Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-668/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-668/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 avqust tarixli, 22(106)-100/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati b inasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 11 yanvar tarixində SM/2022/013 nömrəli alğı-satqı müqaviləsi ilə satıcı İddiaçı QSC pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcı Cavabdeh satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir. Alıcı hazırkı Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nağdsız qaydada həyata keçirir. Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. 2. 2023-cü il 27 yanvar tarixli üzləşmə aktına əsasən, Cavabdeh qalıq borcu 39.842,16 manat məbləğində təşkil etmişdir. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq olunmuşdur. 3. 2023-cü il 1 noyabr tarixli maliyyə arayışına əsasən, cavabdehin yekun borcu 36.567,06 manat məbləğində təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2022ci il 11 fevral tarixli SM/2022/013 nömrəli alğı-satqı müqaviləsi üzrə 20.842,18 manat borcun, 1.493,41 manat illik 5 faizin və 200 manat məbləğində mediasiya pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cav abdeh öhdəliyini lazımi qaydada icra etməmiş, borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı 2023-cü il 26 sentyabr tarixli təklif göndərilmişdir. Cavabdeh İlkin mediasiya sessiyasında iştirak etmədiyi üçün X1 1 saylı Mediasiya Təşkilatı tərəfindən 2023-cü il 21 noyabr tarixli arayış verilmişdir.
6. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 29 fevral tarixli, e-2-2(121)178/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim E.Abdullayev).
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə malların satılmasını, cavabdeh isə malları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan mü qaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir.
8. Belə ki, tərəflər arasında 2023-cü il 27 yanvar tarixli üzləşmə aktı imzalanmışdır. Həmin akt iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 2023-cü il 27 yanvar tarixinə 39.842,16 manat borcunun olması əksini tapmışdır. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan malı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.7, 448.1, 448.2, 567, 599.1, 599.3, 600.1, 882.1, 882.2, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – tələbin artıq hesablanmış əsas borc, faiz və mediasiya xərci hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 avqust tarixli 2-2(106)-100/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim T.Kərimov, hakimlər S.Mayılov və C.İmanov).
12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında sement məhsullarının alğı-satqısından irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı cavabdehə malların satılmasını, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh özü də vermiş olduğu apellyasiya şikayətində məzmun etibarı ilə almış olduğu sement məhsullarına görə iddiaçıya borcunun olduğunu inkar etməmiş və əsas borcun artıq hesablandığını qeyd etmişdir. Bununla belə apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı təşkilata iddiada qeyd olunan məbləğdə borclarının qaldığını etiraf edərək, ayda 2.000 manat olmaqla bir il ərzində borcu qaytarmaq təklifini iddiaçının qəbul etmədiyini bildirmişdir.
13. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, əsas borcun artıq hesablanmasından ibarət apellyasiya şikayətinin dəlili tam əsassızdır. Əvvəla ona görə ki, iddiaçı tələbinin əsası kimi cavabdehlə aralarında aparılan 2023-cü il 27 yanvar tarixli üzləşmə aktına istinad etmiş və cavabdeh həmin aktda iddiaçıya 39.842,16 manat məbləğində b orcunun olduğunu etiraf etmişdir. Sonrakı mərhələlərdə isə cavabdeh tərəfindən üzləşmə aktı ilə müəyyən borc məbləğindən hissə-hissə olmaqla 4.000 manat, 10.000 manat, 5.000 manat məbləğlərində ödənişlər olunaraq, bir daha mövcud borcun etirafına yönəlik hərəkətlər edilmişdir.
14. Bundan başqa, cavabdeh apellyasiya şikayətində əsas borcun artıq hesablandığını bildirmiş olsa da, artıq hesablamanın mövcudluğuna dair hər hansı bir dəlil gətirməmiş və apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi verdiyi izahatında iddia olunan məbləğdə borclarının olduğunu bir daha təsdiq etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyindən və kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddianı 1.493.41 manat məbləğində faiz borcu nun tutulması hissədə təmin edən aşağı instansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 16.1. Mülki Məcəllənin 407.2-ci maddəsi üzrə - cavabdeh 2022-ci il 11 yanvar tarixli SM/2022/013 nömrəli alğı-satqı müqaviləsinə imza etməmişdir. Belə ki, həmin müqavilə cavabdeh tərəfindən imzalanmamış, müqavilədə dəqiq qiymət göstərilməmiş, əksinə cavabdehin maddi vəziy yətini ağırlaşdırmışdır. 16.2. Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə - iddiaçının digər satış göstərən şəxslərə qeyd olunan malları cavabdehə münasibətdə aşağı qiymətə verməsi və onların malları aşağı qiymətə satması haqsız rəqabətə yol açaraq cavabdehin maddi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Belə ki, qeyd olunan maddə icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. 16.3. Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələri üzrə - məhkəmə qətnamə qəbul edərkən bütün halları tam araşdırmamış, mövcud olmuş halı iddiaçının xeyrinə tövsif etmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasın da baxılmışdır.
18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəm ə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcı ya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci ma ddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olara q hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
25. Tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən imzalanmamasındən ibarət kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdeh iddiaçı ilə müqavilə münasibətlərində olmaması dəlilini aşağı instansiya məhkəmələrində irəli sürməmiş, yalnız kassasiya şikayətində bu hala istinad etmişdir.
26. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iş məhkəmənin icraatında olduğu dövrdə də ödənişlər olunmuş və bununla da, cavabdeh iddiaçı ilə müqavilə münasibətlərində olmasını etiraf etmişdir.
27. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 8 avqust tarixli, 2-2(106)-100/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi