Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-698/2025 22.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslər kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)222/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" (bundan sonra – “iddiaçı”) 2022-ci il 27 oktyabr tarixində Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 MMC-yə (bundan sonra birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək: cavabdehlərdən iddiaçının xeyrinə 2019-cu il 28 iyun tarixli 759 nömrəli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə sazişə əsasən 1-ci tranş üzrə 180.783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9.861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19.986,57 ABŞ dolları, cərimə borcu 24.173,41 ABŞ dolları olmaqla cəmi 234.804,56 ABŞ dolları; 2-ci tranş üzrə 349.218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8.226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49.378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları; 3-cü tranş üzrə 369.926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18.805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41.462,63 ABŞ dolları, cərimə borcu 55.533, 71 ABŞ dolları olma qla cəmi 485.728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə 167.177,5 ABŞ dolları məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.702,10 manat dövlət rüsumu və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması; tələbin 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş müqaviləsinə əsasən X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 (bundan sonra birlikdə - “Cavabdeh1”) məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi; həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin 2019-cu il 28 iyun tarixli 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş üzrə cəmi borcunun 1.167.177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.782,10 manat dövlət rüsumunun və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasi ya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər X2 və Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli 2-2(113)-42/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim – N.Əhmədova). Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh Qanuni nümayəndə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov). İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 oktyabr tarixli 2-2(102)-698/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayətinin verilməsini bildirmiş və bu səbəbdən işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh2 kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək iş i kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 oktyabr tarixli, 2-2(102)-698/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə q
Məhkəmə qərarları › İş №2-2(102)-698/2025
Ali Məhkəmə Qərar — İş №2-2(102)-698/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver