Məhkəmə qərarları › İş №2-2(102)-685/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-685/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-685/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 avqust tarixli 2-2(1 06)-165/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2022-ci il 4 fevral tarixli DC00342488-06 nömrəli maliyyələşdirmə üçün ərizə ilə Cavabdeh2 MMC-yə illik 17% faiz dərəcəsi, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250.000 manat məbləğində daşınmaz əmlakın alışı məqsədilə birdəfəlik kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 3 fevral tarixli, DG**********755 nömrəli zaminlik müqaviləsindən görünür ki, DC00342488-06 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üzrə zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. 3. 2025-ci il 15 may tarixli “Maliyyə arayışı”ndan görünür ki, 2022-ci il 4 fevral tarixli DC00342488-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh2 MMC-nin bank qarşısında öhdəlikləri 117785,74 manat əsas, 34429,80 manat faiz, 13184,41 manat cərimə borcu olmaqla, cəmi 165399,95 manat təşkil edir.

4. İddiaçı ASC tərəfindən ünvanlanmış 2024-cü il 13 avqust tarixli xəbərdarlıq məktublarında 2022-ci il 4 fevral tarixli DC00342488-06 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən yaranmış borcun 7 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrılıqda “cavabdeh”, “zamin”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 125.685.74 manat əsas borc, 34.429.80 manat faiz borcu, 30.784.41 manat cərimə borcu olmaqla, cəmi 190.899.95 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 480.9 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iki dəfə tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yekunda DC00342488-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 117.785.74 manat əsas borc, 34.429.80 manat faiz borcu, 13.184.41 manat cərimə olmaqla, ümumilikdə 165.399.95 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 4 80.9 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıdakı faktiki hallarına əsasən onunla əsaslandırılmışdır ki, borcalan kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyindən, Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 2024-cü il 13 sentyabr tarixə bank qarşısında kredit üzrə öhdəlikləri 125.685.74 manat əsas borc, 34.429.80 manat faiz borcu, 30.784.41 manat cərimə borcu olmaqla, cəmi 190.899.95 manat təşkil edir, gecikmə günü:

802. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.

8. Cavabdeh iddia tələbini əsas və faiz borcuna aid hissədə qəbul etdiyini, cərimə borcu hissəsində qəbul etmədiyini bildirmiş və iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli e-2-2(121)-431/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2022-ci il 4 fevral tarixli DC00342488-06 nömrəli kredit müqaviləsi üzrə 117.785,74 manat məbləğində əsas borc, 34.429,80 manat məbl əğində faiz borcu, 500 manat məbləğində cərimə borcu və ödənilmiş 480,9 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 153.196,44 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Abbasov).

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir.

11. Məhkəmə Cavabdeh1 iddianı qismən etiraf etməsini nəzərə alaraq, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərə findən iddiaçıya ödənilməməsinin tam sübut olunması və iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbinin qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

12. Məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 4 48.1, 462.1, 465.2, 467, 470, 472, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələblərinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 avqust tarixli 2-2(106)-165/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hak im Q.Əliyev, hakimlər T.Kərimov və C.Quliyev).

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi ilə nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyası olduğundan, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

17. B u baxımdan məhkəmə kollegiyası 13184.41 manat cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı saymışdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 460.1, 462.1, 465.2, 467 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 14 may tarixli Qərarına istinadla əsaslandırmışdır.

19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin dəyişdirilərək, cərimə borcunun məbləğinə münasibətdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi x ahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 390.1, 462.1, 462.3, 465.2, 467-ci maddələri, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsi üzrə - maliyyələşdirmə üçün ərizədə gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faizləri nəzərdə tutulmuşdur. Lakin borcalan öhdəliklərini 802 gün icra etməmiş, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bu baxımdan əsaslı olaraq 13184,41 manat cərimə borcu hesablanmışdır. Hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır.

21. Cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və bu na razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış və 500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cərimə borcuna münasibətdə MM-in 467-ci maddəsini yanlış tətbiq etməklə, həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır.

22. Məhkəmə hətta bu sahədə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almadan əsas borc məbləğinin 5 faizindən də xeyli az məbləğdə dəbbə pulu hesablanmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən qüvvədə saxlamışdır. Belə ki, cavabdehin 117.78 5,74 manat əsas borcunun olduğu halda həmin məbləğin 5%-nin 5889 manat təşkil etdiyini nəzərə alsaq müəyyən edilən 500 manat cərimə məbləği əsas borcun heç 0.5%-ni belə təşkil etmir. Göründüyü kimi tətbiq edilən cərimə əsas borcun 5 %-dən xeyli az olmaqla əsassızdır.

23. MPM-in 88, 217, 218, 220.4, 392.2-ci maddələri üzrəə-tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizəyə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməs inin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə (dəbbə pulu hissəsində) yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərər dən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli qərarında müəyyən edilmişdir ki: “Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi bar ədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında nəzərdə tutulmuşdur: … Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. ….Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır.

32. Belə ki, iddiaçı hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunun tutulması bağlı gəldi yi nəticəni mübahisələndirir.

33. Cavabdehdən tutulan dəbbə puluna aid hissədə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericliliyin tələbinə görə məhkəmə işin hallarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz dəbbə pulunu azalda bilər (MM-nin 467-ci maddəsi). Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir.

34. İşə baxmış məhkəmələr iddiaçının cərimənin tutulması tələbinə qiymət verərkən işin hansı halları nəzərə alınmaqla, tənasübsüz cərimə məbləğinin 500 manatadək azaldılmalı olmasını əsaslandırmamışlar.

35. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarındakı hüquqi mövqeləri (bax yuxarıda § 28-29), eləc ə də iddiaçının kassasiya şikayətinin məhkəmə təcrübəsinə istinadla, ən azı əsas borcun beş faizi həddində cərimə məbləğinin tutulmalı olmasına dair dəlillərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada, əsas borcun 5%-i-5.889 manat məbləğində (117785,74 x5%=5889) cərimənin tutulması MM-in 467-ci maddəsinin tələblərinə uyğundur.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5.889 (beş min səkkiz yüz səksən doqquz) manat cərimə borcu tutulmalıdır.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2025-ci il 6 avqust tarixli, 2-2(106)-165/2025 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 5.889 (beş min səkkiz yüz səksən doqquz) manat cərimə (dəbbə pulu) borcu tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar