Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-664/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi barədə qərardadın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı pul tələbinə dair iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 22(107)-107/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 12 iyun tarixli e-2-2(117)-613/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 12237,47 manat əsas, 600 manat cərimə borcu və 130.38 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənil miş, iddia qalan hissədə rədd edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(107)-107/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir (sədrlik edən – N.Quliyev, hakimlər – E.Hüseynov və Ə.Kərimov).
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti D ağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini hüquqi şəxs kimi qəbul edərək həmin cavabdehə qarşı yönəlmiş tələbə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
6. Məhkəmə bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
7. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan nümayəndəliyə qarşı yönəldildiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz.
9. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda cavabdeh yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında deyildir. Birinci instаnsiyа məhkəməsi işin bütün fаktiki hаllаrını tаm, hərtərəfli və оbyektiv аrаşdırmаmış və tərəflər аrаsındаkı mübа hisənin həlli üçün tətbiq edilməli оlаn prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməmişdir.
10. Sonda məhkəmə kollegiyası izah etmişdir ki, iş üzrə cavabdeh qismində göstərilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə iddiaçı hazırkı tələblə bağlı əsl cavabdeh olan Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 53.1, 53.2, 53.3, 54.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 48, 49.1, 50.1, 50.3, 54.1, 54.2, 261.0.1, 262.1, 262.3, 372.6, 372.7, 384.0.5, 387.2.8, 402.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinin və 124-cü maddəsinin İ hissəsinin tələbləri pozulmuşdur.
14. MM-in 43-cü maddəsi üzrə - apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qismində göstərilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə iddiaçı hazırkı tələblə bağlı əsl cavabdeh olan Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəmənin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən yerli icra hakimiyyətlərinin hüquqi statusuna münasibət bildirilməmiş, hansı kateqoriyaya aid olduğu (Kommersiya hüquqi şəxslər, Qeyri-kommersiya hüquqi şəxslər, Publik hüquqi şəxslər) öz əksini tapmamışdır.
15. MM-in 53-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə üzrə - Məhkəmə qərardadında hüquqi şəxsin struktur vahidlərinə münasibətdə qeyd etmişdir ki, MM-in 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, inzibati ərazi dairələri üzrə nümayəndəliklər MM-in 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mən afelərini təmsil və müdafiə edən ayrıca bölməsi hesab edilmir. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Yəni, yerli icra hakimiyyətləri dövlət idarəetmə orqanlarıdır, inzibati ərazi dairələri üzrə nümayəndəliklər yerli icra hakimiyyətinin başçısına tabedirlər, MM-in 53 və 54-cü maddələrinin təsir dairəsinə düşmürlər.
16. İddiaçı qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanına əsasən tənzimlənmişdir.
17. MPM-in 261-ci maddəsi üzrə - Məhkəmə qərardadla MPM-in və hüquq nəzəriyyəsinin təməli olan subyektiv hüququn prinsiplərini pozmuşdur. Qeyd olunan mübahisə predmeti üzrə məhkəmənin cavabdehin Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yox Zaqatala Rayon İcra Hakimiyyəti olması qənaətinə gəlməsi, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır əsa sı ilə iş üzrə icraata xitam verilməsi üçün səbəb deyildir və qərardad qəbul olunarkən iddiaçının prossesual hüquqları pozulmuşdur. Qərardad mülki prosessual qanunvericiliyə əsasən düzgün əsaslandırılmamış və xitam verildiyi halda iddiaçıya məhkəməyə yox hara müraciət ediləcəyi göstərilməmişdir.
18. Tərəflər arasında kommersiya mübahisəsinin yaranmasına əsas 2020-ci il 28 sentyabr tarixli SA-553 nömrəli müqavilədir. Məhkəmənin qərardadla iş üzrə icraata xitam verməsi əsassızdır. Məhkəmə mübahisə predmeti üzrə cavabdehin Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yox Zaqatala Rayon İcra Hakimiyyəti olması qənaətinə gəlmişdirsə iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında (yaxud əsl olmayan tərəfin əsl olan tərəflə əvəz olun ması) yekun qərar çıxarmalı idi.
19. MPM-in 372-ci maddəsi üzrə - Məhkəmə qərardadında apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 2024cü il 13 iyul tarixli məktubda cavabdehin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, öz iradəsi ilə yox Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Mübariz Əhmədzadənin göstərişinə əsasən apellyasiya şikayəti vermək qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
22. Kassasiya instans iyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
53. Nümayəndəliklər və filiallar 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu y erdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.” “Maddə
54. İdarə... 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir....”
24. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ümumi müddəalar... 1.6 Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daş ınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
25. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.” “Maddə
49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur....” “Maddə
50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.... 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar....” “Maddə
54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır....” “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
262. İcraata xi tam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılma mış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;...” “Maddə
387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:... 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edi r ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmələr, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (MPM-nin 4.1 və 24.1-ci maddələri).
27. Hazırkı iş üzrə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
28. Belə ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi bu qərarın §8, 9-da göstərilən məzmunu ilə əhatələnmişdir. Məh kəmə kollegiyası bununla bağlı vurğulayır ki, mövcud qanunvericiliyin tələbləri baxımından bu cür mövqe ilə razılaşma aşağıda göstərilən qanunvericilik normaları baxımından məqbul hesab edilə bilməz.
29. İlk növbədə qeyd edilməlidir ki, MM-in müddəalarına görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər (MM-in 43.1 və 43.2-ci maddələri). Bundan başqa hüquqi şəxsin fəaliyyətinin istiqamətləri, habelə bunlardan gəlir əldə edib-etməməsi də onların qanunvericilikdə fərqləndirilməsini də şərtləndirmişdir.
30. MM-in 43.5-ci maddəsindən görünür ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
31. Bu normaların müqayisəli təhlilindən belə qənaətə gəlini r ki, hüquqi təbiəti baxımından MM ilə anlayışı verilmiş hüquqi şəxslərlə dövlət tərəfindən yaradılan və yaradılması xüsusi normativ aktlarla tənzimlənən digər təsisatların əhəmiyyətli dərəcədə fərqləndirilmə əlamətləri mövcuddur. Nəzərə alınmalıdır ki, MM-in müddəalarına uyğun olaraq yaradılan hüquqi şəxslərin hüquq qabiliyyəti yalnız onlar təsis edildikdən sonra dövlət qeydiyyatına alındığı andan yaranır. Hüquqi şəxsin nizamnaməsi, təsis edilməsi, idarəetmə orqanları, təşkilati hüquqi formaları ilə bağlı qaydalar isə MM-in 45, 47, 49, 64-cü maddələri ilə tənzimlənmişdir. Diqqətdən qaçırılmamalıdır ki, MM-in 53-cü maddəsində hüquqi şəxsin nümayəndəlik və filiallarla bağlı qaydalar da nizamlanmış, lakin bu tənzimləmə məhz bu Məcəllənin normalarına əsasən yaradılmış hüquqi şəxslərin nümayən dəlik və filiallarının səlahiyyətlərini ehtiva edir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə görə Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yaradılması, həmçinin yerli icra hakimiyyəti orqanlarının aktlarının ləğv edilməsi də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri sırasında göstərilmişdir (Konstitusiyasının 109-cu maddəsinin Vİİ və İX hissələri). Konstitusiyanın 124-cü maddəsində nəzərdə tutulur ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan R espublikasının Prezidenti müəyyən edir.
33. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının yaradılması, onların fəaliyyətlərinin tənzimlənməsi birbaşa Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir və hüquqi şəxslərlə bağlı MM-in yuxarıda göstərilən normalarının təsir dairəsindən kənardadır.
34. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər də yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Həmçinin yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələr i üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır (bu əsasnamənin 1.7-ci bənd). Yerli icra hakimiyyətlərinin təşkili qaydalarına görə yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunu və ştat vahidlərinin sayını, yerli icra hakimiyyəti başçısının yanında olan orqanları və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri həyata keçirməkdir (bu Əsasnamənin 2.8 və 5.3-cü bəndləri).
35. Təsadüfi deyildir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 8.1.6-cı maddəsinə görə yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər də 5-ci kateqoriya dövlət orqanları sırasında göstərilmişdir.
36. Yuxarıda qeyd olunanlardan belə t əəssürat yarana bilər ki, dövlət orqanları hesab edildiklərinə görə MM-də müəyyən edilmiş dövlət orqanı kimi hüquqi şəxs statusundan kənarda qalmaqla yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri mülki dövriyyədə müstəqil subyektlər kimi iştirak edə bilməzlər.
37. Lakin belə yanaşma elə MM-in özündə müəyyənləşdirilmiş qaydaların təkzibi ilə nəticələnərdi. Belə ki, MM-in 5-ci maddəsində birbaşa göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir (MM-in 5.2-ci maddəsi). Eyni zamanda MM-in 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eyn ilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
38. Qeyd edilən bu normanın məzmunu isə MM-in 53-cü maddəsində müəyyənləşdirilmiş nizamlamadan əhəmiyyətli surətdə fərqlənməklə yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin mülki dövriyyədə iştirakına sədd çəkmir.
39. Bundan başqa MPM-in işdə iştirak tərəflərin dairəsini müəyyənləşdirmiş 46-cı maddəsində dövlət orqanları da göstərilmiş, həmin Məcəllənin 50.1-ci maddəsinə görə isə prosesdə dövlət orqanları da iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bu qərarın əvvə lində qanunvericilik normalarının təhlili baxımından hazırkı iş üzrə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi dövlət orqanı kimi hazırkı mübahisə üzrə bilavasitə tərəfdir və onun prosessual statusunu inkar edən və ya şübhə altına alan hər hansı bir müddəa həm maddi, həm də prosessual qanunvericilikdə mövcud deyildir.
41. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı və iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 25 dekabr tarixli 2-2(103)- 1137/2023 nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
42. MPM-in 417-419 -cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(107)-107/2024 nömrəli qərardadı ləğv olunsun. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.