlı ele ktron ünvanına iddiaçının əməkdaşı Ramin Hüseynov tərəfindən göndərilmiş hesabatlarda öz əksini tapır, borcu hissəhissə qaytaracaq.
15. İddiaçı tərəfindən məhkəməyə cavabdehin cinayət işi üzrə araşdırma aparılarkən ona məxsus olduğunu qəbul etdiyi Elektron ünvan 1 adlı elektron ünvanı ilə iddiaçının əməkdaşı Ramin Hüseynova məxsus RElektron ünvan 2 elektron ünvanından 2017, 2018, 2019-cu illərdə göndərilmiş elektron məktubların surətlərini təqdim etmişdir. Sonuncu dəfə 2019-cu il 6 fevral tarixdə göndərilmiş məktubda həmin tarixə cavabdehin borc qalığının 19.050 ABŞ dolları olduğu qeyd edilmişdir.
16. Cavabdehin adına “X3. LTD” şirkəti tərəfindən göndərilmiş yüklərin beynəlxalq yük qaimələri (CMR) iş materiallarına əlavə edilmişdir.
17. Eyni zamanda, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehə məxsus mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmanı məhkəməyə təqdim etmişdir.
18. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehlə iddiaçı arasında şifahi müqavilənin olması, cavabdehə yük daşıma xidmətlərinin göstərildiyi, həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilsə də, həmin xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı Elektron ünvan 1 elektron ünvanının cavabdehə məxsus olmasını, habelə tərəflər arasında işgüzar yazışmaların həmin poçt ünvanı üzrə həyata keçirilməsi ilə bağlı mötəbər, təkzibedilməz sübutları məhkəməyə təqdim edə b ilməmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.
19. Prosessual qanunvericiliyin normalarından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları da (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət işinin araşdırılması verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətlə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət işinin araşdırılması zamanı toplanmış sübutların mülki məhkəmə icra atı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur.
20. MPM-nin 82.4-cü maddəsində nəzərdə tutulmuş cinayət təqibi üzrə yekun məhkəmə aktının preyudisiallığı institutuna əsasən cinayət təqibi üzrə toplanmış sübutlar əsasında qəbul edilmiş yekun məhkəmə aktında məhkəmə tərəfindən müəyyən bir hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti müəyyən edilmişsə həmin şəxsin iştirak etdiyi mülki məhkəmə prosesi zamanı həmin hadisənin olub-olmadığının mübahisələndirilməsi və şəxsin hadisəyə aidiyyətinin yenidən araşdırılması yolverilməzdir. Hazırkı halda iş materiallarına cavabdehin Qaradağ rayon Polis İdarəsinə verdiyi izahat əlavə edilmiş və həmin izahatda cavabdeh iddiaçı ilə aralarında şifahi müqavilə münasibəti olduğunu, təxminən 3 il ərzində sifariş etdiyi malları iddiaçı vasitəsi ilə ölkə ərazisinə gətirdiyini, həmin şirkətə 15.450 ABŞ dolları borcu olduğunu, borc məbləğinin Elektron ünvan 1 adlı elektron ünvanına iddiaçının əməkdaşı Ramin Hüseynov tərəfindən göndərilmiş hesabatlarda öz əksini tapdığını etiraf etmiş və borcu hissə-hissə qaytaracağını göstərmişdir. Bu izahat əsasında Qaradağ rayon Polis İdarəsi tərəflər arasında mülki hüquqi müqavilə münasibəti olduğunu müəyyən edərək cinayət işinə xitam vermişdir.
21. Cinayət təqibi üzrə araşdırma zamanı tərəflər arasında müqavilə münasibətləri olduğunun onların öz izahatları əsasında müəyyən edildiyi və cinayət təqibinə məhz bu əsasla xitam verildiyi halda birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı məhkəməyə tələbinin əsaslı olması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən, o cümlədən apellyasiya instansiya məhkəməsində izahat verərkən qeyd edilən izahatı Qaradağ rayon Polis rəisinin diktəsi əsasında qorxudan yazdığını bildirsə də, qeyd edilən hallarla bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Cavabdehin izahatı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, o cümlədən cavabdeh Qaradağ rayon Polis İdarəsində ona hədə-qorxu gəlinməsi faktı ilə bağlı hər hansı orqana şikayət ərizəsi ilə müraciət etməmişdir.
22. Cavabdeh polis idarəsinə verdiyi izahatda Elektron ünvan 1 adlı elektron ünvanının ona məxsus olduğunu təsdiq etdiyindən iddiaçının məhkəməyə təqdim etdiyi elektron poçt vasitəsi ilə göndərilmiş məktubların cavabdehə göndərildiyi və yazışmaların onunla aparıldığı müəyyən olunur.
23. Eyni zamanda, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında cavadeh 05021063-- mobil nömrəsinin ona məxsus olduğunu təsdiq etdiyindən işdəki “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmaların da onunla aparıldığı müəyyən olunur. Həmin yazışmada cavabdeh maddi vəziyyəti yaxşılaşan kimi iddiaçıya olan borclarını ödəyəcəyini göstərir.
24. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla tərəflər arasında uzun müddət müqavilə münasibətləri olduğu, iddiaçının müxtəlif daşıma şirkətləri vasitəsi ilə 2017, 2018 2019-cu illərdə cavabdehin sifariş etdiyi malları (avtomobil şinlərini) ölkə ərazisinə daşınmasını təmin etdiyi, cavabdehin iddiaçıya göstərilmiş xidmətə görə 15.450 ABŞ dolları borclu olduğu onun cinayət işi üzrə araşdırma zamanı verdiyi izahatla təsdiq olunduğundan iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 15.450 ABŞ dolları pul tutulmalı, tələbin qalan hissədə əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən (e-mail məktublarında cavabdehin iddiaçı tərəfindən tələb edilən məbləğdə borcu təsdiq etmədiyi nəzərə alınaraq) iddia qalan hissədə rədd edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.2-ci; MPM-in 76.1, 76.2, 77.1, 82.4, 89.1, 89.2, 119.1, 119.3, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Həmin qətnam ə 2022-ci il 30 iyun tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
27. Cavabdeh 2022-ci il 19 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. İddiaçı 2022-ci il 29 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin – iddianın təmin edilməmiş hissəsində qismən dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti üzrə
29. MM-in 850.1-ci maddəsi üzrə - Cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş, yaranmış borc məbləğini ödəməmişdir.
30. MM-in 4 25.1-ci maddəsi üzrə - Tərəflər arasında olan işgüzar münasibətlərin xarakteri ondan ibarətdir ki, bütün təsdiqetmələr müvafiq mail vasitəsilə birtərəfli yazışma yolu ilə və ”whatsapp” ani mesajlaşma şəbəkəsi ilə həyata keçirilmişdir.
31. MM-in 442-ci maddəsi üzrə - İddiaçı üzərinə götürdüyü daşıma ilə bağlı öhdəlikləri tam şəkildə icra etmiş və təhvil vermiş, lakin cavabdeh əsassız olaraq öz öhdəliyini icra etməkdən yayınmışdır.
32. MM-in 445.2-ci maddəsi üzrə - İşdən də göründüyü kimi, cavabdeh öz öhdəliyini gecikdirmiş və bu barədə tərəfimizdən pretenziya təqdim edilsə də, heç bir nəticəsi olmamışdır.
33. MPM-in 82.4-cü maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi Qaradağ Rayonu Polis İdarəsinin 2021-ci il 8 iyul tarixli Qərarını rəhbər tutaraq borc tələbini qismən təmin etsə də, cavabdehi n özünün müvafiq təhqiqat orqanına təqdim etdiyi e-mail yazışmasını diqqətə almamış, sübutlara tam qiymət verməmişdir. Belə ki, cavabdeh özü də müvafiq təhqiqat orqanında bütün yazışmaların mail vasitəsilə aparıldığını qeyd və etiraf etmiş, sonuncu dəfə borcunun olduğunu etiraf etdiyi tarixdən (bu barədə cavabdeh tərəfindən müvafiq mail yazışması təhqiqat orqanına təqdim edilmişdir) sonra isə iddiaçı tərəfindən cavabdehə müvafiq borc barədə məlumatlar təqdim edilmişdir. Lakin məhkəmə həmin mail yazışmalarına qiymət verməmişdir.
34. MPM-in 89.1-ci maddəsi üzrə - Lakin məhkəmə iddiaçının apardığı işgüzar yazışmaları nəzərə almamış, qismən ədaləti qərar qəbul etmişdir. Halbuki tərəflər arasında kommersiya münasibətlərinin məhz qeyd edilən elektron poçt vasitəsilə aparıldığını cavabdeh özü də təhqiqa t orqanında verdiyi yazılı izahatında etiraf etmişdir. Cavabdehin kassasiya şikayəti üzrə
35. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi, 60-cı maddəsinin İ hissəsi, MM-in 324.1, 3292-329.4, 386.1, 386.4, 389.1, 405.1, 405.2, 407.1, 409.1, 417.1, 850.1 və 857-ci maddələri üzrə - a) Apellyasiya məhkəməsi tərəflər arasında müqavilə münasibətinin olub-olmamasını obyektiv araşdırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahid liyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir”. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd etmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan müm kün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında göstərmişdir ki, konvensiya proseduraları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı). b) İddiaçı tərəfindən hər hansı rəsmi maliyyə sənədi təqdim edilməsə belə, məhkəmə tərəflər arasında işgüzar münasibətin olduğunu təsdiqləmişdir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, “bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”. Qeyd edək ki, iddiaçının nümayəndəsi 2017-ci ildən cavabdeh ilə işgüzar münasibətlərinin olduğunu bildirsə də, bu müddətə qədər ödəniş əməliyyatlarının tələb olunan qaydada aparılması, tələb edilən borc məbləğinin formalaşması ilə b ağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, təqdim etmiş olduğu sənədlərin heç biri cavabdehin razılığını əks etdirmir. Bu isə İddiaçının vergi öhdəliyindən yayınmağına əsaslı şübhə yaradır. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Buna baxmayaraq, məhkəmə iddiaçının sahibkarlıq fəaliyyətini sorğulamadan işgüzar qaydalara əməl edən hüquqi şəxs kimi cavabdehə şifahi müqavilə əsasında daşıma xidməti göstərmiş olduğunu təsdiqləyir. c) Daşınma münasibəti mövcud olsaydı belə, apellyasiya məhkəməsi iddiaçı tərəfindən daşınma xidmətinin tam həcmdə icra olunduğunu, istinad olunan yüklərin cavabdehə təhvi l verilməsini araşdırmalı idi. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, daşıyıcı yükü lazımı qaydada təyinat yerinə çatdırdığı halda daşıma haqqı borcu yaranır. Bu da onu təsdiqləyir ki, tərəflərin daşıma müqaviləsinin bağlanması hələ sifariş verən şəxsin daşıyıcıya daşıma haqqı ödəmək öhdəliyini və borcunu yaratmır. Daşıyıcının yükləri yük alana vaxtında və tam həcmdə çatdırmaq öhdəliyi vardır və iddiaçı borcun olmasını sübut etmək üçün ilk növbədə yükləri cavabdehə təhvil verdiyini əsaslandırmalı idi. “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında Konvensiyaya qoşulmaq barədə” 2000-ci il 11 fevral tarixli Qanuna əsasən, 2000-ci il 30 aprel tarixində (qanunun dərc edildiyi tarixdən) Azərbaycan Respublikası “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarix li Konvensiyaya (BYDM) qoşulmuşdur. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən, yük qaiməsi daşıma müqaviləsini təsdiq edir. Konvensiyanın 5-ci maddəsinə əsasən, yük qaiməsi 3 əsl nüsxədə hazırlanır, göndərən və daşıyıcı tərəfindən imzalanır. Birinci nüsxə, göndərən tərəfdə qalır, ikinci nüsxə malı müşayiət edir, üçüncü nüsxə isə daşıyıcıya verilir. Konvensiyanın 6-cı maddəsinə əsasən, yük qaiməsində daşıyıcının adı və ünvanı qeyd olunmalıdır. Bundan əlavə, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38-ci bəndinə əsasən, “avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə t utulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Yükgöndərənin, daşıyıcının və yükalanın CMR-ə hər hansı bir məlumatı daxil etmək hüquqları vardır. Daşıyıcı yükü qəbul edərkən CMR-də olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Hazırkı halda nə daşıyıcı olaraq iddiaçı tərəfindən, nə də malı qəbul edən kimi iddia edilən cavabdeh tərəfindən iddiaçının məhkəməyə təqdim etdiyi yük qaimələri imzalanmamışdır; yük qaiməsində daşıyıcı olaraq iddiaçının adı belə qeyd olunmamışdır; və yüklərin təyinat ye rinə çatması ilə bağlı cavabdehə bildiriş verilməmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi yalnız iddiaçının istinad etdiyi qərara əsaslanaraq tərəflər arasında daşıma münasibətlərinin olmasını, cavabdehin həmin malları tam həcmdə qəbul etdiyini təsdiqləmişdir.
36. MPM-in 9.1, 14.1, 77.2, 81, 88, 89.2 və 106.4-cü maddələri üzrə a) Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən elektron yazışmaların mötəbərliyini obyektiv qiymətləndirməmişdir. Belə ki, iddiaçı şikayətində cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi və borc məbləğinin ödənilməsini tələb etdiyini bildirmişdir. Buna əsas olaraq da elektron yazışmalara istinad etmişdir. Elektron yazışmaların sübut kimi qəbul olunması məsələsinə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2019-cu il 19 iyun tarixli 22(102)-177/2019 saylı Qərarında baxılmışdır. Belə ki, Ali Məhkəmə həmin Qərarda apellyasiya instansiya məhkəməsinin elektron yazışmaların sübut kimi qəbul olunmaması ilə bağlı mövqeyini təsdiqləyərək bildirmişdir ki: “...məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bununla bağlı yalnız elektron poçt ünvanı ilə aparılan yazışmalar sübut kimi təqdim edilmişdir ki, göstərilən e-mail yazışmalarının sübut növü kimi qəbul edilməsi yolverilməzdir”. Bu səbəbdən iddiaçının apellyasiya şikayətində istinad etdiyi elektron yazışmaların həqiqiliyini müəyyən edəcək hər hansı hüquqi əsas olmadığı üçün bu yazışmalar mötəbər sübut kimi qəbul edilməli deyildi. Buna baxmayaraq, məhkəmə elektron yazışmaların həqiqiliyini araşdırmadan, sadəcə iddiaçının istinad e tdiyi qərara əsaslanaraq onların mötəbər sübut olduğu qənaətinə gəlmişdir. b) Apellyasiya məhkəməsi iddiaçı tərəfindən istinad edilən qərarda etiraf faktının olmasını tam araşdırmamışdır. Belə ki, məhkəmə qətnaməsində bütün faktların hüquqi əsası kimi iddiaçının şikayətində əsas gətirdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə Qaradağ Rayonu Polis İdarəsinin 2021-ci il 8 iyul tarixli Qərarı hesab edilmişdir. Halbuki həmin qərarda cavabdehin izahatı psixoloji zor təzyiqi altında alınmışdır. Belə ki, cavabdeh polis əməkdaşları tərəfindən izahatı alınan zaman qorxu atlında olmuş və mülki mübahisə olduğu halda, polis bölməsində olmasının təsiri ilə yanılaraq izahat vermişdir. Xüsusi ilə diqqətinizə çatdırmaq istəyirik ki, Konstitusiya Məhkəməsi Plenumu “C.Əzimovun şikayəti üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında aşağıdakıları qeyd etmişdir ki, “...mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin”; “Məhkəmə faktın et iraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: § faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; § faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; § faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə”; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməl idir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Bundan əlavə, cavabdehin hər hansı orqana bununla bağlı müraciət etməsi onun hüququdur, vəzifəsi deyildir və hüququndan istifadə etməməsi onun əleyhinə şərh edilə bilməz. Cavabdehin şikayət verə bilməməsinin səbəbi elə məhz hələ də hədə-qorxu təsiri altında olması idi, əks halda təzyiq altında olmasaydı, izahatı da bu formada verməzdi. Bununla da iddiaçı tərəfindən əsas gətirilən faktlar yuxarıda qeyd etdiyimiz tələb olunan vasitələrlə sübut edilmədiyi h alda, apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi bütün faktları Qaradağ Rayonu Polis İdarəsinin 2021-ci il 8 iyul tarixli Qərarına əsaslanaraq iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmamış hissəsində, cavabdeh isə iddia tələbinin təmin olunmuş hiss əsində mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş dig ər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə
407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır....” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
42. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərclər i işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 43. “Elektron ticarət haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
7. Müqavilənin bağlanması Respublikası Qanununun müvafiq... 7.2. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.... 7.5. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digə r hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli 2-2(103)-522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. İddiaçının kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 29-34) əsas məzmun etibarilə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi e-mail yazışmalarına düzgün qiymət verməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən və iddianı qismən rədd edərkən məhz e-mail məktublarında cavabdehin iddiaçı tərəfindən tələb edilən məbləğd ə borcu təsdiq etmədiyini nəzərə almışdır.
47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh cinayət işi üzrə araşdırma zamanı verdiyi izahatla ona göstərilmiş xidmətə görə iddiaçıya yalnız 15.450 ABŞ dolları borclu olduğunu təsdiq etmiş, iş materiallarında iddia ilə tələb olunan borcun qalan hissəsinin əsaslılığını təsdiq edən hər hansı mötəbər sənəd yoxdur.
48. Məhkəmə kollegiyası MPM-in 88, 89.1 və 89.2-ci maddələrini (bax yuxarıda § 42) rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinın həmin nəticəsi sübutların kompleks şəkildə düzgün qiymətləndirilməsindən irəli gəldiyindən qanuni və əsaslıdır.
49. Belə ki, kassatorun istinad etdiyi e-mail yazışmaları yalnız iddiaçının müvafiq əməkdaşlarının qeydlərini əks etdirir, cavabdehin isə iradə ifadəsi həmin yazışmalarda öz əksini tapmamışdır.
50. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iddianı yalnız 15.450 ABŞ dolları borcu hissəsində təmin edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
51. Cavabdehin kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 35-36) isə əsas məzmun etibarilə ondan ibarətdir ki, tərəflər arasında müqavilə münasibətlərini təsdiq edən hər hansı sənədin olmamasına, elektron yazışmaların mötəbər olmamasına, polis orqanına verilmiş izahatın zor, hədə-qorxu altında alındığına baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı əsassız olaraq qismən təmin etmişdir.
52. Halbuki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, cavabdehin adına “X3. LTD” şirkəti tərə findən göndərilmiş yüklərin beynəlxalq yük qaimələri (CMR) iş materiallarında mövcuddur.
53. Eyni zamanda, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehə məxsus mobil telefon nömrəsindən “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmanı məhkəməyə təqdim etmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdeh “05021063-- mobil nömrəsinin ona məxsus olduğunu təsdiq etdiyindən işdəki “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmaların da onunla aparıldığı müəyyən olunur. Həmin yazışmada cavabdeh maddi vəziyyəti yaxşılaşan kimi iddiaçıya olan borclarını ödəyəcəyini göstərir.
54. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən o da müəyyən olunur ki, cavabdeh polis orqanına izahat verərkən ona verilən suallara cavab olara q bildirmişdir ki, ümumilikdə 15.450 ABŞ dolları borcu var, borc məbləği onun Elektron ünvan 1 adlı elektron ünvanına İddiaçı MMC-nin əməkdaşı Ramin Hüseynov tərəfindən göndərilmiş hesabatlarda öz əksini tapır, borcu hissə-hissə qaytaracaq.
55. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara istinad etməklə göstərmişdir.
56. Cavabdehin polis orqanına verdiyi izahatın zor, hədə-qorxu altında alınmasına dair dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası MPM-in 76.1, 76.2, 77.1, 82.4 və 106-cı maddələrinə (bax yuxarıda §42) istinad edərək bildirməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi də tamamilə qanunauyğun və əsaslıdır.
57. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbi ondan ibarətdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
58. Həmin Məcəllədə təhqiqat-istintaq orqanlarının qərarlarından müvafiq instansiyalara şikayət verilməsi qaydası da müfəssəl şəkildə tənzimlənmişdir.
59. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən, o cümlədən apellyasiya instansiya məhkəməsində izahat verərkən qeyd edilən izahatı Qaradağ rayon Polis rəisinin diktəsi əsasında qorxudan yazdığını bildirsə də, qeyd edilən hallarla bağlı iş materiallarında hər hansı sübut mövcud deyil. Cavabdehin izahatı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, o cümlədən cavabdeh Qaradağ rayon Polis İdarəsində ona hədə-qorxu gəlinməsi faktı ilə bağlı hər hansı orqana şikayət ərizəsi ilə müraciət etməmişdir.
60. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, Qaradağ rayon Polis İdarəsinin sözügedən qərarı cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur.
61. Bundan başqa, əgər məsələyə cavabdehin məntiqi ilə yanaşılsa, işdə iştirak edən şəxslərin hüquq mühafizə orqanlarına verdikləri ifadələrin kommersiya icraatında mötəbər sübut kimi qiymətləndirilməsi istənilən halda mümkün deyildir. Belə ki, bu zaman işdə iştirak edən şəxs h ər bir halda hüquq mühafizə orqanlarına verdiyi ifadəni ondan zor, hədə-qorxu altında alındığını bildirə bilər. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, işdə iştirak edən şəxsin hüquq mühafizə orqanlarına verdiyi ifadənin ondan zor, hədə-qorxu altında alınması iş materialları ilə təsdiq edilmədiyi halda, sözügedən ifadə kommersiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilməlidir.
62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli 22(103)-522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.