Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-694/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-736/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qa ydasında baxılmışdır. İşin halları 1. 2023-cü il 25 dekabr tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqavilə satıcının imzası və möhürü ilə təsdiqlənsə də, alıcı tərəfindən imzalanmamışdır və möhür vurulmamışdır. Həmin müqavilə üzrə qiymət razılaşma protokolları, təhvil-təslim aktları cavabdeh tərəfindən imzalanmamış və hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü il 27 dekabr tarixli EBDW 150851 saylı dəyəri 54 699,61 manat olan, 2023-cü il 27 dekabr tarixli EBDW 153397 saylı dəyəri 48 408,32 manat olan elektron qaimələr göndərilmişdir.
3. Kapital Bank tərəfindən verilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya 2024-cü il 5 iyun tarixində köçürülmüş 127 500 manat məbləğ ində pul vəsaiti, 2024-cü il 6 iyun tarixində Formula Trans” MMC tərəfindən sonuncuya 127 309 manat həcmində geri qaytarılmışdır. 127 500 manat məbləğində pulun köçürülməsi barədə 2024-cü il 5 iyun tarixli ödəniş sənədindən görünür ki, 2024-cü il 3 iyun tarixli 06/24 saylı müqaviləyə istinad olunmuşdur. 4. 2024-cü il 6 iyun tarixli ödəniş sənədindən görünür ki, 127 309 manat məbləğində pul vəsaiti qaytarılarkən, “səhv göndərilən vəsaitin geri qaytarılması” qeydi aparılmışdır.
5. Tərəflər arasında 2024-cü il 3 iyun tarixli 06/24 saylı alqı-satqı müqaviləsi 236 000,47 manat dəyərində mallar barədə qiymət razılaşma protokolu imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 103.107,93 manat, illik gecikdirilmiş vaxt üçün 5% məbləği hesablanmaqla 4.340 manat, 397 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü il 25 dekabr tarixdə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini satıcı razılaşdırılmış qaydada və müddətdə yerinə yetirmiş, alıcı isə malları təhvil almasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, satıcı tərəfindən 2023-cü il 27 dekabr tarixli 150851 və 153397 nömrəli e-qaimələr üzrə **********-Minik avtomobilləri üçün t əkərlər 265/65R17, **********Minik avtomobilləri üçün təkərlər 215/50ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 235/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 225/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 215/45ZR17, **********- Minik avtomobilləri üçün təkərlər 235/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 195/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 245/50ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 295/40ZR21, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR22, **********-Minik avtomobilləri üçün təkərlər 245/35ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 185/65R15, **********-Minik avtomobilləriüçün təkərlər195/60R14, **********-Minik avtomobilləri üçün təkərlər 2 05/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 195/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 215/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/65R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/70R16, **********-Minik avtomobilləri üçün təkərlər 225/55ZR 16 mallar alıcıya tam təhvil verilməsinə baxmayaraq, bugünədək alıcı tərəfindən göstərilən malların cəmi qiyməti 103 107 manat 93 qəpik məbləğ satıcıya ödənilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 28 aprel tarixli e-2-2(113)-1041/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim K.Hüseynov).
9. Birinci instansiya məhkəməsi tərəflər arasında 2023-cü il 25 dekabr tarixli alqısatqı müqaviləsinin bağlanılıb-bağlanmaması və qeyd edilmiş “müqavilə” üzrə malların cavabdehə verilib-verilməməsi ilə bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsinə, qeyd edilmiş müqavilə üzrə qiymət razılaşma protokollarına, təhvil-təslim aktlarına nəzər yetirildikdə görünür ki, qeyd edilmiş sənədlər cavabdeh tərəfindən imzalanmamış və hətta hüquqi şəxsin möhürü ilə də təsdiq edilməmişdir. 10. 2023-cü il 27 dekabr tarixli EBDW 150851 saylı dəyəri 54.699,61 manat və EBDW 153397 saylı dəyəri 48.408,32 manat olan elektron qaimələrlə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, əgər 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi üzrə mallar (indiki halda avtomobil təkərləri) cavabdehə ve rilmiş olsa idi və iddiaçı tərəf ona 2024-cü il 5 iyun tarixdə ödənilmiş olan 127.500 manat pulu geri qaytarmaz, ancaq indi tələb etmiş olduğu 103.107,93 manatı çıxdıqdan sonra artıq məbləği geri qaytarardı.
11. Bundan başqa, tərəflər arasında 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi bağlanmış olsa və qeyd edilmiş müqavilə üzrə mallar verilib, ödənilməmiş olsa idi, iddiaçı tərəf sonrakı tarixdə yəni 2024-cü il 3 iyun tarixdə 06/24 saylı alqı-satqı müqaviləsini bağlamaz və ödənilmiş pulu qaytarmazdı.
12. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi cavabdehin direktoru olan X1 əks olunduğu fotoşəkillərə münasibətdə təkərlərin sayılması prosesində X1 iştirakının tərəflər arasında 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsinin bağlanması və qeyd edilmiş müqavilə üzrə malların ve rilməsi anlamına gəlmədiyini bildirmişdir.
13. Cavabdeh tərəf məhkəmə iclasında özünün təkər satışı biznesi ilə məşğul olduğunu, əvvəllər iddiaçı şirkət və onun faktiki rəhbəri Ağalarov Natiqlə, həmçinin sonuncunun digər şirkəti olan "xxxx" MMC ilə ortaq bizneslərinin olduğunu, sonradan isə ortaqlığın pozulduğunu, şəkillərin də, o zaman çəkildiyini bildirmişdir.
14. Məhkəmə fotoşəkillərin və videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə sübut təqdim edilməsini iddiaçı tərəfə təklif etsə də, iddiaçı tərəf bu barədə sübutu təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd edilən foto və video çəkilişin 2023-cü il 25 dekabr tarixli “alqı-satqı müqaviləsi” və 2 ədəd elektron qaimədə qeyd edilmiş malların verilməsi ilə heç bir əlaqəsi olmadığı qənaətinə gələrək göstərmişdir ki, əl aqəsi olmuş olsa idi, məhkəməyə təqdim edilən foto və videonun hansı tarixdə çəkilməsi barədə mobil cihazda dəyişdirilməsi mümkün olmayan, çəkilişdə hansı tarixdə aparılması barədə “ekran şəklini” məhkəməyə təqdim edərdi, ancaq iddiaçı tərəf nəinki qeyd edilmiş “ekran şəklini” məhkəməyə təqdim etməmiş, hətta foto və video təqdim etsə də, onun kim tərəfindən aparılmasını belə konkret cavablandıra bilməmişdir.
16. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid1, əvvəllər iddiaçının anbarında işlədiyi, iddiaçının direktoru Elşənin, Asiflə dost və şərik olduqlarını, X1 mallar götürdüyünü, ancaq hansı tarixdə olması barədə dəqiq yadında qalmadığını bildirmişdir.
17. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid2, əvvəllər anbardar işlədiyini, X1 mallar götürdüyünü ancaq hansı tarixdə olmasının barədə dəqiq yadında qalmadığını, özünün *un əmisi oğlu olduğunu, dekabr ayında videonun çəkilib-çəkilmədiyini bilmədiyini bildirdi.
18. Məhkəmə şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, hər iki şahid əvvəllər iddiaçının işçisi olmuşdur və onların da vermiş olduğu ifadələrdə, 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi bağlandığı və qeyd edilmiş müqavilə üzrə 103.107,93 manat dəyərində təkərlərin verilməsi halı öz təsdiqini tapmır.
19. Məhkəmə həmçinin 103.107,93 manat dəyərində təkərin kifayət qədər iri həcmli bir yük olduğunu, qeyd edilmiş yükün də, daşınması üçün iri nəqliyyat vasitələrinin tələb olunduğu, ancaq iddiaçı tərəfin bu barədə də, hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir.
20. Birinci instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki,tərəflər arasında ümumiyətlə 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi bağlanmamış və ancaq göndərilmiş 2 ədəd elektron qaimə isə 103.107,93 manat dəyərində malların verilməsini təsdiq etmir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 405.1, 405.2, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-736/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir (sədrlik edən – məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının yalnız elektron qaimələrə istinad edərək malların təhvil verilməsini iddia etməsi və pul tələb etməsi ağlabatan deyildir.
25. İşgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir. Hazırkı mübahisə üzrə isə belə bir hal müəyyən edilmir.
26. İddia tələbinə qiymət verərkən məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçının sübut qismində təqdim etdiyi müqavilələr, qiymətin razılaşdırma protokolu və digər sənədlər cavabdeh tərəfindən təsdiqlənməmişdir. Cavabdeh tərəfindən ödəniş edilikdən sonra, pul vəsaiti iddiaçı tərəfindən cavabdehə geri qaytarılmışdır. İddiaçı təqdim olunmuş elektron-qaimə fakturalar üzrə malların təqdim edilməsini sübuta yetirməmişdir.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 10.1, 14.2.1, 385, 386.1, 390.1, 404, 425, 442, 443.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4cü bəndlərinə, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
28. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 385.1, 442, 443.1, 448.1, 567, 600.4-cü maddələri üzrə - tərəflər minik avtomobilləri üçün təkərlər in alqı-satqısı barədə qarşılıqlı razılığa gəlinmişdir. Müqavilə satıcı tərəfindən hazırlanaraq təsdiqlənmiş və alıcıya təqdim edilmişdir. Alıcı isə öz növbəsində 2023-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsinin şərtləri ilə razılaşaraq həmin müqavilə üzrə verilmiş sifarişi təsdiqləmiş, bununla da müqavilənin bağlanmasına dair iradə ifadəsini əməli olaraq bildirmişdir. Tərəflər arasında yaranmış razılaşmanın məntiqi ardıcıllığı olaraq müvafiq malın təqdim edilməsinə dair qaimələr təqdim edilmiş, həmin qaimələr alıcı tərəfindən müvafiq elekton sistem üzərindən təsdiq edilmiş və daha sonra razılaşdırılmış mallar birbaşa alıcı tərəfindən, sonuncunun texniki imkanları vasitəsilə satıcının anbarından birbaşa yerində təhvil alınmışdır. Hazırki halda sözügedən alqı-satqı müqaviləsində və onu n əlavələrində alıcının imza və möhürünün olmaması özlüyündə tərəflər arasında müqavilənin bağlanmaması kimi qətiyyən qiymətləndirilə bilməz. Alıcının bu və ya digər səbəbdən öz öhdəliklərinə vicdanla yanaşmaması və sözügedən müqaviləni imzalamaması bir daha onun öz öhdəliklərindən hər vəchlə boyun qaçırmasının təzahürüdür.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndi üzrə - satıcı tərəfindən alıcıya göndərilmiş 2023-cü il 27 dekabr tarixli EBDW 150851 saylı dəyəri 54.699,61 manat olan və EBDW 153397 saylı dəyəri 48.408,32 manat olan elektron qaimələr birbaşa alıcı tərəfindən təsdiqlənmişdir (sistem tərəfindən 5 gün sonra av tomatik olaraq deyil). Həmçinin həmin qaimələrin ləğv və ya dəyişiklik edilməsi ilə bağlı bir hal mövcud olmamışdır.
31. MPM-in 9, 80-ci, 88-ci, 106.1-ci və 217-ci maddələri üzrə - 2025-ci il 16 iyul tarixinə təyin edilmiş apellyasiya məhkəməsinin iclasında üzrlü səbəbdən apellyatorun nümayəndə və vəkilinin iştirak edə bilməməsi barədə elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanmasına baxmayaraq işə iştirakı olmadan baxılmış və cəmi bir iclasa tələmtələsik iş üzrə qətnamə qəbul edilmişdir.
32. İddiaçı tərəfindən tərəflər arasında müqavilənin bağlandığını təsdiq edən və iradə ifadəsini birbaşa təsdiqləyən e-qaimələr, onların cavabdeh tərəfindən birbaşa təsdiqləndiyini göstərən elektron vergi sistemindən çıxarışlar, habelə sözügedən malların cavabdeh şirkətin direktoru tərəfindən yoxl anılaraq (sayılaraq) təhvil almasını təsdiq edən foto və video görüntülər, həmçinin, cavabdeh tərəfindən mallar üzrə ödəniş etməsini təsdiqləyən bank çıxarışları və habelə, tərəflər arasında yaranmış öhdəlik münasibətlərini və alıcı-cavabdeh tərəfindən sözügedən mallar təhvil alınsa da öz öhdəliklərini lazımınca yerinə yetirməməməsi barədə şahid ifadələri birbaşa olaraq alıcı tərəfindən təsdiq edilmiş qaimələr məhkəməyə təqdim edilməsinə baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutlara düzgün qiymət verməmiş, habelə, şahid ifadələri, fotoşəkillər və video qeydlərə və işin digər faktiki hallarına formal olaraq yanaşaraq əhəmiyyət verməmişdir. Apellyasiya məhkəməsi ödənişin geri qaytarılması halına düzgün hüquqi qiymət verməmiş, aparılan ödənişlərin iddiaçı tər əfindən qəbul ediləcəyi təqdirdə sonuncunun nə kimi risklərlə qarşılaşa biləcəyinə dair hallara doğru hüquqi mövqe formalaşdırmamışdır. Belə ki, ilk növbədə göndərilən pul vəsaitinin sözügedən müqavilə dəyərinin ödənilməsi ilə bağlı olduğu təkzib olunmazdır. Lakin ödənişin cavabdeh tərəfindən düzgün icra edilməməsi, yəni ədv öhdəlikləri üzrə məbləğin müvafiq subhesaba icra edilməməsi və habelə ödəniş təyinatının düzgün seçilməməsi gələcəkdə iddiaçını dövlət tərəfindən müvafiq sanksiyalara məruz qoya biləcəyi və bu halın onda maddi itkilərə səbəb ola biləcəyindən iddiaçı əsaslı olaraq ödənişi geri qaytarmış və cavabdehdən müvafiq düzəlişlər edilməsini tələb etsə də cavabdeh bu hala məhəl qoymamışdır.
33. Cavabdehin qanuni nümayəndəsi və digər işçiləri iddiaçının qanuni istifadəsində olan an bardan birbaşa malları təhvil alaraq öz yük daşıma üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsilə yükləmə edərək aparmışlar. Həmin hadisənin baş vermə vaxtı və şəraiti üzrə iş üzrə şahidlər ətraflı ifadə verməklə təsvir etmişlər. Lakin hazırkı qətnamə ilə şahid ifadələri diqqətə alınmamışdır.
34. Habelə, ilk instansiya məhkəməsi iclasında izahat verən cavabdehin qanuni nümayəndəsi iddiaçı şirkətlə heç vaxt alqı-satqı münasibətlərinin olmamasını, növbəti iclasda eyni tərəflər arasında oxşar malların alqı-satqısına dair 2024-cü il 3 iyun tarixli alqısatqı müqaviləsinin təqdim edildiyini, habelə sözügedən anbar sahəsinin özünə aid olduğunu və malların onun adına gətirildiyini bildirmiş, qeyd olunan halları təkzib edən sübutlar (obyekt kodu ilə bağlı çıxarışlar, malın ölkəyə idxalıyla bağlı gömr ük bəyanəmələri və s) tərəfindən təqdim edildikdən sonra belə məhkəmə cavabdehin işin halları ilə kəskin ziddiyyətli bəyanlarına əsaslanaraq iddianın rədd edilməsinə dair mövqeyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma... 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” 39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respubl ikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddia tələbinə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, MM-in 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə əşyanın alıcıya təhvil verilməsi vəzifəsi satıcıya, qəbul edilmiş əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək vəzifəsi alıcıya aid olduğuna görə, müvafiq olaraq həmin halların sübutetmə vəzifəsi də onların üzərinə düşür. Baxılan iş üzrə iddiaçı, cavabdehlə alqı-satqı münasibətlərinə istinadla pul tələb etdiyi üçün, MPM-nin 77-ci maddəsinin, eləcə də MM-in 567-ci maddəsinin tələbi baxımından (bax §38, 40) alqı-satqı predmet i olan malların cavabdehə təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsi, qiymət razılaşma protokolları və təhviltəslim aktları cavabdeh tərəfindən imzalanmamışdır. İddiaçı tələbini əsaslandırmaq üçün yalnız iki ədəd elektron qaiməyə istinad etmişdir.
45. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.
46. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi elektron qaimələrə qiymət verəkən nəzərə almışdır ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri sferasında işgüzar p raktika formalaşmamışdır. Bu baxımdan məhkəmə işdə olan sübutların məcmusuna əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı malların cavabdehə təqdim edilməsini sübuta yetirə bilməmişdir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərin qeyd olunmamasını nəzərə alaraq hesab edir ki, iş üzrə gəlinən nəticə MMin 567-ci maddəsinin MPM-nin 14.2 və 77.1-ci maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə uyğun olmuş, şikayətdə göstərilən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
48. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillərinə gəldikdə, nəzərə alınmalıdır ki, üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 iyul tarixli 2-2(103)-736/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.