Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-661/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cav abdeh1 və Cavabdeh3 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(103)-640/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 1 dekabr tarixli x nömrəli əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 60 (altmış) ay müddətində (2017-ci il 1 dekabr tarixədək) 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bi kredi limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyantı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.3-cü bəndinə əsasən hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir; - 5.4.11-ci bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bu müqavilə rəsmiləşdirildikdən sonra 15 bank günü ərzində Cavabdeh3 məxsus **********405101-093037 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən əmlakın borc verənin xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini, bununla əlaqədar borc verənlə Cavabdeh2 arasında ipoteka müqaviləsinin bağlanmasını təmin etmək; borc alan qeyd olun an öhdəliyini icra etmədikdə, borc verən birtərfli qaydada əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini 3 %-dək artırmaq hüququna malikdir; - 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində: 4012-İZG/1 saylı ipoteka müqaviləsi üzrə ipoteka olan əmlak; 2022-ci il 1 dekabr tarixli 4012-İZG/2 saylı zaminlik müqaviləsi çıxış edir. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 16 dekabr tarixli **nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətində (2025-ci il 16 dekabr tarixədək) 121.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəz ərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir. 2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 1 dekabr tarixli * nömrəli əlavə kredit müqaviləs indən görünür ki, borc verən borc alana 6 (altı) ay müddətində (2023-cü il 1 iyun tarixədək) 14000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. - 1.7-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üz rə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir. 3. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 1 dekabr tarixli 4012İZG/2 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4cü bəndinə göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən zamin borc alanın əsas və ya əlavə kredit müqavilələri üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq öhdəliyi daşıyır. 4. "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh3 (İpoteka qoy an) arasında bağlanmış 2022-ci il 9 dekabr tarixli 4012-İZG/1 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir. İpoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın D övlət Reyestrindən 2013-cü il 21 iyun tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59,0 kv.m ümumi, 45,9 kv.m yaşayış, 13,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 48 nömrəli mənzil. - müqavilənin 1.7-ci bəndinə əsasən FM Consultin MMC qiymətləndirmə şirkətinin ******* saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 105000 (bir yüz beş min) manat, likvid dəyəri isə 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilir.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2022-ci il 15 dekabr tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyətdə olan yaşayış məntəq ələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 59 kv.metr olan mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 6. 2022-ci il 16 dekabr tarixli, **№-li əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 121000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 2023-cü il 16 yanvar tarixdən 2025-ci il 16 dekabr tarixinə qədər hər ayın 16-sı olmaqla 4390,35 manat, sonuncu ay 4390,28 manat ödəməlidir. 7. 2022-ci il 1 dekabr tarixli * nömrəli əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 14000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 6 ay müddətinə v erilmiş kreditə görə Cavabdeh2 2023-cü il 1 yanvar tarixdən 2023-cü il 1 iyun tarixinə qədər hər ayın 1-i olmaqla 2436,47 manat, sonuncu ay 2436,49 manat ödəməlidir. 8. "xxxx" ASC tərəfindən ünvanlanmış 2023-cü il 18 dekabr tarixli bildirişlərdə 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı əlavə kredit müqaviləsinə əsasən 8.219,09 manat əsas borc, 58,22 manat faiz borcu, cəmi 8.277,31 manat, 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən 121.000 manat əsas borc, 10.248,93 manat faiz borcu, 2.637,80 manat cərimə borcu olmaqla, cəmi 133.886,73 manat olmaqla, ümumilikdə 142.164,04 manat məbləğin tam şəkildə 3 gün ərzində ödənilməsi tələb e dilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-“borclu”, “zamin”, “ipoteka qoyan”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu və zamindən iddiaçının xeyrinə 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat, 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10 248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133 886.73 manat olmaqla, ümumilikdə 142164.04 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyan ilə Bank arasında bağlanan 2022-ci il 9 dekabr tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsind ə 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin borclunun 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı əlavə kredit müqaviləsi və 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 142164.04 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə vəsait indən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən, borclunun 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, borclunun 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133886.73 manat borcu qalmışdır. Ümumilikdə, borclunu n hər iki kredit müqaviləsi Banka 142164.04 manat borcu qalmışdır. Cavabdehlərə 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı əlavə kredit müqaviləsinə və 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən 2023-cü il 18 dekabr tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan əlavə, x nömrəli 2022-ci il 1 dekabr tarixli kredit müqaviləsinə dair təminat qismində olan əmlaka – əsasən ipoteka qoyan məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardım çı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəflərindən göndərilmiş, həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 52.48 manat dövlət rüsumu ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İlkin mediasiya sessiyası üçün 410 manat dövlət rüsumu ödənilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti 142 164.04 manat olduğundan, ilkin me diasiya sessiyası üçün 410 manat dövlət rüsumu ödəniş edildiyini nəzərə alaraq, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu 30.85 manat təşkil edir.
11. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, borclu və zamindən iddiaçının xeyrinə 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı Əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 8219.09 manat əsas borc, 437.21 manat faiz borcu olmaqla, cəmi 8656.30 manat, 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu 121000 manat əsas borc, 26987.23 manat faiz borcu, 7695.25 manat cərimə borcu olmaqla, cə mi 155 682.48 manat olmaqla, ümumilikdə 164338.78 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyan ilə Bank arasında bağlanan 2022-ci il 9 dekabr tarixli 4012-İZG/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönə ldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin borclunun 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 1 dekabr tarixli * saylı əlavə kredit müqaviləsi və 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il 16 dekabr tarixli **saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 164 338.78 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, satışdan əldə o lunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 26 avqust tarixli 9/5821 nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 avqust tarixli * saylı Əlavə Kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu sualda göstərilən 2024-cü il 13 may tarixinə əsas borc 7431,48 manat, faiz borcu 0 manat və ekspert rəyi verilən tarixə 2024-cü il 26 avqust tarixinə əsas borc 7431,48 manat müəyyən olunur.
13. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin 2024-cü il 7 oktyabr tarixli 9/8003 nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 dekabr tarixli x saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanmış 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - 2024-cü il 13 may tarixinə əsas borc 120546,25 manat, faiz borcu 17908,34 manat və ekspert rəyi verilən tarixə - 2024-cü il 7 oktyabr tarixinə əsas borc 120546,25 manat, faiz borcu 25141,11 manat olması müəyyən olunur.
14. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 6 yanvar tarixli 9/9750 nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 16 dekabr tarixli **saylı əlavə kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - 2024-cü il 6 noyabr tarixinə əsas borc 121000 manat, faiz borcu 26770,83 manat olması müəyyən olunur.
15. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 23 aprel tarixli 9/16xx-xx/1634 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2025- ci il 7 mart tarixli, e-2-2(113)-88/2025 saylı qərardadı ilə iş üzrə icraata-“ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi”- hissəsində xitam verilməsi qərara alınmışdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli, e-2-2(113)-88/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, borclu və zamindən iddiaçının xeyrinə 2022-ci il 1 dekabr tarixli 4012- KQ saylı əlavə kredit müqaviləsinə əsasən 7431,48 əsas borc, 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat fa iz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886,73 manat borcun tutulması, cavabdehlərdən iddiaçının xeyrinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin 200 manatının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,85 manat dövlət rüsumunun əvəzinin tutulması, tələbin ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində 29 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 113000 manat müəyyən edilməklə açıq hərracdan satılması və onun satışınd an əldə olunmuş vəsaitin cavabdehlərin borcunun ödənilməsinə yönəldilməsi, hərrac satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi, məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 250 (iki yüz əlli) manat məbləğində hissəsinin borclu və zamindən, 100 (yüz) manat məbləğində hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət ed ilmişdir (hakim K.Hüseynov).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kreditor, yəni iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdeh də kredit müqavilələri üzrə üzrlü səbəblərdən ödənişləri gecikdirdiyini, vaxtında öhdəliyini icra etmədiyini qəbul etmişdir. Nəticədə iddiaçının borclu və zaminə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.
19. Məhkəmə iddiaçının iddia ərizəsini verdikdən sonra iddia tələbinin həcminin faiz borcları hissəsində artırılmasına münasibətdə qeyd etmişdir k i, iddiaçı cavabdehlərə 2023cü il 18 dekabr tarixində bildiriş göndərərək 2022-ci il 16 dekabr tarixli **№-li əlavə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcların tam ödənilməsini, yəni müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş, bununla da müqavilədən birtərəfli qaydada imtina edərək öz iradə ifadəsini göstərmişdir.
20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşmış hüquqi mövqeyə uyğun hesab etmişdir ki, müqavilə ləğv edildikdən sonra faiz hesablana bilməz, iddiaçı yalnız müqavilədən imtina etdiyi müddətədək, yəni 2023-cü il 18 dekabr tarixədək hesa blanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, 2022-ci il 16 dekabr tarixli **nömrəli əlavə kredit müqaviləsi üzrə faiz borcu iddiaçının həmin müqavilədən birtərəfli qaydada imtina etdiyi 2023-cü il 18 dekabr tarixinə hesablanmış 10248,93 manat məbləğində, əsas borc isə 121000 manat məbləğində müəyyən olunmalıdır.
21. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının 2022-ci il 1 dekabr tarixli * nömrəli əlavə kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti 2023-cü il 1 iyun tarixdə başa çatmışdır. Odur ki, faiz borcu müqavilə müddətinin sonuna qədər hesablanmalıdır.
22. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizası ilə rəyin verildiyi tarixə əsas borcun 7431,48 manat olduğu, faiz borcunun isə olmadığı m üəyyən edilmişdir.
23. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, həmin müqavilə üzrə ekspert rəyinə uyğun olaraq cəmi 7431,48 manat əsas borc tutulmalıdır.
24. Cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin 2022-ci il 16 dekabr tarixli, **nömrəli əlavə kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən 2022 -ci il 16 dekabr tarixli, **nömrəli əlavə kredit müqaviləsi üzrə tutulması iddia ilə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilə üzrə 2637,8 manat məbləğində cərimə məbləği tutulmalıdır.
26. Məhkəmə ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin satış qiyməti müəyyən olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 23 aprel tarixli 9/16xx-xx/1634 nömrəli ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 38 saylı evin, 55 saylı mənzilinin ilkin satış qiyməti 113000 manat məbləğində müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsa it hesabına cavabdehlərin borcu ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ borclu və zamindən müştərək qaydada tutulmalıdır.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.1, 269.4, 317.1, 319.1, 399.3, 399.4, 421.2, 421.3, 442, 447.1, 448.1, 462.1, 463, 465.2, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3, 41.1, 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəl i şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu hissəsində tam təmin edilməsi, apellyasiya şikayəti üçün ödənilmiş 227.17 manat dövlət rüsumunun və 0.80 manat xidmət haqqının banka qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(103)-640/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur.
31. Məhkəmə, 2022-ci il 16 dekabr tarixli müqavilə üzrə əsas və faiz borclarına münasibətdə qeyd etmişdir ki, həmin müqavilə üzrə kreditin verilməsi müddəti (2025-ci il16 dekabr) bitmişdən əvvəl iddiaçı cavabdehlərə 2023-cü il 18 dekabr tarixli bildiriş göndərərək həmin müqavilə üzrə kredit məbləğinin və faizlərin tam şəkildə ödənilməsini tələb etmiş, bununla da müqaviləni n vaxtından əvvəl ləğv edilməsinə dair iradəsini cavabdehlərə çatdırmış, yəni sözügedən müqavilə ən geci həmin tarixdən etibarən vaxtından əvvəl ləğv edilmişdir. Kollegiya xatırladır ki, iddiaçı yalnız müqavilənin xitam tarixinədək olan müddət üçün müqavilə şərtlərinə əsaasən hesablanmış faizlərin cavabdehlərdən tutulmasını tələb etmək hüququna malikdir.
32. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, sözügedən kredit müqavilələri üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş 2023-cü il 10 oktyabr tarixdə dövlət qeydiyyatına alınmış, lakin həmin bildirişin cavabdehlərə göndərildiyi tarixi təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. “İpotekaya tutma yönəldilməsi barədə” bildirişin qeydiyyata alınması tarixinə əsasən həmin bildirişi n “borcun vaxtından əvvəl tam məbləğdə ödənilməsi barədə” 2023-cü il 18 dekabr tarixli bildirişdən əvvəl göndərilməsini, yəni mübahisəli kredit müqaviləsinin 2023-cü il 18 dekabr tarixdən əvvəl ləğv edilməsini ehtimal etmək mümkündür.
33. Lakin məhkəmə, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsinin ləğv edilməsi tarixi kimi 2023-cü il 18 dekabr tarixini götürülməklə kredit müqaviləsi üzrə borcun həmin tarixədək hesablandığını və cavabdehlərin isə qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı halın araşdırılması apellyasiya baxışının predmetinə daxil deyildir.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 2022-ci il 16 dekabr tarixli müqavilə üzrə cav abdehlərdən tutulacaq əsas və faiz borcu məbləğlərini müəyyən edərkən ekspert rəylərini əsas götürməmiş, əksinə həmin borc məbləğlərini iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2023-cü il 18 dekabr tarixli bildiriş məktubunda və iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi iddia ərizəsində tələb edilmiş məbləğdə-121.000 manat əsas borc, 10.248,93 manat faiz borcu məbləğində müəyyənləşdirmişdir. Odur ki, həmin müqavilə üzrə cavabdehlərdən tutulması qət edilmiş əsas və faiz borcu məbləğləri bank tərəfindən müqavilə üzrə pretenziyanın tarixinə hesablanmış və tələb edilmiş borc məbləğləri olduğundan, yəni həmin məbləğlər ekspert rəyləri əsasında hesablanmadığından həmin hissədə ekspert rəyinin əsassız olması barədə iddiaçının dəlillərinin araşdırılması zəruri deyildir.
35. İddiaçının, məh kəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın həcminin artırılması müqaviləyə xitam verildiyi tarixdən sonrakı dövr üçün əlavə faizlərin hesablanması ilə bağlı olmuşdur. İddiaçı yalnız müqavilə xitam verilənədək olan müddət üçün hesablanmış faizləri tələb etmək hüququna malik olduğundan iddia tələbinin artırılmış hissəsinin əsassız olması açıq-aşkardır.
36. Məhkəmə 2022-ci il 1 dekabr tarixli əlavə kredit müqavilələri üzrə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləği ilə bağlı isə bildirmişdir ki, ekspert rəyi ilə cavabdehin iddiaçıya 2024-cü il 13 may tarixinə əsas borc 7431,48 manat məbləğində olması, faiz borcunun isə olmaması müəyyən edilmişdir. Hazırkı halda mə hkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar əsaslar olmadığından birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut qismində nəzərə almaqla haqlı olmuşdur. İddiaçı isə apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına alacaq konkret hallara istinad etməmişdir.
37. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə kreditin verilmə müddəti 2023-cü il 1 iyun tarixdə bitdiyi halda ekspert rəyində məhkəmənin qoyduğu suala uyğun olaraq 2024-cü il 13 may tarixinə əsas borcun 7431,48 manat olması müəyyən edilmişdir. Həmin borc məbləği 2024-cü il 13 may tarixinədək olan müddət üçün hesablanmış faizlər nəzərə alınmaqla və ödənişlərin bir qismi həmin faizlərə silinməklə hesablanmışdır. Lakin kollegiya vurğulayır ki, qətnamənin ə saslılığı cavabdehlər tərəfindən mübahisələndirmədiyindən sözügedən məsələyə də münasibət bildirilmir.
38. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, eləcə də dəbbə pulunun müqavilə üzrə öhdəliklərə aid olduğundan onun da məhz müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün hesablanmalı olmasını nəzərə almışdır. Odur ki, həmin hissədə də iddiaçının dəlilləri əsassızdır.
39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739 və 741-ci maddələrinə Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1, 119.5, 206-cı maddələrinə istinadla əsaslandırmışdır.
40. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu hissəsində tam təmin edilməsi, kassasiya şikayəti üçün ödənilmiş 227.17 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının banka qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı şikayətində MM-in 432.4, 445.1, 445.2, 445.3, 445.8, 462.1, 465.2, 466.1, 467-ci, həmçinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 4, 7, 8 və 18-ci, MPM-in 88, 106.1, 77.1, 101.6-cı maddələrinin pozulması və ya düzgün tətbiq edilməməsinə istinad etmişdir.
42. Mühasibatlıq ekspertiza rəyləri düzgün tərtib edilməmişdir. 2024-cü il 26 avqust tarixli ekspert rəyində ekspert cərimə borcunun ödənişlərini əsas borc və faiz borcuna ödənişi kimi qəbul etmişdir. Bu səbəbdən əsas borc məbləği azaldılmışdır. Daha sonra yenidən mühasibatlıq ekspertizası təyin edilmişdir. 2024-cü il 7 oktyabr tarixli ekspert rəyinə əsasən 2022-ci il 16 dekabr tarixli kredit müqaviləsi üzrə günlərin sayının düzgün göstərilməməsi səbəbi ilə əsas borc azaldılmışdır. Daha sonra 2024-cü il 7 noyabr tarixli tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 2025-ci il 6 yanvar tarixli ekspert rəyin ə əsasən 2022-ci il 16 dekabr tarixli **saylı kredit müqaviləsi üzrə 121 000 manat əsas borc və faiz borcu azaldılmışdır. Ekspert rəyinin düzgün tərtib edilməməsi səbəbi ilə yenidən mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş lakin təmin edilməmişdir. Belə ki, qətnamənin əsas, faiz və 5 faiz borcu hissəsində ləğv edilməlidir. Qeyd edilən hal ondan ibarətdir ki, məhkəmə mühasibatlıq ekspertizası nəticəsi düzgün aparılmamışdır. Kredit müqaviləsində cərimənin hesablanması barədə bəndlər göstərilməsinə və borcun hesablanması zamanı həmin bəndlərin nəzərə alınmasının qeyd edilməsinə baxmayaraq, ekspert nəzərə almamışdır. Bununla da müqavilənin şərtləri pozulmuşdur. Bundan başqa öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cərimənin borclu tərəfindən ödənilməsi və məhkəmə qərarı ilə təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Hərçənd ki, məhkəmə qərarında cərimə məbləği təmin olunur, ekspert bu halı nəzərdən qaçırmışdır. Sözsüz ki, ekspert rəyi məhkəmə qərarından üstün ola bilməz, lakin məhkəmə ekspert rəyini qanunvericiliyin tələbindən rəhbər tutaraq qərar qəbul etmişdir. Ekspert müqavilənin bəndini nəzərə almadan rəyi tərtib etmişdir. Bununla da, cərimə borcunu faiz və əsas borcundan silinmə kimi qəbul etmiş və əsas və faiz borcunu azaltmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
44. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismə n, yəni kredit müqavilələri üzrə borcun tutulması hissəsində yoxlanılacaqdır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması v ə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; … 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödə nilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor on a zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktsiya 739.1. Bor c müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini kredit müqavilələri üzrə əsas və cərimə borcunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
50. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin həmin hissədə ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
51. Tərəflər arasında bağlanmış faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
52. İddiaçının cavabdehlərə ünvanladığı 18 dekabr 2023-cü il tarixli məktubda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borcunun ödənilməsi öhdəliyinin yerinə yetirilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən bildirişin verildiyi 2023-cü il 18 dekabr tarixinə kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və həmin tarixədək faiz məbləğinin tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. 53.Belə ki, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. 54.2023-cü il 18 dekabr tarixindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 2024-cü il 07 noyabr tarixindək sözügedən kredit müqavilələri üzrə faizin tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün iddiaçının faiz tələbinin təmin olunmamasına dair nəticəsi ilə aşağıdakılara əsasən razılaşmır. 55.Qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra təl əb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə müna sibətlərinin hüquqi rejimindən irəli gəlir....Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Mə cəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. 57.Baxılan iş üzrə iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunu tələb edir. 58.Apellyasiya instansiyası məhkəməsi faiz tələbinə qiymət verərkən nəzərə almamışdır ki, baxılan iş üzrə iddiaçı, iddia tələbinin həcminin artırıldığı 2024-cü il 7 noyabr tarixinədək də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki, MM-in 445.7-ci maddəs ində (zamana görə qüvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçı bankın kredit müqavilələri üzrə faiz tələbinə yuxarıda qeyd olunanlar və MM-nin 445.7-ci maddəsinin tələbləri baxımından yenidən hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsində maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. 60.Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 iyun tarixli, 2-2(103)-640/2025 nömrəli qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.