Məhkəmə qərarları › İş №2-2(102)-731/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-731/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-731/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-729/2025 nömrəli qətna məsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 2 avqust tarixli RB/KM-1192 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4 000 000 manat məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir. Həmin müqaviləyə əlavə razılaşmalara əsasən kredit müqaviləsinin müddəti 2024-cü il 2 avqust tarixinə qədər uzadılmışdır. 2. 2019-cu il 11 aprel tarixli RB/KM-1230 saylı kredit müqaviləsinə görə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənişlərin aparılması məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100 000 ABŞ dolları məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir. Həmin müqaviləyə əlavə razılaşmala ra əsasən kredit müqaviləsinin müddəti 2023-cü il 11 oktyabra qədər uzadılmışdır. 3. 2019-cu il 17 may tarixli RB/KM-1237 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4 000 000 manat məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir. Həmin müqaviləyə əlavə razılaşmalara əsasən kredit müqaviləsinin müddəti 2024-cü il 19 maya qədər uzadılmışdır.

4. Daşınar əmlakın 2021-ci il 30 iyul tarixində tərəflər arasında imzalanmış RB/KM1192, RB/KM-1230 və RB/KM-1237 saylı girov müqavilələrinə əsasən yüklülük verən bu müqavilələrin 2-ci bəndində göstərilən girov predmetini “Rabitəbank ASC” və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış RB/KM-1192, RB/KM-1230 və RB/KM-1237 kredit xətti müqa vilələri üzrə yaranmış öhdəliklərin təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur.

5. İddiaçı ASC-nin Cavabdeh MMC-yə ünvanladığı 2024-cü il 13 fevral tarixli bildirişlərdən görünür ki, Cavabdeh MMC-nin RB/KM-1192 saylı kredit müqaviləsi üzrə 3 260 000 manat məbləğində əsas borcu, 213 620,93 manat faiz borcu və 32 746,89 manat cərimə borcu olmaqla cəmi 3 506 367,82 manat, RB/KM-1 230 saylı kredit xətti müqaviləsi üzrə 99 999,7 ABŞ dolları məbləğində əsas borcu, 3 208,22 ABŞ dolları faiz borcu və 3 188,2 ABŞ dolları cərimə borcu olmaqla cəmi 106 396,12 ABŞ dolları və RB/KM-1237 saylı kredit xətti müqaviləsi üzrə 4 000 000 manat məbləğində əsas borcu, 203 778,36 manat faiz borcu və 31 522,15 manat cərimə borcu olmaqla cəmi 4 235 600,51 manat kredit borcunun olduğu, 3 gün müddətində banka olan borcun ödənilməsinin təmin edilməsini, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) RB/K M-1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə 3 260 000 manat, faiz borcuna görə 213 620,93 manat, dəbbə borcuna görə 32 746,89 manat olmaqla cəmi 3 506 367,82 manatın, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə 4 000 000 manat, faiz borcuna görə 203 778,36 manat, dəbbə borcuna görə 31 522,15 manat olmaqla cəmi 4 235 300,51 manatın, RB/KM-1230 saylı kredit müqaviləsi üzrə kreditə görə 99 999,7 ABŞ dolları, faiz borcuna görə 3 208,22 ABŞ dolları, dəbbə borcuna görə 3 188,2 ABŞ dolları olmaqla cəmi 106 396,12 ABŞ dolları məbləğində pulun, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və dövlət rüsumuna görə 4 305 manatın tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus və daşınar əmlakın girov müqavilələrinin 2.1. bəndində öz əksini t apmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X2 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi yuxarıda qeyd olunmuş məbləğlərin ödənilməsi, girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, kredit müqavilələrinin şərtlərinə görə cavabdeh kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və l azımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 aprel tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2024-cü il 5 sentyabr tarixli 9/3616 saylı rəydə 2024-cü il 9 fevral tarixinə RB/KM-1192 saylı müqavilə üzrə əsas borc 3 257 664,5 manat, faiz borcu 213 426,5 manat, RB/KM-1230 saylı müqavilə üzrə əsas borc 100 000 ABŞ dolları və faiz borcu 10 820,21 ABŞ dolları və RB/KM-1237 saylı müqavilə üzrə əsas borc məbləği 4 000 000 manat, faiz borcu 203 777,78 manat müəyyən edilmişdir.

9. Cavabdehin vəsatəti əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən 2024-cü il 9 oktyabr tarixli qərardad ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il 6 yanvar tarixli 9/8955 saylı rəyində 2024-cü il 9 fevral tarixinə RB/KM-1192 saylı müqavilə üzrə əsas borc 3 257 664,5 manat, faiz borcu 213 426,5 manat, RB/KM-1230 saylı müqavilə üzrə müqavilənin bitdiyi tarixə əsas borc 100 000 ABŞ dolları və faiz borcu 9 264,59 ABŞ dolları, 2024-cü il 9 fevral tarixə əsas borc 100 000 ABŞ dolları və faiz borcu 10 486,81 ABŞ dolları və RB/KM-1237 saylı müqavilə üzrə 2024-cü il 9 fevral tarixinə əsas borc məbləği 4 000 000 manat, faiz borcu 203 777,78 manat müəyyən edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 28 aprel tarixli e-2-2(113)-130/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən RB/KM-1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə 3 257 664,5 manat əsas borc, faiz borcuna görə 213 426,5 manat, dəbbə borcuna görə 32 746,89 manat, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə 4 000 000 manat əsas borc, faiz borcuna görə 203 777,78 manat, dəbbə borcuna görə 31 522,15 manat, RB/KM-1230 saylı kredit müqaviləsi üzrə kreditə görə 99 999,7 ABŞ dolları əsas borc, faiz borcuna görə 3 208,22 ABŞ dolları, dəbbə borcuna görə 3 188,2 ABŞ dollarının, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 4 715 manatın tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilməsi üçün tutma 2021-ci il 30 iyul tarixli RB/KM-1237 saylı girov müqaviləsinin 2.1-ci bəndində göst ərilən daşınar əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehə qaytarılması, girov predmetlərinin satışından əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə iddiaçıya borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehdən tutulması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – G.Namazova).

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcə də pozmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının RB/KM-1192 və RB/KM-1237 saylı kredit xətti müqavilələri üzrə tələb etdiyi əsas borc məbləği və faiz məbləğləri ekspert rəyindən göstərilən məbləğdən yuxarı tələb edildiyindən əsas borc və faiz borcu ekspert rəyində müəyyənləşdirilən məbləğdə, RB/KM-1230 saylı kredit xətti müqaviləsi üzrə tələb edilən əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdən daha aşağı həddə olduğundan iddia tələbində qeyd olunan məbləğlərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə iddia tələbinin cərimə borcları ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyənləşdirildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərinin icra edil məsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək olmadığından müqavilə üzrə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə məbləğlər iddia tələbində qeyd olunan məbləğdə cavabdehdən tutulmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 270.1, 295, 296.1, 297, 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 739, 743-cü (2023-cü il 1 oktyabr tarixinə qədər qüvvədə olan), “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 13.1-ci, “Banklar haqqında” Qanunun 1.0.9, 36.6-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonr a – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-729/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: L.Əliyeva – sədrlik edən və məruzəçi, T.Mahmudova və Z.Şirinov).

17. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin sözügedən ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil.

18. Müb ahisəli müqavilələr üzrə kredit borcundan istifadəyə görə faiz borclarının hesablanmalı olduğu tarixə münasibətdə kollegiya qeyd etmişdir ki, 2018-ci il 2 avqust tarixli RB/KM-1192 saylı və 2019-cu il 17 may tarixli RB/KM-1237 müqavilələr üzrə kreditin verilmə müddət başa çatanadək 2024-cü il 13 fevral tarixində bildiriş göndərərək 2024-cü il 9 fevral tarixinə olan kredit borcunun vaxtından əvvəl ödənilməsini cavabdehdən tələb etməklə müqavilələrin ləğv edilməsi barədə iradəsini ifadə etmiş, bununla da sözügedən müqavilələrə xitam verilmişdir. Odur ki, iddiaçı həmin müqavilələrə əsasən yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsində sözügedən müqavilələr üzrə məhz 2024-cü il 9 fevral tari xinə olan əsas və faiz borcların tutulmasının tələb edildiyini nəzərə alaraq cavabdehdən sözügedən müqavilələr üzrə tutulmalı olan faiz borcunu ekspert rəyində həmin tarixə hesablanmış faiz borcu məbləğini əsas götürməklə müəyyənləşdirməkdə haqlı olmuşdur. 19. 2019-cu il 11 aprel tarixli RB/KM-1230 saylı müqavilə üzrə əsas və faiz borcuna münasibətdə isə kollegiya vurğulamışdır ki, həmin müqavilə üzrə kreditin verilmə müddəti 2023-cü il 11 oktyabr tarixində bitmiş və həmin müddət başa çatanadək iddiaçı tərəfindən cavabdehə müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə bildiriş göndərilməmişdir. Odur ki, həmin müqavilə üzrə faiz borcu 2023-cü il 11 oktyabr tarixinədək olan müddət üçün, yəni kreditin verilməsi müddəti başa çatanadək olan müddət üçün hesablanmalıdır. Məhkəmə tərəfindən e kspert qarşısında kreditin verilmə müddətinin bitdiyi tarixə olan faiz borcunun hesablanması ilə bağlı sual qoyulsa da, ekspert tərəfindən mübahisəli müqavilə üzrə faiz borcu 2023-cü il 11 oktyabr tarixinə deyil, 2023-cü il 11 noyabr tarixinədək hesablanmışdır.

20. Kollegiya qeyd etmişdir ki, ekspert rəyindəki cədvəl məlumatları nəzərə alınmaqla mübahisəli müqavilə üzrə 2023-cü il 11 oktyabr tarixinə faiz borcu hesablana bilər. Həmin cədvəldə 2023-cü il 11 noyabr tarixinə əsas borc 100 000 ABŞ dolları və faiz borcu 9 264,59 ABŞ dolları, 100.000 ABŞ dolları məbləğinə əsas borca hesablanmalı olan gündəlik faiz borcu 13,89 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin məlumatlara əsasən adi riyazi hesablama ilə 2023-cü il 11 oktyabr - 2023-cü il 11 noyabr tarixləri arası dövr üçün hesablan mış faiz borcunun 13,89 x 30 gün = 416,7 ABŞ dolları təşkil etməsini hesablamaq mümkündür. Odur ki, 2023-cü il 11 oktyabr tarixinə faiz borcu 8 847,89 (9 264,59 - 416,7) ABŞ dolları təşkil edir.

21. Kollegiya ekspert rəyinə əsasən müqavilə üzrə 2023-cü il 11 oktyabr tarixinə faiz borcunun 8 847,89 ABŞ dolları olmasını, eləcə də həmin müqavilə üzrə iddia tələbinin faiz borcu üzrə 3 208,22 ABŞ dolları həddində olmasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə iddia tələbi həddində baxaraq müvafiq hissədə iddianı tam təmin edərək sözügedən müqavilə üzrə cavabdehdən tutulacaq faiz borcunu 3 208,22 ABŞ dolları məbləğində müəyyənləşdirməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. Dəbbə puluna münasibətdə kollegiya vurğulamışdır ki, məhkəmənin mübahisəli kredit müqavilələr i üzrə müəyyənləşdirdiyi dəbbə pulu məbləğləri kreditorun və borclunun əsaslı mənafeyi baxımından, eləcə də icrası gecikdirilmiş əsas öhdəliyin həcminə nəzərən tənasübsüz surətdə yüksək deyildir. Odur ki, MM-in 467-ci maddəsinə əsasən həmin məbləğlərin azaldılması üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448, 467, 739.1, 741-ci (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş) maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 467-ci maddəsi üzrə - həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri qeyd olunan maddənin tələblərini kobud şəkildə pozmuşlar. Məhkəmə dəbbə pulu hissəsində həmin pulun məbləğini, ümumiyyətlə, azaltmamışdır. Halbuki qeyd olunan maddəyə əsasən məhkəmə işin hallarını (məsələn: cavabdehin dövlət müəssisəsi tərəfindən təsis edildiyini və nizamnamə kapitalındakı 100% payın ona məxsusluğunu və s.) nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işə qeyri-obyektiv baxılmışdır. Həm əsas və faiz borcun, həm də də bbə pulunun tutulması hissəsində məhkəmə səhv nəticəyə gələrək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi həm ilkin, həm də sonradan verilmiş vəsatətlərə əsasən təyin olunmuş məhkəmə ekspertizalarının səhv, iddia tələbində qeyd olunan faiz dərəcəsindən də artıq hesablamalarına, qeyri-obyektiv rəylərinə istinad etmişdir.

27. Bundan əlavə birinci instansiya məhkəməsi xüsusi canfəşanlıq nümayiş etdirərək iddia ərizəsində tələb olunan məbləğdə dəbbə pulunu olduğu kimi qətnaməyə köçürmüş və bu hissədə tələb olunan pulun tənasübsüz şəkildə yüksək olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə heç bir hüquqi əsas göstərmədən, lazımi araşdırma aparmadan bu hissədə birinci instansiya sı məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad et məsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəm əli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə göt ürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər....” “Maddə

741. Borc üzrə faizlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir....”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kollegiya əvvəla qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiyanın hədlərini dəqiqləşdirərək yalnız qətnamənin faiz və dəbbə pulunun tutulması hissəsindən narazı olduğunu, əsas borcla isə razılaşdığını bildir diyi üçün apellyasiya məhkəməsi tərəfindən qətnamə faiz və dəbbə pulu hissəsində yoxlanılmışdır, ona görə də cavabdehin əsas borca aid hissədə qətnaməni mübahisələndirmək hüququ olmamışdır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin faiz borcu və dəbbə pulunun yüksək məbləğdə tutulması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

37. Borc məbləğinə münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qe yd edir ki, göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zərurət görmür.

38. Dəbbə puluna dair kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Baxılan iş üzrə isə kreditorun və borclunun əsaslı mənafeyi baxımından, eləcə də icrası gecikdirilmiş əsas öhdəliyin həcminə nə zərən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri haqlı olaraq həmin məbləğlərin azaldılması üçün əsas olmadığı qənaətinə gəlmişdir.

39. Beləliklə Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən tutulmuş dəbbə pulu MM-in 467-ci maddəsinin tələbləri baxımından bu sahədə formalaşmış məhkəmə təcrübəsinə tamamilə uyğun olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

41. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakim ə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 iyul tarixli 2-2(103)-729/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar