Məhkəmə qərarları › İş №2-2(102)-711/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-711/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-711/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-711/2025 Bakı şəhəri Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC, Cavabdeh3 (X4, X2 və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli, 2-2(103)-13/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh5 arasında 2013-cü il 16 iyul tarixli, 17L000002559 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən kredit alana hissə-hissə verilməsi nəzərdə tutulan kreditlər üçün 120 ay müddətinə 10.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdı r.

2. Həmin kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması bağlanmış, razılaşmaya əsasən bank tərəfindən aylıq 1,2083 % faiz dərəcəsi ilə 48 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində tərəflər arasında 2013-cü il 31 iyul tarixli, 17R000004010 saylı ikinci kredit razılaşması bağlanmış, bu razılaşma üzrə də bank tərəfindən kredit alana 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,2083% olmaqla, 500.000 ABŞ dolları məbləğində kredit verilmiş, sonradan bir neçə dəfə restrukturizasiya edilmiş və müvafiq ödəniş planları tərtib olunmuşdur.

4. Sonrakı dövrdə tərəflər arasında müvafiq olaraq 2015-ci il 14 may, 2017-ci il 2 mart, 2017-ci il 29 dekabr, 2018-ci il 1 4 dekabr, 2020-ci il 30 aprel və 2021-ci il 19 aprel tarixlərində bağlanmış əlavə sazişlərlə kredit razılaşmalarının və ödəniş planlarının şərtləri dəyişdirilmiş, kredit qalıqlarına faiz dərəcələri yenidən müəyyən edilmiş və borcların restrukturizasiyası aparılmışdır.

5. Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MMC arasında müvafiq olaraq 2013-cü il 16 iyul tarixli 17S000004237, 17S000004240, 17S000004241 saylı və 2013-cü il 17 iyul tarixli 17S000004260 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər borclu Cavabdeh5 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

6. Həmçinin, Kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabd eh5 arasında müvafiq olaraq 2013-cü il 16 iyul tarixli 17M000000528, 17M000000530 və 17M000000529 saylı ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri 27-ciməhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 7. 2017-ci il 23 may tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh5 mülkiyyətində olan və ipoteka ilə yüklü edilən həmin əmlakları Cavabdeh4 s atmışdır.

8. Həmçinin, kredit öhdəliklərinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda 2013-cü il 16 iyul tarixli 17M000000527 saylı və 2013cü il 30 iyul tarixli 17M000000535 saylı ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzili və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC, Cavabdeh3 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq – “R.Tanrıverdiyev”, “Cavabdeh2”, “Cavabdeh4”, “MMC”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il 16 iyul tarixli 17L000002559 saylı krеdit xətti müqaviləsinə, 2013-cü il 19 iyul tarixli 17R000003885 saylı krеdit razılaşmasına və 2013-cü il 31 iyul tarixli 17R000004010 saylı krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 17R000003885 saylı krеdit razılaşması üzrə 107.075,57 ABŞ dolları krеdit bоrcu, 65.351,70 ABŞ dolları faiz bоrcu, 50.000 ABŞ dolları cərimə olmaqla, cəmi 222.427,27 ABŞ dolları, 17R000004010 saylı krеdit razılaşması üzrə 100.310,90 ABŞ dolları krеdit bоrcu, 76.385,83 ABŞ dolları faiz bоrcu və 45.000 ABŞ dolları cərimə olmaqla, cəmi 221.696,73 ABŞ dolları, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 444.124 ABŞ dolları məbləğində bоrcun, tutmanın Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 ot aqlı 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 444.124 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 636 manat məbləğində dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdəndən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2, 1-ci mərtəbəsində yerləşən 78,1 m2, 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ibarət olan qeyri-yaşayış sahələrinə tutma yönəl dildikdən və satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh5 kredit r azılaşmalarının 1.2-ci bəndinin tələbini pоzaraq ödəmələri dəfələrlə yubatmışdır. 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2021-ci il 27 avqust tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 392.924,43 ABŞ dolları ödəmiş, onun 107.075,57 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 28 yanvar tarixə 154 gün üçün hesablanmış faiz borcu 65 351,7 ABŞ dolları, cərimə 50.000 ABŞ dolları təşkil edir. Həmçinin Cavabdeh5 2013-cü il 31 iyul tarixli, 17R000004010 saylı kredit razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20 21-ci il 27 sentyabr tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 399.689,1 ABŞ dolları ödəmiş, onun 100.310,9 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 28 yanvar tarixə 123 gün üçün hesablanmış faiz borcu 76.385,83 ABŞ dolları, cərimə 45.000 ABŞ dolları təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 may tarixli qərardadı ilə hazırki iş üzrə X4, X2 və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.

12. Cavabdeh5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, qeyd etmişdir ki, iddiaçı 2013-cü il 16 iyul tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, 2013-cü il 19 iyul tar ixli 17R000003885 saylı kredit razılaşmasına və 2013-cü il 31 iyul tarixli 17R000004010 saylı kredit razılaşması üzrə iddia tələbi vermək müddətini ötürmüşdür. Belə ki, müqavilə öhdəlikləri üzrə iddia tələbi vermək müddəti 3 ildir. Müqavilənin müddti bitməsindən 3 il keçməsini, eləcə də zaminlik müqavilələri üzrə iddia müddəti 1 il olmasını nəzərə alaraq 2013-cü il 16 iyul tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, 2013cü il 19 iyul tarixli 17R000003885 saylı kredit razılaşmasına və 2013-cü il 31 iyul tarixli 17R000004010 saylı kredit razılamaları üzrə iddia tələbinə müddət tətbiq edilməsini xahiş etmişdir.

13. Cavabdeh3 da iddiaya etiraz etmiş və izahatında dəbbə pulu məbləğinin həddindən artıq yüksək olduğunu, əsas borcun yarısı qədər dəbbə pulu hesablandığını, bu hissədə iddi a tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq ikinci kredit razılaşması üzrə bankın hesabladığı və ekspertin rəydə göstərdiyi faiz məbləği arasında 23.000 ABŞ dolları fərq olduğunu, dəbbə pulu azaldıldığı halda iddia tələbi digər əmlaklara yönəldilərsə tələbin Cavabdeh3 məxsus əmlaka yönəldilməsinə ehtiyac qalmayacağını, yekunda Cavabdeh3 münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişlər.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 iyul tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı 2013-cü il 16 iyul tarixli 17L000002559 saylı krеdit xətti müqaviləsinə, 2013-cü il 19 iyul tarixli 17R000003885 saylı krеdi t razılaşmasına və 2013-cü il 31 iyul tarixli 17R000004010 saylı krеdit razılaşmasına xitam verilməsi (ləğv edilməsi) tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 iyul tarixli, e-2-2(113)-66/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 17R000003885 saylı krеdit razılaşması üzrə 107.075,57 ABŞ dolları məbləğində krеdit bоrcu, 64.279,86 ABŞ dolları faiz bоrcu, 6.000 ABŞ dolları cərimə olmaqla, cəmi 177.355,43 ABŞ dolları məbləğində pul vəsaiti; 17R000004010 saylı krеdit razılaşması üzrə 99.098,81 ABŞ dolları krеdit bоrcu, 51.597,92 ABŞ dolları faiz bоrcu və 5.500 ABŞ dolları cərimə olmaqla, cəmi 156.196,73 ABŞ dolları, 2 kredit razılaşması üzrə ümumilikdə 333.552,16 ABŞ dolları məbləğində bоr cun, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 450 manat məbləğində dövlət rüsumu, mediasiya xərclərinin əvəzi olaraq 300 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 158.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 131.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 2 19.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 134.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahə sində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi-yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 600.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1ci mərtəbəsində yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Abşeron rayonu Xırda lan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi-yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

17. Məhkəmə müəyyən etmişdir ki, 2022-ci il 14 mart tarixində iddiaçı cavabdehlərə xəbərdarlıq məktubları ünvanlayaraq 2013-cü il 19 iyul tarixli və 2013-cü il 31 iyul tarixli kredit razılaşmaları üzrə gecikdirilmiş əsas və faiz borcunun 2022-ci il 23 mart tarixədək kredit alan tərəfindən ödənilmədiyi təqdirdə həmin kredit razılaşmalarına xitam veriləcəyini bildirmiş, lakin kredit alan tərəfindən kredit razılaşmaları üzrə gecikdirilmiş borc ödənilməmişdir. İşin halları onu göstərir ki, kredit alan bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində gecikdirilmiş borcu ödəmədiyindən sözügedən kredit razılaşmalarına 2022-ci il 23 mart tarixdən birtərəfli qaydada xitam verilmişdir.

18. İddianın kredit müqaviləsi üzrə əsas və f aiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 yanvar tarixli, 9/8602 saylı ekspert rəyi ilə Cavabdeh5 iddiaçıya 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə 2022-ci il 28 yanvar tarixə əsas kredit borcunun 109.697,07 ABŞ dolları, faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 64.023,90 ABŞ dolları, 2013-cü il 31 iyul tarixli, 17R000004010 saylı kredit razılaşması üzrə 2022-ci il 28 yanvar tarixə əsas kredit borcunun 99.098,81 ABŞ dolları, faiz borcunun 231,23 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 53.366,69 A BŞ dolları təşkil etməsi və bundan sonra 2022-ci il 21 aprel tarixində həmin müqavilə üzrə 2.000 ABŞ dolları məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına görə, ekspert rəyində 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə əsas borcun 109.697,07 ABŞ dolları məbləğində olması müəyyən edildiyi halda, iddiaçı həmin müqavilə üzrə 107.075,57 ABŞ dolları məbləğində əsas borcun tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə həmin hissədə işə iddia tələbi həddində baxaraq hesab etmişdir ki, 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə cavabdehdən 107.075,57 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Faiz borcuna gəldikdə ekspert rəyi ilə həmin razılaşma üzrə 2022-ci il 28 yanvar tarixə (tələb olunan tarixə) faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun isə 64.023,90 ABŞ dolları olması, yəni faiz borcunun cəmi 64.279,86 (64.023,90+255,96) ABŞ dolları) təşkil etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə cavabdehdən tutulacaq faiz borcu məbləği ekspert rəyinə uyğun olaraq 64.279,86 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Eyni ilə 2013-cü il 31 iyul tarixli, 17R000004010 saylı kredit razılaşması üzrə tutulacaq əsas və faiz borcları ekspert rəyinə əsasən müvafiq olaraq 99.098,81 ABŞ dolları və 51.597,92 ABŞ dolları (53.366,69 ABŞ dolları + 231,23 – 2.000 ABŞ dolları ödəniş) məbləğində müəyyən edilməlidir.

20. Belə olan halda məhkəmə Cavabdeh5 kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh5 iddiaçıya 2013-cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə 2022-ci il 28 yanvar tarixə 107.075,57 ABŞ dolları məbləğində əsas, 64.023,90 ABŞ dolları məbləğində faiz borcu, 2013-cü il 31 iyul tarixli, 17R000004010 saylı kredi t razılaşması üzrə 2022-ci il 28 yanvar tarixə 99.098,81 ABŞ dolları məbləğində əsas, 51.597,92 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

21. Həmçinin məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu iddiaçıya 2013cü il 19 iyul tarixli, 17R000003885 saylı kredit razılaşması üzrə 6.000 ABŞ dolları və 2013cü il 31 iyul tarixli, 17R000004010 saylı kredit razılaşması üzrə 5.500 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

22. Eyni zamanda məhkəmə borc alan Cavabdeh5 2013-cü il 16 iyul tarixli, 17L000002559 saylı kredi t xətti müqaviləsi üzrə kredit verən iddiaçı qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona əsas və faiz borcunu ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda müqavilənin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit verən iddiaçının kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və MMC həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

23. Cavabdeh5 tərəfindən verilmiş iddia müddətinin və zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, 17L000002559 saylı mübahisəli kredit xətti müqaviləsi 2013-cü il 16 iyul tarixində bağlanmış və həmin kredit xətti müaviləsi əsasında 2013-cü il 19 iyul tarixində və 2013-cü il 31 iyul tarixində kredit razılaşması imzalamışlar. Sonradan hər 2 kredit razılaşması üzrə kredit alan və kredit verən arasında müxtəlif vaxtlarda (2015, 2017, 2018, 2020 və 2021-ci il tarixlərdə) sazişlər bağlanmış və hər 2 kredit razılaşması üzrə borc öhdəlikləri restrukturizasiya edilərək sonuncu sazişlə hər 2 kredit razılaşması üzrə borcun kredit alan tərəfindən son ödənilmə tarixi 2023-cü il 27 aprel olaraq razılaşdırılmışdır. Sözügedən sazişə zaminlər də imz a etməklə kredit razılaşmaları üzrə öhdəliyin icrası müddətinin uzadılmasına razılıqlarını ifadə etmişlər.

24. Belə olan halda iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən kredit razılaşmaları üzrə öhdəliklərin icrası müddəti bitməmişdir. Belə olan halda isə mübahisəli kredit müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin, eləcə də zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətin (əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanan bir illik müddət) iddiaçı tərəfindən buraxılmaması müəyyən edilmişdir.

25. Bundan əlavə borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh5 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1. 1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə də iddia təmin edilməlidir.

26. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətlərinin rəyləri alınmışdır.

27. Belə ki, "xxxx" MMC-nin 2022-ci il 27 sentyabr tarixli, LP-134/2022, LP-135/2022, LP136/2022 saylı mütəxəssis rəylərinə əsasən, müvafiq olaraq Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin hazırkı bazar dəyəri 241.000 manat, likvid qiyməti 109.200 manat dəyərində; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümu mi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyəri 199.000 manat, likvid qiyməti 192.000 manat dəyərində; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyəri 114.000 manat, likvid qiyməti 110.000 manat dəyərində; Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilin hazırkı bazar dəyəri 121.000 manat, likvid qiyməti 118.000 manat dəyərində və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 1.650.000 manat, likvid qiyməti 1.500.000 manat dəyərində müəyyən edilmişdir.

28. Həmçinin məhkəmənin sifarişi əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 2023-cü il 8 fevral tarixli, MB-16/0161 saylı qiymətləndirmə hesabatına (rəyinə) əsasən müvafiq olaraq Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (zirzəmi) hazırkı bazar dəyəri 197.000 manat, likvid qiyməti 158.000 manat dəyərində; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) hazırkı bazar dəyəri 164.000 manat, likvid qiyməti 131.000 manat dəyərində; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) hazırkı bazar dəyəri 274.000 manat, likvid qiyməti 219.000 manat dəyərində; Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a s aylı evin 8 saylı mənzilin hazırkı bazar dəyəri 168.000 manat, likvid qiyməti 134.000 manat dəyərində və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 750.000 manat, likvid qiyməti 600.000 manat dəyərində müəyyən edilmişdir.

29. Bununla yanaşı, ipoteka predmeti olan əmlaklar ipoteka müqavilələri bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmetləri olan müvafiq olaraq Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 137.426,88 manat məbləğində, Abşeron rayonu Xırdalan şəhəri 27- ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 106.678,40 manat məbləğində, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsi 156.880 manat məbləğində, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzil 75.302,40 manat məbləğində və Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evi 345.180 manat məbləğində dəyərləndirilmişdir. 30. "xxxx" MMC tərəfindən verilmiş rəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin rəydə müəyyən edilmiş bazar dəyəri və likvid qiymətlərlə (xüsusən də Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəb əsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə) tərəflərin ipoteka müqaviləsində tərəflərin razılaşdırdıqları ilkin satış qiymətləri və "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş bazar dəyəri və likvid qiymətləri arasında kəskin fərqlər, eyni zamanda həmin rəyin özündə uyğunsuzluqlar mövcuddur. Belə ki, rəydə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın birinci mərtəbəsində yerləşən 78,1 kv.m. qeyriyaşayış sahəsi 192.000 manat məbləğində qiymətləndirildiyi halda eyni binanın eyni mərtəbəsində 137.3 kv.m. qeyri-yaşayış sahəsi isə 110.000 manat məbləğində qiymətləndirilmiş (hər iki obyektin təmiri yaxşı kimi qeyd edilmişdir) və göstərilən ziddiyyət əsaslandırılmamışdır. Bununla yanaşı qiymətləndirici Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, 14 saylı binanın 214.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyərinin 241.000 manat, likvid dəyərinin 109.200 manat olması müəyyən edilmiş, lakin bazar dəyəri və likvid qiymət arasında kəskin fərqin mövcudluğunu əsaslandırmamışdır. Bundan əlavə qiymətləndirici tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinin bazar dəyəri və likvid qiyməti müəyyən edilərkən evin yerləşdiyi 0.05166 ha torpaq sahəsinin ipoteka qoyanın mülkiyyətində deyil, istifadəsində olması nəzərə alınmamış, rəydə yaşayış evi ilə yanaşı həmin evin yerləşdiyi torpaq sahəsi ayrıca olaraq qiymətləndirilmişdir.

31. Odur ki, məhkəmə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (zirzəmi), Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə), Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə), Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilin və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətlərinin ipoteka predmetlərinin "xxxx" MMC Qiymətləndirmə Şirkətinin rəyində müəyyən edilmiş likvid qiymətlərə əsasən müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.

32. Ca vabdeh3 istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyini verərkən ipoteka predmeti olan fərdi yaşayış evinə baxış keçirməməsi, onun faktiki sahəsini nəzərə almaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, birincisi, Cavabdeh3 ipoteka müqaviləsi bağlandıqdan sonra mübahisəli fərdi yaşayış evində genişləndirmə işlərinin aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin dəlilləri nəzərə alınaraq iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tətqiqat obyektinə baxışın təyin olunduğu tarixdə tərəflər məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdən obyektə baxış keçirilməsi qeyrimümkün olduğundan ekspert rəy verməkdən imtina etmişdir. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yar adılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh3 vəzifələrinə daxil idi.

33. Məhkəmə belə qənaətə gəlmişdir ki, müvafiq olaraq Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin (zirzəmi) ilkin satış qiyməti 158.000 manat; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin (1-ci mərtəbə) ilkin satış qiyməti 131.000 manat; Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) ilkin satış qiyməti 219.000 manat; Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 134.000 manat və Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 600.000 manat məbləğində müəyyən edilməlidir.

34. Həmçinin məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan mənzil və fərdi yaşayış evindən müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, eləcə də ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “M M”) 97.5, 269, 270.1 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 380.1, 385.1, 386, 442, 443.1, 448.1, 467, 470.1, 472.1, 472.2, 477.0, 477.0.4, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.3, 47.5, 59.3.1, 59.3.2 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 107, 115.0.9 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

36. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddia tələblərinin təmin edilməsi hissəsində ləğv, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Cavabdeh R.Tanrıverdiyev həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, apellyasiya şi kayəti üçün verilmiş 320 manat dövlət rüsumunun iddiaçının üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 2-2(103)-13/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 158.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətin in 131.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 219.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiymətinin 134.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilərək, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 170.000 manat, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 260.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiyməti 175.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 850.000 manat məbləğində müəyyən edilməsi v ə qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – E.Həsənov, hakimlər – T.Mahmudova və Z.Şirinov).

39. Kollegiya hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Həmçinin, Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haq lı olmuşdur.

40. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdüklərinə münasibətdə kollegiya qeyd etmişdir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 109 697,07 ABŞ dolları, faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 64 023,90 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 99 098,81 ABŞ dolları, faiz borcunun 231,23 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 53 366,69 ABŞ dolları təşkil etdiyi və bu ndan sonra xx.xx.2022-ci il tarixdə həmin müqavilə üzrə 2000 ABŞ dolları məbləğində ödəniş olunduğu müəyyən edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ekspert rəyində xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə əsas borcun 109 697,07 ABŞ dolları məbləğində olması müəyyən edildiyi halda, iddiaçının həmin müqavilə üzrə 107 075,57 ABŞ dolları məbləğində əsas borcun tutulmasını tələb etməsi nəzərə alınaraq sözügedən razılaşma üzrə apellyatorlardan 107 075,57 ABŞ dolları məbləğində əsas borc və 64 279,86 ABŞ dolları faiz borcu tutulmalı, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə tutulacaq əsas və faiz borcları da ekspert rəyinə əsasən müvafiq olaraq 99 098,81 ABŞ dolları və 51 597,92 ABŞ dolları (53 366,69 ABŞ dolları + 231,23 - 2000 ABŞ dolları ödəniş) məbləğində müəyyən edilməlidir.

41. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

42. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşmış və qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borclarının məbləğlərini mütənasib şəkildə azaltmışdır.

43. Kollegiya, birinci instansiya məhkəməsinin “satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin apellyatorlardan müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli f ərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” tələbi üzrə gəldiyi nəticəni qanuni hesab etmişdir. Çünkü həmin nəticə bilavasitə qanunun göstərişindən irəli gəlir.

44. Bununla belə kollegiya, apellyatorların şikayətlərinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab etmişdir.

45. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ipoteka predmetlərinin qiymətləndirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. 46. "xxxx" MMC-nin verdiyi 2025-ci il 26 may tarixli qiymətləndiricinin rəyinə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın zirzəmi mərtəbəsində 219,6 m2 ümumi sahədən ibarət qey ri-yaşayış sahəsinin likvid dəyərinin 170.000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 150.000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 260.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 4-cü mərtəbəsində yerləşən 67,1 m2 ümumi, 45 m2 yaşayış, 22,1 m2 yardımçı sahədən ibarət 3 otaqlı 8 saylı mənzilin likvid dəyərinin 175.000 manat; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,05166 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın likvid dəyərinin 850.000 manat təşk il etdiyi müəyyən olunmuş, iddiaçı bankın nümayəndəsi həmin qiymətləri mübahisələndirmədiyini bildirmişdir.

47. Həmin rəyin əmlaklara baxış keçirilərək müqayisəli təhlillər aparılmaqla hazırlandığını, həmçinin əmlaklara qoyulan qiymətlərin təxminən 2 il əvvəlki dövrün qiymətləri olmasını (birinci instansiya məhkəməsinin qətnaməsi 2 il əvvəl çıxarıldığı üçün), ötən dövr ərzində isə daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, bu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti müvafiq məbləğlərdə müəyyənləşdirilməlidir.

48. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 317, 319.1, 319.6, 385, 386.1, 390.5, 404, 425, 442, 448.1, 472, 500.1 və 739.1-ci, “İpote ka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.3.3, 47.5, 59.1, 59.3 və 59.4-cü, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 18-ci, MPMin 14.2, 77.1, 80, 81, 88, 97.1 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

49. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Cavabdeh5 həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh3 kassasiya şikayətinin dəlilləri 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsi üzrə Cavabdeh3la b ağlanmış ipoteka müqavilələrində kreditin faiz dərəcəsi, başqa sözlərlə əsas öhdəlik tam şəkildə göstərilməmişdir. Belə olan halda isə müqavilə bağlanmamış hesab edilməli və ipoteka predmetinə tutma yönəldilməməlidir.

52. MM-in 477.0.1-ci maddəsi üzrə - müqavilədə kreditin faizləri əks edilməmişdir. Sonradan bu müqavilə çərçivəsində çoxsaylı dəyişiklik və əlavələr edilmiş, həmin dəyişiklik və əlavələrdə kreditin faiz dərəcəsi və dəbbə müəyyənləşdirilmişdir. İş üzrə bütün zamin və ipoteka qoyan Cavabdeh3 razılığı alınmamış, həmin şəxslər yalnız ödəniş planı adlanan sənədə imza atmışlar ki, buradan da faiz və dəbbənin nə qədər olduğunu müəyyən etmək mümkün deyildir. Halbuki, iş materiallarına görə, R.Tanrıverdiyevdən başqa digər cavabdehlərin kreditin faizlərindən və dəbbədən məlumatları olm amışdır. Onlarla zaminlik müqavilələri bağlanılan zaman kredit üzrə faizlər müəyyən edilməmiş, yalnız zaminlik müqaviləsindən sonra kredit üzrə 1,2083 həcmində faiz dərəcəsi müəyyən edilmiş və bu barədə zaminlərə məlumat verilməmiş və onların razılığı alınmamışdır. Bu hal zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişmənin zaminlərin məsuliyyətinin artdığını, bu səbəbdən onlarla bağlanmış müqavilənin xitam olunduğunu birbaşa təsdiq etsə də, məhkəmə bu hala diqqət yetirməmişdir.

53. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam şəkildə araşdırmamış, həmin sübutlara tam şəkildə baxmamış və heç bir hüquqi qiymət verməmişdir. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb edən faktlar – kreditin dəqiq məbləği düzgün müəyyən edilməmişdir. Mə hkəmə kredit üzrə külli miqdarda ödəniş edilməsini nəzərə almayaraq, yalnız əsassız ekspert rəyi ilə kifayətlənmiş, təkrar ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Məhkəmə həm də ipoteka predmeti olan əmlakların real bazar dəyərini də çox aşağı müəyyən etmişdir. Halbuki, məhkəmə bir neçə qiymətləndiricinin xidmətlərindən istifadə edərək, əmlakların real bazar dəyərini düzgün müəyyən edə bilərdi. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyi sübut kimi qəbul etməsə də, başqa bir şirkət tərəfindən bankın xeyrinə verilmiş qiymətləndirmə rəyini sübut kimi qəbul etmişdir. b) Cavabdeh5 kassasiya şikayətinin dəlilləri

54. MM-in 477.0.1 və 744-cü maddələri üzrə - R.Tanrıverdiyevdən başqa digər cavabdehlərin kreditin faizlərindən və dəbbə borclarından məlumatları olmamışdır. Onlarla zaminli k müqavilələri bağlanılan zaman kredit üzər faizlər müəyyən edilməmiş, yalnız zaminlik müqaviləsindən sonra kredit üzrə 1,2083 həcmində faiz dərəcəsi müəyyən edilmiş və bu barədə zaminlərə məlumat verilməmiş və onların razılığı alınmamışdır. Bu hal zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişmənin zaminlərin məsuliyyətinin artdığını, bu səbəbdən onlarla bağlanmış müqavilənin xitam olunduğunu birbaşa təsdiq etsə də, məhkəmə bu hala diqqət yetirməmişdir.

55. MPM-in 88 və 97-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam şəkildə araşdırmamış, həmin sübutlara tam şəkildə baxmamış və heç bir hüquqi qiymət verməmişdir. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb edən faktlar – kreditin dəqiq məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kredit üzrə külli miqdarda ödəniş edilməsini nəzərə almayaraq, yalnız əsassız ekspert rəyi ilə kifayətlənmiş, təkrar ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Məhkəmə həm də ipoteka predmeti olan əmlakların real bazar dəyərini də çox aşağı müəyyən etmişdir. Halbuki, məhkəmə bir neçə qiymətləndiricinin xidmətlərindən istifadə edərək, əmlakların real bazar dəyərini düzgün müəyyən edə bilərdi. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş rəyi sübut kimi qəbul etməsə də, başqa bir şirkət tərəfindən bankın xeyrinə verilmiş qiymətləndirmə rəyini sübut kimi qəbul etmişdir. Hazırkı iş üzrə qiymətləndirmə ekspertizası və mühasibatlıq ekspertizası keçirilməli olduğu halda məhkəmə tərəfindən bunların heç biri həyata keçirilməmiş və iş üzrə yekun qərar əsasssız olaraq qəbul edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

57. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirili r. “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi i lə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində gös tərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.” 59. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 34.1, 39.3.3, 47.5, 59.1, 59.3 və 59.4-cü “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutul muş digər hallarda. “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir;”

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

62. Belə ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

63. Cavabdeh3 kassasiya şikayətində qeyd edilən “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsi və MM-in 477.0.1-ci maddəsinin, habelə R.Tanrıverdiyevin kassasiya şikayətində qeyd edilən MM-in 477.0.1 və 744-cü maddələrinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, iddia tələblərinin tutmanın Cavabdeh3 məxsus daşınmaz əmlaklara yönəldilməsi hissəsi, habelə qətnamənin digər zaminlərlə bağlı hissəsi apellyasiya icraatının baxış predmetinə aid edilməmişdir (apellyasiya məhkəməsinin qətnaməsinin 152-153-cü bəndləri). Ona görə də, həmin dəlillər hazırkı kassasiya baxışının predmetini təşkil etmədiyi üçün onların qiymətləndirilməsi nə zərurət yoxdur.

64. Kassasiya şikayətlərində qeyd edilən digər maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

65. Belə ki, kassasiya şikayətlərində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

66. Kassasiya şikayətlərində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

67. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı də lillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müə yyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

69. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların pr osessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

70. Kassasiya şikayətlərində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin istinad etdiyi dəlillərə və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı sübutlara qiymət verilməmiş olsun. Lakin məhkəmə tərəfindən MPM-in 392.2-ci maddəsinə uyğun olaraq həmin dəlillərə, habelə sübutlara qiymət verilmişdir.

71. Kollegiya qeyd edir ki, işin hallarına və sübutlara hansı şəkildə qiymət verilməsi işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin səl ahiyyətinə aiddir və məhkəmə də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirərək müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

72. Bundan əlavə, cavabdeh R.Tanrıverdiyev tərəfindən Cavabdeh3 zaminliklə bağlı hüquqlarının pozulmasına istinad edilməsi tam əsassızdır. Bekə ki, həmin dəlillərə istinad etmək hüquqları zamin olan Cavabdeh3 özünə məxsusdur. Sonuncunun bununla bağlı dəlilləri isə əsassızdır. Çünki aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, kredit razılaşmaları və ödəniş planlarına dəyişikliklər edilməsi zamanı zaminin razılığı alınmışdır. Belə olan halda isə MM-in 477.0.1-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.

73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

74. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 22(103)-13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar