Məhkəmə qərarları › İş №2-2(102)-672/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-672/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-672/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs - Fond olmaqla) iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 24.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli 2-2(103)-4/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “MB”) 2017-ci il 23 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ləğv prosesində olan ASC-nin (bundan sonra – “ASC”) 2015-ci il 16 noyabr tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas, 55.750 manat faiz borcu olmaqla, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan1-də 0,23874 ha torpaq sahəsində yerləşən, 4570.1 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilməsi, həmin daşınmaz əmlakın ləğv prosesində olan ASC-nin (ləğvedicisi – bundan sonra – "ləğvedici") tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına ASC-nin qeyd olunan kre dit müqaviləsi üzrə Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli 2-2(82) 645/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ASC-nin 2015-ci il 16 noyabr tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 55.750 manat faiz borcu olmaqla ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satışından əldə olunmu ş pul vəsaitləri hesabına ASC-nin borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması, mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxs ASC-nin ləğvedicisi tərəfindən satılması hissəsində isə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim – M.Hacıbəyova).

3. MB 2017-ci il 1 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin dəyişdirilərək müstəqil qiymətləndirici rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. MMC 2017-ci il 7 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması aparılmaqla yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)-65/2018 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli 2-2(82) -645/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Nağıyeva, hakimlər – H.Həmidov və X.Sarıyev).

6. Üçüncü şəxs ƏSF tərəfindən 2018-ci il 30 oktyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Ləğvedici 2019 -cu il 1 mart tarixində kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)65/2018 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. MB tərəfindən 2018-ci il 1 noyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin qismən – MB-nin apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. MMC tərəfindən 2018-ci il 5 noyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin tam ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

10. MMC 2019-cu il 14 iyun tarixində kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)65/2018 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 iyun tarixli 2-2(102)-250/19 saylı qərarı ilə MB-nin kassasiya şikayəti tam, MMC-nin və Ləğvedicinin kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)-65/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməs indəki ikinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli 2-2(103)-4/2021 saylı qətnaməsi ilə MB-nin və MMC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, MB ilə ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 55.750 manat faiz borcu, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan MMC-yə məxsus ünvan 1-də 0,23874 ha torpaq sahəsində yerləşən 4570,1 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasına (inzibati bina) yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin sat ış qiyməti 4.000.000 manat müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinin “İpoteka haqqında” Qanunun 9.3, 42-43 və 47.2.3-cü maddələrinin tələblərinə müvafiq aparılmaqla, satışdan əldə olunan gəlir hesabına əvvəlki ipoteka saxlayan ASC-nin tələbi ödənildikdən sonra növbəlik qaydasında ipoteka predmetinin dəyərindən sonrakı ipoteka saxlayan MB-nin tələbinin icra müddətindən asılı olmayaraq ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – Z.Babayev və V.Baxışova).

13. MMC tərəfindən 2021-ci il 13 oktyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi, işin təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

16. Hazırkı iş üzrə MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 14) uyğun olaraq kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, MMC tərəfindən 2021-c i il 13 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir.

17. MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 14) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

18. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 14) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

19. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 404-1.2ci maddəsinə (bax yuxarıda § 14) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Ape llyasiya Məhkəməsinə göndərilməlidir.

20. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar