Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-690/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-690/2025 Bakı şəhəri Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, ipoteka predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Şəmsi oğlu və Cavabdeh2 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldi lməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-371/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh4 arasında 2020-ci il 14 oktyabr tarixli, 11B/20 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən, kreditin təyinatı: Əsas və dövriyyə vəsaitlərinin artırılması; Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 5.4 faiz təşkil edir - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə borc verən arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alana 60 ay müddətində (2025-ci il 14 oktyabr tarixədək) 100.000 manat məbləğində kreditdən istifadəyə görə illik 5% ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. - 3.9-cu bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 14 oktyabr tarixli, 11BZ/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın ban k qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.
3. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 2020-ci il 14 oktyabr tarixli, 11BZ-1/20 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.
4. Həmçinin kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında 2020-ci il 14 oktyabr tarixli, 11Bİ/20 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən, ipoteka predmeti Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2019-cu il 29 noyabr tarixli çıxarışa görə, ipoteka qoyanın mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1. əmlakdır. - 1.7-ci bəndinə əsasən, qiymətləndirmə şirkəti "xxxx" MMC-nin 1064/İBAR saylı rəyinə görə, ipoteka predmetinin bazar qiyməti 200.000 manat, likvid dəyəri isə 180.000 manat məbləğində müəyyən edilir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3258 nömrəli reyestr kita bının 304269 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmununa görə, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən 5B nömrəli binanın 3 nömrəli mənzili, Yeni qaydalarla: AZ1124, ünvan 1 Cavabdeh2 məxsusdur. Qeydiyyat 2019-cu il 29 noyabr tarixidir. 6. "xxxx" ASC-nin cavabdehlərə ünvanladığı 2024-cü il 12 yanvar tarixli xəbərdarlıq məktubu ilə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 7. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh3 Şəmsi oğlu (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11B/20 saylı 2020-ci il 14 oktyabr tarixli kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən əsas borc üzrə 59.547,93 manat, faiz borcu üzrə 683,57 manat və cərimə borcu üzrə 108,89 manat olmaqla, cəmi 60.340,39 manat borc, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqı, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 (128.1 kv.m) (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 2020-ci il 15 oktyabr, yüklü edilən ə mlakın reyestr nömrəsi: **********84-05301-093025) ünvanında yerləşən mənzilə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi və ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq, müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş 2023-cü il 23 may tarixində Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində (bundan sonra – “DƏDKR”) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında həm poçt, həm VÖEN elektron kabinet, həm də elektron məhkəmə sisteminin kabineti vasitəsi ilə 2024-cü il 12 yanvar tarixli, 6-222/2-895/2024 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən tərəflər arasında mediasiya baş tutmamışdır.
9. Maliyyə arayışına əsasən, Cavabdeh4 11B/20 saylı 2020-ci il 14 oktyabr tarixli kredit müaviləsinə görə, 2024-cü il 12 yanvar tarixinə əsas borc üzrə 59.547,93 manat, faiz borcu üzrə 683,57 manat, cərimə borcu üzrə 108,89 manat borcu vardır. 10. "xxxx" MMC-nin 2024-cü il 30 sentyabr tarixli, LP-148/2024 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 məxsus ipoteka predmetinin hazırkı bazar qiyməti 220.000 manat, likvid qiyməti 198.000 manat təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 24 oktyabr tarixli, 9/7152 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materialların da olan banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları və kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh4 iddiaçıya 2024-cü il 12 yanvar tarixə əsas borc üzrə 59.187,88 manat, faiz borcu üzrə 485,01 manat, 2024-cü il 1 aprel tarixə əsas borc üzrə 54.977,05 manat, faiz borcu üzrə 320,70 manat müəyyən edilmişdir.
12. Daha sonra, iddiaçı 2024-cü il 26 noyabr tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsinə əsasən, əsas borc üzrə 54.977,05 manat, faiz borcu üzrə 320,70 manat, 2024-cü il 1 aprel tarixindən 2024-cü il 26 noyabr tarixə qədər illik 5% olmaqla, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 1.835,52 manat, cərimə borcu üzrə 9 2,54 manat olmaqla, cəmi 57.225,81 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46,45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 410 manat mediasiya xərci və xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə görə, Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə onunla əsaslan dırılmışdır ki, məhkəmə prosesi zamanı mülki iş ekspertizada olmuş və cavabdehlər tərəfindən qalıq borcdan ödənişlər edilməmişdir. Bu səbəbdən ekspert rəyinə əsasən əsas borc və faiz borcunun, illik 5% olmaqla bu günə olan gecikdirilmiş faiz borcunun, 2024-cü il 1 aprel tarixli maliyyə arayışına əsasən isə cərimə borcunun tələbi ilə bağlı tələbin dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, ekspert rəyinə əsasən cavabdehlərin 2024-cü il 1 aprel tarixə əsas borc üzrə 54.977,05 manat, faiz borcu üzrə isə 320.70 manat borcu mövcuddur. 2024-cü il 1 aprel tarixli maliyyə arayışına əsasən, 2024-cü il 1 aprel tarixə 92,54 manat cərimə borcu mövcuddur. Əlavə olaraq, ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilmişdir ki, cavabdehlərin 202 4-cü il 1 aprel tarixindən 2024-cü il 26 noyabr tarixə qədər 1.835,52 manat illik 5% olmaqla, hesablanmış gecikdirilmiş faiz borcu mövcuddur (239 gün x 7,68 (hər günə düşən faiz məbləği) = 1.835,52 manat).
14. İddia tələbi dəqiqləşdirildikdən sonra iş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, Cavabdeh4 11B/20 saylı 2020-ci il 14 oktyabr tarixli kredit müaviləsinə əsasən 2024-cü il 1 aprel tarixinə əsas borc üzrə 55.699,28 manat, faiz borcu üzrə 348,05 manat, cərimə borcu üzrə 92,54 manat borcu vardır.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli, e-2-2(113)1549/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2020-ci il 14 oktyabr tarixli, 11B/20 saylı kredit müqaviləsinə əsasən 54.977,05 manat əsas borc, 320,70 manat faiz borcu, 92,54 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.825,96 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat rüsum və xidmət haqqı, 410 manat mediasiya xərci olmaqla, ümumilikdə 57.672,70 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh2 qaytarılması və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 198.000 manat müəyyən edilməsi qət edilmişdir (hakim – Z.Axundova).
16. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklə ri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini, normativ xarakterli aktlarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, krеdit razılaşması üzrə 54.977,05 manat əsas bоrc, 320,70 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməl idir.
18. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edilmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən birgə qaydada cərimə borcu üzrə 92.54 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.
19. İddia tələbinin illik 5% olmaqla hesablanmış gecikdirilmiş faiz borcu hissəsinə münasibətdə məhkəmə göstərmişdirki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 5%-lə bir günə hesablanan məbləğ 7,64 manat təşkil edir. İddiaçı isə həmin məbləği 7,68 manatdan hesablamışdır. Gecikdirilmiş müddət 239 gün təşkil etmişdir. Beləliklə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan məbləğ 1.825,96 manat (239 gün x 7,64 (hər günə düşən faiz məbləği) = 1.825,96 manat) təşkil edir.
20. Məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, göstərilən kredit müqaviləsi üzrə tutma Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satı şdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.
21. Qiymətləndirici rəyinə əsasən məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti 198.000 manat məbləğində müəyyən edilməlidir.
22. Həmçinin məhkəmə göstərmişdir ki, ümumilikdə borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir ki, həmin hal ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ümumi qaydada tutulmasını da özündə ehtiva edir.
23. İddiaçı həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat pul və 410 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir. İş materiallarına əlavə olunmuş h esabdan çıxarışa görə, 2023-cü il 5 may tarixli bildirişin qeydə alınması üçün 2023-cü il 18 may tarixində 46,45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 470, 472 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3 və 41.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2023-cü il 29 mart tarixli Qərarına, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 115.0.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun araşdırılması aparılmadığı üçün, ekspertizalar keçirilmədiyi üçün, məhkəmə aidiyyatı pozulduğu üçün qismən ləğv edərək, nöqsanlar aradan qaldırılmaqla araşdırılaraq ədalətli nəticənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 26. "xxxx" MMC-nin 2025-ci il 30 may tarixli, ƏEM/M 69-259/25 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 295.000 manat, likvid qiyməti 265.500 manat təşkil edir.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun t arixli 2-2(103)-371/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – kredit müqaviləsi üzrə faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilmiş, kredit müqaviləsi üzrə tutulacaq əsas borc məbləği, cavabdehlərdən tutulacaq ümumi məbləğ hissəsində və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilərək, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borc 54.672,89 manat məbləğində, ümumi məbləğ 57.047,84 manat, ipoteka predmetinin ilkin satış qiyməti 265.500 manat məbləğində müəyyən edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
28. Məhkəmə kollegiyası ilk növbədə məhkə mə aidiyyəti qaydalarına əsasən işə ümumi məhkəmədə baxılması olması barədə vəsatətinə münasibət bildirilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verməmişdir. Həmçinin, hazırkı mübahisə üzrə əsas tələb kommersiya hüquqi şəxsi olan iddiaçı ilə fərdi sahibkar olan Cavabdeh4 arasında dövriyyə vəsaitlərinin artırılması məqsədilə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə bağlanmış kredit müqaviləsindən, yəni iki tərəfin birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn tələb olduğundan hazırkı tələbə ümumi məhkəmədə baxılmalı olması barədə dəlillər əsassızdır.
29. Cavabde h apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını, həmin rəyin yalan məlumatlar əsasında verildiyini bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret faktiki hallara (məsələn, etdiyi bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etməmişdir. Beləliklə, məhkəmənin sözügedən ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq borc məbləğlərini həmin rəy əsasında müəyyənləşdirilməlidir.
30. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləğləri müəyyən edərkən ekspert rəyinə əsasən 2024-cü il 1 aprel tarixə olan əsas və faiz borc məbləğlərini (müvafiq olaraq əsas borc 54.977,05 manat, faiz borc u 320,70) əsas götürmüşdür.
31. Halbuki iş materiallarına görə, iddiaçı tərəfindən cavabdehə 2024-cü il 12 yanvar tarixində pretenziya məktubu göndərilməklə mübahisəli kredit müqaviləsi üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılması tələb edilmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir.
32. Məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün müqavilə üzrə kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq məbləğ müəyyən edilərkən ekspert rəyində 2024-cü il 12 yanvar tarixə hesablanmış əsas və faiz borc məbləğləri əsas götürülməli və həmin tarixdən sonra edilmiş ödənişlər (2024-cü il 19 fevral tarixində 5.0 00 manat) həmin məbləğdən çıxılmalı idi. Odur ki, ekspertin apardığı hesablamalara uyğun olaraq 5.000 manat məbləğində ödənişin 485,01 manat hissəsi faiz borcundan çıxılmaqla faiz borcu 0 manat məbləğində, qalan hissəsi isə əsas borcdan çıxılmaqla əsas borc isə 54.672,89 (59.187,88-4.514,99) manat məbləğində müəyyən edilməlidir.
33. Dəbbə pulunun tutulması hissəsi ilə qeyd edilmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icra edilməsinin gecikdirilməsinə görə tələb etdiyi 92,54 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin hissədə iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Eləcə də müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə əldən çıxmış faydanın tutulması hissəsində kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, iddiaçı 2024-cü il 1 aprel – 2024-cü il 26 noyabr tarixləri arası dövr üçün 1.825,96 manat məbləğində faizlərin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə də haqlı olmuşdur.
34. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmetinin ilkin satış dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Göstərilən dəlillər nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyi ilə mənzilin likvid dəyəri 265.500 manat məbləğində müəyyən edilmişdir.
35. Kollegiya həmin rəylə razılaşmaması üçün əsasların olmadığını, eləcə də ipoteka müqaviləsinin bağlanmasın dan keçən 5 il ərzində daşınmaz əmlak bazarında qiymətlərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunduğundan 5 il müddət ərzində əmlakın likvid dəyərinin 180.000 manatdan 265.500 manatadək artması ağlabatan olduğunu nəzərə almaqla hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti həmin rəydə əks olunmuş likvid qiymət nəzərə alınmaqla müəyyən edilməlidir.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 385.1, 386, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3 və 34.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə d air 2014-cü il 24 dekabr tarixli qərarına, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 2020-ci il 18 sentyabr tarixli Qərarının 10 və 11-ci bəndlərinə, MPM-in 24.2, 26.1, 77.1, 119.1, 119.5 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
37. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi üzrə - məhkəmənin gəldiyi nəticə kassatorun konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.
39. MM-in 152, 153, 154 və 155-ci maddələri üzrə - Kassator qeyd etmişdir ki, təqdim edilən sənədlərdən də göründüyü kimi Cavabdeh2 tərəfindən MM-in tələblərinə uygun olaraq birgə nikah dövründə əldə edilmiş, iddia ərizəsində göstərilən əmlakların olmasını təsdiq edən sənədlər, sübutların təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən qətnamə çıxarılarkən həmin sənədlərə qiymət verilməmişdir. Bu barədə dəlillər apellyasiya məhkəməsində araşdırılmamış və heç bir münasibət bildirilməmişdir. Bundan başqa apellyasiya məhkəməsi ilk növbədə məhkəmə aidiyyəti qaydalarına əsasən işə ümumi məhkəmədə baxılması olması barədə vəsatətinə münasibət bildirilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qe yd edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verməmişdir. Belə bir vəsatətin olubolmamasından asılı olmayaraq, aidiyyət qaydalarına riayət edilməli idi. Kassator ekspert rəyi ilə razılaşmamış və apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını, həmin rəyin yalan məlumatlar əsasında verildiyini bildirsədə, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret faktiki hallara (məsələn, etdiyi bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etmədiyini məhkəmə bildirmişdir və məhkəmə əsassız olaraq birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq borc məbləğləri həmin rəy əsasında müəyyənləşdirilməlidir qənaətinə gəlmişdir. Həmçinin kassator məhkəmənin dəbbə pulunun tutulması və apellyasiya şikayətinin dəlillərindən biri olan ipoteka predmeti ilə bağlı hissələrə münasibətdə bildirmişdir ki, cavabdehin borcu məbləği yenədə artıq göstərilmişdir. İpoteka predmeti olan mənzil ilə qonşuluqda olan mənzilərin qiyməti barədə təqdim olunan sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə mənzilin məbləği həddindən artıq aşağı qiymətləndirilmişdir. İşin obyektiv həlli üçün məhkəmə ekspertiza təyin etməli, hesablanmış faiz cərimələrin dəqiq miqdarı müəyyən edilməli idi. Məhkəmə isə buna heç bir əsasın olmadığı qənaətinə gəlmişdir. Kredit müqaviləsi üzrə xeyli məbləğdə faiz və cərimə borcu hesablanmış, ipoteka predmeti olan mənzil isə bazar qiymətindən xeyli miqdarda az dəyərləndirilərək, nəticədə kassatorun mülkiyyət hüquqları pozulmuşdur.
40. MPM-in 9.3, 14.1, 77, 88 və 387-ci maddələri üzrə - İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə
385. Öhdəlik anl ayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
45. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə k ollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
48. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
49. Bununla belə kassasiya şikayətinin birgə nikah dövründə əldə edilmiş, iddia ərizəsində göstərilən əmlakların olmasını təsdiq edən sənədlər, sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən qətnamə çıxarılarkən həmin sənədlərə qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materialla rında bununla bağlı hər hansı sənəd mövcud deyildir, nə birinci instansiya məhkəməsi zamanı, nə də apellyasiya baxışı zamanı belə bir sənəd təqdim olunmamışdır.
50. Digər tərəfdən Kollegiya onu da qeyd edir ki, 2020-ci il 14 oktyabr tarixli sonrakı ipoteka müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, ipoteka qoyan təsdiq edir ki, ipoteka predmeti onun müstəsna mülkiyyətindədir, üçüncü şəxslərin bütün hüquq və tələblərindən azaddır, ipoteka predmetinə dair girov və ya yüklülüklər, o cümlədən üçüncü şəxslərin iddia və məhkəmə mübahisələri mövcud deyildir.
51. Apellyasiya məhkəməsi tərəfindən faiz borcuna aid hissədə qətnamə ləğv edilərək, iddia tələbinin rədd olunmasına baxmayaraq, Cavabdeh2 kassasiya şikayətində yenə də xeyli məbləğdə faiz borcu hesablandığını göstərmişdir.
52. Kassasiy a şikayətinin ipoteka predmetinin aşağı qiymətləndirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin eyni məzmunlu şikayətinin dəlili nəzərə alınmaqla, məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası "xxxx" MMC-yə həvalə edilərək 2025-ci il 30 may tarixli mütəxəssis rəyi alınmışdır. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 265.500 manat məbləğində müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
54. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mü hakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
57. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara Aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-371/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.