Məhkəmə qərarları › İş №2-2(102)-704/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-704/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-704/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi və ipoteka müqaviəsi üzrə tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 iyul tarixli 2-2(103)-644/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfind ən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında 2022-ci il 5 aprel tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci il 20 sentyabr tarixli 1 saylı Əlavə bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 13% olmaqla 400.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 2022-ci il 20 sentyabr tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan ümumi sahəsi 217.80 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 460.000 m anat müəyyən edilmişdir.

3. Həmçinin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında 2022-ci il 20 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 5 aprel tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci i l 20 sentyabr tarixli, 1 saylı Əlavəsinə əsasən, 395.232,10 manat əsas, 48.511,88 faiz borcu və 40,23 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən, Cavabdeh2 xüsusi mülkiyyətdə olan 217.80 kv.m ibarət olan qeyri-yaşayış sahəsinə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında (iddiaçı və Cavabdeh2) bağlanmış 2022-ci il 5 aprel tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci il 20 sentyabr tarixli, 01 saylı Əlavəsinə əsasən, 111.993,10 manat əsas borc, məhkəməyə müraciət üçün ödənilmiş 373,78 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutular aq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 111.993,1 manat təşkil edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 aprel tarixli, e-2-2(113)-108/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən birgə (müştərək) qaydada 111.993,10 manat məbləğində pulun, 373,78 manat dövlət rüsumunun, 400 manat mediasiyaya dair xərcin, ümumilikdə 112.766,88 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

8. Məhkəmə qanunvericilik normalarına və kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onları n həmin müqavilə üzrə iddiaçıya 111.993,10 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən birgə qaydada 111.993,10 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin Cavabdeh1 qarşı hissəsində təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 iyul tarixli 2-2(103)-644/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və E.Həsənov).

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, Cavabdeh1 isə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, zaminlik müqavilləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini zaminin Cavabdeh2 kreditor qarşısında yaranmış bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti ö z üzərinə götürməsi təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik: 2022-ci il 5 aprel tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci il 20 sentyabr tarixli, 01 saylı Əlavəsi olması müəyyən olunmuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, kreditorun tələb ilə etiraz irəli sürmədən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etmək, 2.1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik başqa şəxsə keçirildikdə yeni borclu ilə eyni həcmə, birgə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. İddiaçı (kreditor) ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 20 sentyabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyər i 460.000 manat müəyyən edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş mübahisəsiz halllarına görə, kredit müqaviləsi üzrə öhdəlik iki təminatla: həm ipoteka müqaviləsi, həm də zaminlik müqaviləsi ilə möhkəmləndirilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında 2022-ci il 5 aprel tarixli, **********04042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X4 və Kreditləşmənin Xüsusi Şərtlərinə dair 2022-ci il 20 sentyabr tarixli, 01 saylı əlavə hər iki təminat üsulu ilə 2022-ci il 20 sentyabr tarixli ipoteka müqaviləsi və 2022-ci il 20 sentyabr tarixli zaminlik müqaviləsi təmin edilmişdir. Hər iki təminat üsulu özü-özlüyündə müstəqil şəkildə öhdəliyin təminatı kimi çıxış etmişdir.

14. Zamin ipoteka predmeti olan əmlakın dəyərini apellyasiya şikayətində mübahisələndirsə də, iddiaçını n 2024-cü il 15 aprel tarixli məktubuna görə, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi 2024-cü il 5 aprel tarixli aqı-satqı müqaviləsinə əsasən, X1 və 333.000 manat məbləğində vəsait kredit borcundan silinmişdir. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh1 ipoteka qoyan olmadığından əmlakın aşağı qiymətlə satılmasını mübahisələndirməyə subyektiv hüququ müəyyən olunmamışdır. Ona görə məhkəmə zaminin bu dəlilini də əsassız hesab etmişdir.

15. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 zaminlik müqaviləsi imzalayan zaman digər təminatdan (ipoteka) asılı olmadan kredit müqaviləsi üzrə olan və ola biləcək bütün riskləri (ipoteka predmetinin satılmaması, aşağı qiymətə satılması, məhv olması və s.) nəzərə alaraq öhdəliyi öz üzərinə götürmüşdür. Zaminliyə xitam verilməsi əsaslarını tənzimləyə n MM-in 477-ci maddəsində nəzərdə tutulmuş hallar işin halları ilə müəyyən edilməmişdir.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 460.1, 470, 470.1, 472.1, 472.2, 477, 739.1, 739.2 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin ona qarşı olan hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 315.1, 472, 474.1, 476 və 477-ci maddələri üzrə - Cavabdeh1 ilə zaminlik müqaviləsi kreditin ödənilməsinin əlavə təminatı qismində bağlanmışdır. İş materiallarına görə, kreditin təminatı olaraq ipoteka müqaviləsi imzalanmışdır. Həmçinin ipoteka predmetinin qiyməti 460.000 manat kimi q iymətləndirilmişdir. Məhz zamin kassator zamin dayanarkən ipoteka predmetinin təminat üsulu olaraq kreditin ödənilməsinə kifayət etdiyini düşünərək zamin olmuşdur. Lakin ipoteka predmeti olan əmlak borclu ilə bankın razılığı əsasında satılmışdır. Lakin satılan məbləğ borcun ödənilməsinə yönəlmək əvəzinə həmin məbləğin sadəcə olaraq bir hissəsi borcun ödənilməsinə yönəlmişdir. İpoteka predmetinin ipoteka müqaviləsində nəzərdə tutulmuş qiymətlə satılması belə kredit borcunun faizləri ilə birlikdə tam ödənilməsinə kifayət etdiyi halda borclu tərəfindən həmin əmlak daha yüksək qiymətə satılmışdır. Həmin qiymətlərlə bağlı borclu tərəfindən sosial şəbəkələrdə edilmiş reklamlar mövcuddur ki, o, əmlakın 580.000 manata satılacağını bildirmişdir. Göründüyü kimi bankın razılığı ilə ipoteka predmetini satılması və satışdan əldə olunan məbləğin bir hissəsinin borcun ödənilməsinə yönəldilməsi və qalıq məbləğin məhz zamin olaraq Cavabdeh1 tutulması qanunsuz və ədalətsizdir. İş üzrə isə borclu zaminliklə və ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka predmeti hesabına qismən təmin etməsinə baxmayaraq zaminə bu barədə heç bir məlumat verməmişdir. Belə ki, ipoteka predmeti olan əmlakın dəyəri 500.000 manatdan yuxarı olmasına və satılmasına baxmayaraq borclu və iddiaçı bankın əlbir olaraq razılaşmasına əsasən satışdan əldə olunmuş məbləğin sadəcə bir hissəsi borcun ödənilməsinə yönəldilmiş, bununla da zaminin hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının zaminin təklifini qəbul etməməsi kassatorun istinad etdiyi maddi hüquq normasının pozulmasına səbəb olmuş və nəticədə zaminin hüquqları kif ayət qədər pozulmuşdur. Bu zaminliyə xitam verilməklə iddianın zaminə münasibətdə rədd edilməsi üçün əsasdır. Hazırki iş üzrə də ipoteka predmeti olan əmlak satılmaqla və bununla bağlı zaminə məlumat verilməməklə öhdəlik dəyişdirilmişdir. İpoteka predmetinin müqavilə dəyəri 460.000 manat, real dəyəri isə 580.000 manat təşkil etdiyi halda guya ipoteka predmeti olan əmlak sadəcə olaraq 300.000 manata satılmışdır. Halbuki borclu həmin əmlakı kredit borcundan yuxarı qiymətə satmış və bununla bağlı da bankın razılığını almışdır. Bundan sonra satışdan əldə olunan məbləğin bir hissəsini kredit borcuna ödəmiş, bununla da zaminin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Belə ki, hazırki ipoteka predmeti borcun ödənilməsinə tam kifayət etdiyi halda, borclu və iddiaçının bu hərəkəti nəticəsində art ıq zamin 100.000 manatdan yuxarı borcun müştərək qaydada ödənilməsi üzrə borclu vəziyyətinə düşmüşdür. Bu isə onun vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdır. Zamin qeyd edilən əmlakın iddia tələbinin həcminin azaldılması hissəsində ala bilərdi və bununla bağlı iddiaçı təşkilata təklif etmişdir. Yəni iddiaçı təşkilat kredit zaminin təklif etdiyi qəbul etməkdən imtina etməklə əmlakın başqa şəxsə guya eyni qiymətə satılmasına razılıq vermişdir. Bu isə artıq zaminliyə xitam verilmə əsasıdır.

19. MPM-in 88 və 218.1-ci maddələri üzrə - birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Əgər lazımi qaydada araşdırma aparsaydı onda məhz əmlakın niyə bu qədər ucuz qiymətə satıldığını, ümumiyyətlə hansı qiymətə satılması nı, bununla bağlı alt sənədləri tələb edər və zaminliyə xitam əsası olub-olmama məsələsini araşdırmalı olduğu halda düzgün hüquqi qiymət verməyərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində iş üzrə bütün zəruri hallara qiymət verməli olduğu halda məhz ipoteka predmeti olan əmlakın müqavilə üzrə 460.000 manat, real dəyər olaraq isə 580.000 manat dəyərində olduğunu, lakin həmin əmlak satıldıqdan sonra məhz 300.000 manat məbləğində silinmə olduğunu araşdırmalı, nəticədə bu halın zaminin mənafeyinə toxunub-toxunmadığını əsaslandırmalı və düzgün hüquqi nəticəyə gəlməli idi. Lakin bu hallar heç biri lazımi qaydada tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çər çivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə za minliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

26. Kassasiya şikayətində qeyd edilən dəlillər isə əsassızdır.

27. Belə ki, MM-in 477.0.1-ci maddəsinə görə zaminliyə xitam verilməsi üçü n iki şərt birlikdə mövcud olmalıdır: əsas öhdəlik zaminin razılığı olmadan dəyişdirilməli, həmin dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün digər əlverişsiz nəticələr doğurmalıdır.

28. Hazırkı işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri də müəyyən etmişlər ki, kredit müqaviləsinin şərtləri, borcun məbləği, faiz dərəcəsi və icra qaydası dəyişdirilməmiş, yalnız təminat predmeti olan əmlakın realizə olunması baş vermişdir ki, bu da əsas öhdəliyin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz.

29. İpoteka predmetinin satılması kreditorun qanuni hüququnun həyata keçirilməsi olmaqla, bu hal öhdəliyin məzmununun dəyişdirilməsi deyil, onun icra mexanizmlərindən birinin tətbiqi kimi qiymətləndirilməlidir. Bu səbəbdən MM-in 477.0.1-ci maddəsinin tətbiqi üçün zəruri olan “öhdəliyin dəyişdirilməsi” elementi mövcud deyildir.

30. MM-in 472.1 və 472.2-ci maddələrinə əsasən, zamin və borclu, əgər müqavilədə subsidiar məsuliyyət nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə və tam məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin şərtləri də ondan ibarətdir ki, Cavabdeh1 borclunun öhdəliyinin icrasına görə ipoteka təminatından asılı olmayaraq, müştərək (birgə) məsuliyyəti öz üzərinə götürmüşdür.

31. Həmçinin ipoteka predmetinin mümkün satış qiyməti, onun bazar dəyəri və ya satışın daha yüksək qiymətə həyata keçirilməsinin ehtimalı zaminin məsuliyyət həcmini dəyişdirən hüquqi fakt kimi çıxış etmir və MM-in 477-ci maddəsində nəzərdə tutulmuş xitam əsasları sırasına aid edilə bilməz.

32. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsi əsa slıdır ki, kredit öhdəliyi həm ipoteka, həm də zaminliklə müstəqil təmin olunmuş, ipoteka təminatının realizəsi zaminin məsuliyyətini aradan qaldırmamış və zaminliyə xitam verilməsi üçün qanuni əsas yaratmamışdır.

33. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı işə qeyd olunan maddi hüquq normasının tətbiqində hər hansı pozuntuya yol verilməmişdir.

34. Kassasiya şikayətində göstərilən prosessual normaların pozulması ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma ması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prose ssual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini dey il, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş ü zrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 iyul tarixli 22(103)-644/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar