Məhkəmə qərarları › İş №2-2(102)-730/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-730/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-730/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-661/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halla rı

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında 2023-cü il 7 sentyabr tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı malları bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Müqaviləyə 2023-cü il 7 sentyabr tarixli 1 nömrəli Əlavə və 2024-cü il 22 aprel tarixli 2 nömrəli Əlavə ilə tərəflər arasında malın adı, qiyməti, miqdarı razılaşdırılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 590.846,72 manat, şirkətə vurulmuş mənəvi ziyana 1.000.000 manat və ödənilmiş 1.685 m anat dövlət rüsumunun, göstərilən malların satışından əldə edilməli olan 179.672 manat məbləğində qazancın, o cümlədən, ödənilməli olan cərimə məbləği 18.460 manat olmaqla, cəmi 1.790.663,72 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, müqaviləyə 2 nömrəli Əlavə üzrə sifariş edilən mallar avqust ayından tam təhvil verilməsinə baxmayaraq (mallar təqdim edilərkən hər biri üzrə rəsmi qaydada təhvil təslim aktı hazırlanaraq cavabdehin əməkdaşı tərəfindən də qəbul edilməsinə dair imzalanmışdır) ödəniş yerinə yetirilməmişdir. Hazırda, 2023-cü il 7 sentyabr tarixində malların alqı-satqı müqaviləsinə dair Əlavə 2 üzrə təhvil verilən mallara görə ümumilikdə ödənilməyən 590.846,72 manat məbləğin də borc öhdəliyi mövcuddur. Əlavə 2-də razılaşdırılan şərtə əsasən, ödəniş bank hesabına köçürmə qaydasında 30% avans olmaqla, mallar təhvil verildikdən sonra 15 bank günü ərzində olmalı idi. Belə ki, mallar təhvil verilsə də, sonradan cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi bildirilmiş və müqaviləyə xitam verilsə belə, xitam verildiyi ana qədər yerinə yetirilmiş öhdəliyin ödənilməsindən imtina edilmişdir. Müqaviləyə xitam verildikdən sonra qarşılıqlı üzləşdirmə aktı imzalanmış, cavabdehin öz işçiləri tərəfindən borc təsdiqlənərək imzalanmış və möhürlənmişdir. Sistem üzərindən göndərilən bütün elektron qaimələr cavabdehin rəsmi şəkildə özü tərəfindən təsdiqlənmişdir. Bu formada təsdiq edilməsinə baxmayaraq cavabdeh sonradan ödəniş edilməsindən boyun qaçırmışdır. Bununla yanaşı, müqa vilə xitam olunmaqla qalan malların alınmasından imtina edilərək artıq istehsalçıya sifariş edilən malların da götürülməməsinə səbəb olmuşdur. Cavabdeh, onunla arasında olan müqavilə üzrə istehsalçıya sifariş edilən malları, müqaviləni xitam edərək istehsalçıdan birbaşa satın almışdır. Cavabdehin etdiyi hərəkətin qarşılığı olaraq malları götürməyəcəyinə dair istehsalçı şirkətdə əsaslı şübhələr yaranmışdır, bu da öz növbəsində işgüzar etibarı zədələmişdir. Ödənişin edilməməsi səbəbindən istehsalçıya olan ödəniş də gecikməkdədir, buna görə də istehsalçı şirkət ilə arasında olan uzunmüddətli əməkdaşlıq da zərər görmüşdür. Bu zərər də öz növbəsində, şirkətə ciddi mənəvi ziyan vurulmasına səbəb olmuşdur.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında 2024-cü il 22 aprel tarixli 2 saylı Əlavə bağlanıldıqdan sonra alıcı tərəfindən müqavilənin xitam olunması məsələsi satıcıya bildirilmiş və tərəflər qarşılıqlı şəkildə müqavilənin icrasını dayandırmışdır. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasındakı təhvil verilən malların dəyəri və eyni zamanda edilən ödənişlərin məhkəmə tərəfindən yenidən araşdırılmasına ehtiyac vardır. Belə ki, iddiaçı ərizəsində dəfələrlə tərəflər arasındakı üzləşmə aktına istinad etsə də, həmin istinad edilən və təqdim edilən akt birtərəfli olaraq və direktor yerinə başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçının tələb etdiyi cərimə məbləğinin də ağlabatan maliyyə və hüquqi əsası yoxdur. Belə ki, iddiaçı özü ərizəsində dəbbə hüququnun müqavilə üzrə olmadığı bildirsə də bu cavabdehdən dəbbə pulu nun hansı hüquqi əsasa görə tətbiq olunmasını əsaslandırmamışdır. İddiaçı ərizəsində iddiaçı cərimə hüququnu işgüzar adət normalarına əsasən analoji qayda üzrə əsaslandırmış, lakin hansı analogiya və işgüzar adətlə bağlı hər hansı açıqlama verməmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən işgüzar adət geniş və dəfələrlə tətbiq olunan normalardır. Buna baxmayaraq, iddiaçı bu iki əsas əlaməti hər hansı formada sübut etməmişdir. İddiaçının mənəvi zərər tələbinin də hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ərizəsində mənəvi zərərə məruz qaldığını desə də, bunu hansı formada baş verdiyini nə bildirmiş, nə də əsaslandırmışdır. İddiaçı sadəcə cavabdehin ödəniş öhdəliyinin icrasını gecikməsini ona hətta ciddi şəkildə vurulan mənəvi ziyanla əlaqələndirmişdir, hansı ki, iddia edilən davranışın mənəvi zərərlə heç bir səbəbli və hüquqi əlaqəsi yoxdur. İddiaçı nə uğradığı mənəvi zərərin ciddi olmasına, nə də tələb edilən kompensasiya məbləğinin nə üçün bir milyon manat olmasına dair hər hansı dəlil təqdim etməmişdir. İddiaçının əldən çıxmış fayda olaraq pul tələbinin maliyyə və hüquqi əsası yoxdur. Belə ki, iddiaçı qeyd etdiyi sifarişin həqiqətən verilməsinə və məhz həmin tələb edilən məbləğdə sifarişin olunmasına dair nə hüquqi, nə də maliyyə əsasını təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı prosessual hüquqlarından sui-istifadə edərək müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirmədiyi halda, vicdanlılıq prinsipinə zidd olaraq müqavilə ilə bağlı ona dəyən zərərlərin cavabdeh tərəfindən ödənilməsini əsassız olaraq tələb etmişdir.

6. Bakı Kommersiya Məhkəməs inin 2025-ci il 11 aprel tarixli, e-2-2(113)-1158/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2023-cü il 7 sentyabr tarixli müqaviləyə (bundan sonra – “alqı-satqı müqaviləsi”) əsasən 590.846,72 manat pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov)

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin adından çıxış etmək üçün etibarnamə təqdim etmiş Nümayəndə3, əsas iş yerinin cavabdeh olması barədə əmək müqavilə bildirişindən çıxarışı təqdim etmək təklif edilmiş, o, bildirişi elektron sistemə yükləyəcəni bildirsə də, bunu etməmişdir. Məhkəmə tərəfindən isə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə, Nümayəndə3 əmək məlumatlarına baxış keçirilmiş və onun iş yerinin cavabdeh olmadığı və başqa 2 hüquqi şəxs olduğu görünmüşdür. Nümayəndə3 cavabde hin mülki prossesual qanunvericiliyin tələbi baxımından cavabdehin nümayəndəsi olmaq imkanı olmadığından, məhkəmə onun vermiş olduğu izahatlara sübut kimi istinad etməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına görə, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə ümumi dəyəri 2.487.180,99 manat olan elektron qaimələr göndərilmişdir.

9. İşin mübahisələndirilməyən digər halı kimi məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 1.323.132,36 manat məbləğində pul ödənilmişdir.

10. İş materiallarında olan 2024-cü il 30 sentyabr tarixində Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçta göndərilmiş məktubuna əsasən, cavabdeh tərəf alqı-satqı müqaviləsinin 2024-cü il 15 may tarixində qüvvədən düşdüyünü, lakin bu tarixdən sonra da bu müqavilə üzrə m üəyyən hissə məhsul təhvil verildiyini, tərəflər arasındakı müqavilə üzrə 2024-cü il 30 sentyabr tarixinə 1.612.201,59 manat dəyərində məhsul verildiyini, 1.120.000 manat isə avans ödənişinin olduğunu, verilmiş məhsulların qəbul edildiyini və 492.201.59 manatlıq borcun dərhal ödəniləcəyini bildirmişdir.

11. Məhkəmə iclasında Elektron ünvan 1 ünvanının kimə aid olması soruşulmuş, cavabdeh tərəf də, X1 cavabdeh şirkətdə satış müdiri vəzifəsində işlədiyini, ancaq belə bir məktubu vermək səlahiyyətinin olmadığını bildirmişdir.

12. İş materiallarına əlavə edilmiş X1 iş yerindən arayışa görə, o cavabdehdə korporativ satış mütəxəssisi vəzifəsində çalışır.

13. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr ilə bağlı hər hansı bir etirazın verilməməsi, cavabdeh tərəfin ona göndərilmiş elektron qaimələr əsasında ödəniş etməsi, alqı-satqı müqaviləsinin 6.4-cü bəndində və 2024-cü il 22 aprel tarixli 2 saylı Əlavədə malların təhvilinin elektron qaimə ilə rəsmiləşdirilməsi nəzərə alındığında məhkəmə hesab etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri üzrə malların təhvil verilməsi və verilmiş mallara görə pulun ödənilməsi məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

14. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həm elektron məhkəmə informasiya sisteminə yükləmiş olduğu etirazda, həm vəsatətdə, həmçinin də məhkəmə iclasında malların verilmədiyini yox, sadəcə olaraq gec verildiyini bildirmişdir.

15. Bütün qeyd olunan h alları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır, elektron qaimələrdə qeyd edilmiş dəyəri 590.846,72 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

16. Məhkəmə iddianın 18.460 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd mövcud deyildir.

17. Məhkəmə iddianın 179.672 manat məbləğində pulun tələb edilməsi ilə bağlı bildirmişdir ki, iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.

18. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia mənəvi ziyan ın əvəzi olaraq 1.000.000 manat məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, mənəvi ziyan məhz fiziki şəxsə xas olan bir haldır, hüquqi şəxsin mənəvi zərər görə bilməsi halı mümkün deyildir.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449.1, 462.1, 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilən hissəsində rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 iyul tarixli, 2-2(103)-661/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və C.Musayeva).

22. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə təqdim edilmiş mallara görə ümumi dəyəri ƏDV daxil 2.487.180,99 manat olan elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən həmin elektron qaimələr düzəliş üçün qaytarılmamış, eləcə də vergi öhdəliyi yaradan həmin qaim ələrlə bağlı iddiçıya və ya vergi orqanına hər hansı formada etiraz edilməmişdir.

23. Müqaviləyə əsasən malların təqdim edilməsinin təhvil-təslim aktları imzalamaqla rəsmiləşdirilməli olması, iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən ƏDV daxil 1.323.132,36 manat məbləğində ödəniş edilmiş və dəyəri ödənilmiş malların təqdim edilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin cavabdeh tərəfindən mübahisələndirilməyən malların təqdim edilməsinin fərqli formada rəsmiləşdirilməsi (təhvil-təslim aktlarının üzərinə möhür vurulmaqla, direktor və etibarnamə üzrə nümayəndə imzalamaqla təsdiq edilməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə ona dəlalət etmişdir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə və təhvil-təslim aktları işçilər tərəfindən imzalanmaqla rəsmiləşdirilməsinə dair işgüzar münasibət formalaşmışdır.

24. Digər tərəfdən işin mübahisələndirilməyən hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 1.323.132,36 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda ƏDV daxil 573.201,89 manat məbləğində mallar geri qaytarılma barədə elektron qaimələrə əsasən cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Odur ki, adi riyazi hesablama yolu ilə cavabdehin iddiaçıya borcunun ƏDV daxil 590.846,72 (2.487.180,991.323.132,36-573.201,89) manat olması barədə qəna ətə gəlmək mümkündür. Cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə borcunun olması faktı (daha az məbləğdə olsa belə) tərəflərin nümayəndələri arasında rəsmi e-mail yazışmasında cavabdeh tərəfindən də təsdiqlənmişdir.

25. Belə olan halda məhkəmə alqı-satqı münasibətlərində kreditor tərəfin borcludan təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 590.846,72 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 567 və 598.1-ci, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 385.1, 405.1, 441, 442, 567, 570.1.1 və 598.1-ci maddələri üzrə - malların təhvil verilməsi və qəbul olunması qaydası həm qanunvericilikdə, həm də birbaşa tərəflərin imzaladığı müqavilədə (müqavilənin 1.1, 2, 2.3, 2.7 və 6.4-cü bəndləri) ayrıca və konkret şəkildə təsbit olunmuşdur. Məhkəmənin mövqeyi qanunvericiliyin və tərəflər arasında müqavilənin tələblərinə açıq-aşkar zidd olmuş, özünü qanunvericilik və müqavilə ilə sığortalamış alıcını almadığı mallara görə pul ödəməli olması durumuna salmışdır. Məhkəmənin yekun aktının və iş materiallarının təhlilinə görə, iddiaçı tə rəfindən məhkəməyə təqdim edilən sənədlərin məzmunu və forması nə qanunvericiliyin tələb etdiyi minimum şərtlərə, nə də müqavilədə öhdəlik kimi müəyyən edilmiş konkret qaydalara cavab verir. Əvvəla, malların təhvil verilməsi faktının hüquqi qüvvəyə malik sayılması üçün həmin əməliyyatın təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi vacibdir. Təqdim edilmiş sənədlər isə hüquqi baxımdan “təhvil-təslim aktı” sayıla bilməz. Bundan əlavə, sənədlərdə səlahiyyətli şəxsin imzası və təşkilata məxsus möhür mövcud deyildir. Halbuki, bu elementlər olmadan sənədin rəsmi hüquqi qüvvəsi tanına bilməz. Digər mühüm məqam ondan ibarət olmuşdur ki, təqdim edilən sənədlərdə “Qəbul etdi” qrafasında sadəcə “Murad E.” və “Q.Zülfi” adlı şəxslərin imzaları qeyd olunmuşdur. Bu şəxslərin cavabdeh təşkilatla hüquqi bağlıl ığı, əmək münasibətləri, hər hansı səlahiyyət əsasında hərəkət edib-etmədikləri barədə heç bir məlumat təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları əslində yalnız elektron formada təqdim olunmuş skan edilmiş PDF fayllarından ibarətdir və onların heç birində cavabdeh şirkətinin rəsmi möhürü yoxdur. Bu isə həmin sənədlərin hüquqi qüvvəsi olmadığını göstərmişdir. Üstəlik, cavabdeh tərəfindən dəfələrlə həmin sənədlərin əsillərinin təqdim olunması tələb edilsə də, iddiaçı tərəf bu tələbi icra edə bilməmiş və yalnız surətləri məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Halbuki, sənədlərin əsilləri mövcud olmadığı və ya təqdim edilmədiyi halda onların etibarlılığı şübhə altına alınmalı və məhkəmə tərəfindən həmin sənədlərə hüquqi dəyər verilməməli idi. Bund an başqa, cavabdeh mövcud ziddiyyətləri və sənədlərin etibarlılıq dərəcəsini müəyyən etmək üçün birinci instansiya məhkəməsindən müvafiq ekspertiza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə bu vəsatəti əsassız olaraq təmin etməmişdir. Apellyasiya Məhkəməsi bu xüsusatlara da lazımi qiymət verməmişdir. Beləliklə, malların təhvil verilməsini sübut edən yeganə vasitə kimi təqdim olunan bu sənədlər, nə qanunvericiliyin imperativ normalarına, nə də müqavilə şərtlərinə uyğun tərtib olunmamışdır. Hüquqi baxımdan onlar etibarsızdır və onlar malların təhvil verilməsi faktını sübuta yetirmək üçün etibarlı sənəd hesab edilə bilməz. Müqaviləyə əsasən malların təhvil verilməsi yalnız yazılı təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir. Hazırkı əməliyyat üzrə belə akt mövcud deyil. Satıcının təqdim etdi yi elektron qaimələr yalnız vergi uçotu sənədidir və malların faktiki alıcıya təqdim edildiyini sübut etmir. Elektron qaimələr avtomatik olaraq sistem tərəfindən təsdiq edilmişdir. Belə təsdiq cavabdehin iradəsini əks etdirməmişdir. Bu təsdiqlərin olması malların qəbul edildiyi demək deyil. Əgər ödəniş edilməyibsə, bu fakt özü göstərir ki, cavabdeh malları qəbul etməmişdir. Əgər məhkəmənin qəbul etdiyi kimi bu formada işgüzar adətlər formalaşmış olsaydı, eyni məntiqlə qəbul etmək olardı ki, alıcı yalnız təhvil aldığı mallara görə ödəniş edir. Hazırkı halda ödənişin olmaması malların qəbul edilməməsinin təsdiqidir. Məhkəmənin mövqeyinə görə, əvvəlki əməliyyatlarda guya təhvil-təslim aktı olmadan ödənişlər edilmiş və bu hal işgüzar münasibəti formalaşdırıb. Lakin hazırkı mübahisə üzrə ödəniş edilməmişdir. Deməli, əvvəlki əməliyyatlara istinad etməklə bu iş üzrə nəticə çıxarmaq əsassızdır. İşgüzar adət heç vaxt qanunun imperativ normalarını əvəz edə bilməz. Qanun və müqavilə malların yalnız təhvil-təslim aktı ilə rəsmiləşdirilməsini tələb edir. Elektron qaimələrin sistem tərəfindən avtomatik təsdiqlənməsi hüquqi qüvvəyə malik deyil və malların təqdim edilməsini sübut etmir. Əvvəlki əməliyyatlara istinad edərək hazırkı əməliyyata dair nəticə çıxarmaq qanunvericiliyə və müqavilə şərtlərinə ziddir. Cavabdeh tərəfindən 1.323.132,36 manat ödəniş edilməsi faktı qəbul olunur, lakin bu ödənişlər yalnız faktiki təqdim olunmuş mallara görə edilmişdir. Mübahisə mövzusu olan qalan mallar isə ümumiyyətlə cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən həmin məbləğlərlə indiki iddia arasında hər hansı hüquqi bağlılıq qurmaq düzgün deyil. Məhkəmənin yalnız qaimələrdə göstərilən rəqəmləri cəmləyib-çıxmaqla 590.846,72 manat borc müəyyən etməsi hüquqi baxımdan doğru deyil. Borcun mövcudluğunu müəyyən edən əsas meyar malların faktiki təqdim edilməsidir. Malların təhvil verilməsi barədə heç bir sübut (təhvil-təslim aktı, daşıma sənədi, imzalı qəbz və s.) təqdim edilmədiyi halda, sadəcə qaimə rəqəmlərinə arxalanaraq nəticəyə gəlmək əsassızdır. Çünki iddiaçı iddia qaldırarkən onsuz da, göndərdiyi elektron qaimələrin ümumi cəmindən ödənilmiş hissəni çıxmış, qalan hissə ilə bağlı iddia qaldırmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının istinad etdiyi üzləşmə aktının real olmadığı, məhkəmə tərəfindən iddiaçıdan əslinin tələb olunmasına baxmayaraq, təqdim edilmədiy i, hətta elektron formada olan kserosurətin əldə edilmə mənbələri barədə məhkəməyə məlumat verilmədiyi, mənbəyi məlum olmayan “üzləşmə aktı”nı rəngli printerdə çap edərək və həmin kağıza öz (iddiaçının) möhürünü vurmaqla “üzləşmə aktı”na əsl sənəd görkəmi verməyə cəhd edildiyi göstərilmiş, lakin apellyasiya məhkəməsi bu faktlara münasibət bildirməmişdir.

29. MPM-in 14.2, 77.1 və 217.1-ci maddələri üzrə - məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin tələblərinə riayət edilməməsinə düzgün qiymət verməmiş və iddia tələbinin təmin edilməsi barədə yanlış qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə m übahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edi lmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

36. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

37. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

38. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

39. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənz imlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsə lənin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

41. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosess ual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

42. Məhkəmə tərəfindən qanun və müqavilə şərtlərinin nəzərə alınmaması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən malların təhvil verilib-verilməməsi məsələsinə tərəflər arasında bağlanmış müqavilə şərtləri, MM-in 404-cü maddəsinin tələbləri, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq hərtərəfli hüquqi qiymət verilmişdir.

43. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini b irbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi də məhz bu şəkildə qiymətləndirmə aparmış və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

45. Kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməmiş olsun. Lakin məhkəmə tərəfində n belə qiymətləndirmə aparılmış və MPM-in 392.2-ci maddəsinə uyğun olaraq qətnamədə qeyd edilmişdir. İşin hallarına və sübutlara hansı şəkildə qiymət verilməsi isə yuxarıda qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 iyul tarixli 22(103)-661/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar