Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-725/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Anonim Şirkətinin cavabdeh "xxxx" ASC-yə, "xxxx" Anonim Şirkətinə, "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bank tərəfindən qarantiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Anonim Şirkətinin cavabdeh "xxxx" ASC-yə qarşı “podrat müqaviləsi üzrə öhdəliyin icrası təminatı kimi qarantiyanın ödənilməsi”, iddiaçı xzy Zeki oğ lunun cavabdehlər "xxxx" ASC-yə, "xxxx" Anonim Şirkətinə və həmin Şirkətin Azərbaycan Respublikasındakı Filialına qarşı “qarantiya müqaviləsinin və təminat məktubunun etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-55/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Türkiyə Respublikası Elazig Ticarət Reyestri İdarəsi tərəfindən təsdiq edilmiş "xxxx" Anonim Şirkəti İdarə Heyətinin qərar kitabçasından görünür ki, şirkətin İdarə Heyətinin 2019-cu il 4 aprel tarixli qərarına əsasən xzt şirkətdəki 100 payını 100.000 Türk lirəsinə xzya satmışdır.
2. Türkiyə Ticarət Reyestri Qəzetinin 2019-cu il 26 aprel tarixli buraxı lışından çıxarışdan görünür ki, xxxxxxxxx İnşaat-ın İdarə Heyətinin qərarı ilə xzy İdarə heyətinin üzvü və sədri seçilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışına əsasən, xxxxxxxxx İnşaat-ın Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi xzydır. 4. xxxxxxxxx İnşaat-ın Azərbaycan Respublikasındakı Filialının (bundan sonra – “Filial”) 2019-cu il tarixli əsasnaməsinin 1.3-cü bəndinə əsasən, filialın öhdəlikləri üçün filialı yaratmış Şirkət məsuliyyət daşıyır. Əsasnamənin 2.1-ci bəndinə əsasən Şirkət tərəfindən təsdiq edilmiş Əsasnamə üzrə fəaliyyət göstərən və onun olduğu yerdən kənarda yerləşən və funksiyalarının hamısını və ya bir hissə sini həyata keçirən, o cümlədən onun mənafelərini təmsil və müdafiə edən, onun adından əqdlər və müqavilələr bağlamaq və digər hərəkətlər etmək hüququna malik olan ayrıca bölmədir. Əsasnamənin 2.2-ci bəndinə əsasən, Filialın balansında Şirkət tərəfindən verilən ayrıca əmlakı vardır (daşınar və daşınmaz) Şirkətin adına və loqotipini əks etdirən möhürə, sərbəst balansa, cari və ya digər hesablarına malikdir. Əsasnamənin 5.1-ci bəndinə görə, filialın işinə Şirkətin nizamnaməsində müəyyən edilmiş səlahiyyətlər daxilində Şirkət tərəfindən təyin edilən və vəzifədən azad edilən filialın direktoru rəhbərlik edir. 5. xxxxxxxxx İnşaat-ın imza sirkulyarından görünür ki, Şirkətin İdarə Heyətinin 2020ci il 6 iyul tarixli qərarı ilə xzy bir il müddətində İdarə Heyətinin sədri seçilmişdir. 6. "xxxx" ASC (qarant) ilə Filial (prinsipial) arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il 6 iyul tarixli 4080 saylı qarantiya verilmə şərtləri haqqında Sazişin şərtlərinə görə: - Qarant prinsipialın sifarişinə əsasən, prinsipialın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək üçün benefisiara bu sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlikqarantiya verməyi öz öhdəsinə götürür (1.1-ci bənd). - Qarantiya benefisiara 2021-ci il 6 iyul tarixinə (daxil olmaqla) kimi verilir və həmin müddət bitdikdən sonra öz qüvvəsini itirir (1.2-ci bənd). - Qarant prinsipial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq qa rantiya məktubunun şərtlərinə uyğun olaraq 3.000.000 Türk lirəsi məbləğindən artıq olmayan istənilən məbləği sonuncuya ödəməyi öhdəsinə götürür (2.1-ci bənd). - Benefisiardan ödəmə haqqında yazılı tələb aldıqda qarant dərhal bu barədə prinsipiala məlumat verməli və tələbin surətini bütün sənədlərlə birlikdə Prinsipiala təqdim etməlidir (2.2-ci bənd). - Qarant tərəfindən bu sazişin 2.1-ci bəndinə və qarantiya şərtlərinə müvafiq olaraq benefisiara ödənilmiş məbləğləri, onların ödənildiyi gündən etibarən 30 gündən gec olmayaraq heç bir əlavə şərt irəli sürmədən qaranta ödəməyi öhdəsinə götürmüşdür (3.1.1-ci bənd). 7. "xxxx" ASC (bundan sonra – “Bank”) tərəfindən "xxxx" Anonim Şirkətinə (bundan sonra – "xxxx") verilmiş 2020-ci il 9 iyul tarixli Qarantiya məktubundan görünür ki, şirkət tərəfind ən keçirilən tender nəticəsində, YİL KEF 1055 və 1082 mədən qalereyasının xrom istehsalı və daşıma işini öhdəsinə götürən podratçı müştəri xxxxxxxxx İnşaat-ın tenderlə əlaqədar olan qanun və texniki müqaviləyə əsasən və şirkətlə bağlanılan 2019-cu il 1 aprel tarixli Podratçı Müqaviləsinin hökmlərinə görə, verməli olduğu qəti təminat məbləği olan 3.000.000 Türk lirəsi bank tərəfindən zəmanət verildiyi üçün, adı çəkilən öhdəliklə əlaqədar qanun, müqavilə, texniki müqavilə hökmlərinə görə qismən və ya tamamilə yerinə yetirməməsi halında, ilk yazılı tələbə əsasən etiraz etməyə və adı çəkilənin icazəsini almağa ehtiyac qalmadan və qeyd edilənlə şirkət arasında ortaya çıxacaq hər hansı bir uyğunsuzluq, bunun qanuni nəticələri araşdırılmadan, yuxarıda yazılmış məbləğə qədər olan bir məbləği şirkə tə nağd və tam şəkildə, tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizi ilə birlikdə ödəməyi bankın imza səlahiyyətlisi olan nümayəndəsi və səlahiyyətlisi qismində, bankın ad və hesabına öhdəsinə götürür və bəyan edir. Bu təminat məktubundan irəli gələn pay və alacaqlar ötürülə və imtina oluna bilməz. Bu təminat məktubu 2021-ci il 8 iyul tarixinə qədər (bu tarix daxil olmaqla) etibarlı olub, bu tarixə qədər əllərinə keçəcək şəkildə şirkət tərəfindən yazılı təzminat tələbi olmadığı təqdirdə, məktubdan irəli gələn öhdəlikləri avtomatik olaraq başa çatacaqdır. Bu bank təminat məktubunun etibarlılıq müddəti ərzində xxxxxx və xxxxxxxxx İnşaat arasında imzalanan 2019-cu il 1 aprel tarixli Podratçı Müqaviləsinə əsasən, ödənişlər və vaxtı keçmiş ödənişlərin AZ83MU GA**********00015 TRY00 nömrəli hesaba köçürülməsi şərtdir. Bu təminat məktubuna Türk Hüququ və Millətlərarası Ticarət Palatasının MTO zəmanətlərlə əlaqədar bir nümunə qaydaları 2010 yoxlaması, MTO yayım No 758 UROG 58-ci maddələri tətbiq edilir. URDG 758-ci maddə 15A və B-də hazırlanar dəstəkləyən şəxsi bəyan etməklə əlaqədar olan şərtlər tətbiqetməyə daxil edilməmişdir. 8. xxxxxx tərəfindən Banka ünvanlanmış 2020-ci il 5 oktyabr tarixli məktubla bank tərəfindən 2020-ci il 9 iyul tarixində göndərilən, şirkətin mədən ocaqlarında podratçı firma olaraq YİLKEF 1055 və 1082 mədən qalereyası üçün xrom və daşımacılıq işini öhdəsinə götürən xxxxxxxxx İnşaat üçün verilmiş 3.000.000 Türk lirəsi 2021-ci il 8 iyul tarixinə qədər, 4080 nömrəli təminat məktubunun müddəaları yerinə yetirilmədiyi üçün xx xxxx-un “TC Ziraat Bankası” AŞ (TCZBTR2AXXX) nəzdindəki TR********************5005 nömrəli hesabına köçürülməsi xahiş edilmişdir. 9. xxxxxx tərəfindən Banka 2020-ci il 22 oktyabr və 2020-ci il 12 noyabr tarixlərində pretenziya qaydasında məktub ünvanlanaraq 2020-ci il 5 oktyabr tarixli tələb məktubu ilə 2020-ci il 9 iyul tarixində göndərilən 3.000.000 TL məbləğində 4080 nömrəli qarantiya məktubunun icra edilməsi tələb edilmiş, əks təqdirdə bununla bağlı hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bakı Kommersiya Məhkəməsində birinci iddia ərizəsi üzrə icraat
10. İddiaçı xxxxxx 2021-ci il 6 may tarixində cavabdeh Banka qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, qarantiya üzrə 3.000.000 Türk lir əsi məbləğinin, qarantiya üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar hesablanmış 144.575,34 Türk lirəsi faiz məbləğinin, 18.000 Azərbaycan manatı məbləğində vəkil və nümayəndəlik xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi bununla əsaslandırılmışdır ki, xxxxxx və xxxxxxxxx İnşaat arasında 2019-cu il 1 aprel tarixində imzalanmış podrat müqaviləsi üzrə podratçının öhdəliklərinin icrasının təminatı kimi, Bank 3.000.000 Türk lirəsi məbləğində 2020-ci il 9 iyul tarixli 4080 nömrəli qarantiya (təminat) məktubu vermişdir. Qarantiyanın şərtlərinə əsasən podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında 3.000.000 Türk lirə si məbləğini Podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə iddiaçıya ödəməlidir. Qarantiyaya əsasən, Bank həmçinin tələb tarixindən ödəmə tarixinədək olan müddət üçün də hesablanmış faizləri şirkətə ödəməlidir. Qarantiya üzrə ödəniş tələbi 2021-ci il 8 iyul tarixinədək Banka təqdim edilməlidir. Qarantiya Türkiyə hüququ və Beynəlxalq Ticarət Palatasının Tələb Qarantiyalarına dair Vahid Nümunəvi Qaydalar ilə tənzimlənir. 12. xxxxxx 2020-ci il 5 oktyabr tarixində qarantiya üzrə 3.000.000 Türk lirəsi məbləğinin xxxxxx-un bank hesabına ödənilməsi tələbini Banka yazılı şəkildə təqdim etmiş, lakin Bank tərəfindən qeyd edilən məbləğ ödənilməmişdir. Bununla əlaqədar xxxxxx-un 2020-ci il 22 oktyabr və 2020-ci il 12 noyabr tarixli pretenziya məktublarını aldıqdan sonra da B ank Qarantiya üzrə öhdəliklərini yerinə yetirməmişdir. Yazılı ödəniş tələbinin tarixindən 7 aydan artıq müddət keçməsinə baxmayaraq, Bank hələ də tələbi icra etməmişdir.
13. Bankın ödənişdən imtina etməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iddiaçı tələbini Qarantiyanın şərtlərinə uyğun olaraq 2021-ci il 8 iyul tarixinədək təqdim etmişdir. Qarantiya şərtlərində banka qarantiya məbləğinin ödənilməsi tələbinin verildiyi tarixdən ödəmə tarixinədək olan müddət üçün qanunla nəzərdə tutulmuş faizlərin hesablanması və Bank tərəfindən xxxxxx-a ödənilməsi qeyd olunmuşdur. Bank tərəfindən xxxxxx-a ödənilməli olan faiz məbləği 144.575,34 Türk lirəsi təşkil edir.
14. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 4 65.2, 467, 747.1, 748-10.1-ci maddələrinə istinad olunmuşdur.
15. İddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli e-2-2(113)-2513/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bankdan qarantiya üzrə 3.000.000 Türk lirəsi, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144.575,34 Türk lirəsi, vəkil və nümayəndəlik xərclərinə görə 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq xxxxxx-a ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – İ.Əhmədov).
17. Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, hazırkı mübahisə Bank tərəfindən öhdəliyin icrasının təminatı kimi verilmiş 2020-ci i l 9 iyul tarixli 4080 nömrəli bank qarantiyasından irəli gəlmiş, Bank qarantiya üzrə yazılı tələbi icra etməmişdir. 18. 2020-ci il 9 iyul tarixli 4080 nömrəli bank qarantiyasından görünür ki, podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında 3.000.000 Türk lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə xxxxxx-a ödəməlidir. Belə ki, xxxxxx MM-in 484.1 və 484.2-ci maddələrinə uyğun olan yazılı tələbini Qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etmişdir. Bankın ödənişdən imtina etməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmamışdır.
19. Qarantiyanın şərtlərindən Bankın tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizin ödənilm əsi öhdəliyini də öz üzərinə götürdüyü müəyyən olmuşdur. Qarantiya 2020-ci il 5 oktyabr tarixində təqdim edilmiş, xxxxxx tərəfindən 2021-ci il 7 may tarixində məhkəməyə müraciət olunması və qarantiyanın verilməsindən həmin tarixədək ümumilikdə 211 gün keçməsini nəzərə alınaraq Bankın ödəməli olduğu faiz borcun 144,575.34 Türk lirəsi təşkil etmişdir.
20. Həmçinin hazırki iş üzrə vəkillə bağlanmış müqaviləyə əsasən vəkil və nümayəndənin göstərdiyi yardıma görə 500 manat məbləğində pulun tutulması ağlabatandır.
21. Hazırkı iş üzrə təqdim edilmiş qarantiyanın icra edilməli olduğu yer Türkiyə Cümhuriyyəti olduğundan, iddia tələbində manatla ifadə olunmuş məbləğlər Türk lirəsinə konvertasiya edilməlidir.
22. Gəldiyi nəticəni məhkəmə MM-in 439.1, 439.3, 439.7, 478, 479.1, 480, 484.1, 484.2, 485.1, 486.1, 487.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Qətnamə 2021-ci il 15 iyul tarixdə Banka göndərilmiş, Bank 2021-ci il 26 iyul tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Bakı Kommersiya Məhkəməsindəki ikinci iddia ərizəsi üzrə icraat
24. İddiaçı xzy (bundan sonra – “E.xzy”) Banka, xxxxxxxxx İnşaata-a və Filiala qarşı (bu tələb üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs xxxxxx olmaqla) iddia ərizəsi ilə və daha sonra 2021-ci il 1 mart tarixində iddia ərizəsinə əlavə ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bankla Filial arasında b ağlanmış “Qarantiya verilməsi haqqında Müqavilə”nin və həmin müqavilə əsasında Bank tərəfindən Eti-Krom-un adına verilmiş 2020-ci il 9 iyul tarixli 4080 saylı təminat məktubunun etibarsız hesab edilməsi və maddi zərərin əvəzi kimi 13.150 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun Bankdan tutularaq E.xzya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. İddia tələbi bununla əsaslandırılmışdır ki, E.xzy Türkiyə Respublikasında yerləşən və əsas fəaliyyəti krom mədən işlərinin görülməsindən ibarət olan xxxxxxxxx İnşaat-ın yeganə təsisçisidir və həmin şirkətdə 100 faiz paya malikdir. Şirkət öz fəaliyyətinin genişləndirilməsi məqsədilə 2019-cu ildə Azərbaycan Respublikasında Filial təsis etmiş və Filial hazırda qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. 2020-ci ilin iyul ayında Bankla Filial arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə, xxxxxxxxx İnşaat-ın xxxxxx qarşısında götürdüyü öhdəliklərin təminatı kimi Bank tərəfindən ümumi dəyəri 3.000.000 Türk Lirəsi məbləğində 2020-ci il 9 iyul tarixli 4080 saylı təminat məktubu verilmiş, Qarantiyanın müddəti 2021-ci il 9 iyul tarixədək müəyyən edilmişdir. Nə Şirkətin təsisçisi kimi E.xzyın, nə də Şirkətin İdarə Heyətinin Bankla Filial arasında qarantiya verilməsi barədə müqavilənin bağlanmasından, habelə 2020-ci il 9 iyul tarixli 4080 saylı qarantiya məktubundan məlumatı olmamışdır. Belə ki, Şirkətin xxxxxx qarşısında götürdüyü öhdəliyinin icrasının təmin edilməsi üçün qarantiya müqaviləsi Şirkətin təsisçisi kimi E.xzyın razılığı ilə və Şirkətin İdarə Heyətinin qərarı ilə məhz İdarə Heyətin in sədri tərəfindən imzalana bilərdi. Lakin Şirkətin Türkiyə Respublikasında olan digər şəxs olan xxxxxx qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün müqaviləni Şirkətin özü deyil, onun Azərbaycan Respublikasındakı Filialı imzalamışdır. Beləliklə, Bankla Filial arasında bağlanmış qarantiya verilməsi haqqında müqavilə və həmin müqavilə əsasında Bankın xxxxxx-un xeyrinə verdiyi 2020-ci il 9 iyul tarixli 4080 saylı qarantiya (təminat) məktubu etibarsız hesab edilməlidir.
26. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 355.1, 337.1, 337.2, 337.5-ci maddələrinə istinad olunmuşdur.
27. E.xzyın iddiası üzrə qaldırılmış iş 2021-ci il 29 mart tarixində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadı ilə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. 28. xxxxxx 2021-ci il 30 avqust tarixində E.xzyın iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hüquqi şəxslərin dövlət reyestrindən əldə olunan çıxarışa əsasən E.Atıştaş Filialın qanuni nümayəndəsidir. Belə olduqda, müqavilənin E.xzy və ya onun verdiyi etibarnamə əsasında Filialın nümayəndəsi tərəfindən imzalanması, habelə E.xzyın hər bir halda müqavilədən məlumatlı olması aydın olur. Bununla da MM-in 351.3-cü maddəsinin tələbi baxımından E.xzy əqdi mübahisə etmək hüququnu itirmişdir. Bundan başqa, E.xzy iddia ərizəsində Bankın Filialın müqaviləni imzalamaq səlahiyyəti ilə bağlı məhdudiyyətlərin olmasını bildiyini və ya bilməli olduğunu sübuta yetirməli idi. Lakin E.xzyın iddia ərizəsində belə sübutlar mövcud olmamışdır. Habelə Filialın əsasnaməsinin 5-ci bəndinə əsasən də onun Azərbaycan Respublikasında kı hüquqi şəxslərlə müqavilə bağlamaq səlahiyyətinin mövcud olması qənaətinə gəlmək olar. Bundan başqa, E.xzy təminat məktubunun tərəfi olmadığından onu mübahisələndirmək hüququna da malik deyil. E.xzyın müqavilənin etibarsızlığı səbəbindən Qarantiya məktubunun da etibarsız hesab edilməsi barədə tələbi qarantiya institutunun mahiyyətinə ziddir. Belə ki, qarantiya öhdəliyi qarantın benefisiar qarşısında müstəqil öhdəliyidir və qarant ilə digər şəxslər arasındakı münasibətlər qarantın qarantiya öhdəliklərinə təsir etməməlidir. Bu səbəbdən, müqavilə etibarsız hesab olunsa belə, Qarantiya məktubu etibarlılığını saxlamalıdır.
29. Daha sonra, 2021-ci il 25 oktyabr tarixində E.xzyın nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bankla Filial arasında bağlanmış “Qarantiya verilməsi şərtləri haqqında” 2020-ci il 6 iyul tarixli 4080 saylı Sazişin və həmin müqavilə əsasında Bank tərəfindən xxxxxx-un xeyrinə verilmiş 2020-ci il 9 iyul tarixli 4080 saylı təminat məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 noyabr tarixli e-2-2(113)-4171/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – L.Əliyeva).
31. Məhkəmə qeyd etmişdir ki, E.xzy iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halları, o cümlədən mübahisəli sazişin yalnız Şirkətinin İdarə heyətinin sədri tərəfindən imzalanmalı olmasını, eyni zamanda təsisçi kimi onun razılığının alınmalı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
32. Bundan başqa, MM-in 350-ci maddəsinin məzmunundan gö ründüyü kimi, Filialın direktorunun mübahisəli sazişi bağlayarkən səlahiyyətlərindən kənara çıxması ehtimal edilsə belə, həmin əsasla sazişin etibarsız hesab olunması yalnız digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda mümkündür. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş sübutlar əsasında nə Filialın direktorunun Filialın adından müqavilə bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılması, nə də həmin məhdudiyyətlərdən Bankın məlumatlı olması müəyyən edilir.
33. E.xzy Şirkətin təsisçisi və idarə heyətinin sədri olmaqla yanaşı, Filialın direktorudur. Mübahisəli sazişdən isə görünür ki, həmin saziş Filialın adından məhz Filialın direktoru E.xzy tərəfindən imzalanmışdır. E.xzyın Filialın adından mübahisəli sazişi imzalamış şəxs olması fak tı həmin saziş imzalanarkən onun razılığının və məlumatının olmamasına dair iddia ərizəsində istinad olunan dəlillərin açıq-aşkar əsassızlığına dəlalət edir.
34. Bununla yanaşı, məhkəmədə iclasında verdiyi sonuncu izahatda E.xzyın nümayəndəsi və vəkili sazişin E.xzy tərəfindən imzalanması faktını mübahisələndirmişdir.
35. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, əvvəla, göstərilən hala iddianın faktiki əsası kimi iddia ərizəsində istinad edilməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı E.xzy həmin ərizədə mübahisəli sazişin filial tərəfindən imzalanmasını təsdiq etmişdir. Odur ki, iddiaçının istinad etdiyi yuxarıda göstərilən dəlillər iddiaçının iddia ərizəsində göstərilmiş faktiki hallarla ziddiyyət təşkil edir.
36. İkincisi, mübahisəli saziş filia lın direktoru qismində E.xzy tərəfindən imzalanmaqla yanaşı, üzərinə filialın möhürü də vurulmuşdur. Möhürün həqiqiliyi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
37. Və nəhayət, üçüncüsü, hazırkı mübahisə xarakterinə görə təsisçi ilə hüquqi şəxs arasında yaranmış korporativ mübahisədir. Odur ki, hazırkı iddianı qaldıran E.xzy hüquqi şəxsin bağladığı müqavilənin etibarsız hesab edilməsi barədə tələbini qanunazidd əqdin bağlanması nəticəsində onun təsisçi kimi hüquq və qanuni maraqlarının pozulması ilə əsaslandırmalıdır.
38. Hazırkı halda E.xzyın nümayəndəsinin istinad etdiyi halın – Sazişin Filialın adından direktoru tərəfindən imzalanmamasının - Şirkətin təsisçisi qismində fiziki şəxs E.xzyın hüquq və qanuni mənafeyini pozulmasına səbəb olması, yəni təsisçi qismində E.xzyın əqdi g östərilən əsasla mübahisələndirməyə dair subyektiv hüquqa malik olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
39. İddianın qarantiya məktubunun etibarsız hesab edilməsi hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, E.xzy həmin hissədə iddiasını həmin məktubun əsasında verildiyi qarantiya verilməsi şərtləri haqqında sazişin etibarsız olması ilə əsaslandırmışdır. Odur ki, hazırkı iddia sazişin etibarsız hesab edilməsi hissəsində rədd edildiyindən qarantiya məktubunun etibarsız hesab edilməsi hissəsində də iddianın təmin edilməsi üçün əsas mövcud olmamışdır.
40. Gəldiyi nəticəni məhkəmə MM-in 350-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Qətnamə 2021-ci il 19 noyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iş üzrə tərəflərin nümayəndələrinə mə xsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
42. E.xzy apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
43. Həmçinin Bank da apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
44. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli 2-2(103)-489/2022 saylı qərardadı ilə məhkəmənin icraatında olan 2-2(103)-489/2022 saylı kommersiya mübahisəsi ilə 2-2(103)-55/2022 saylı kommersiya mübahisəsi birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
45. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 iyul tarixli 2-2(103)-55/2022 saylı qətnaməsi ilə E.xzy və Bankın apellyasiya şikayətləri təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli e-2-2(113)-2513/2021 saylı və 2021-ci il 11 noyabr tarixli e-2-2(113)-4171/2021 qətnamələri dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
46. Məhkəmə kollegiyası bildirmişdir ki, 2020-ci il 9 iyul tarixli 4080 nömrəli nömrəli bank qarantiyasından görünür ki, podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, Bank xxxxxx-un ilk yazılı tələbi əsasında 3.000.000 Türk lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə xxxxxx-a ödəməlidir. xxxxxx tələbini qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etmiş və Bankın ödə nişdən imtina etməsi üçün MM-in 486-cı maddəsi ilə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmamışdır. Bu mənada, şirkətin qarantiya üzrə yazılı tələbi MM-in 484.1 və 484.2-ci maddələrinə uyğun olmuşdur.
47. Qarantiya müqaviləsinə Türk hüququnun tətbiq edilməsi məsələsinə gəldikdə isə, tərəflər, o cümlədən cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən qarantiya məktubunun qeyd olunan şərtinin tətbiq olunmasını tələb etməmişlər, cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mübahisəyə MM-in normalarını tətbiq etməsinə etiraz etməmiş, bu barədə şikayətində heç bir dəlilə yer verməmişdir. Bütün bunlar da belə bir qənaət formalaşdırır ki, tərəflər “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 24.3-cü maddəsi anlamında “... müqavilə ilə əlaqədar tətbiq olunan h üququn dəyişilməsi barədə razılığa...” gələrək, bu hüququn Azərbaycan Respublikasının qanunvericiliyi olmasını qəbul etmiş və mübahisələndirməmişlər. Odur ki, birinci instansiya məhkəməsinin mübahisəni MM-in müddəaları əsasında həll etməsi qanuni olmuşdur.
48. Bu mənada məhkəmə kollegiyası Bankın apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Belə ki, iddiaçının (benefisiar) müqavilə müddətinin 2021-ci il 8 iyul tarixində başa çatmasını gözləmək kimi öhdəliyi işdən müəyyən edilmir.
49. İddiaçının (benefisiar) cavabdehə (qarant) göndərdiyi məktubda prinsipialın müqavilə öhdəliyini icra etməməsi ilə bağlı sənədləri məktuba əlavə etmək öhdəliyi də iş materialları və qanunla təsdiqini tapmır. Belə ki, qarantiya məktubunda (müqavilədə) sözügedən şərt mövcud deyil. MM-in 484.1-ci madd əsində isə məhz qarantiyada göstərilmiş sənədlərin qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbə qoşulmasından bəhs edilir.
50. E.xzyın iddia tələbinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, hazırda xxxxxxxxx İnşaat-ın təsisçisi E.xzy saziş bağlanarkən həmin şirkətin təsisçisi kimi onun razılığının alınmamasını, eləcə də həmin sazişin yalnız şirkətin idarə heyətinin qərarı ilə idarə heyətinin sədri tərəfindən imzalanmalı olduğu halda, şirkətin özü tərəfindən deyil, filial tərəfindən imzalandığını əsas göstərərək həmin sazişin və onun əsasında verilmiş qarantiya məktubunun etibarsız hesab edilməsini tələb edir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
51. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 350-ci maddəsinin tələbinə müvafiq qaydada hazırkı işdə Filialın direktorunun mübahisəli sazişi bağlayarkən səlahiyyətlərindən kənara çıxdığı fərz olunsa, həmin əsasla sazişin etibarsız hesab edilməsi yalnız digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda mümkündür. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş sübutlar əsasında nə Filialın direktorunun Filialın adından müqavilə bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılması, nə də həmin məhdudiyyətlərdən Bankın məlumatlı olması müəyyən edilmişdir. Ən əsası isə, işdən E.xzyın Şirkətin yeganə təsisçisi və idarə heyətinin sədri olması ilə yanaşı, Şirkətin Azərbaycan Respublikasındakı filialının da direktoru olması müəyyən olunmuşdur. Başqa sözlə, E.xzy həm Şirkətdə, həm də Filialda i darə, qərar və təmsilçilik hüquqlarına malik olmuş, mübahisəli saziş də eyni zamanda Filialın da direktoru olmuş Şirkətin idarə heyətinin sədri tərəfindən imzalanmışdır. Bu da özlüyündə E.xzyın mübahisəli saziş imzalanarkən onun razılığının və məlumatının olmamasına dair həm iddia ərizəsində, həm də apellyasiya şikayətində istinad etdiyi dəlillərin əsassızlığına dəlalət edir.
52. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Belə ki, iddiaçı şikayətdə sazişin onun tərəfindən imzalanması faktını mübahisələndirmişdir.
53. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birincisi, göstərilən hala iddianın faktiki əsası kimi iddia ərizəsində istinad edilməmişdi r. Əksinə, iddia ərizəsindən görünür ki, iddiaçı həmin ərizədə mübahisəli sazişin Filial tərəfindən imzalandığını təsdiq etmişdir.
54. İkincisi, mübahisəli Saziş Filialın direktoru qismində iddiaçı tərəfindən imzalanmaqla yanaşı, üzərinə Filialın möhürü də vurulmuş, möhürün həqiqiliyi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, imzanın həqiqiliyinin müəyyən olunması üçün ekspertizanın təyin olunması iş üzrə zəruri olmamışdır, bu barədə vəsatət isə işin süni uzadılması məqsədi güdür və prosessual hüquqlardan sui-istifadəyə dəlalət edir.
55. O da qeyd olunmalıdır ki, hazırkı mübahisə xarakterinə görə təsisçi ilə hüquqi şəxs arasında yaranmış korporativ mübahisədir. Odur ki, hazırkı iddianı qaldıran E.xzy hüquqi şəxsin bağladığı müqavilənin etibarsız hesab edilməsi barədə tələbi ni qanunazidd əqdin bağlanması nəticəsində onun təsisçi kimi hüquq və qanuni maraqlarının pozulması ilə əsaslandırmalı idi. Lakin iddiaçı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsini Şirkət tərəfindən müvafiq qərar qəbul edildikdən sonra imzalana biləcəyi ilə əlaqələndirir ki, bu dəlilin də əsassızlığına əvvəlki abzaslarda hüquqi qiymət verildi.
56. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 427.4, 439.1, 439.3, 439.7, 442, 448.1, 448.2, 478, 479.1, 480, 484.1, 484.2, 485.2, 486.1, 486.2, 487.1-ci, “Beynəlxalq Xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 3.1, 5.1, 24.1, 24.3-cü, MPM-in 14.2, 47.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
57. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 27 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin t arixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
58. Qətnamədən E.xzy 2022-ci il 27 sentyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
59. MM-in 355.1, 337.1, 337.2-ci maddələrinin pozulması ilə bağlı – Bankla Filial arasında bağlanmış 2020-ci il 6 iyul tarixli müqavilənin/sazişin və onun əsasında verilmiş qarantiya məktubunun etibarlı sayılması üçün Şirkətin təsisçisinin – yəni E.xzyın bu barədə razılığı/qərarı olmalı idi. Başqa sözlə, E.xzy tərəfindən müvafiq qərar qəbul edildikdən sonra, müvafiq müqavilə/saziş imzalana bilərd i. Lakin onun razılığının/qərarının olmaması (MM ilə müəyyən edilmiş şərtin pozulması) sözügedən müqavilənin/sazişin bağlandığı andan etibarsız hesab edilməsinə dəlalət edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halı nəzərə almamış və tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir
60. MM-in 21-ci maddəsinin tələblərinin pozulması ilə bağlı – cavabdehlər arasında müqavilənin bağlanması nəticəsində E.xzya maddi və mənəvi zərər vurulmuşdur (bu barədə iddia ərizəsində və apellyasiya şikayətində göstərilib). Buna baxmayaraq, məhkəmə E.xzyın ona zərər vurulması ilə bağlı ifadə etdiyi dəlillərinə heç bir hüquqi qiymət verməmiş, beləliklə bir daha maddi hüquq normasının pozuntusuna yol vermişdir.
61. MPM-in 97.1-ci m addəsinin tələbinin pozulması ilə bağlı – Birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək, cavabdehlər arasında bağlanmış 2020-ci il 6 iyul tarixli müqavilədə E.xzyın adının qarşısında olan imzanın onun tərəfindən icra olunmadığı (imzalanmadığı) və bu səbəbdən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi məhkəmədən xahiş edilsə də, məhkəmə, ekspertiza keçirməkdən imtina etmişdir. E.xzyın apellyasiya şikayətində də bu məsələ qeyd olunmuş və mübahisənin həlli üçün ekspertiza keçirilməsinin vacibliyi bir daha vurğulanmışdır. Lakin apellyasiya instansiya məhkəməsi ekspertiza təyin etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə ekspertiza təyin etməkdən yayınmaqla, əslində prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nət icələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 62. xxxxxx tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuş və etirazda göstərilmişdir ki, E.xzyın razılığı olmadan Qarantiya müqaviləsi Filial tərəfindən imzalana bilməzdi. O, Şirkətin yeganə təsisçisi olduğundan və Qarantiya müqaviləsi onun tərəfindən imzalandığından bu Şirkətin idarə heyətinin sədri kimi onun razılığını ehtiva etmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə əgər əqdi onu mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə də E.xzy Qarantiya müqaviləsini özü imzaladığından bu müqaviləni mübahisələndirmək üçün subyektiv hüququnu itirmişdir. Bununla belə, E.xzy müqaviləni mübahisələndirmək üçün Bankın Filialın səlahiyyətlərindən kənara çıxa raq müqaviləni imzaladığını bildiyini və ya bilməli olduğunu sübut etməli idi. Göstərilən hal isə sübut olunmamışdır. E.xzyın Filialın direktoru olmasından və Filialın əsasnaməsindən isə Bankın bunu bilmədiyi və ya bilməli olmadığı aydın olur. Kassasiya şikayətində həmçinin maddi və mənəvi zərər barədə heç bir sübut təqdim olunmamışdır.
63. Kassasiya şikayətində həmçinin məhkəmə tərəfindən ekspertizanın təyin olunmamasının qanunsuz olması göstərilmişdir. E.xzy Qarantiya müqaviləsinin onun tərəfindən imzalanmamasını müqavilənin və Qarantiya məktubunun etibarsızlığına dair iddianın əsası kimi göstərməmişdir. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən hakim məhkəmə iclaslarının birində E.xzya iddia tələbinin əsasını dəyişməyi təklif etsə də, sonuncu bunu etməmişdir. Bu isə bir daha ona dəlal ət edir ki, E.xzy Qarantiya müqaviləsinin Filial tərəfindən imzalanmasını inkar etməmişdir. Bu səbəbdən, məhkəmə imzanın E.xzya məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin etməməkdə haqlı olmuşdur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
64. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
65. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
66. Kassasiya instansiyası məhk əməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
67. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
350. Əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnam ədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” "Maddə
427. Öhdəliyin icrası müddəti... 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin....” “Maddə
439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.... 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.... 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidini n dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənlə şdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.” “Maddə
479. Prinsipialın öhdəliyinin qarantiya ilə təmin edilməsi 479.1. Qarantiya prinsipialın bene fisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir....” “Maddə
480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.” “Maddə
484. Qarantiya üzrə tələbin təqdim edilməsi 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləş-dirilmiş verilmə müddəti qurtara nadək təqdim edilməlidir.” “Maddə
485. Benefisiarın tələbinə baxarkən qarantın vəzifələri 485.1. Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. 485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir.” “Maddə
486. Benefisiarın tələbini ödəməkdən qarantın imtina etməsi 486.1. Əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişd irsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir. 486.2. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir.” “Maddə
487. Qarantın öhdəliyinin hədləri 487.1. Qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır....” 68. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında n əzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir....” “ M a d d ə
3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad 3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur....” “ M a d d ə
5. İmperativ normaların tətbiqi 5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir....” “ M a d d ə 2
4. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüq uq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.... 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər....”
69. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə ai d edilir....” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 59-61) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli 22(103)-55/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Belə ki, cavabdehlər arasında bağlanmış 2020-ci il 6 iyul tarixli müqavilənin/sazişin və onun əsasında verilmiş qarantiya məktubunun etibarlı sayılması üçün iddiaçının razılığının olmamasına və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətd ən əsassız imtina olunmasına dair eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
72. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
73. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
74. Cavabdehlər arasında müqavilənin bağlanması nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmasına dair iddiaçının dəlillərinə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməməsinə dair dəlilə gəldikdə isə, məhkəmə kollegiyası bildirməyi vac ib hesab edir ki, əvvəla, iddiaçı tərəfindən ona vurulmuş zərərlə bağlı məhkəməyə hər hansı mötəbər sənəd və ya digər sübut təqdim etməsi iş materiallarından ümumiyyətlə görünmür.
75. İkincisi və ən əsası isə, iddiaçı tərəfin 2021-ci il 25 oktyabr tarixində məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehlərə qarşı ona vurulmuş zərərlə bağlı hər hansı tələb də irəli sürülməmişdir.
76. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 69) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 69) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
77. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli 2-2(103)-55/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.