Məhkəmə qərarları › İş №2-2(102)-732/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-732/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-732/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iş üzrə Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 30 iyul tarixli 2-2(107)-104/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 8 avqust tarixli 0313/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətində illik 6 % olmaqla 14500 manat məbləğində kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti ona əlavə olunmuş faizləri ilə birlikdə bu müqaviləyə 1 saylı əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesa blanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir.

2. Kredit müqaviləsinin təminatı olaraq bağlanmış eyni tarixli 313/14/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan X3 mülkiyyətində olan İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evini borc alanın kredit müqaviləsindən yaranan öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir.

3. X3 2021-ci il 30 avqust tarixində ölmüşdür.

4. İpoteka predmeti olan fərdi yaşayış evində Cavabdeh2, X8, X7 və X5 yaşayırlar.

5. Cavabdehlərə ünvanlanmış 2024-cü il 25 dekabr tarixli pretenziya məktubu ilə yaranmış borc məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) B irinci instansiya məhkəməsindəki icraat

6. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat məbləğində kredit borcunun və ödənilmiş 154 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ X2 məxsus olan, Cavabdeh2 ( bundan sonra cavabdeh – “Cavabdeh2”) faktiki istifadəsində olan İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, borc alan kredit üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdeh1 kr edit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq borc alan bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır. Borcun qaytarılması məqsədi ilə Şəki Kommersi ya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, Şəki Komersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, e-2-2(117)-189/2024 saylı qərardadı ilə X3 vəfat etdiyi səbəbindən iş üzrə icraata xitam verilmişdir. Bank tərəfindən vəfat etmiş Nəzakət Həmidovanın hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmış, müəyyən edilmişdir ki, onun mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələrdə faktiki olaraq həmin miras əmlakı qəbul etmişlər və halhazırda da həmin əmlak onların sərəncam və istifadəsindədir. Belə olan halda kredit müqaviləsi üzrə borc alanın bank qarşısında olan öhdəlikləri mirası faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən Cavabde h2 tərəfindən icra olunmalı və bank qarşısında cavabdehlik daşımalıdır.

8. İddiaçı tərəfindən təqdim edilən 2023-cü il 2 may tarixli maliyyə arayışına görə kredit müqaviləsi üzrə Cavabdeh1 banka 13.189,09 manat əsas, 2.451,84 manat faiz, 1.655,71 manat cərimə, 3.797,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21.093,89 manat borcu vardır.

9. Cavabdehlər ayrı-ayrılıqda iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişlər ki, 2014-cü il 8 avqust tarixli 0313/14/SKMF nömrəli Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 2017-ci il 8 avqust tarixində başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən 2014-cü il 8 avqust tarixli 0313/14/SKMF nömrəli Kredit və İpoteka müqavilələrinin bitmə tarixlərindən yeddi ildən yuxarı vaxt keçdiyindən iddia ərizəsindən imtina olunması barədə qətnamə çıxarıl masını xahiş etmişlər.

10. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 23 yanvar tarixli iddiaçının xeyrinə yüklü edilmiş fərdi yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə verilən sorğusuna əsasən Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş MEB/01-9730/2025 nömrəli rəyə əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 85000 manat müəyyən edilmişdir.

11. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 22 aprel tarixli e-2-2(117)-244/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Hüseynova).

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri 2014-cü il 8 avqust tarixində 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti 2017-ci il 8 av qust tarixində bitmişdir. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 2017-ci il 8 avqust tarixdən hesablanmalıdır. Bu baxımdan iddia müddətinin axımı müqavilələrin bitmə anından, yəni 2017-ci il 8 avqust tarixdə başlamış və üç illik iddia müddəti 2020-ci il 8 avqust tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə 2025-ci il 22 yanvar tarixində məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

13. Məhkəmə göstərmişdir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır.

14. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən əsas tələb olan borc tələbi ilə bağlı iddia müddətinin keçməsinə görə iddia rədd olunduğundan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd olunmalıdır.

15. Məhkəmə hesabdan çıxarışa münasibətdə göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən sonuncu dəfə banka 2022-ci 24 yanvar tarixdə ödəniş edildiyi göstərilsə də, həmin ödənişin hansı kredit müqaviləsi üzrə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən bankın təqdim etdiyi hesabdan çıxarış məhkəmə tərəfindən mötəbər sübut kimi q iymətləndirilmir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 269.1, 269.2, 269.3, 270.1, 295, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 376, 442, 445.2, 448.1, 448.2, 462.1, 739.1, 741, 743.1, 743.2, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 117.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 iyul tarixli 2-2(1 07)-104/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – E.Hüseynov və Z.Sadiqov).

19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır, kredit və ipoteka müqavilələri 2014-cü il 8 avqust tarixdə 36 ay müddətinə bağlanmış və kredit və ipoteka müqavilələrinin icra müddəti 2017-ci il 8 avqust tarixində bitmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2022-ci il 24 yanvar tarixli ödənişin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, şikayətin dəl illəri həmin hissədə də əsassızdır. Belə ki, kredit və ipoteka müqavilələrinin icra müddəti 2017-ci il 8 avqust tarixində bitmiş, həmin tarixdən sonra isə cavabdeh tərəfindən kredit borcu ilə əlaqədar hər hansı ödənişin edildiyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən iddia müddəti bitdikdən sonra borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə belə iddia müddətinin axımı bərpa edilmir. Belə ki, hətta 2022-ci il 24 yanvar tarixli ödənişin doğrudan da hazırki iş üzrə cavabdeh tərəfindən edildiyi (hərçənd bu hal iş materialları ilə öz təsdiqini tapmır) nəzərə alınsa belə, həmin tarixə iddia müddəti keçdiyindən müddətin axımı bərpa edilmir.

21. Apellyasiya şikayətinin hesabdan çıxarışın nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibə tdə məhkəmə qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Təqdim edilən hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən sonuncu dəfə banka 2022-ci il 24 yanvar tarixdə ödəniş edildiyi göstərilsə də, həmin ödənişin hansı kredit müqaviləsi üzrə edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də bankın təqdim etdiyi hesabdan çıxarış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Hesabdan çıxarışda iddiaçının ödənildiyini qeyd etdiyi ödənişlərin kimin tərəfindən və hansı müqavilə üzrə ödənilməsini müəyyən etmək olmur. Əksinə, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixlərdəki ödənişlər filial müdiri tərəfindən banka ödənildiyindən həmin qəbzlərdə ca vabdehin imzaları yoxdur. Belə ki,, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixlərdə borclu ödəniləcək pulu gətirib filial müdirinə vermiş və sonuncuda borclunun əvəzinə pulu banka ödəmişdir. Bu səbəbdən də həmin qəbzlərdə borclunun imzaları yoxdur. Göründüyü kimi, hətta iddiaçı tərəfin özü də, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixlərdəki ödənişlərin cavabdeh tərəfindən edilmədiyini bildirmişdir. Həmin tarixlərdə ödəniləcək məbləğlərin borclu tərəfindən filial müdirinə verilməsi isə iş materialları ilə öz təsdiqini tapmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hesabdan çıxarışda göstərilmiş ödənişlərin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə sorğu ünvanlanaraq aşağıdakı sənədlər tələb olunmuşdur:

1. Cavabdeh1 tərəfindən 2022- ci il və ondan əvvəlki tarixlərə ödənişlərin olub-olmaması;

2. Əgər ödəniş həyata keçirilmişdirsə həmin ödəniş sənədlərinin (qəbz, kassa mədaxil orderi və ya digər sənədlərin (tarixi və məbləği göstərilməklə)) təsdiq olunmuş surətləri. Sorğuya cavab olaraq – 2017-ci il 14 avqust, 2017-ci il 23 oktyabr, 2018-ci il 30 aprel, 2019-cu il 8 fevral, 2019-cu il 28 fevral, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixli qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdən görünür ki, 2017-ci il 23 oktyabr, 2018-ci il 30 aprel, 2019-cu il 8 fevral və 2019-cu il 28 fevral tarixli qəbzlərdə ödəyənin imzası olsada, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixli qəbzlərdə ödəyici qrafasında imza mövcud deyildir. Göründüyü kimi, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixdəki ödənişlə rin cavabdeh tərəfindən edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

23. İddiaçı tərəf ilkin olaraq 2024-cü il 31 yanvar tarixində məhkəməyə müraciət etmişdir. Hətta 2019-cu ildə edilmiş iki ödənişin və verilmiş ərizənin borclu tərəfindən edildiyi nəzərə alınsa belə, yenədə məhkəməyə müraciət etmə müddəti ötürülmüş olur. Belə ki, 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixlərdəki ödənişlərin borclu tərəfindən edilməsi öz təsdiqini tapmamışdır.

24. Beləliklə Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən tələbin əsaslandığı hallara bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəf 2022ci il və ondan əvvəlki tarixlərdə cavabdeh tərəfindən borcdan müəyyən məbləğin ödənildiyini bildirsədə məhkəməyə həmin halı təsdiq edən heç bir sübut təqdim et məmişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 279, 295, 296.1, 317.1, 317.2, 319.1, 372.1, 372.2, 373.2, 375.1, 377.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 449.1, 465.2, 739.1, 739.2, 740.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 36.1, 36.2, 59.3, 59.41, MPM-nin 14.2, 77.1, 88, 119.1, 119.2, 119.5, 217.2, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384, 385.2, 402.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarın istinadla əsaslandırmışdır.

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 431.1-ci maddəsi üzrə - ödəniş sənədlərində borclunun imzası olmadığına görə, həmin ödənişlərin nəzərə alınmaması tamamilə əsassız və formal yanaşmadır. Məhkəmə öhdəliyin faktiki icrasını qiymətləndirmək əvəzinə, yalnız texniki prosedura (imzanın olmamasına) istinad edərək ədalətsiz nəticəyə gəlib. Öhdəliyin üçüncü şəxs – bu halda bankın filial müdiri – tərəfindən icrası tam hüquqi qüvvəyə malikdir və borclunun mütləq şəxsən ödənişi etməsi tələb olunmur. Burada əsas olan öhdəlik icra olunmuşdur, yəni, pul vəsaiti kreditor banka təqdim edilib.

28. MM-in 373.2, 375.2, 399.3, 399.4-cü maddələri üzrə - məhkəmə Bankın ləğvetmə prosesində olmasını, veril miş kredit məbləğinin X4 vasitəsilə verilməsini və müqavilə subyektlərindən olan cavabdeh X1 2021-ci il 30 avqust tarixində vəfat etməsini və Bankın bu barədə Şəki Komersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, e-2-2(117)-189/2024 saylı qərardadı ilə xəbərdar olması, vəfat etmiş borclunun vərəsələrinin müəyyən edilməsi istiqamətində aparılmış hüquqi tədbirlərin müddətini, habelə mediasiya prosesinə sərf olunan müddətləri nəzərə almadan qətnamə qəbul etmişdir. Bankın məhkəməyə ilk müraciəti 2023-cü ilin noyabrına, yəni iddia müddəti bitməyən vaxta təsadüf edir. Borclunun yaxın qohumlarının Banka borclunun vəfat etməsi barədə məlumat verməməsi və Bankın bu barədə məlumatı yalnız məhkəmə prosesi zamanı alması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Borclunun vəfat etməsinin məhkəmə prosesi zamanı öyrənilməsi cavabdehlərin bu barədə Banka məlumat verməmələri bankda girovda olan daşınmaz əmlaka faktiki sahiblik etmələri onların açıq-aşkar borcdan yayınmaları kimi qiymətləndirilməlidir.

29. MM-in 377.2, 380.1-ci maddələri üzrə - iddia müddətinin hesablanması müqavilənin icra müddətinin bitdiyi tarixdən deyil, sonuncu ödənişin edildiyi tarixdən hesablanmalı idi. Cavabdeh R.Əhədov tərəfindən 2022-ci il 24 yanvar tarixində edilmiş ödəniş şəxsin borcun etiraf etməsini göstərən hərəkət hesab edilir.

30. MPM-in 88, 217, 385.1-ci maddələri üzrə - qətnamə qanuni və əsaslı deyil, iş obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh R.Əhədov kassasiya şikayətinə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddiaçı süründürməçiliyə yol verərək, lüz umsuz məhkəmə mübahisəsi yaradır. 2014-cü il 08 avqust tarixli 0313/14/SKMF nömrəli Kredit və İpoteka müqavilələrinin bitmə tarixi 2017-ci il 08 avqust tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsi və qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh2 eyni məzmunlu etiraz ünvanlayaraq, kassasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

33. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəm ə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla i cra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....”.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiya sında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi P lenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, kredit və ipoteka müqavilələri 2014-cü il 8 avqust tarixdə 36 ay müddətinə bağlanmış və icra müddəti 2017-ci il 8 avqust tarixdə bitmiş, müddətinin axımı müqavilələrin bitmə anından başlamış və üç illik iddia müddəti 2020-ci il 8 avqust tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə 2025-ci il 22 yanvar tarixdə məhkəməyə müraciət etmişdir.

40. İddiaçı cavabdeh R.Əhədov tərəfindən 2022-ci il 24 yanvar tarixində edilmiş ödəniş şəxsin borcun etiraf etməsini göstərən hərəkət hesab edilməsi və iddia müddətinin axımının sonuncu ödənişin edildiyi tarixdən hesablanmalı o lmasına əsaslanaraq məhkəmənin düzgün qənaətə gəlmədiyini bildirir.

41. Kollegiya bununla bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi müqavilə müddəti 2017-ci il 8 avqust tarixində bitmiş və həmin tarixdən üç illik müddətin axımı başlamışdır, 2020-ci il 8 avqust tarixində isə müddət bitmişdir və iddiaçının əsaslandığı 2022-ci il 24 yanvar tarixli ödəniş cavabdeh tərəfindən edilmiş olsa belə (işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən həmin ödənişin cavabdeh tərəfindən edilməsi müəyyən edilməmişdir) həmin tarixdə artıq iddia müddəti bitdiyi üçün bu ödəniş iddia müddətinin axımını bərpa etməmişdir, müddət bitdikdən sonra edilmiş hərəkətlər nəzərə alınmır.

42. Qanunvericiliyin tələbinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

43. Göstərilən hal yalnız iddia müddəti daxilində baş verdikdə mümkündür və müəyyən olunmuş müddət bitdikdən sonra edilmiş hərəkətlərin artıq ötürülmüş müddətin kəsilməsinə səbəb olması məntiqi cəhətdən düzgün hesab oluna bilməz.

44. Kollegiya xüsusilə vurğulayır ki, işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən 2021-ci il 12 noyabr və 2022-ci il 24 yanvar tarixli ödənişlərin məhz cavabdeh tərəfindən edilmiş olması, həmçinin onların hansı müqavilə üzrə həyata keçirilməsi müəyyən edilməmişdir. Hətta iddiaçının kassasiya şikayətində göstərdiyi kimi ilk dəfə məhkəməyə 2023-cü ilin noyabr ayında müraciət etməsi nəzərə alındıqda belə işin müəyyən olunmuş hallarına görə cavabdeh tərəfindən sonuncu ödəniş 2019-cu ilin 28 fevral tarixində edildiyindən, iddia mü ddəti 2022-ci ilin fevral ayında başa çatmış olur, belə olan halda iddiaçının ilk müraciəti zamanı da artıq 3 illik iddia müddəti ötürülmüşdür.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən MM-nin 373-cü maddəsi ilə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti ərzində iddia qaldırılmadığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmələr tərəfindən iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmaması MM-nin 373 və 375-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

46. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü i lə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-ci il 15 fevral tarixli Qərarı).

47. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı)

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlə rə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

49. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

51. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdehlər tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 30 iyul tarixli 22(107)-104/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar