Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-694/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Soytop Ademin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: MMC-nin gəlirindən pay, dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Soyop Ademin Cavabdeh1 MMC-yə qarşı “mənfəətin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)- 1096/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. X3 Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışla müəyyən edilir ki, Cavabdeh1 MMC-nin təsisçilərindən Cavabdeh2 – MMCdə 52%, Soytop Adem 16%, Soytop Kanber 16% və Doğan Murat 16% paya malikdir.
2. Cavabdeh1 MMC-nin Nizamnaməsinə əsasən müəyyən edilir ki, həmin Nizamnamənin 2.2-ci bəndinə görə cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: - Cavabdeh2 – 52 manat, 52 pay, 52% pul şəklində; - Soytop Adem – 16 manat, 16 pay, 16% pul şəklində; - Soytop Qanber - 16 manat, 16 pay, 16% pul şəklində; - Doğan Murat - 16 manat, 16 pay, 16% pul şəklində.
3. Cavabdeh1 MMC-nin nizamnaməsinin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xal is mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağının qərarı ilə bölüşdürülür.
4. X1 ilə icraçı Adem Soytop (icraçı) arasında bağlanmış “Restoran xidmətlərinin göstərilməsi haqqında müqaviləyə dair ilkin anlaşma”nın surətindən görünür ki, sifarişçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 km. ünvanında yerləşən iaşə obyektində restoran xidmətlərinin göstərilməsini sifariş verir, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada restoran xidmətləri göstərməyi öhdəsinə götürür.
5. Həmin anlaşmanın 1-ci bəndinə əsasən iaşə obyektinin (Cavabdeh1 restoranı) işlədilməsi müqabilində icraçıya təmiz mənfəətin 25% xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ayın 10-da həya ta keçirilir. 6. 2020-ci il 15 avqust tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Adem Soytop Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləyir. Əmək müqaviləsinin müddəti 2020-ci il 15 avqust tarixdən 2021-ci il 15 avqust tarixədək, əmək haqqı isə 450 manat məbləğində müəyyən edilmişdir.
7. Cavabdeh1 MMC-nin ümumi təsisçi yığıncağının 2020-ci il 6 noyabr tarixli, 2 saylı qərarından görünür ki, Soytop Adem 2020-ci il 6 noyabr tarixdən Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Murat Doğan həmin tarixdən Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. 8. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” 2020-ci il 24 noyabr tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Soytop Ademle Cavabdeh1 MMC arasında bağlanmış əmək müqavi ləsinə 2020-ci il 6 noyabr tarixdən xitam verilmişdir.
9. Cavabdeh1 MMC-nin Ümumi yığıncağın 2021-ci il 27 aprel tarixli iclas protokolundan görünür ki, Cavabdeh1 MMC-nin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılması, işçilərin əmək hüquqlarının qanunvericiliyə müvafiq təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Soytop Adem (bundan sonra – “iddiaçı”) Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul un cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Cumhuriyyətinin vətəndaşı olan iddiaçı Cavabdeh2 və qeyriləri ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 2020-ci il 11 iyun tarixdə qeydiyyata alınan "Nuşət” Məhdud Məsuliyyətli Cəmiyyətini (bundan sonra – “cavabdeh”) təsis etmişlər. Cavabdeh təsis olunmamışdan əvvəl iddiaçı bir neçə dəfə Azərbaycan Respublikasına turist kimi və işləmək məqsədi ilə gəlmişdir. Sonuncu dəfə Cavabdeh2 və X2 (bundan sonra – “Fariz Mustafayev”) tərəfindən Bakı şəhərinə dəvət olunmuşdur. İddiaçı az bir müddət "X5" şəbəkəsinə daxil o lan "xxxx" Firmasında fəaliyyət göstərmişdir. Qarşılıqlı razılaşmaya əsasən iddiaçı, Cavabdeh2 və digər iki Türkiyə Respublikasının vətəndaşı ilə birlikdə cavabdehi təsis etmiş, cəmiyyət 2020-ci il 11 iyun tarixdə dövlət qeydiyyatına alındıqdan sonra cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 ünvanında "xxxx" restoranını işlətmişlər. Qarşılıqlı razılaşmaya əsasən iddiaçı mütəxəssis kimi Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasına dəvət olunub, restoranın yenidən qurulması, fəaliyyətinin təşkil edilməsi ona tapşırılmış, işçi heyəti iddiaçı tərəfindən seçilmişdir. Müqavilənin 1-ci bəndinə əsasən iaşə obyektinin ("xxxx" restoranı) işlədilməsi müqabilində "İcraçı"ya (restoran müdirinə və baş aşbaza) təmiz mənfəətin 25 % xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ay ın 10-u həyata keçirilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən xidmət müqaviləsi ilə əlaqədar Türkiyədən gələn qarsonların qalmaları, Türkiyəyə gediş-gəlişləri üçün təyyarə biletləri "Sifarişçi" tərəfindən ödəniləcəkdir. Gediş barədə bir ay əvvəlcədən xəbərdarlıq edilməlidir.
12. Birgə təsis olunmuş MMC-nin Nizamnaməsinin 2.2-ci bəndinə əsasən cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir:
1. Cavabdeh2, -52 manat, 52 pay, 52 % pul şəklində, 2.Soytop Adem, -16 manat, 16 pay, 16 % pul şəklində,
3. Soytop Qanber, -16 manat, 16 pay, 16 % pul şəklində,
4. Doğan Murat, -16 manat, 16 pay, 16 % pul şəklində. Həmin Nizamnamənin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında o nların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Razılaşma əsasında Cavabdeh2 iddiaçıya aylıq 3000 manat məbləğində əmək haqqı və təsisçi kimi nizamnamə kapitalına uyğun gəlirin 16%-i miqdarında pul verilməliydi. İddiaçı, Fərhad və Fariz Mustafayevlərin vədlərinə inanaraq Bakı şəhərinə gəlmiş, Bakı şəhərində yaşaması və işləməsi ilə bağlı ötən müddət ərzində 5.000 ABŞ dollarından artıq pul xərcləsə də, Cavabdeh2 tərəfindən restoran işlək vəziyyətə gətirildikdən sonra iddiaçı işindən uzaqlaşdırılmış və ona verilməli olan əmək haqqı və gəlir verilməmişdir. Avqust və sentyabr aylarında orta hesabla restorandan 170.000 manat gəlir, digər aylarda isə 80.000 - 100.000 manat qazanc əldə edilmişdir. İddiaçı iş yerində direktor vəzifəsində olsa da, faktiki olaraq rəhbərliyi Fariz Mustafayev həyata keçirmişdir. 2020-ci ilin noyabr ayında Cavabdeh2 iddiaçıya hər hansısa bir xəbərdarlıq etmədən onu işindən azad etdiyini bildirmiş və restorana buraxmamış, Fariz Mustafayev vəkil sorğusuna cavab olaraq göndərdiyi məktubda isə iddiaçı ilə əmək müqaviləsi bağlamadığını bildirmişdir.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 87.1, 90-1.2, 21, 21.2-ci maddələrinə istinad olunmuşdur.
14. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh2 əsl Cavabdeh1 MMC ilə əvəz olunmasını xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 aprel tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilmiş, iş üzrə Cavabdeh2 əsl Cavabdeh1 MMC ilə əvəz edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 may tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat tələbinə dair iş üzrə iddiaçının cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulmasına dair tələbi ayrıca icraata ayrılmışdır.
17. Cavabdeh MMC tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunaraq bildirilmişdir ki, iddiaçının cavabdehə qarşı olan bu tələbləri qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin məcmusından da göründüyü kimi o cavabdeh MMC-də təsisçilərdən biri olmaqla yanaşı 2020-ci il 1 5 avqust tarixdən 2020-ci il 6 noyabr tarixədək əmək müqaviləsi əsasında vəzifə təlimatlarına uyğun olaraq direktor vəzifəsini icra etmişdir. Təsisçilərin ümumi yığıncağının 2020-ci il 6 noyabr tarixli qərarı əsasında iddiaçı direktor vəzifəsindən kənarlaşdırılmış, əmək qanunvericiliyinə uyğun olaraq ona çatan son haqq-hesab ödənilməklə yola salınmışdır. Direktor funksiyasını yerinə yetirən iddiaçı fəaliyyəti ilə bağlı böyük ümidlər olsa da, sonuncu şirkətin direktoru vəzifəsini icra edən zaman işçilər və o cümlədən digər təsisçilərlə yola getməmiş və nəticədə ümumi yığıncağın qərarı ilə direktor vəzifəsindən kənarlaşdırılmışdır. Həmçinin cavabdeh MMC-nin fəaliyyətə başladığı ilk aylardan gəlirlə işləməsi ilə bağlı müəssisənin hər hansı mənfəətinin olmadığı göstərilmişdir. Bu barədə hər ha nsı ümumi yığıncaq çağırılmamış və ya qərar qəbul olunmamışdır. Bu qısa müddət ərzində və eyni zamanda pandemiya səbəbindən işlər yolunda getmədiyindən işçilərin əmək haqlarının ödənilməsi çətinliklə təmin olunmuşdur. Bu və digər səbəblərdən 2020-ci il 27 aprel tarixdən etibarən cavabdehin bütün işçiləri işdən azad olunmaqla fəaliyyəti dayandırılmışdır. Beləliklə, iddia tələbində göstərilən maddi və mənəvi ziyan mövcud olmamışdır.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 may tarixli, e-2-2(113)-1428/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – L.Əliyeva).
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə cavabdeh MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda iddiaçının mənfəətin ödənilməsi tələbinə dair iddiasının məhkəmə tərəfindən təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.
20. Maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, tələb edən şəxsə real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda tələb edən şəxsin hüquqlarının pozulması maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu kimi hallar müəyyən edilməlidir. Hazırkı halda isə iddiaçı maddi zərərin əvəzi olaraq pulun tutulması tələbinə dair iddia qaldırsa da, nə cavabdehin əməlləri nəticəsində qanunla qorunan hüquqlarının pozulmasını, nə ona maddi zərər dəyməsini, nə də vurulmuş maddi zərərin məbləğini sübuta yetir ə bilməmişdir.
21. Həmçinin, iddiaçıya mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının və ya əmlak hüquqlarının pozulması, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halları müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olması nəticəsinə gəlmişdir.
22. Gəldiyi nəticəni məhkəmə MM-in 21.1, 21.2, 90-1.1, 91.3, 91.3.3-cü, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-328/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
25. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 90-1.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 20 oktyabr tarixdə iddiaçının nümayəndəsi və vəkilinin şəxsi elekt ron kabinetində yerləşdirilmiş və həmin tarixdə iş üzrə cavabdehə göndərilmişdir.
28. Qətnamədən iddiaçı 2021-ci il 25 dekabr tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-1096/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 21.1, 21.2, 21.3, 87.1, 91.1-1, 91.1-4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının xalis mənfəətin bölünməsinə dair ümumi yığıncağın keçirilməməsi ilə bağlı qərarı n olmaması əsas gətirərək apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməməsi əsassız olmuşdur. Tərəflər arasında 2020-ci il 29 may tarixdə bağlanmış ilkin anlaşmaya əsasən, təmiz mənfəətin 25 faizi xidmət haqqı olaraq hər ayın 10-u ödənilməli idi. Cavabdehin xalis gəlirinin olmaması ilə bağlı təqdim olunmuş hesabatlar isə saxtalaşdırılmışdır. Belə ki, cavabdehin gəliri olmasaydı əməkdaşlarına əmək haqqının verilməsi mümkün olmazdı. Həmçinin, müəssisə 1 ilə yaxın fəaliyyət göstərdiyi halda onun dövriyyəsinin 22.300 manat olması inandırıcı olmamışdır. Cavabdehin mənfəət vergisi bəyannaməsində əcnəbi işçilər üzrə qrafasında heç bir məlumat qeyd olunmamış, bəyannamədə xərclər gəlirlərlə bərabərləşdirilməklə dövlət büdcəsinə olan ödəmələrdən də yayınmışdır.
31. MPM-in 9.3-cü maddəsinin tələbi pozulmuşdur. İddiaçının vəkili məhkəməyə yazılı məlumat verərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmiş, lakin məhkəmə çəkişmə prinsipini pozaraq iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qə tnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. III. faktiki halların yoxlanılması və araşdırılması Məcəlləsinin müvafiq kimi TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mül ki müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi [79] 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasın da bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər....” “Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;...” 37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında göstərilmişdir: 1. “İnsan hüquqlarının və əsas azadl ıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiy aya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmənin xalis mənfəətin bölünməsinə dair ümumi yığıncağın keçirilməməsi əsası ilə iddia tələbini təmin olunmamasına dair mövqeyi əsaslı olmamışdır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmadığını bildirir.
42. Belə ki, Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir (MM-in 901.2-ci maddəsi).
43. Göründüyü kimi MMC-nin mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada mümkündür. Mülki qanunvericiliyə uyğun olaraq mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu səbəbdən, hüquqi şəxsin ümumi yığıncağı keçirilmədən mənfəətin bölüşdürülməsinin mümkün olmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.
44. Kassasiya şikayətinin digər dəlili isə cavabdeh tərəfindən mənfəət vergisi bəyannaməsində əcnəbi işçilər üzrə qrafasında heç bir məlumatın qeyd olunmaması, bəyannamədə xərclər gəlirlərlə bərabərləşdirilməklə dövlət büdcəsinə olan ödəmələrdən də yayınması ilə bağlı olmuşdur.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı vurğulayır ki, göstərilən hal cavabdehin vergi ödəyicisi kimi dövlət büdcəsi qarşısında öhdəlikləri ilə bağlı olduğundan vergi qanunvericiliyi ilə tənzimlənməklə yanaşı hazırkı mülki məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməzdi. Cavabdehin həqiqətən mənfəətinin nə qədər təşkil etməsinin müəyyən olunması üçün onun tərəfindən vergidən yayınma halına yol verilib-verilməməsi isə yalnız müvafiq icra hakimiyyəti orqanının inzibati aktı və ya inzibati icraat qaydasında aparılmış məhkəmə prosesi nəticəsində qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən oluna bilərdi ki, hazırkı halda belə aktın və ya məhkəmə qərarının mövcudluğu iş materiallarından görünmür.
46. Kassasiya şikayətinin digər dəlili isə məhkəmə tərəfindən iddiaçının vəkilinin ərizəsi nəzərə alınmayaraq onun iştirakı olmadan işə baxılması ilə bağlı olmuşdur.
47. MPM-in 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Əgər işdə iştirak edən şəxslər məhkəmə icla sının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.
48. Prosessual qanunvericiliyin istinad olunan müddəasından göründüyü kimi, işdə iştirak edə bilməmənin səbəbinin üzrlü olmasına dair sübutlar təqdim olunmalıdır və məhkəmə yalnız səbəbi üzrlü saydığı təqdirdə işin baxılmasını digər tarixə təxirə sala bilər. Hazırkı halda işin baxılması tarixi barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil şəxsi elektron kabineti vasitəsi ilə lazımi qaydada məlumatlandırılmış, sonuncu isə məhkəmə iclasının təxirə salınmasına dair ərizəsinə məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan b axmaqla prosessual pozuntuya yol verməmişdir.
49. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)1096/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
50. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-1096/20 21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.