Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-669/2024 14.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “pul” tələ binə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli, 22(107)-106/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli, e-2-2(117)-612/2024 nömrəli qətnaməsi ilə (hakim R.A.Məcidov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 6118,57 manat əsas borcun, 305 manat cərimə borcunun, 87,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, id dianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 565 nömrəli müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə verilməli olan 80 adda məhsulun ümumi dəyəri müqavilə ilə şərtləşdirildiyi kimi 46445,22 manat təşkil etmişdir. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən göründüyü kimi 18572, 74 manat mal cavabdehə təhvil verilmiş və həmin sənədlər cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 6118,57 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında qalıq borcun dəqiqləşdirilməsi məqsədilə qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 6118,57 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən və cavabdehin 6118,57 manat borcunun olması sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktı ilə təsdiqini tapdığından, 6118,57 m anat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
4. Bundan başqa məhkəmə 611,86 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 305 manat cərimə tutulmalıdır.
5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467, 567, 600.1, 600.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(107)-106/2024 nömrəli qərardadı ilə (hakim Ə.V.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər E. Ş.Hüseynovdan və G.İ.Cavadovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini hüquqi şəxs kimi qəbul edərək, həmin cavabdehə qarşı yönəlmiş tələbə mahiyyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.
9. Məhkəmə bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən, tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarş ı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda cavabdeh yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında deyildir. Birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv аrаşdırmаmış və tərəflər аrаsındаkı mübahisənin həlli üçün tətbiq edilməli оlаn prosessual hüquq nоrmаlаrını düzgün tətbiq etməmişdir.
11. Sonda məhkəmə kollegiyası izah etmişdir ki, iş üzrə cavabdeh qismində göstərilmiş Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə iddiaçı hazırkı tələblə bağlı əs l cavabdeh olan Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1, 53.2, 53.3, 54.2-ci, Mülki Prosessual Məcəllənin 48, 49.1, 50.1, 50.3, 54.1, 54.2, 261.0.1, 262.1, 262.3, 372.6, 372.7, 384.0.5, 387.2.8, 402.2, 402.2.4-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimi yyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndi, 124cü maddəsinin İ hissəsi, Mülki Məcəllənin 43-cü maddəsi üzrə - məhkəmə tərəfindən qərardad qəbul edilərkən yerli icra hakimiyyətlərinin hüquqi statusuna münasibət bildirilməmiş, hansı kateqoriyaya aid olduğu (Kommersiya hüquqi şə xslər, Qeyrikommersiya hüquqi şəxslər, Publik hüquqi şəxslər) öz əksini tapmamışdır. - Mülki Məcəllənin 53-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə üzrə - Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, inzibati ərazi dairələri üzrə nümayəndəliklər MM-in 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi hesab edilmir. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzib ati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Yəni, yerli icra hakimiyyətləri dövlət idarəetmə orqanlarıdır, inzibati ərazi dairələri üzrə nümayəndəliklər yerli icra hakimiyyətinin başçısına tabedirlər, MM-in 53 və 54-cü maddələrinin təsir dairəsinə düşmürlər. Tərəflər arasında hüquq münasibətləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qay dası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanına əsasən tənzimlənmişdir. Tərəflər arasında bağlanmış 2020-ci il 28 sentyabr tarixli, SA-565 nömrəli müqaviləyə əsasən, icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 46445 manat təşkil edir. Tərəflər arasında hüquq münasibətləri 2016-cı ildən başlamış, Yerli icra hakimiyyəti tərəfindən bu halla ba ğlı heç bir etiraz olunmamış və tabeli qurumun fəaliyyəti məqsədəuyğun hesab edilmişdir. Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN **********) müstəqil balansa, müstəqil bank hesabına, möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mülki qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan hüquq və vəzifələri daşıyırlar, mülki dövriyyənin bərabər hüquqlu (subyekti) iştirakçısıdır. - Mülki Prosessual Məcəllənin 261-ci maddəsi üzrə - cavabdehin Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yox, Zaqatala Rayon İcra Hakimiyyəti olması qənaətinə gəlməsi, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır əsası ilə iş üzrə icraata xitam verilməsi üçün səbəb deyildir və qər ardad qəbul olunarkən iddiaçının prosessual hüquqları pozulmuşdur. Qərardad mülki prosessual qanunvericiliyə əsasən düzgün əsaslandırılmamış və xitam verildiyi halda iddiaçıya məhkəməyə yox hara müraciət ediləcəyi göstərilməmişdir. Tərəflər arasında kommersiya mübahisəsinin yaranmasına əsas 2020-ci il 28 sentyabr tarixli SA565 nömrəli müqavilədir. Məhkəmə cavabdehin Zaqatala Rayonu İcra Hakimiyyəti Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yox, Zaqatala Rayon İcra Hakimiyyəti olması qənaətinə gəlmişdirsə iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında (yaxud əsl olmayan tərəfin əsl olan tərəflə əvəz olunması) yekun qərar çıxarmalı idi. - Mülki Prosessual Məcəllənin 372-ci maddəsi üzrə - Məhkəmə qərardadında apellyasiya instansiyası məhkəməsində işə baxılm anın hədləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 2024-cü il 13 iyul tarixli məktubda cavabdehin nümayəndəsi Nazim Safquliyev bildirmişdir ki, öz iradəsi ilə yox, Zaqatala rayon İcra Hakimiyyəti Başçısı Mübariz Əhmədzadənin göstərişinə əsasən apellyasiya şikayəti vermək qənaətinə gəlmişdir. Kassasiya şikayətinə eyni xarakterli müqavilə öhdəliyindən irəli gələn mübahisələrə dair Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olmuş İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərə qarşı qanuni qüvvəsini almış məhkəmə qətnamələri əlavə edilmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublika sı mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddiaçı a pellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Məcəlləsinin: “Maddə
53. Nümayəndəliklər və filiallar 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnam ələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.” “Maddə
54. İdarə... 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir....”
20. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: “Ümumi müddəalar... 1.6 Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nüma yəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabe dirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Maddə
48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.” “Maddə
49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müə yyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur....” “Maddə
50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.... 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar....” “Maddə
54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bun un üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır....” “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə;...” icraatı “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin də lillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;...” “Maddə
387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:... 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
23. İlk olaraq, məhkəmə kollegiyası izah edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək h üququna malikdirlər. Məhkəmələr, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (MPM-nin 4.1 və 24.1-ci maddələri).
24. Mülki Məcəllənin müddəalarına görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi ş əxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər (MM-in 43.1 və 43.2-ci maddələri). Bundan başqa hüquqi şəxsin fəaliyyətinin istiqamətləri, habelə bunlardan gəlir əldə edib-etməməsi də onların qanunvericilikdə fərqləndirilməsini də şərtləndirmişdir.
25. Mülki Məcəllənin 43.5-ci maddəsindən görünür ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qur umlar ola bilər.
26. Bu normaların müqayisəli təhlilindən belə qənaətə gəlinir ki, hüquqi təbiəti baxımından Mülki Məcəllə ilə anlayışı verilmiş hüquqi şəxslərlə dövlət tərəfindən yaradılan və yaradılması xüsusi normativ aktlarla tənzimlənən digər təsisatların əhəmiyyətli dərəcədə fərqləndirilmə əlamətləri mövcuddur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin müddəalarına uyğun olaraq yaradılan hüquqi şəxslərin hüquq qabiliyyəti yalnız onlar təsis edildikdən sonra dövlət qeydiyyatına alındığı andan yaranır. Hüquqi şəxsin nizamnaməsi, təsis edilməsi, idarəetmə orqanları, təşkilati hüquqi formaları ilə bağlı qaydalar isə MM-in 45, 47, 49, 64-cü maddələri ilə tənzimlənmişdir.
27. Həmçinin, Mülki Məcəllənin 53-cü maddəsində hüquqi şəxsin nümayəndəlik və filiallarla bağlı qaydalar da nizamlanmış, lakin bu tənzimləmə məhz bu Məcəllənin normalarına əsasən yaradılmış hüquqi şəxslərin nümayəndəlik və filiallarının səlahiyyətlərini ehtiva edir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə görə Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yaradılması, həmçinin yerli icra hakimiyyəti orqanlarının aktlarının ləğv edilməsi də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri sırasında göstərilmişdir (Konstitusiyasının 109-cu maddəsinin Vİİ və İX hissələri). Konstitusiyanın 124-cü maddəsində nəzərdə tutulur ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzi fəyə təyin və vəzifədən azad edir. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
29. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının yaradılması, onların fəaliyyətlərinin tənzimlənməsi birbaşa Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir və hüquqi şəxslərlə bağlı Mülki Məcəllənin yuxarıda göstərilən normalarının təsir dairəsindən kənardadır.
30. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər də yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Həmçinin yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır (bu əsasnamənin 1.7-ci bənd). Yerli icra hakimiyyətlərinin təşkili qaydalarına görə yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dair ələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunu və ştat vahidlərinin sayını, yerli icra hakimiyyəti başçısının yanında olan orqanları və onların işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri də Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri həyata keçirməkdir (bu Əsasnamənin 2.8 və 5.3-cü bəndləri).
31. Təsadüfi deyildir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 8.1.6-cı maddəsinə görə yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəli klər də 5-ci kateqoriya dövlət orqanları sırasında göstərilmişdir.
32. Yuxarıda qeyd olunanlardan belə təəssürat yarana bilər ki, dövlət orqanları hesab edildiklərinə görə Mülki Məcəllədə müəyyən edilmiş dövlət orqanı kimi hüquqi şəxs statusundan kənarda qalmaqla yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri mülki dövriyyədə müstəqil subyektlər kimi iştirak edə bilməzlər.
33. Lakin, belə yanaşma MM-in özündə müəyyənləşdirilmiş qaydaların təkzibi ilə nəticələnərdi. Belə ki, Məcəllənin 5-ci maddəsində birbaşa göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir (MM-in 5.2-ci maddəsi). Eyni zamanda MM-in 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
34. Qeyd edilən bu normanın məzmunu isə Mülki Məcəllənin 53-cü maddəsində müəyyənləşdirilmiş nizamlamadan əhəmiyyətli surətdə fərqlənməklə yerli icra hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin mülki dövriyyədə iştirakına sədd çəkmir.
35. Bundan başqa Mülki Prosessual Məcəllənin işdə iştirak tərəflərin dairəsini müəyyənləşdirmiş 46-cı maddəsində dövlət orqanları da göstərilmiş, həmin Məcəllənin 50.1-ci maddəsinə görə isə prosesdə dövlət orqanları da iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bu qərarın əvvəlində qanunvericilik normalarının təhlili baxımından hazırkı iş üzrə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi dövlət orqanı kimi hazırkı mübahisə üzrə bilavasitə tərəfdir və onun prosessual statusunu inkar edən və ya şübhə altına alan hər hansı bir müddəa həm maddi, həm də prosessual qanunvericilikdə mövcud deyildir.
37. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı və iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli, 2-2(107)-106/2024 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.