Məhkəmə qərarları › İş №2-2(102)-689/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-689/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-689/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərinin icra edilməməsi, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(103)-393/2025 nömrəli qətnaməsindən Cavab deh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 23 iyun tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən bank tərəfindən borcalana 60 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 1.520.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır.

2. Həmin müqavilə çərçivəsində eyni tərəflər arasında sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair 2022-ci il 29 iyun tarixli razılaşma bağlanmışdır. Razılaşmaya əsasən, bank tərəfindən borcalana 2023-cü il 23 yanvar tarixədək illik 5% olmaqla 950.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin razılaşma üzrə öhdəliklərin son icra müddətinin vaxtı tərəflərin 2023-cü il 6 mart t arixli razılığı ilə 2023-cü il 31 mart tarixə qədər uzadılmış və faiz ödənişləri müddətin sonuna keçirilmişdır.

3. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 27 sentyabr tarixli, TZM0022017 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana 60 ay müddətinə, illik 8% olmaqla, 950.000 ABŞ dolları məbləğində kredit limiti müəyyənləşdirilmişdir.

4. Eyni tərəflər arasında arasında bağlanmış 2022-ci il 28 sentyabr tarixli, TZM0022017/1 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 5% olmaqla 950.000 ABŞ dolları kredit verilmişdir. Kreditin son ödəniş tarixi 2023-cü il 28 mart tarixdir. Tərəflərin 2023-cü il 6 ma rt tarixli razılığı ilə həmin razılaşma üzrə faiz ödənişləri müddətin sonuna keçirilmişdır.

5. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 23 iyun tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi və 2022-ci il 27 sentyabr tarixli, TZM0022017 saylı Maliyyələşdirmə limiti müqaviləsinin təminatı kimi eyni tərəflər arasında müvafiq olaraq ayrı-ayrılıqda 2022-ci il 29 iyun tarixli TZM0022010 nömrəli və 2022-ci il 28 sentyabr tarixli TZM0022017/1 nömrəli tələb hüququnun girov müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, yüklülük verən ilə borcalanın tərəfdaşı arasında bağlanmış 2022-ci il 17 iyun tarixli KOL-SY-SC-268 saylı müqavilə üzrə borcalanın tərəfdaşının borcalan qarşısında yaranmış debitor borcu bank qarşısında girovla yüklü edilmişdir.

6. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 23 iyun tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi və 2022-ci il 27 sentyabr tarixli, TZM0022017 saylı Maliyyələşdirmə limiti müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında müvafiq olaraq ayrı-ayrılıqda 2022-ci il 23 iyun tarixli, TZM0022010 nömrəli və 2022-ci il 27 sentyabr tarixli, TZM0022017 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin borclu Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqd a müvafiq olaraq – “MMC”, “Cavabdeh2”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2022-ci il 29 iyun tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229.406,48 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 45.359,09 ABŞ dolları, cəmi 311.739,84 ABŞ dolları, 2022-ci il 28 sentyabr tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229.756,57 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36.974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 47.509,17 ABŞ dolları, cəmi 314.240,01 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1.301 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqavilələri üzrə öhdəliklərini tam icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

9. Cavabdeh2 iddiaya etiraz etmişdir.

10. Digər cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 dekabr tarixli e-2-2(113)2030/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2022-ci il 29 iyun tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları əsas borc, illik 5 faizlə hesablanan 36344,66 ABŞ dolları, 10000 ABŞ dolları cərimə olmaqla, cəmi 247321,32 ABŞ dolları; - 2022-ci il 28 sentyabr tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları əsas borc, illik 5 faizlə hesablanan 3689 9,80 ABŞ dolları, 10000 ABŞ dolları cərimə olmaqla, cəmi 252455,12 ABŞ dolları, ümumilikdə 499776,44 ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1042 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

12. Məhkəmə kredit müqavilələri üzrə tələb olunan əsas borca münasibətdə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü i l 24 iyul tarixli, 9/3860 saylı ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 2022-ci il 29 iyun tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları əsas borc, 2022-ci il 28 sentyabr tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

13. İllik 5 faizlə hesablanan faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehlərdən birgə qaydada 2022-ci il 29 iyun tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanan 36344,66 ABŞ dolları, 2022-ci il 28 sentyabr tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanan 36899,80 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır.

14. Dəbbə pulunun (cərimə) tutulması tələblərinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc müəyyən olunmuş müddətdə ödənilmədiyindən, iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, tələb olunan dəbbə pulunun əsas borca nisbəti və tərəflərin mənafeləri nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı və cavabdehlərdən müştərək qaydada 2022-ci il 29 iyun tarixli müqavilə üzrə 10.000 ABŞ dolları, 2022-ci il 28 sentyabr tarixli müqavilə üzrə isə 10.000 ABŞ dolları olmaqla ümumilikdə 20. 000 ABŞ dolları tutulmalı, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 739, 442, 448.1, 445.2.1, 445.7, 462.1, 465.2, 439.2, 470, 472-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissədə dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh2 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel t arixli, 2-2(103)-393/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov, T.Mahmudova).

19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hər iki tərəf məhkəmənin müəyyənləşdirdiyi borc məbləğləri ilə razılaşmamaqla faktiki olaraq həmin borc məbləğlərinin əsasında müəyyən edildiyi ekspert rəyini mübahisələndirmiş, lakin həmin rəyin əsassızlığına dəlalət edən konkret hallara istinad etməmişdir. Odur ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsas olmadığından birinci instansiya məhkəməsi əsas borcun və müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün illik 5% məb ləğində faizləri həmin rəy əsasında müəyyənləşdirməkdə haqlı olmuşdur.

20. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə mübahisəli müqavilələrin hər biri üzrə cavabdehlərdən tutulacaq dəbbə pulu məbləğini 10.000 ABŞ dolları məbləğində müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməs inin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi və 129-cu maddəsinin İİİ hissəsi üzrə - iddia verilərkən iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı sübuta yetirilmir. Belə olan halda, məhkəmə işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmalı, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməli, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməlidir.

24. MM-in 442-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, birinci instansiya məhk əməsinin qərarını dəyişdirmədən saxlamışdır ki, nəticədə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətində iddianın qismən təmin olunan hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2023-cü il 24 fevral tarixədək qü vvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.” Maddə

445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digə r əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədl əri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməm işdir.

31. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

32. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Azərbaycan Respublik asının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dai r maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məs ələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübut lara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. G östərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(103)-393/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar