Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-678/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı BOKT MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı BOKT MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyul tarixli 22(103)-677/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında 2022-ci il 20 dekabr tarixli * nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən BOKT İddiaçı MMC borcalan Cavabdeh MMC-yə 236.383 AZN məbləğində 3 ay müddətinə kredit vermişdir. 2. 2023-cü il 14 fevral tarixli * nömrəli kredit müqaviləsinin restrukturizasiyası barədə 1 nömrəli Əlavəyə əsasən qeyd oluna kredit müqaviləsi üzrə 2023-cü il 14 fevral tarixə mövcud olan 236.383 AZN qalıq borc bu əlavə ilə restrukturizasiya olunaraq müddəti 58 ay müddətinə uzadılmışdır. Əlavənin 1.2-ci bəndinə əsasən kreditin ödəmə müddəti 2027ci il 14 dekabr tarixinə qədər müəyyənləşdirilmişdir. 3. 2024-cü il 23 may tarixli maliyyə arayışından görünür ki, cavabdehin 2024-cü il 23 may tarixinə qa lıq borcu əsas borc üzrə 236.383 manat, faiz borcu üzrə 32.968,55 manat təşkil edir İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı BOKT MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra –“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 236.383 manat, faiz borcu 32.968,55 manat və hesablanmış cərimə borcu 21.285,25 manat olmaqla, cəmi 290.636,80 manat məbləğində borcun və ödənilmiş 580,70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci il 20 dekabr tarixində * saylı kredit müqaviləsinə əsasən 236.383 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən, cavabdeh, k rediti və onun faizini iddiaçıdan kredit alınan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 3 ay ərzində ödəməlidir. Kredit dövrü ərzində ümumi məbləği (əsas+faiz) 236 383,00+5934,04 cəmi 242 317,04 manat təşkil etmişdir. Ödənişlər ayda bir dəfə həyata keçirilməklə, hər ay 80 772,35 manat olmaqla ödənilməli idi. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyən cavabdehlə 2023-cü il 14 fevral tarixində qarşılıqlı razılaşma əsasında mövcud olan 236.383 manat qalıq əsas borcun kredit müqaviləsinə 1 nömrəli Əlavə ilə restrukturizasiya olunaraq 58 ay müddətinə uzadılmışdır. Kredit dövrü ərzində ümumi məbləği (əsas+faiz) cəmi 333 748,12 manat (236.383,00 +97.365,12) təşkil etmişdir. Ödənişlər ayda bir dəfə həyata keçirilir və hər ay 5 754,28 manat olmaqla ödənilməli idi. Cavabd eh öhdəliyin bir hissəsini icra etdikdən sonra qalan borcu ödəməyib.
6. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertiza təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 2025-ci il 27 yanvar tarixli 9/10433 nömrəli rəyə əsasən cavabdehin 2024-cü il 23 may tarixinə (maliyyə arayışında borcun hesablandığı tarix) iddiaçıya olan əsas borcu 236.383 manat, faiz borcu 33.165,53 manat müəyyən olunmuşdur. 7. 2025-ci il 16 aprel tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul etdiklərini, əsas borcu qəbul etsələr də, faiz borcunun tərəflərindən qəbul olunmadığını, məsələnin həlini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 16 aprel tarixli e-2-2(113)-429/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 2023-cü il 14 fevral tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 236.383 manat, faiz borcu üzrə 32.968,55 manat, cərimə borcu üzrə 11.500 manat olmaqla, cəmi 280.851,55 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570,85 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasın keçirilməsinə 50 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim K.Hüseynov).
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağl anmış, müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.Odur ki, iddia 2023-cü il 14 fevral tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır.
10. Dəbbə pulunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata ke çirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanl ılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 467-ci maddəsinə istinad edərək, cavabdehin əsas borcuna münasibətdə 11.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətli hesab etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni MM-in həmçinin 5.3, 425, 462.1 739.1 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, cərimənin məbləğinə münasibətdə dəyişdirilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyul tarixli 2-2(103)-677/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).
15. Apellyasiya instansiyası məhkəməsi, qətnamənin apellyasiya qaydasında yoxlanılan hissəində birinci instansiya məhkəməsinin gəldiyi ilə nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsində 21.285,25 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cavabdehin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq 11.500 manat müəyyən etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, apellyator maddi vəziyyətinin qeyri-sabit olduğuna istinad etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilə bilməz.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 443.1, 462.1, 467, 739 və 741-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 28 iyul tarixli Qərarına və MPM-in 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən araşdırılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 467.1-ci maddəsi üzrə - işin hallarından göründüyü kimi cavabdeh uzun zamandır ödəniş edə bilmir, onun maliyyə vəziyyəti qeyri-sabit və təhlükəlidir. Məhz buna görədir ki, cavabdeh nəinki faiz borcunu, habelə əsas borcdan heç bir vəsait ödəyə bilməmişdir. İndiki halda faiz məbləğinin üçdə biri həddində dəbbə pulu, cərimə müəyyən edilməsi mülki qanunvericiliyin tələbləri baxımından əsassız hesab edilməlidir.
20. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə işin hallarına, yəni cavabdehin maliyyə vəziyyətinə düzgün qiymət vermiş olsa idi, cərimə məbləğini ya tam rədd etməli, ya da cüzi miqdarda təmin etməli idi. Lakin məhkəmə buna yol verməməklə prosessual tələbi pozmuşdur. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə (dəbbə pulunun tutulması hissəsində) yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və a raşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pul unun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
25. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır (MPM-in 416.1ci maddəsi).
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. 28. “Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məh kəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli qərarı)
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdır. Cərimə məbləğinin daha az miqdarda müəyyən edilməsi üçün əsaslar işə mahiyyəti üzrə baxılarkən müəyyən edilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uy ğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 iyul tarixli 22(103)-677/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə