Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-696/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(103)608/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Bir inci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş inşaat materiallarının dəyəri olan 20.399,98 manat əsas borc və 3.672 manat ƏDV borcu və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz borcu məbləği 338 manat olmaqla, ümumilikdə 24.409,98 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, malların təhvil verilməsi 2023-cü il 15 dekabr, 2024-cü il 11 iyul və 2024-cü il 15 avqust tarixli elektron qaimələr ilə rəsmiləşdiri lmişdir. Cavabdeh 2023-cü il 30 dekabr tarixində 3.535 manat vəsait, 2024-cü il 13 iyun tarixində isə 10.000 manat vəsait ödəmiş, bununla da 2023-cü il 15 dekabr tarixli qaimə üzrə borcun bir hissəsi silinmişdir. Buna baxmayaraq, təhvil verilmiş inşaat materiallarının dəyəri olan 24.071,98 manat vəsait (20.399,98 manat əsas borc və 3.672 manat ƏDV borcu olmaqla) bugünədək iddiaçıya ödənilməmişdir. Bundan əlavə, alıcı tərəfindən öhdəliklərin vaxtında icra olunmamasına görə 338 manat faiz borcu hesablanmışdır. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ - 2023-cü il 15 dekabr tarixli hesab faktura üzrə əsas borcdan 13.535 manat ödənilmişdir. Borcun bir hissəsinin son ödənildiyi tarix - 2024-cü il 13 iyun tarixindən indiki vaxta qədər gecikdiril miş məbləğə uyğun olaraq 104 manat (4.171,3 x 2.5: 100) (gecikdirilmiş müddət - 6 aya uyğun 2,5 faiz dərəcəsi, 4.171,3 manat ödənilməmiş məbləğ), 2024-cü il 11 iyul tarixli hesab faktura üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 134 manat (7.870,6 x 1.7: 100) (gecikdirilmiş müddət - 4 aya uyğun 1,7 faiz dərəcəsi, 7.870,6 manat ödənilməmiş məbləğ), 2024-cü il 15 avqust tarixli hesab faktura üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 100 manat (12.030,08 x 0,83: 100) (gecikdirilmiş müddət - 2 aya uyğun 0,83 faiz dərəcəsi, 12.030,08 manat ödənilməmiş məbləğ) təşkil edir.
3. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, təqdim olunmuş mallar üzrə razılaşdırılmış məbləğ tam şəkildə ödənilmişdir. Lakin təqdim edilən elektron qaimələrin və digər sənədlərin təhlilinə görə, bəzi qaimələr əsassız olaraq tərtib edilmiş, göstərilən mallar isə cavabdehə faktiki olaraq təhvil verilməmişdir. İddia ərizəsində göstərilən və 2024-cü il 11 iyul və 2024-cü il 15 avqust tarixlərində tərtib edilmiş qaimələr təqdim olunmuş, lakin malların faktiki çatdırılması ilə bağlı hər hansı təhvil-təslim aktı mövcud deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarına əsasən, elektron qaimə-faktura yalnız uçot sənədi olub, malların və ya xidmətlərin faktiki təqdim edildiyini sübut edən sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçı yalnız elektron qaimələrə əsaslanaraq tələblərini irəli sürə bilməz. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların 3.10-cu bəndinə əsasən, elektron qaimə-fakturanın ləğv edilməsi yalnız onu göndərən şəxs tərəfindən həyata keçirilə bilər. Cavabdeh isə elektron qaimələrin yalnız qəbul edəni olduğundan, onların ləğv edilməsi səlahiyyətində deyil. İddiaçının yalnız elektron qaimələrə əsaslanaraq irəli sürdüyü tələblər hüquqi cəhətdən əsassızdır. Odur ki, təqdim olunan elektron qaimələrin etibarsız hesab edilməklə iddia rədd edilməlidir. İddiaçı tərəfindən təqdim edilən 2023-cü il 15 dekabr tarixli təhvil-təslim aktının etibarlılığı isə mübahisəlidir. Belə ki, həmin sənəddə 2024-cü il 10 iyun tarixində direktor təyin edilmiş şəxsin adı 2023-cü il 15 dekabr tarixli təhvil-təslim aktında yer almışdır. Odur ki, sözüge dən təhvil-təslim aktı ya sonradan tərtib edilib, ya da üzərində dəyişikliklər aparılıb. Təyinat tarixindən əvvəl həmin şəxsin bu cür sənədə imza atması və ya sənəddə qeyd edilməsi mümkün deyil. Bu hal, təqdim edilən sübutların etibarsız olması ehtimalını gücləndirir. Bundan əlavə, iddiaçı cavabdehlə heç bir hüquqi əlaqəsi olmayan və 2023-cü il 15 dekabr tarixindən əvvəlki dövrə aid olan qaimələr təqdim etmişdir. Xüsusilə, iddiaçının dövlət qeydiyyatına alınmadığı tarixlərə aid olan qaimələrin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi mümkün deyil.
4. Əlavə olaraq cavabdehin vəkili bildirmişdir ki, 2023-cü il 15 dekabr tarixində elektron qaimə göndərilmiş, lakin həmin qaimədə məbləğ tərəflərin razılaşdıqları qiymətdən yuxarı göstərilmiş, bu səbəbdən həmin qaimə üzrə tərəflərindən az ödə niş edilmiş, həmin qaimə üzrə qalıq borcları qalmamışdır. Həmin qaimədə göstərilən maldan savayı onlara hər hansı mal verilməmiş, ümumiyyətlə digər iki qaimə üzrə cavabdehin iddiaçıya həmin həcmdə sifarişi olmamış, həmin mallar onlara verilməmiş, cavabdehin həmin mallara ehtiyacı belə olmamışdır. Tərəflər arasında yazılı müqavilə, hər hansı təhvil aktı olmamışdır. İddiaçının təqdim etdiyi əl qaimələrinin onlara hər hansı aidiyyəti yoxdur, təhvil aktlarını imza edən iddiaçının direktoru isə həmin aktlar imzalanan tarixdə ümumiyyətlə qanuni təmsilçi olmamış, bu da həmin sənədlərin sonradan saxtalaşdırılaraq arxa tarixə tərtib edildiyini göstərmişdir. Əl qaimələrinin bir qismi isə ümumiyyətlə iddiaçı təsis edilməmişdən əvvəlki tarixə aiddir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 13 mart tarixli, e-2-2(113)-1428/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 3.535 manat əsas, 636,30 manat ƏDV borcu, 104 manat faiz borcu, 60 manat dövlət rüsumu, ümumilikdə 4.335,30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində alqı-satqı müqaviləsi, müqavilənin həmin tarixli əlavəsi, üç ədəd təhvil aktı və üç ədəd elektron qaimə əlavə edilmişdir. Təqdim edilmiş həmin sənədlər birtərəfli qaydada iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş, cavabdehin vəkili Nümayəndə2 məhkəmə iclasındakı izahatında tərəflər arasında yazılı müqavilənin olmadığını, hər hansı ikitərəfli aktın tərtib edilmədiyini bildirmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ilk olaraq 2023-cü il 15 dekabr tarixli elektron qaimə təqdim edilmiş, həmin qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 13.535 manat əsas, 2.436,30 manat ƏDV ödənilmişdir. Cavabdeh həmin qaimə üzrə qalıq borcun ödənilməməsinin səbəbini qaimədə malların dəyərinin razılaşdırılmış qiymətdən yuxarı göstərilməsi ilə izah etsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmamışdır. Həmin qaiməyə cavabdeh tərəfindən hər hansı irad bildirilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı iddiaçıya pretenziya verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
8. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda 2023-cü il 1 5 dekabr tarixli elektron qaimə üzrə ödənilməmiş 3.535 manat əsas, 636,30 manat ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il 15 avqust tarixli və 2024-cü il 11 iyul tarixli elektron qaimələrin alqı-satqı müqaviləsi üzrə malın alıcıya verilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
10. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı qaimə-fakturaları da mötəbər sübut kimi qəbul etməmişdir. Həmin sənədlərdən malın ümumiyyətlə kimə təhvil verildiyi, hansı ünvana təhvil verildiyi, sənədləri imza etmiş şəxslərin hansı vəzifəni icra etməsi, kim olmasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə, iddiaçı məhkəməyə ümumiyyətlə malların kim tərəfindən, hansı qaydada sifariş verildiyini, malların han sı qaydada hansı ünvana çatdırıldığı, malların konkret olaraq hansı ünvana təhvil verildiyi, malların təhvil verildiyi şəxslərin məhz cavabdehin səlahiyyətli nümayəndələri olmasının necə müəyyən edildiyi suallarına iddiaçı tərəf ağlabatan şəkildə cavab verə bilməmiş, sifarişlərin telefon vasitəsilə verildiyini bildirsə də, həmin nömrələr barədə məlumatları məhkəməyə təqdim edə bilməmişdir.
11. Borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 338 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından cavabdehin yalnız qalıq 4.171,30 borcunun ödənilməsi ilə bağlı öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır.
12. Birinci instansiya m əhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 77.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(103)-608/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilə rək, cavabdehdən 19.900 manat 6,764 qəpik məbləğində pulun, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
15. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ilk olaraq 2023-cü il 15 dekabr tarixli elektron qaimə təqdim edilmiş, həmin qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 13.535 manat əsas, 2.436,30 manat ƏDV ödənilmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən müəyy ən malların alqı-satqısını həyata keçirdiklərini inkar etməmiş, 2023-cü il 15 dekabr tarixli elektron qaimə üzrə ödənişlər etmişlər. 2024-cü il 11 iyul tarixli və 2024-cü il 15 avqust tarixli elektron qaimələr iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş, qaimələr üzər ödənişlər edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən 2024-cü il 11 iyul tarixli və 2024-cü il 15 avqust tarixli elektron qaimələrin təsdiq edilmədiyini qeyd edərək iş üzrə yalnış qənaətə gəlmişdir. 2024-cü il 11 iyul tarixli və 2024cü il 15 avqust tarixli elektron qaimələrə cavabdeh tərəfindən hər hansı irad bildirilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı iddiaçıya pretenziya verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 3.10-cu bəndinə əsasən, elektron qaimə fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə fakturanın ləğvini xahiş edə bilər.
16. Məhkəmə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarına istinad edərək qeyd etmişdir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
17. Həm çinin cavabdehin nümayəndəsi birinci və apellyasiya instasniya məhkəmələrinin icraatı zamanı izahatlarında maliyyə sahəsində çətinlik olduğundan qaimələrin sistem tərəfindən təsdiqləndiyini qeyd etmişdir.
18. Məhkəmə apellyasiya şikayətinə etirazın dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçının 2023-cü il 31 iyul tarixində dövlət qeydiyyatına alındığını, lakin bəzi qaimələrin daha əvvəlki tarixlərdə tərtib olunaraq təqdim edildiyini qeyd etsə də bu iş materialları ilə təkzib olunmuşdur. Belə ki, hazırda mübahisəli olan elektron qaimələr 2024-cü il 11 iyul və 2024-cü il 15 avqust tarixlərdə tərtib olunmuşdur, yəni dövlət qeydiyyatına alındığı tarixdən sonra. Eyni zamanda, cavabdeh təhvil-təslim aktlarında 2024-cu il 10 iyun tarixində direktor təyin olunmuş X1 adını n qeyd olunduğunu qeyd edərək sənədlərin etibarsız olduğunu qeyd etsə də, iş materillarına görə, 2023-cü il 15 dekabr tarixli elektron qaimə üzrə təhvil-təslim aktında da X1 adı qeyd olunmuş və bu hal mübahisələndirilmədən cavabdeh tərəfindən qəbul olunaraq ödənişlər həyata keçirilmişdir. Digər 2024-cü il 11 iyul tarixli elektron qaimə üzrə 7.870,6 manat və 2024-cü il 15 avqust tarixli elektron qaimə üzrə 12.030,0764 manat pulu ödəməkdən yayınaraq öhdəliyini icra etməmişdir.
19. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 2024-cü il 11 iyul tarixli elektron qaimə üzrə 7.870,6 manat və 2024-cü il 15 avqust tarixli elektron qaimə üzrə 12.030,0764 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etm əkdə haqlıdır. Bundan əlavə, məhkəmənin iddiaçı tərəfindən təqdim edilən 2024-cü il 11 iyul tarixli və 2024-cü il 15 avqust tarixli elektron qaimələrə sübuta şübhə ilə yanaşmasına da hər hansı əsas olmamışdır. Odur ki, tərəflər arasında işgüzar münasibətlər, yəni malların təhvil verilməsi məhz elektron qaimənin cavabdehə verilməsi ilə formalaşmışdır.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 399.1, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 567, 598.1, 598.2, 598.3 və 600.4-cü maddələrinə, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.9 və 3.10-cu bəndinə, MPM-in 119.1-ci maddələrinə istinadla əsaslandırmış dır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun cavabdehdən 19.900 manat 6,764 qəpik məbləğində pulun, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların 3.10-cu bəndi üzrə - cavabdeh elektron qaimələrin yalnız qəbul edəni olduğundan, onların ləğv edilməsi səlahiyyətində deyil. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə uyğun qəbul edi lməmişdir. Məhkəmə sübutları lazımi qaydada qiymətləndirməmiş və prosessual hüquq normalarını pozduğundan, həmin qətnamə əsassızdır. Nəticədə cavabdeh barəsində ədalətsiz qərar qəbul edilmişdir. İşdə mövcud olan sübutlar iddiaçının tələbini tam təsdiq etməmiş, əksər əsas sübutlar isə (elektron qaimələr, aktlar, qaimələr və b.) cavabdeh tərəfindən təkzib edilmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır. İddiaçı tərəfindən təqdim edilən 2023cü il 15 dekabr tarixli təhvil-təslim aktının etibarlılığı mübahisəlidir. Belə ki, həmin sənəddə 2024-cü il 10 iyun tarixində direktor təyin edilmiş şəxsin adı 2023-cü il 15 dekabr tarixli təhvil-təslim aktında yer almışdır. Bu fakt açıq şəkildə göstərir ki, sözügedən təhvil-təslim aktları ya sonradan tərtib edilmiş, ya da üzərində dəyişikliklər aparılmış dır. Bu hal, təqdim edilən sübutların etibarsızlığına səbəb olmuşdur. Məhkəmə kifayət qədər şübhə doğuran sübuta istinad etməklə, həmin sübutun həqiqiliyini araşdırmadan iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. 23. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı üzrə - iddiaçının təqdim etdiyi elektron qaimələrin həqiqiliyi və hüquqi qüvvəsi cavabdeh tərəfindən mübahisələndirilmişdir. Cavabdeh həmin qaimələrin əsasında göstərilən əməliyyatların baş tutmadığını və ya ödəniş öhdəliyinin yaranmadığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi təqdim olunan sənədlərin mübahisəli olmasını nəzərdən qaçıraraq onların doğruluğunu yoxlamadan borcun mövcudluğuna dair əsas sübut kimi dəyərləndirmişdir. Təqdim olunan əl qaimələrinə görə verilmiş malların ümumiyyətlə kimə təhvil verildiyi, hansı ünvana təhvil verildiyi, sənədləri imza etmiş şəxslərin hansı vəzifəni icra etməsi, kim olmasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə, iddiaçı məhkəməyə ümumiyyətlə malların kim tərəfindən, hansı qaydada sifariş verildiyini, malların hansı qaydada hansı ünvana çatdırıldığı, malların konkret olaraq hansı ünvana təhvil verildiyi, malların təhvil verildiyi şəxslərin məhz cavabdehin səlahiyyətli nümayəndələri olması sübuta yetirilmədiyi halda məhkəmə sadəcə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş elektron qaimələrə istinad etməklə qətnamə çıxarmışdır. Hazırkı halda cavabdeh elektron qaiməni göndərən deyil, qəbul edəndir. Dolayı sıyla həmin qaimələrin cavabdeh tərəfindən ləğv edilməsi qeyri-mümkündür.
24. MPM-in 9, 14, 88, 372.1, 418.1 və 418.2-ci maddələri üzrə - mötəbərliyi şübhə altında olan sübutlara əsasən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə cavabdehin mövqeyini və sübutlarını düzgün qiymətləndirməmiş və faktiki surətdə nəzərə almamışdır ki, nəticədə sübutlar yalnız birtərəfli qaydada (iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında) qiymətləndirilmişdir. İş üzrə əsas mübahisə predmeti olan sənədlərin (xüsusən iddiaçının təqdim etdiyi aktların) həqiqiliyi şübhə doğurduğu halda, apellyasiya instansiyası onları lazımi qaydada tədqiq etməli idi. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi aktların hüquqi qüvvəsinin şübhə altında olması qeyd edilmişdir, məsələn, həmin aktların təqdim edildiyi t arix ilə onları imzalayan şəxsin hüquqi statusu arasında ziddiyyətlər mövcuddur. Bu kimi ciddi uyğunsuzluq aktların saxta olma ehtimalını göstərir və məhkəmə tərəfindən xüsusilə araşdırılmalı idi. Bundan əlavə, iddiaçı cavabdehlə heç bir hüquqi əlaqəsi olmayan və 2023-cü il 15 dekabr tarixindən əvvəlki dövrə aid olan qaimələr təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
26. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilməsi hissəsidə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində onun qanuniliyi və əsaslılığı yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. A zərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtın da ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.” 28. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının müddəalarında aşağıdakılar nəzərdə tutulur:
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv ed ilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. 3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturaya münasibətdə ləğv edilməsi təsdiq edildikdən) sonra elektron qaiməfaktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.”
29. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
33. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
34. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,... kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apelly asiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlər ə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hal larını, habelə cavabdehin apellyasiya şikayətinə qarşı etirazında qeyd olunan halları qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 5-ci il 3 iyul tarixli 22(103)-608/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.