Məhkəmə qərarları › İş №2-2(102)-67/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-67/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-67/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-7 79/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MTK arasında 2014-cü il 23 aprel tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Bakıkhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, Kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.

2. Müqavilənin: - 5.4-cü bəndində qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. - 7.2-ci bəndinə əsasən Kooperativ öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Banka dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır.

3. İddiaçı ASC ilə Cavabdeh2 arasında 2015-ci il 25 fevral tarixli 1787/15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank Cavabdeh2 60 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında aparılan çoxmərtəbəli yaşayış kompleksində 2-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 45,65 kv.m olan 1 otaqdan ibarət 45 saylı mənzilin alı nması üçün 30.540 ABŞ dolları məbləğində kredit vermişdir.

4. Cavabdeh2 banka əsas borc üzrə 27,056,63 ABŞ dolları faiz borcu üzrə 11,218,22 ABŞ dolları, cərimə borcu üzrə 9,310,14 ABŞ dolları və əsas borca illik illik 5 faiz hesablanmaqla 5.602,40 ABŞ dolları olmaqla, cəmi 53.187,39 manat borcu vardır (2024-cü il 23 aprel tarixli maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) 2023-cü il 22 fevral tarixində cavabdehlər Cavabdeh1nə (bundan sonra-“MTK”) və Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, əsas borc üzrə 27.056,63 ABŞ dolları, faiz borcu üzrə 11.218,22 ABŞ dolları və cərimə borcu üzrə 9.310,14 ABŞ doll arı, illik beş faiz hesablanmaqla 5.602,40 ABŞ dolları və iş üzrə ödənilmiş 361 manat dövlət rüsumunun cavabdeh MTK və Cavabdeh2 müştərək qaydada tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin hallarında göstərilənlərə (bax yuxarıda §1-4) istinadla əsaslandırılmış və bildirilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borc 27.056,63 ABŞ dolları, faiz borcu 11.218,22 ABŞ dolları, cərimə borcu 9.310,14 ABŞ dolları və illik beş faiz hesablanmaqla 5.602,40 ABŞ dolları məbləğində borc yaranmışdır.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2023-cü il 30 oktyabr tarixli e-2(102)445/2023 nömrəli qərarı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı K ommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Cavabdeh MTK iddia tələbinə qarşı etiraz verərək zaminlik müddətinin ötürüldüyünə görə artıq heç bir öhdəlik daşımadıqlarını və iddianın MTK-ya aid hissədə rədd edilməli olduğunu göstərmişdir.

9. Cavabdeh2 iddiaya qarşı etiraz verərək, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir.

10. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 14 mart tarixli 9/278 nömrəli rəyinə əsasən iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli müqavilə üzrə banka ödənməli olan kredit borcu əsas borc üzrə 27.027,96 ABŞ dolları, faiz borcu üzrə 13.784,26 ABŞ dolları, illik 5 % dərəcəsi ilə faiz borcu 3.994,13 ABŞ dolları təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 may tarixli 2-2(113)-440/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 kredit müqaviləsi üzrə 27.027 ABŞ dolları məbləğində kredit borcu, 11.218 ABŞ dolları məbləğində faiz borcu, 1350 ABŞ dolları məbləğində cərimə pulu olmaqla, cəmi 39.596 ABŞ dolları 18 sent, həmçinin əsas borca illik 5 % hesablanmaqla 5.592,2 ABŞ dolları ödəniş günü Azərbaycan manatına uyğun məzənnə üzrə manatla və dövlət rüsumunun əvəzi olaraq 225,56 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).

12. Birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borcuna münasibətdə tam, dəbbə pulu tələbinə münasibətdə isə qismən əsaslı hesab etmiş, cavabdehin iddia müddətinin ö türülməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışa görə iddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə 2023-cü il 22 fevral tarixində müraciət etmiş, lakin iş məhkəmə tərəfindən bir neçə gün sonra yəni 2023-cü il 27 fevral tarixdə qeydə alınmışdır. Məhkəmə, 5 illik müddətə bağlanmış 2015ci il 25 fevral tarixli müqavilənin müddətinin 2020-ci il 25 fevral tarixində başa çatdığını, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçının iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə 2023-cü il 22 fevral tarixində müraciət etdiyini və iddia müddətinin 2023-cü il 25 fevral tarixində bitdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə iddia müddəti ötürülməmişdir.

13. Bundan başqa iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqaviləyə zaminlik müqaviləsi kimi qiymət verilməli və ona münasibətdə iddia rədd edilməlidir. Belə ki, kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti 5 il (2020-ci il 25 fevral) müəyyən edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 22 fevral tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

14. Məhkəmə 2020-ci il 25 fevral tarixdən 2024-cü il 15 aprel tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5.602,40 ABŞ dolları məbləğində pulun tələb edilməsinə münasibətdə qeyd etmişdir ki, 2020-ci il 25 fevral tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 2024-cü il 15 aprel tarixədək (iddiaçının tələb etdiyi tarix) hesabladıqda görünür ki, təxmini 4 il 1 ay 20 gün keçmişdir. Belə olan halda, əsas borca illik 5 faiz hesablanmaqla 5.592,2 ABŞ dolları (27.027.96x5/100=1.351,398 (1 il üçün), 1.351,398x4=5.405,592 (4 il üçün), 1.351,398/12=112,6165 (1 ay üçün), 112,6165/30=3,7538 (1 gün üçün), 3,7538x20=74 (20 gün üçün) məbləğində pul da Cavabdeh2 tutularaq banka ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki M əcəlləsinin (bundan sonra-“MM”) 425, 445.7, 462.1, 467, 470.1, 477.4, 739.1, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti ndə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-779/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V. Baxışova və Z.Şirinov).

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 25 fevral 2015-ci il tarixli, 1787/15 nömrəli kredit müqaviləsi bağlanması və həmin müqaviləyə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 30.540 ABŞ dolları məbləğində kre dit verilməsi işin mübahisəsiz hallarını təşkil edir.

19. İddiaçı həmin kredit müqaviləsi üzrə 27.056,63 ABŞ dolları əsas borcun, 11.218,22 ABŞ dolları faiz borcunun, 9.310,14 ABŞ dolları cərimə borcunun və illik beş faizlə hesablanmış 5.602,40 ABŞ dolları borcun tutulması tələbini irəli sürmüşdür.

20. Cavabdeh2 borcun məbləğini mübahisələndirmir. Eyni zamanda, işin materiallarında olan 23 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 27.056,63 ABŞ dolları faiz borcu üzrə 11.218,22 ABŞ dolları, cərimə borcu üzrə 9.310,14 ABŞ dolları və əsas borca illik illik 5 faiz hesablanmaqla 5.602,40 ABŞ dolları olmaqla, cəmi 53.187,39 manat borcu vardır.

21. Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 9/278 nömrəli rəyində qeyd edilmişdir ki, İ ddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli müqavilə üzrə banka ödənməli olan əsas kredit borcu 27.027,96 ABŞ dolları, faiz borcu 13.784,26 ABŞ dolları, illik 5 % dərəcəsi ilə faiz borcu 3.994,13 ABŞ dolları təşkil edir.

22. Qeyd olunanları, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, ekspert rəyini araşdıraraq və hazırki işdə iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7, 462, 739.1, 741-ci maddələrinin bütün dispozisiya şərtlərinin mövcud olduğuna əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. 2

3. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmənin qiymətləndirməsi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 13 fevral 2023- cü il tarixdə bildiriş məktubu ünvanlayaraq 25 fevral 2015-ci il tarixli, 1787/15 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmişdir (cild i/v 20). Həmin bildiriş məktubu isə mahiyyət etibarı ilə pretenziya məktubuna bərabərdir və bu baxımdan iddiaçı pretenziya qaydasına riayət etmişdir.

24. İddia müddəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən borcalana kredit 60 ay müddətinə verilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti 25 fevral 2020-ci il tarixində, 18:00 saatda bitir. 25. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan isə görünür ki, iddiaçı tərəf Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə 22 fevral 2023-cü il tarixində müraciət etmiş, lakin iş Məhkəmə tərəfindən bir neçə gün sonra yəni 27 fevral 2023-cü il tarixdə qeydə alınmışdır.

26. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Çünki, 5 illik müddətə bağlanmış 25 fevral 2015ci il tarixli müqavilənin müddəti 25 fevral 2020-ci il tarixində başa çatmış, iddiaçı da həmin müddətdən hesablandıqda 3 illik iddia müddəti keçmədən 22 fevral 2023-cü il tarixində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

27. İddiaçının mediasiyaya müraciət etməməsi ilə bağlı qeyd edilmişdir ki, iddiaçı ilkin olaraq ümumi məhkəməyə müraciət edərkən o nun belə vəzifəsi olmamışdır. Sonradan işin kommersiya mübahisəsi olmasının müəyyən edilməsi isə hazırda iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Belə ki, 25 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Qanunun 3.2, 28, 28.1 və 29-cu maddələrinə edilmiş dəyişikliklərə əsasən kommersiya mübahisələri üzrə məcburi mediasiya tələb olunmur. Ona görə də, iddiaçının məcburi mediasiya qaydalarına riayət etmədən məhkəməyə müraciət etməsinin həmin vaxt qüvvədə olan prosessual qaydalara zidd olması qəbul edilsə belə, hazırda belə prosessual qayda mövcüd olmadığına görə iddia ərizəsi baxılmamış saxlanıla bilməz. Çünki Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 373.2, 380.1, 445.7, 462.1, 467, 2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada 739.1 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır

30. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələ binin rədd barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 373.2 və 38.1-ci maddələri üzrə - məhkəmə iddia tələbinin ötürülmədiyi nəticəsinə gələrkən “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir” müddəasına hər hansı münasibət bildirməmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmənin qeyd etdiyi 2023-cü il 22 fevral tarixli iddia ərizəsi məhkəməyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilməmişdir. Bu fakt işin mübahisəsiz halıdır. Belə ki, iş üzrə qəbul edilmiş Ali Məhkəmənin 2023-cü il 30 oktyabr tarixli qərarına əsasən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verilmişdir və iş kommersiya mübahisəsi olduğun a görə kommersiya məhkəməsində baxılmalıdır. İddianın müəyyənləşdirilmiş qaydada verilməməsi halı iş üzrə qəbul edilmiş Ali Məhkəmənin qərarı ilə təsdiq edilir. İddiaçı müəyyənləşdirilmiş qaydada iddianı məhkəməyə vermədiyini özü də öz atdığı addımları ilə təsdiq edir. Belə ki, iddiaçı iş üzrə icraat Ali Məhkəmənin aidiyyətlə bağlı qərarından sonra birinci instansiya məhkəməsinə qayıtdıqdan sonra mediasiyaya müraciət etmiş və ilkin mediasiya sessiyası barədə 2023-cü il 23 noyabr tarixli bildirişi məhkəməyə təqdim etmişdir. Bununla, iddiaçı işin kommersiya məhkəməsinə aid olduğunu və bunun üçün məcburi mediasiya prosesindən keçməli olduğu etiraf edir. Beləliklə, iddia ərizəsinin müəyyənləşdirilmiş qaydada məhkəməyə verilmədiyi bir daha öz təsdiqini tapır.

32. MPM-in 152.1.6-1, 259.0.13-cü m addələri üzrə - iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesini keçməmişdir. İddia ərizəsinin Sabunçu rayon məhkəməsinə verildiyi tarixdə, iş üzrə Ali Məhkəmənin aidiyyətlə bağlı qəbul etdiyi qərarının tarixi də kommersiya mübahisələri üzrə mediasiya prosesinin zəruriliyini istisna edən 2024-cü il 25 yanvar tarixli “Mediyasiya haqqında” Qanuna dəyişikliklərdən əvvələ aid idi. Belə olan halda, iddiaçı mediasiya prosesini mütləq məhkəməyə müraciət etməzdən əvvəl keçməli idi. 2024-cü il 25 yanvar tarixli “Mediyasiya haqqında” Qanuna dəyişikliklər isə hazırki mübahisəyə tətbiq edilə bilməz. Tətbiq edildiyi təqdirdə isə, iddia müddətinin tətbiqi istisna oluna bilməz. Məhkəmə qətnamədə qeyd edir ki, sonradan işin kommersiya mübahisəsi olduğu müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin qəbul etdiyi 2023-cü il 30 oktyabr tarixli qərarı hər hansı yeni qanunvericilik norması müəyyən etməmiş, mövcud qanunvericiliyə uyğun işin aidiyyət məsələsinə münasibət bildirilmişdir. Beləliklə, işin kommersiya mübahisəsi olması sonradan müəyyən edilməmişdir, əvvəldən iş kommersiya mübahisəsi idi və kommersiya mübahisələrinə tətbiq edilən prosessual qaydalar hazırkı mübahisəyə də tətbiq edilməli idi. Məcburi mediasiya tətbiq edildiyi halda mediasiya arayışı məhkəməyə edilə müraciətə əlavə edilmədikdə iş baxılmamış saxlanılmalıdır. İşin materiallarından göründüyü kimi, məhkəməyə edilən müraciətə mediasiya arayışı əlavə edilməmişdir. İş məhkəməyə verildiyi zaman isə mövcud olan qanunvericiliyə əsasən kommers iya mübahisələri üzrə mediasiya məcburi idi. Hətta Ali Məhkəmənin qeyd edilən qərarından sonra da kommersiya mübahisələrində məhkəmədən əvvəl məcburi mediasiya tətbiq edilirdi.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qə buledəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cıil 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması fondu Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh MTK ilə yanaşı bir sıra digər MTK və MMC-lərlə də eyni məzmunda əməkdaşlıq müqavilələri bağlanmış, həmin borclular öhdəliklərini yerinə yetirmədiyi halda iddiaçı ümumi məhkəmələrə müraciət etmiş həmin işlərə baxılmışdır. Hazırkı halda da iddiaçı həmin qaydada iddia tələbi ilə ümumi məhkəməyə müraciət etmiş, həmin iş baxılmamış saxlanılmamış, iddiaya dair sənədlər məhkəmədə olmuş, sadəcə Ali Məhkəmə tərəfindən işin kommersiya məhkəməsinə aidliyinə dair qərar qəbul olunmuşdur. İddiaçı hesab edir ki, iddia ərizəsinin “elektron məhkəmə sistemi” portalında elektron kabinet vasitəsilə məhkəməyə göndərildiyi tarix, yəni 2023-cü il 22 fevral tarixi nəzərə alındıqda iddia ərizəsi vaxtında verilmişdir. İddia tələbi ilə məhkəməyə müraciət olunanadək iddiaçı bütün prosedurlara riayət etmiş, cavabdehə pretenziya göndərmiş, işin məhkəmə aidiyyətinin kommersiya olduğu müəyyən edilən kimi mediasiya prosesinə də riayət edilmişdir. Kassasiya baxışının hədləri

35. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələri baxımından bütövlükdə yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələl ərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir...” Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. …” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. …” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəb bə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Aşağıdakı maddələri 2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada “739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borcverənə qaytarmağı öhdəsinə götürür....”

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Mə cəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “ Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plen umunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri eyni zamanda apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 18-28). 43.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə t əmin edilməməlidir.

44. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 22(103)-779/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar