Məhkəmə qərarları › İş №2-2(102)-663/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-663/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-663/2025 19.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(103)-414/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə a çıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ ilə Cavabdeh İB arasında bağlanmış 2022-ci il 22 noyabr tarixli AMX-5968/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 080055 ödəyici kodu üzrə Cavabdeh İB Xətai Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən 11,75 manat təşkil edir. 3. 202 4-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 033008 ödəyici kodu üzrə Cavabdeh İB Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu Xəzər Xidmət Sahəsinin hesablamalarına əsasən, 18.230,92 manat, PHŞ-nin hesablamalarına görə 210,50 manat təşkil edir. 4. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 070490 ödəyici kodu üzrə Cavabdeh İB Binəqədi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən, 2.081,74 manat təşkil edir. 5. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 020101 ödəyici kodu üzrə Yasamal Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən 15,5 man at təşkil edir. 6. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 090101 ödəyici kodu üzrə Qaradağ Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu Qaradağ Xidmət Sahəsinin hesablamalarına əsasən, 139.016,68 manat, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin hesablamalarına görə 7,75 manat təşkil edir. 7. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 120004 ödəyici kodu üzrə Suraxanı Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu Suraxanı Xidmət Sahəsinin hesablamalarına görə 22.710,64 manat, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin hesablamalarına əsasən, 10,55 manat təşkil edir. 8. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 10/31164 ödəyici kodu üzrə Nəsimi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərk əzi PHŞ-nin 2024-cü il 1 yanvar tarixədək yaranmış borcu 0 manat, 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu Nəsimi Xidmət Sahəsinin hesablamalarına əsasən, 482,25 manat, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin hesablamalarına əsasən, 0 manat təşkil edir. 9. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, 040010 ödəyici kodu üzrə Sabunçu Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə qalıq debitor borcu 573,03 manat Sabunçu Xidmət Sahəsinin hesablamalarına əsasən, 573,03 manat, manat, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin hesablamalarına görə 45,49 manat təşkil edir. 10. 2024-cü ilin iyul ayına aid üzləşmə aktına görə, Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 2024-cü il 30 iyun tarixə Xəzər Xidmət Sahəsinin hesablamalarına əsasən, 72.199,40 manat, Ba kı Baş Səhiyyə Mərkəzi PHŞ-nin hesablamalarına görə 56,01 manat təşkil edir. 11. 2024-cü il 30 iyun üzrə qalıq borc barədə tərtib edilmiş üzləşmə aktına görə, 130047 ödəyici kodu üzrə Nizami Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən 128,68 manat təşkil edir.

12. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan müharibə veteranları üçün xəstəxanaya aid abonentin saldosundan görə, 2010-cu il iyun ayına borc məbləği 17.660,42 manat təşkil etmişdir.

13. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı tibb sanitar hissəyə aid abonentin saldosuna görə, 2011-ci il mart ayına borc məbləği 10.014,75 manat təşkil etmişdir.

14. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Zirə müalicə diaqnostika mərkəzinə aid abon entin saldosuna görə, 06.2010-cu il tarixinə borc məbləği 5.247,36 manat təşkil etmişdir.

15. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı uşaq xəstəxanasına aid abonentin saldosuna görə, 2010-cu il iyun ayına borc məbləği 2.784,28 manat təşkil etmişdir.

16. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsinə aid abonentin saldosuna görə, borc məbləği 137.003,37 manat təşkil etmişdir.

17. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsi 7 saylı vərəmli xəstəxanaya aid abonentin saldosuna görə, 2010-cu il iyun ayına borc məbləği 19.237,69 manat təşkil etmişdir.

18. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 saylı Ağciyər vərəm sanatoriyasına aid abonentin saldosuna görə, borc məbləği 17.374,94 manat təşkil etmişdir.

19. Bakı Baş Səhiyyə M ərkəzi PHŞ-nin tabeliyində olan 36 saylı uşaq sanatoriyasına aid abonentin saldosuna görə, 2010-cu il avqust ayına borc məbləği 13.994,81 manat təşkil etmişdir.

20. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 31 saylı Birləşmiş Şəhər Xəstəxanasına aid abonentin saldosuna görə, borc məbləği 8.686,62 manat təşkil etmişdir.

21. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 5 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosuna görə, 2011-cu il aprel ayına borc məbləği 8.292,25 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 22. “Bakı Baş Səhiyyə Mərkəzi” X3 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 255.450,59 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia ərizəsi işin göstərilən halları (bax §2-11) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, göstərilən borc məbləğləri əsassızdır.

24. Məhkəmə iclasında iştirak edən iddiaçının ifadəsinə görə, qeyd edilən borcun 2011-ci ildən əvvələ aid və mənbəyinin bəlli olmadığı bildirmişdir. Məhkəmə sualına cavab olaraq isə bildirmişdir ki, məcbur qalaraq qazın verilməsinin tibb müəssisələrinə dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktlarını təsdiq etdiklərini bildirmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 27 yanvar tarixli, e-2-2(113)-318/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının tabeliyində olan müəssisələrin 080055 ödəyici kodu üzrə 11,75 manat, 033008 ödəyici kodu üzrə 18.230,92 manat, 070490 ödəyici kodu üzrə 2.081,74 manat, 020101 ödəyici kodu üzrə 15,5 manat, 090101 ödəyici kodu üzrə 139.016,68 manat, 120004 ödəyici kodu üzrə 22.710,64 manat, 10/31164 ödəyici kodu üzrə 482,25 manat, 040010 ödəyici kodu üzrə 573,03 manat, 037001 ödəyici kodu üzrə 72.199,40 manat və 130047 ödəyici kodu üzrə 128,68 manat məbləğində borcların silinməsi qət edilmişdir (hakim – K.Hüseynov).

26. Məhkəmə qeyd etmişdir ki, sadə riyazi hesablamaya əsasən, təxmini 275.642,07 manat məbləğində borc məbləği 2010 və 2011-ci illərdən əvvəlki tarixlərə aiddir və bunun hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır.

27. İddiaçının da tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 255.450,59 manat məbləğində borcun hər hansı bir əsası yoxdur.

28. Belə ki, cavabdeh tərəf borcun hesablanması əsası barədə hər hansı bir sənəd təqdim edə bilməmiş, sadəcə olaraq birtərəfli qaydada tərtib edilmiş və əsası əks olunmamış abonentin saldosunu təqdim etməklə kifayətlənmişdir.

29. Odur ki, birtərəfli qaydada tərtib edilmiş və əsası olmayan (göstəricilər əks olunmamış), sadəcə olaraq borc məbləği qeyd edilən, 2010 və 2011-ci illərdən əvvəlki dövrləri əhatə edən borcların hesablanması əsassız olmuşdur.

30. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfin tibb müəssisələrinə aid olan qazın verilməsinin dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktının imzalanması və 2010- 2011-ci ildən əvvəlki tarixlərə hesablanmış borc məbləğlərindən bir h issəsini ona görə ödəməsi barədə dəlilləri inandırıcıdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, hesablanmış 255.450,59 manat məbləğində borc silinməlidir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli, 80 saylı Qərarının 5.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixl i 2-2(103)-414/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdeh tərəfindən silinməli olan borc 033008 ödəyici kodu üzrə 18.020,42 manat, 090101 ödəyici kodu üzrə 139.008,93 manat, 120004 ödəyici kodu üzrə 22.700,14 manat, 040010 ödəyici kodu üzrə 527,54 manat, 037001 ödəyici kodu üzrə 72.143,39 manat olmaqla, cəmi 252.400,42 manat məbləğində müəyyən edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh iddiaçının tabeliyində olan tibb müəssisələrini qazla təchiz edir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun tabeliyində olan tibb müəssisələrinə 2010-cu ildən əvvəlki dövrə aid əsasları məlum olmayan 255.450,59 manat məbləğində borcun hesablandığını iddia edir və həmin borcun silinməsini tələb edir. Cavabdeh isə mübahisəli borcun sayğac göstəricilərinə əsasən hesablandığını əsas göstərərək iddiaya etiraz edir.

35. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının tabeliyində olan tibb müəssisələrinin abonent saldolarına görə, həmin müəssisələrə 2010 və 2011-ci illərdən əvvəlki dövrdə cəmi 275.642,07 manat məbləğində borc hesablanmışdır və həmin borcların hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır.

36. Digər tərəfdən iddiaçı ilə cavabdeh regional xidmət sahələr i arasında imzalanmış 2024-cü ilin iyul ayına aid üzləşmə aktlarına görə, cavabdeh tərəfindən iddiaçının qazdan istifadəyə görə borcunun 255.450,59 manat olması təsdiq edilsə də, iddiaçı həmin borc məbləği ilə razılaşmamışdır.

37. Xəzər rayon xidmət sahəsi (kod 033008) üzrə 18.020,42 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 18.230,92 manat, iddiaçının hesablamalarına görə 210,50 manat, fərq 18.020,42 manat); Qaradağ rayon xidmət sahəsi üzrə 139.008,93 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 139.016,68 manat, iddiaçının hesablamalarına görə 7,75 manat, fərq 139.008,93 manat); Suraxanı rayon xidmət sahəsi üzrə 22.700,14 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına gör ə 22.710,64 manat, iddiaçının hesablamalarına görə 10,5 manat, fərq 22.700,14 manat); Sabunçu rayon xidmət sahəsi üzrə 527,54 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 573,03 manat, iddiaçının hesablamalarına görə 45,49 manat, fərq 527,54 manat); Xəzər rayon xidmət sahəsi (kod 037001) üzrə 72.143,39 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 72.199,40 manat, iddiaçının hesablamalarına görə 56,01 manat, fərq 72.143,39 manat) olmaqla, cəmi 252.400,42 manat məbləğində borcu təsdiq etməmişdir.

38. Üzləşmə aktlarında əks olunmuş qalan borc məbləği isə, o cümlədən Xətai rayon Xidmət sahəsi (kod 033008) üzrə 11,75 manat məbləğində, Xəzər rayon Xidmət sahəsi üzrə 210,50 manat məbləğində, Binəqədi rayon Xidmət sahə si üzrə 2.081,74 manat məbləğində, Yasamal rayon Xidmət sahəsi üzrə 15,50 manat məbləğində, Qaradağ rayon Xidmət sahəsi üzrə 7,75 manat məbləğində, Suraxanı rayon Xidmət sahəsi üzrə 10,50 manat məbləğində, Nəsimi rayon Xidmət sahəsi üzrə 482,25 manat məbləğində, Sabunçu rayon Xidmət sahəsi üzrə 45,49 manat məbləğində, Xəzər rayon Xidmət sahəsi (kod 037001) üzrə 56,01 manat məbləğində və Nizami rayon Xidmət sahəsi üzrə 128,68 manat məbləğində borc olmaqla, cəmi 3.050,17 manat məbləğində borc isə iddiaçı tərəfindən təsdiqlənmişdir.

39. Beləliklə, iddiaçının tabeliyində olan tibb müəssisələrinə cavabdeh tərəfindən hesablanmış və üzləşmə aktlarında əks edilmiş cəmi 252.400,42 manat borc iddiaçı tərəfindən təsdiq edilməmiş, cavabdeh isə 2010-cu ildən əvvəlki dövrə aid həmin borcun əsaslılığına dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

40. Həmçinin, mübahisəli borcların hesablanmasından keçən ən azı 15 il ərzində cavabdeh tərəfindən mübahisəli borcla bağlı iddiaçıya hesab-fakturalar göndərilməmiş, eləcə də cavabdeh mübahisəli borcun 15 il ərzində iddiaçıdan tələb edilməməsinin və borc barədə sənədləşdirmə aparılmamasının səbəblərini məntiqli şəkildə əsaslandıra və izah edə bilməmişdir.

41. Digər tərəfdən iş materiallarına görə, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə 2024-cü ilin iyul ayına aid üzləşmə aktlarında əks olunmuş borcun tam şəkildə silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin iddianı təmin edərkən üzləşmə aktlarında əks olunmuş borcun 3.050,17 manat hissəsinin iddiaçı tərəfindən təsdiqlənmiş borc olmasını nəzərə almamış dır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilərək silinməli olan borc məbləği iddiaçı tərəfindən üzləşmə aktlarında təsdiq edilməmiş məbləğdə, yəni 252.400,42 manat məbləğində müəyyən edilməlidir.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1 və 442-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli, 80 saylı Qərarının 5.2-ci bəndinə, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

43. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun təmin edilmiş hissəsinin ləğv edilməsini və həmin h issədə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli, 80 saylı Qərarının 4.8 və 5.2-ci bəndləri üzrə - İş materiallarına əlavə edilmiş abonent saldolarına görə, iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət də bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur.

45. MPM 88 və 217-ci maddələri üzrə - Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, mübahisələndirilən borcun yaranma səbəbləri barədə cavabdeh sübut təqdim etməmişdir. Bununla bağlı kassator hesab etmişdir ki, mübahisə hüquqi şəxsə məxsus 32 abonent hesabı ilə bağlıdır. Hər bir abonent hesabı üzrə çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilmiş lakin sonunda məhkəmə tərəfindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Apellyasiya instansiyası isə bu mövqe ilə razılaşmışdır. Abonent saldolarına və kommersiya işinin materialına görə, istehlakçı sayğac göstəriciləri üzrə hesablanmış borc məbləğindən məlumatlı olmuş və hətta həmin borclardan bir qismini ödəmişdir. Məhkəmə isə işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətini nəzərə almadan qətnamə qəbul etmişdir.

46. Kassasiya şikayətinin digər məsələlər hissəsində cavabdeh abunə hesabına istinad edərək bildirmişdir ki, borc qaz sayğacının göstəricilərinə ə sasən hesablanmış və hər bir kod üzrə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçının nümayəndəsi-vəkili kassasiya şikayətinə etiraz ünvanlayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda göstərilmişdir ki, məhkəmələrin mövqeyinə əsasən cavabdehin iddiaçıya münasibətdə qeydə aldığı borc məbləğinin heç bir əsası yoxdur. Cavabdeh kassasiya şikayətinə də borcu təsdiqləyən sənədlər əlavə etməmiş, borcun mövcudluğunu təsdiqləyən sənədlər mövcud olmadığından və təqdim olunmadığından kassasiya şikayəti təmin edilə bilməz. Kassasiya baxışının hədləri

48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən – iddia tələbinin təmin edilmiş hissə sində yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili kassasiya şikayətinə yazılı etiraz ünvanladığını qeyd edərək, mövqeyini bildirmişdir.

51. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məluma t verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 53. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması...

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı ş əbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 54. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli, 80 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....”

55. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə b axışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” K assasiya instansiya məhkəməsinin mövqeyi müvafiq 56.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 57.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühak imə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 58.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59.Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia çının tabeliyində olan tibb müəssisələrinə cavabdeh tərəfindən hesablanmış və üzləşmə aktlarında əks edilmiş cəmi 252.400,42 manat borc iddiaçı tərəfindən təsdiq edilməmiş, cavabdeh isə 2010-cu ildən əvvəlki dövrə aid həmin borcun əsaslılığına dair hər hansı sübutları təqdim etməmişdir.

60. Həmçinin mübahisəli borcların hesablanmasından keçən ən azı 15 il ərzində cavabdeh tərəfindən mübahisəli borcla bağlı iddiaçıya hesab-fakturalar göndərilməmiş, eləcə də cavabdeh mübahisəli borcun 15 il ərzində iddiaçıdan tələb edilməməsinin və borc barədə sənədləşdirmə aparılmamasının səbəblərini məntiqli şəkildə əsaslandıra və izah edə bilməmişdir

61. Nəzərə almaq lazımdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sü buta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

63. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kass asiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

64. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

65. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilm əməlidir.

66. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(103)-414/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar