Məhkəmə qərarları › İş №2-2(102)-720/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-720/2022

21.12.2022 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-720/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: MTK-nın təsisçisinə ödənilmiş vəsaitin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh1 və Cavabdeh2a qarşı “təsisçiyə ödənilmiş vəsaitin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(103)-71/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC-nin şəhadətnaməsinin surətinə əsasən həmin cəmiyyət 2017-ci il 24 may tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı MMC barədə dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 MMC-nin 10 faiz paya malik olan təsisçisi olmuşdur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 2021-ci il 6 iyul tarixli məktubuna əsasən, Cavabdeh1 İddiaçı MMC-dən üzvlükdən çıxması barədə qeyd 2019cu il 6 dekabr tarixdə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir.

4. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ 2017-ci il 24 may tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergi lər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Kooperativ 2017ci il 24 may tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir, Kooperativin tam adı İddiaçı Mənzil Tikinti Kooperatividir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 2021-ci il 20 aprel tarixli, **********398900 nömrəli məktubundan görünür ki, İddiaçı MMC ümumi yığıncağın 2019-cu il 25 noyabr tarixli qərarına əsasən təşkilati-hüquqi forması dəyişərək İddiaçı MTK-ya çevrilmişdir.

6. İddiaçı MMC-nin Təsisçilərinə dair 2019-cu il 6 dekabr tarixli Auditor rəyindən görünü r ki, 2019-cu il 28 noyabr tarixə “Cəmiyyət”in xalis aktivlərinin təsisçilərindən olan Cavabdeh1 düşən pay məbləği 18.54 manat təşkil etmişdir. 7. 2019-cu il 6 dekabr tarixli və 2019-cu il 3 dekabr tarixli dublikat çeklərindən görünür ki, Cavabdeh1 5.34 manat və 14.00 manat pul köçürülmüşdür.

8. İddiaçı MMC-nin 2019-cu il 25 noyabr tarixli təsisçilərin ümumi yığıncağının protokolundan görünür ki,.......Cavabdeh1 (nizamnamə kapitalında 2 manat, 2 pay, pul şəklində)....... keçirilən ümumi yığıncağında iştirak etməyərək yeni yaranan Mənzil Tikinti Kooperativinin üzvü olmaq hüququndan istifadə etmədiyi üçün müstəqil auditor cəlb edilərək Cəmiyyətin aktivləri barədə balans tərtib edildikdən sonra onların pay nisbətinə uyğun əmlak və ya pul şəklində hesablanaraq onlara qaytarılmasının təmin ed ilməsi icra orqanına həvalə edilmiş, təsis payları nisbətində onlara çatmalı əmlak və ya pul onlara təqdim edildikdən sonra həmin fiziki şəxslərin hüquqi şəxsdə təsisçilik hüquqlarına xitam verilmişdir. 9. "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış 2019-cu il 18 iyul tarixli məktubdan məlum olur ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva küçəsində olan qeyriyaşayış binasının alınması üçün 6.000.000 ABŞ dolları tələb olunan pul vəsaitinin təsisçilərin nizamnamə kapitalında olan mayalarına uyğun - Cavabdeh1 10% (600.000,0 ABŞ dolları) məbləğində 2019-cu il 1 avqust tarixə kimi İddiaçı MMC-nin hesabına ödənilməsi xahiş olunmuşdur. 10. "xxxx" MMC-yə 2019-cu il 18 iyul tarixli məktubuna cavab olaraq Cavabdeh1 600.000,0 ABŞ dolları məbləğində pul vəsaitini hazırda ödəyə bilmədiyi qeyd olunmuşdur. 11. 2019-cu il 22 iyul tarixli, AR – İ saylı 763031 nömrəli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətinə əsasən Cavabdeh1 tərəfindən.... bütün şəxslərdən, müəssisələrdən.... ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, məktubları, sənədləri almağı, adına olan firma və MMC-lərlə əlaqədar istənilən əməliyyatları aparmağı, adından və təsisçisi olduğu firma və MMC-lər adından bütün idarə və təşkilatlarda... onu təmsil etməyi Cavabdeh2 etibar etmiş, etibarnamənin müddəti 2022-ci il 22 iyul tarixədək müəyyən edilmişdir.

12. BBB-468 nömrəli, 2019-cu il 3 iyul tarixli kassa məxaric orderinə əsasən Cavabdeh2 633.590,00 manat, BBB-583 nömrəli, 2019-cu il 5 avqust tarixli kassa məxaric orderinə əsasən isə Cavabdeh2 37.400,00 manat məbləğində pul ödənilmişdir. 13. “RM Audit” tərəfindən tərtib olunmuş 2020-ci il 18 noyabr tarixli audit rəyində qeyd edilmişdir ki, Cəmiyyət və Kooperativ 2018 və 2019-cu ilin nəticəsinə görə mənfəət əldə etməmiş, nəticədə heç bir xalis gəliri olmadığından, cəmiyyət kooperativə çevrildikdə cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 kooperativin üzvü və payçısı olmamış və həmin tarixə kimi onun təsis payı 2 pay, 2 manat məbləğində olmuş, Nizamnaməyə əsasən isə vergilər və digər məcburi ödənişlər edildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsinə əsaslanaraq cəmiyyətin fəaliyyəti dövründə onun tərəfindən cəmiyyətin kassasına hər hansı bir pul vəsaitinin verildiyi təsdiq edilməmiş, eyni zamanda cəmiyyətin kreditor borcunda onun adına hər hansı borcun olması müəyyən edilməmiş, belə olan halda cəmiyyətin təsisçisi olmuş, Cavabdeh1 nizamnaməyə əsasən 2019-cu il 5 avqust tarixdə 37.400 manat pul vəsaitinin verilməsi üçün heç bir hüquqi əsas olmamış. Həmin pul vəsaiti məbləği cəmiyyətdə debitor borc kimi qalmaqdadır və həmin pul vəsaitinin verilməsi cəmiyyətin nizamnaməsinə uyğun olmadığından, pul vəsaitinin cəmiyyətin hüquqi varisi olan İddiaçı MTK-nın bank hesabına və ya kassasına qaytarılması Cavabdeh1 tələb edilməlidir. Digər şəxs olan Cavabdeh2 verilmiş 633.590 manat pul vəsaitinin verilməsi üçün Cəmiyyətin onun qarşısında öhdəliyinin olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud olmamış, Cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 həyat yoldaşı kimi Cavabdeh2 pul vəsaiti birincinin cəmiyyətdə təsisçisi olması səbəbindən əldə ediləcə k xalis mənfəətin olmasına əminlik yaratmasına ehtimala əsaslanaraq verildiyi, lakin məlum olduğu kimi cəmiyyət-kooperativ 2019-cu təsərrüfat ilini mənfəətlə deyil, zərərlə başa vurmuş, eyni zamanda təsisçi kimi Cavabdeh1 tərəfindən və X1 tərəfindən 2018 və 2019cu ildə cəmiyyətə digər formada hər hansı bir pul vəsaiti verilməmiş və cəmiyyətin mühasibat uçotunda onların adında kreditor borcun olmadığı təsdiq edilmiş, əksinə cəmiyyətin ilin yekununa görə tərtib və təsdiq edilmiş Mühasibat Balansında təsisçinin cəmiyyətə 670.990 manat debitor borcu mövcud olmuşdur. Cəmiyyətin ilin yekununa görə təsdiq edilmiş hesabatlarına əsasən heç bir mənfəət və xalis gəliri olmadığından, cəmiyyət tərəfindən verilmiş 670.990 manat pul vəsaitinin verilməsi əsassızdır və qeyd edilən pul vəsaitinin cəmiyyətin hüquqi varisi olan İddiaçı MTK-nın bank hesabına və ya kassasına qaytarılması tələb edilməlidir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı MTK (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 670.990 manat məbləğində ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi bununla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 266 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçəslərinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış e vlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi İddiaçı MMC-yə (bundan sonra – “MMC”) həvalə edilmişdir. Cavabdeh1 təsisçi kimi cəmiyyətin gələcəkdə əldə ediləcək xalis mənfəətinin olması ehtimalına əsaslanaraq əldə ediləcək xalis mənfəətin əvəzi olaraq qabaqcadan iki dəfəyə olmaqla cəmi 670.990 manat pul vəsaitini əldə etmişdir. Lakin, MMC və kooperativ 2018 və 2019-cu ilin nəticəsinə görə heç bir mənfəət əldə etməmiş və nəticədə heç bir xalis gəliri olmamışdır. MMC Kooperativə çevrildikdə cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 Kooperativin üzvü və payçısı olmamışdır. Həmin vaxtadək Cavabdeh1 payı 2 pay, 2 manat məbləğində olmuşdur. Cavabdeh1 MMC-nin fəaliyyəti dövründə kassaya hər hansı bir pul vəsaiti verməmiş və eyni zamanda cəmiyyətin kreditor borcunda onun adına hər hansı borc olmamışdır. Belə olduğu təqdirdə cəmiyyətin nizamnaməsinə zidd olaraq kassa məxaric orderləri üzrə Cavabdeh1 ödənilmiş pul vəsaitinin verilməsi üçün heç bir əsas olmamışdır. Həmin pul vəsaiti MMC-nin debitor borcu kimi qalmışdır. Cəmiyyət kooperativ 2019-cu təsərrüfat ilini mənfəətlə deyil, zərərlə başa vurmuşdur. Cavabdeh1 nəticədə əsassız varlanmışdır. Mühasibat balansında isə Cavabdeh1 cəmiyyətə ümumilikdə 670.990 manat debitor borcu yaranmışdır. Belə olduğu təqdirdə cəmiyyətin hüquqi varisi kimi iddiaçı cavabdehlərdən ona əsassız olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, heç bir nəticə olmadığından məhkəməyə müraciət edilmişdir.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – “MM”) 21.1, 21.2, 23, 90-1.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 13.2.15-ci maddələrinə istinad olunmuşdur.

17. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

18. Daha sonra 2021-ci il 23 iyul tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) cavabdeh qismində cəlb edilməsini, 670.990 manat məbləğində ödənilmiş pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir(İİ cild, iş.v75).

19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı, 2021-ci il 4 avqust tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə icraata digər cavabdeh qismində cəlb edilmişdir (İİ cild, iş.v80).

20. Bakı Kommersiya Məhkəməsin in 2021-ci il 27 avqust tarixli, e-2-2(113)-1774/2021 saylı qətnaməsi ilə iddia qismən – Cavabdeh1 670.990 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Ü.Həsənova).

21. Məhkəmənin mövqeyi belə olmuşdur ki, əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz mərhum olanın hesabına əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır. Əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşməklə iddiaçı əmlakından və ya əmlak hüququndan məhrum olduğunu, əldə edənin məhz onun hesabın, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etdiyini, əldə etmək üçün hər hansı hüquqi əsasın olmadığını və ya həmin hüquqi əsasın aradan qalxdığını sübuta yetirməlidir.

22. MM-in tələbinə əsasən cəmiyyətin mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilsə də, bu barədə ümumi yığıncağın qərarı olmadan MMC tərəfindən Cavabdeh1 gələcəkdə əldə ediləcək xalis mənfəətin olması ehtimalına əsaslanaraq 670.990 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 izahatında Cavabdeh1 tərəfindən MMC-yə ayrı-ayrılıqda 136.000 və 6800 manat məbləğində pulun mədaxil edildiyi göstərilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

23. Məhkəmə hesab etmişdir ki, MMC-dən pul vəsaitini et ibarnamə əsasında Cavabdeh1 nümayəndəsi Cavabdeh2 almaqla həmin vəsaiti Cavabdeh1 çatdırdığından, iddia tələbi vəsaitin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin oluna bilməzdi.

24. Gəldiyi nəticəni məhkəmə MM-in 49.1, 49.2, 65.1.2, 87.1, 87.9, 91.1, 90-1.1, 901.2, 90-1.3, 91.3.3, 386.1, 439.4, 1091.1, 1092.1, VM-in 13.2.15-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(103)-71/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

27. Məhkəmə kollegiyası bildirmişdir ki, MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsində cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi üçün xüsusi qayda müəyyən edilməmiş, habelə məhkəmə araşdırmaları zamanı 2019-cu ildə MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsinə dair cəmiyyətin ümumi yığıncağının qərarının mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir.

28. Həmçinin, Cavabdeh1 iddiaya etirazında və apellyasiya şikayətində 2019-ci ildə ona dividend olaraq ödənilmiş məbləğin bir hissə sinin geri qaytarıldığını bildirməklə, dolayısı ilə həmin məbləğin ona ödənilməsinin əsassız olduğunu təsdiq etmiş olmaqla yanaşı məhkəməyə iddiaçının tələb etdiyi məbləğin bir hissəsinin-142.800 manatının MMC-yə geri qaytarılması barədə möhür və imza ilə təsdiq edilməmiş “analitik uçot kitabı”ndan çıxarışdan başqa hər hansı mötəbər sübut da (kassa mədaxil qəbzi və s) təqdim edə bilməmişdir.

29. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi audit rəyində qeyd edilmiş məlumatların həqiqiliyinin yoxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1264/2021 saylı, 2021-ci il 24 dekabr tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 1 iyun tarixdə məhkəməyə daxil olmuş məktubuna əsasən İddiaçı MTK-nın 2018 və 2019-cu illər üzrə ilkin mühasibat sənədləri (VHF (alış və satışa dair), qaimə fakturalar (alış və satışa dair) ödəniş sənədləri və s), mənfəət vergisinin hesablanması üçün bütün gəlir və xərc sənədləri (əmək haqqı xərci, bank xərci, sosial ayırmalar, kreditin faizlərinin ödənilməsini özündə əks etdirən sənədlər və s), ƏDV depozit hesabından çıxarış, kassa mədaxil və məxaric qəbzləri, alqısatqı müqavilələri, həmin dövrə dair səyyar vergi yoxlaması aktı, maliyyə arayışı, EHF-lər, 2018 və 2019-cu illər üzrə bəyannamələr (ƏDV, mənfəət), forma 2-lər, material texniki hesabatlar, forma 3-lər və s. sənədlərin təqdim edilməsi təmin edilmədiyinə görə iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir.

30. Məhkəmə ko llegiyası həmçinin hesab etmişdir ki, 2019-cu il üzrə İddiaçı MMC-nin mənfəət əldə etmədiyinə dair iddiaçının dəlili audit rəyindən başqa digər mötəbər sübutlarla (ilkin mühasibat uçotu sənədləri və s) təsdiq edilmədiyindən bu dəlilin də əsaslılığı sübut olunmamışdır.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 90-1.1, 90-1.2, 90-1.3, 1091.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 7 iyul tarixdə iş üzrə tərəflərin vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, qətnamədən Cavabdeh1 2022-ci il 8 sentyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsini və təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 90-1.1, 91.3.3 və 1091.1-ci maddələri düzgün tətbiq olunmamış, MPM-in 14.2, 78.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə 2019-cu ildə MMC-nin əldə etdiyi xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi üçün qanunda nəzərdə tutulmuş əsasın – cəmiyyətin ümumi yığıncağının bu barədə müvafiq qərarının mövcud olmasının cavabdeh tərəfindən sübut edilməməsinə istinadən cavabdehə dividend kimi ödənilmiş pul məbləğinin əsassız varlanma qaydasında geri qaytarılmalı olması nəticəsinə gəlmişdir. Halbuki, cavabdeh 2019-cu ilin noyabr ayından etibarən qanunsuz və əsassız olaraq MMC-nin üzvlüyündən çıxarılaraq təsisçi hüquqlarına da xitam verildiyindən cavabdehin cəmiyyətin ümumi yığıncağının müvafiq qərarını təqdim etmək imkanı ol mamışdır. Bu səbəbdən, məhkəmə MMC-nin təsis olunduğu 2017-ci il 24 may tarixdən MTK-ya çevrildiyi 2019-cu il 25 noyabr tarixədək olan müddətdə keçirilmiş ümumi yığıncağının qərarlarının təqdim olunmasını tələb etməklə cavabdehə mübahisə predmeti olan pul məbləğinin ödənişinə dair müvafiq qərarın mövcud olub-olmadığını aydınlaşdıra bilərdi.

34. MM-in 56.5, 57.1-ci maddələrinin tələbləri pozulmuşdur. Aşağı instansiya məhkəmələri iddiaçının cavabdehə qarşı əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia qaldıra bilmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamış və bu hala hər hansı hüquqi qiymət verməmişdir. İddiaçı MTK-nın Cavabdeh1 qarşı hazırkı iddia tələbinə dair subyektiv hüquqa malik olması MMC-nin təsisçilərinin ümumi yığıncağının 2019-cu il 15 noyabr tarixli qərarına əsasən təşkilatihüquqi formasını dəyişərək MTK-ya çevrilməklə, MTK-nın MMC-nin hüquqi varisi sayılması ilə əsaslandırılmışdır. Həmin hal isə MTK-nın Cavabdeh1 qarşı müvafiq iddia qaldırmaq üçün subyektiv hüququnun olmasına əsas verə bilməzdi. Belə ki, mülki qanunvericiliyə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi, qanun vericilik çevrilmə (təşkilati-hüquqi formanı dəyişmə) nəticəsində yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələrinin yeni yaranmış hüquqi şəxsə təhvil aktına uyğun olaraq keçməsi və həmin aktda tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəaların əks olunması qaydasını təsbit edir. İddiaçı tərəfindən məhkəməyə belə bir akt təqdim edilməmiş, işə baxan məhkəmələr tərəfindən də həmin aktın ümumiyyətlə mövcud olub-olmaması, əgər varsa, bu aktda mübahisə predmeti olan məsələ üzrə hüquqi varisliyə dair müddəaların öz əksini tapıb-tapmaması araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmiş, məhkəmə həmçinin MMC-nin təsisçilərinin ümumi yığıncağının 2019-cu il 25 noyabr tarixli qərarına əsasən MMC-də 10 faiz paya malik olan Cavabdeh1 MMC üzvlüyündən çıxarıla raq təsisçi hüquqlarına xitam verilməsi və MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək MTK-ya çevrilməsinin mülki qanunvericiliyin və MMC-nin Nizamnaməsinin müvafiq tələbləri pozulmaqla həyata keçirildiyini və cavabdehin iddiaçıya qarşı qeyd olunan qərarın ləğvi tələbinə dair iddia qaldırmaqla həmin məsələnin qanuniliyini məhkəmə qaydasında mübahisələndirdiyini də nəzərə almamışdır.

35. MPM-in 80, 81, 88, 106.1 və 389-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan pul məbləğinin dividend olaraq ödənilməsini təsdiq edən sübut kimi tərəflərin izahatları ilə yanaşı, iddiaçının təqdim etdiyi 2 ədəd –2019-cu il 3 iyul tarixli BBB-468 saylı və 2019-cu il 5 avqust tarixli BBB-583 saylı kassa məxaric orderinə istinad etmişdir. Halbuki, həm in sənədlər bu halı təsdiqləyən sübut qismində qəbul edilə bilməzdi. Belə ki, adı çəkilən kassa məxaric orderləri Azərbaycan Respublikası Milli Bankının 1993-cü il 6 aprel tarixli 9 saylı Qərarı ilə təsdiq edilmiş “Xalq təsərrüfatında kassa əməliyyatlarının aparılması” Qaydalarının 13, 14, 15, 19, 20, 21 və 22-ci bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli, 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının 2.2, 2.5, 3.1, 3.4, 3.5, 3.7, 3.8, 3.9, 3.16, 3.17, 3.18 və 4.1-ci bəndlərinin tələblərinə zidd olaraq müəssisənin rəhbəri, baş mühasibi və kassiri tərəfindən imzalanmamış, pulun cavabdehin nümayəndəsinə verildiyi iddia olunsa da, orderlərin mətnində pulu al an şəxsin soyadından, adından və atasının adından sonra pulu almaq etibar edilmiş şəxsin soyadı, adı və atasının adı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix qeyd edilməmiş, müvafiq etibarnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti kassa məxaric orderinə əlavə olunmamış, orderlər üzrə pul verildikdən sonra kassir tərəfindən tarix (gün, ay, il) göstərilməklə, “Ödənilib” qeydi edilməmiş, orderlər kassaya verilməzdən əvvəl mühasiblik tərəfindən kassa mədaxil və məxaric orderlərinin qeydiyyatı jurnalında, nağd pulun verilməsi isə kassa kitabında qeydə və uçota alınmamış, orderlərdə onların tərtib edilmə əsası və pulun məxaric olunma təyinatı kimi dividend ödənilməsi yox, 2019-cu il 3 iyul tarixli orderdə “Z.Əliyeva ev 59 mənzil 125, 126, 127”, 2019-cu il 5 avqust tarixli orderdə isə “Cavabdeh1 Tac 1 Residence MMC tərəfindən verilən pul vəsaiti” göstərilmiş, 2019-cu il 3 iyul tarixli orderdə pulun təhvil alınma tarixi qeyd edilməmiş, 2019-cu il 5 avqust tarixli orderdə isə verilən məbləğ rəqəmlə “37 400,00” göstərildiyi halda, yazı ilə “qırx dörd min iki yüz manat 00 qəpik” göstərilməklə bir-biri ilə uyğunluq təşkil etməmişdir. Sözügedən kassa məxaric orderlərində yalnız cavabdehin nümayəndəsinin imza və soyadının olmasına istinadən həmin orderlərdə göstərilən pul vəsaitlərinin cavabdehə məhz mənfəətdən dividend kimi ödənilməsi qənaətinə gəlmək üçün əsaslı hesab edilə bilməz. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçının bir tərəfdən mübahisə predmeti olan pul vəsaitinin cavabdehə əsassız olaraq dividend kimi ödənilməsini iddia etməsi, digər tərəfdən isə, bu tələbini əsaslandırmaq üçün audit rəyi təqdim edərək 2019-cu ildə MMCnin təsisçilərə dividend ödənilməsinə imkan verən hər hansı mənfəətinin olmadığına istinad etməsi bir-biri ilə ziddiyyət təşkil edən mövqelərdir.

36. MPM-in 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fakti ki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, hab elə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər....” “Maddə

65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuli yyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.... 87.9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mən fəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa.” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri v ə üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.... 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;...” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.

2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmay a haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

42. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəasında nəzərdə tutulmuşdur: “Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin ( payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır....”

43. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

44. İ ş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(103)-71/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin “Səhmdar cəmiyyətində idarəetmə” adlanan 107-ci maddəsinin 1.4-cü bəndinə əsasən, cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

46. Məcəllənin 106-3.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin niz amnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir (Mülki Məcəllənin 106-3.5-ci maddəsi).

47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçiril ə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

48. İş materiallarına əsasən İddiaçı MMC-nin ümumi yığıncağın 2019-cu il 25 noyabr tarixli qərarına əsasən təşkilati-hüquqi forması dəyişərək İddiaçı MTK-ya çevrilmişdir. Həmçinin, iddiaçının 2019-cu il ərzində mənfəət əldə etmədiyi, habelə cavabdehə verilmiş 670.990 manat dividend ödənilməsi üçün bu barədə ümumi yığıncağın qərarının olmadığı müəyyən edilmiş, cavabdeh isə bu halları təkzib edən müvafiq sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

49. MPM-in sübutlara aid 76.1, 76.2-ci maddələrinin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halları n həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

50. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir.

52. Kassasiya şikayətinin MMC-nin təsisçilərinin ümumi yığıncağının 2019-cu il 25 noyabr tarixli qərarına əsasən MMC-də 10 faiz paya malik ol an Cavabdeh1 MMC üzvlüyündən çıxarılaraq təsisçi hüquqlarına xitam verilməsi və MMC-nin təşkilatihüquqi formasının dəyişdirilərək MTK-ya çevrilməsinin mülki qanunvericiliyin və MMCnin nizamnaməsinin müvafiq tələbləri pozulmaqla həyata keçirilməsi əsası ilə bununla bağlı qərarın ləğvi tələbinə dair iddianın qaldırılmasının məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6835/2021 saylı, 2021-ci il 15 sentyabr tarixli qətnaməsi ilə həmin iddia tələbi rədd edilmiş, Cavabdeh1 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2(102)-913/2022 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin göstərilən dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməz.

53. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsində cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi üçün xüsusi qayda müəyyən edilməsə də, məhkəmə araşdırmaları zamanı 2019-cu ildə MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsinə dair cəmiyyətin ümumi yığıncağının qərarının mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. 2019-cu il üzrə İddiaçı MMC-nin mənfəət əldə etmədiyinə dair iddiaçının dəlili isə mötəbər sübutlarla (ilkin mühasibat uçotu sənədl əri və s) təsdiq edilməsə də, bunun əksini təsdiq edən müvafiq sübutlar cavabdeh tərəfindən işə baxmış məhkəmələrə təqdim olunmamışdır.

54. İddiaçı MTK-nın Nizamnaməsinə əsasən, Kooperativ 2017-ci il 24 may tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisi olduğundan, məhkəmə kollegiyası, iddiaçı MTK-nın Cavabdeh1 qarşı hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik olmadığı barədə kassasiya şikayətinin dəlilinə də tənqidi yanaşır.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən qaytarılması tələb edilən pul məbləğlərinin ona ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına düzgün hüquqi q iymət verərək qanuni nəticəyə gəldiyindən, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, şikayətdə göstərilən dəlillər isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(103)-71/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

57. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 22(103)-71/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar